Məhkəmə qərarları › İş №2-1(112)-3111/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3111/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3111/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğvi və xidmətə bərpa” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməyi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 428-k №-li ,15 .09.2021-ci il tarixli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru vəzifəsinə bərpa edilməklə, İİİ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsi verilməklə və icra məmuru vəzifəsində məcburi iş buraxma müddəti üçün əmək haqqı tam ödənilməklə işə (xidmətə) bərpa edilməyi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində İİİ dərəcəli Ədliyyə qulluqçusu xüsusi rütbəsində işləyib. 15 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 428-K idarəsinin arayışları əmrə əlavə edilsələr də, bu günə qədər nə əmək kitabçasını alıb, nə də ki əmrə əsas olmuş göstərdiyi sənədlərlə tanış olmayıb. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi də ona rəsmi qaydada təqdim edilməyib. Əmrin surəti isə ona təqdim edilib. Bir aylıq müddəti nəzərə alaraq, iddia ərizəsilə aidiyyəti üzrə məhkəməyə müraciət edir. Məhkəmənin nəzərinə çatdırır ki, bu günə qədər o öz işinə vicdanla yanaşıb və rəhbərliyin bütün göstərişlərini qanunauyğun olaraq icra edib. Əmrdə göstərilənlər isə həqiqətə uyğun deyil, əmrə əlavə olunanlar isə əsaslandırılmamış məlumatlardır. Barəsində insan taleyi, dördnəfərlik bir ailənin və onun başçısının müqəddəratı nəzərə alınmadan, ən sərt qərar qəbul edilməklə, Ədliyyə Nazirliyinin və İcra Baş İdarəsinin rəhbərliyinə qərəzli məruzə edilməklə, qərəzli olaraq, tələsik əmr hazırlanaraq, Ədliyyə Orqanlarından xidmətdən xaric edilib. Həmin əmr qanunsuz və əsassızdır, bu səbəbdən də həmin əmr ləğv edilməlidir.

3. İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 15.09.2021-ci il tarixli 428-K saylı əmrinə əsasən, Fəaliyyətində kobud pozuntulara yol verdiyinə və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərinə əməl etmədiyinə görə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. Əmrə əsasən, Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciəti və Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin məlumatı üzrə aparılmış araşdırma ilə həmin şöbənin icra məmuru İddiaçı fəaliyyətində kobud pozuntulara və digər nöqsanlara yol verdiyi aşkar olunmuşdur. Belə ki, onun icraatında olmuş aliment işi üzrə tələbkarın keçmiş əri ilə şəxsi zəmində ictimai yerdə aralarındakı qarşılıqlı zor tətbiq etmə və xəsarətlərlə müşayiət olunan hadisə barədə iş yerinə bildirməməsi nazirlik üzrə “Xüsusi məlumatların verilməsinə dair” əmrin tələblərinin pozulması ilə nəticələnmişdir. Hadisə ilə bağlı prokurorluqda başlanılmış cinayət işinin istintaqı nəticəsində İddiaçı xuliqanlıq əməlinin törədilməsi barədə ittiham elan edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Bununla yanaşı, İddiaçı “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 2.4-cü, 5.3-cü və 5.4-cü bəndlərinin tələblərini pozaraq xidmətdənkənar davranışında ədliyyə orqanları əməkdaşı olduğunu qabardaraq işlədiyi orqanın nüfuzunu aşağı salan hərəkətlərə yol vermiş, xidməti vəzifəsinə aid olmadığı halda digər hüquq-mühafizə orqanının fəaliyyəti ilə əlaqədar xüsusi geyim formasında sosial şəbəkədə məsələyə dair əsassız çıxışlar etmiş və onu ictimailəşdirmişdir. Həmçinin o, vəzifəsindən şəxsi məqsədləri üçün istifadə edərək xidməti geyimdə tibb müəssisəsində müəyyən edilmiş qaydaları pozmuş və reanimasiya otağına qanunsuz daxil olarkən bunun qarşısı alınmışdır. Əmrin verilməsi üçün əsas araşdırma materialları, Təşkilat-nəzarət, İcra baş idarələrinin və Kadrlar idarəsinin arayışları olmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı 2019-cu ilin mart ayında müsabiqə yolu ilə ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Bakı şəhəri Nəsimi rayon icra şöbəsində stajorluq və sınaq keçmiş, həmin ilin dekabr ayında isə daimi qulluğa qəbul edilmişdir. İll dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsində olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciəti və Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin məlumatı üzrə aparılmış araşdırma ilə həmin şöbənin icra məmuru İddiaçı fəaliyyətində kobud pozuntulara və digər nöqsanlara yol verdiyi aşkar olunmuşdur. Belə ki, onun icraatında olmuş aliment işi üzrə tələbkarın keçmiş əri ilə şəxsi zəmində ictimai yerdə aralarındakı qarşılıqlı zor tətbiq etmə və xəsarətlərlə müşayiət olunan hadisə barədə iş yerinə bildirməməsi nazirlik üzrə “Xüsusi məlumatların verilməsinə dair” əmrin tələblərinin pozulması ilə nəticələnmişdir. Hadisə ilə bağlı prokurorluqda başlanılmış cinayət işinin istintaqı nəticəsində İddiaçı xuliqanlıq əməlinin törədilməsi barədə ittiham elan edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Bununla yanaşı İddiaçı “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 2.4cü, 5.3-cü və 5.4-cü bəndlərinin tələblərini pozaraq xidmətdənkənar davranışında ədliyyə orqanları əməkdaşı olduğunu qabardaraq işlədiyi orqanın nüfuzunu aşağı salan hərəkətlərə yol vermiş, xidməti vəzifəsinə aid olmadığı halda digər hüquq-mühafizə orqanının fəaliyyəti ilə əlaqədar xüsusi geyim formasında sosial şəbəkədə məsələyə dair əsassız çıxışlar etmiş və onu ictimailəşdirmişdir. Həmçinin o, vəzifəsindən şəxsi məqsədləri üçün istifadə edərək xidməti geyimdə tibb müəssisəsində müəyyən edilmiş qaydaları pozmuş və reanimasiya otağına qanunsuz daxil olarkən bunun qarşısı alınmışdır. Yuxarıda göstərilənlərə əsasən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10, 31.1.8, 31.5, 32.1 və 40.1.11-ci maddələri rəhbər tutularaq, İddiaçı fəaliyyətində kobud pozuntulara yol verdiyinə və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalan”nın tələblərinə əməl etmədiyinə görə Ədliyyə Nazirliyi üzrə 15.09.2021-ci il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş təqsirsizlik prezumpsiyası hüququ pozulmuş, əmrə əsas olmuş araşdırma materialları, Təşkilat-nəzarət, İcra baş idarələrinin və Kadrlar idarəsinin arayışı ilə tanış olmamışdır. İntizam tənbehi əmrindən göründüyü kimi, İddiaçı ədliyyə orqanlarından fəaliyyətində kobud pozuntulara yol verməsi və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərinə ciddi şəkildə əməl etməməsi ilə bağlı xaric olunmuşdur. Bununla əlaqədar nazirlikdə aparılmış araşdırma zamanı İddiaçılə mütəmədi telefon əlaqəsi saxlanılaraq və o, İcra baş idarəsində qəbul edilərək barəsində daxil olmuş müraciətlər və məlumatlarla tanış edilməklə izahatları alınmışdır. Eləcə də İddiaçı iddia ərizəsində göstərmişdir ki, əmək kitabçasını almamış, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ona rəsmi qaydada təqdim edilməmiş, habelə nazirliyin Həmkarlar İttifaqının rəyi ona bildirilməmiş və təqdim olunmamışdır. Qeyd olunur ki, İddiaçı 15.09.2021-ci il tarixdə nazirliyin Kadrlar idarəsinin işçiləri və Penitensiar xidmətin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə Ədliyyə Nazirliyinin inzibati binasında qəbul olunaraq barəsində olan sözügedən intizam tənbehi əmri ilə tanış edilməklə ona əmrin surəti təqdim olunmuşdur. Eləcə də qəbul zamanı İddiaçı gün ərzində Ədliyyə Nazirliyində təhvil-təslim vərəqəsini təqdim etdikdən sonra əmək kitabçasını götürməsi təklif olunmuş, lakin o, yalnız xidməti vəsiqəsini təhvil verərək Kadrlar idarəsinə bununla bağlı digər heç bir təhvil-təslim sənədi təqdim etməmiş və əmək kitabçasını götürmək üçün müraciət etməmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 4-cü bəndinə müvafiq olaraq prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında xüsusi rütbəli vəzifələrdə çalışan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmır və əmək müqaviləsi bildirişi onlara şamil olunmur. Həmçinin əlavə olaraq qeyd edirik ki, aparılmış araşdırmanın nəticəsi üzrə İddiaçı ədliyyə orqanlarından xaric olunması məsələsinə baxılmamışdan əvvəl qanunvericiliyin tələblərinə əsasən bununla bağlı rəy bildirilməsi üçün nazirliyin Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət olunmuş və həmin təşkilatın razılığı alınmışdır. Lakin İddiaçı qərarın surətinin ona təqdim olunmasına dair Həmkarlar İttifaqı Komitəsinə müraciət etməmişdir.

5. Əmrin verilməsi üçün əsas olan sənədlər qismində Baş Prokurorluğun müraciəti və Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xüsusi məlumatı üzrə Təşkilat-nəzarət baş idarəsi, İcra baş idarəsi və Kadrlar idarəsi tərəfindən hazırlanmış arayışdan (çıxarışdan) görünür ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru İddiaçılə bir neçə nəfər arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə ilə bağlı həmin şöbənin xüsusi məlumatı və Baş Prokurorluğun müraciəti araşdırılmışdır. Müəyyən edilmişdir ki, İlqar Əkbərlinin 2 uşağının saxlanılması üçün keçmiş arvadı Vəfa Ağazadəyə aliment ödəməsinə dair icra işi 28.11.2019-cu il tarixdən etibarən 7 ay müddətində icra məmuru İddiaçı icraatında olmuşdur. İ.Əkbərli ilə icra məmuru arasında mütəmadi mübahisələr yaranmış, İ.Əkbərli cari ilin yanvar ayında polis bölməsinə şikayət ünvanlayaraq azyaşlı qızının icra məmurunun təhriki ilə ona qarşı qeyri-etik ifadələr işlətməsini bildirmiş, lakin araşdırma ilə 08.02.2021-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Sonradan icra məmuru aralarındakı mübahisəni dostu Ruslan Cəlilova danışmış, sonuncu İ.Əkbərlini görüşə çağırmış, nəticədə 03.04.2021-ci il tarixdə şənbə günü saat 17:00 radələrində “Səadət Sarayı”nın qarşısında icra məmuru İddiaçı və R.Cəlilovla İ.Əkbərli və onun bir neçə tanışı arasında dalaşma olmuş, onlar bir-birlərinə zor tətbiq etmişlər. Həmin fakta görə 29.04.2021-ci il tarixdə Səbail rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılmışdır. İddiaçı aldığı xəsarətlə bağlı 3 saylı şəhər xəstəxanasında stasionar müalicə olunmuş, hadisədən sonrakı 9 gün ərzində iş yeri ilə əlaqə saxlamamış və bu barədə iş yerinə bildirməmiş, yalnız 12.04.2021-ci il tarixdə onun atası Bakı şəhəri Nəsimi rayon icra qurumuna müvafiq ərizə ilə müraciət etdikdən sonra şöbə tərəfindən nazirliyə sözügedən məlumat ünvanlanmış, nəticədə nazirlik üzrə “Xüsusi məlumatların verilməsinə dair” əmrin tələbləri pozulmuşdur. İddiaçı həmçinin hazırkı müraciətə baxılan zaman 28.04.2021-ci il tarixdə xüsusi geyim formasında bu hadisə zamanı döyülməsi faktı ilə bağlı polis orqanı tərəfindən araşdırmanın obyektiv aparılmadığını əsas götürərək hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə əlaqədar sosial şəbəkələrdə çıxışlar etmişdir. Beləliklə, icra məmuru İddiaçı xidmətdənkənar davranışında ədliyyə orqanları əməkdaşı olduğunu qabardaraq işlədiyi orqanın nüfuzunu aşağı salan hərəkətlərə yol vermiş, xidməti vəzifəsinə aid olmadığı halda digər hüquq-mühafizə orqanının fəaliyyəti ilə əlaqədar xüsusi geyim formasında sosial şəbəkədə məsələyə dair əsassız çıxışlar etmiş və onu ictimailəşdirmişdir. Həmçinin hazırkı araşdırma zamanı “X1” özəl kilinikası tərəfindən Ədliyyə Nazirliyinə müraciət ünvanlanaraq icra məmuru İddiaçı 13.08.2021-ci il tarixdə vəzifəsindən şəxsi məqsədləri üçün istifadə edərək xidməti geyimdə tibb müəssisəsində müəyyən edilmiş qaydaları pozduğu və reanimasiya otağına qanunsuz daxil olarkən bunun qarşısı alındığı bildirilmişdir. Bununla da icra məmuru İddiaçı “Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları”nın tələblərini pozmuşdur (2.4 - xidməti vəzifəsinə aid olmadığı hallarda digər dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir; 5.3 - ədliyyə işçisi öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun xidməti fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir; 5.4 - vəzifəsindən və qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməməli, xidməti zərurət olmadıqda ədliyyə orqanları əməkdaşı olduğunu qabartmamalıdır). Bildirilir ki, prokurorluq orqanında aparılan istintaqın nəticəsi üzrə icra məmuru İddiaçı 06.08.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq) təqsirləndirilən şəxs qismində cəlb olunmuş və 14.08.2021-ci il tarixdə cinayət işi Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən faəliyyətində ciddi pozuntulara yol verdiyinə görə Nəsimi rayon icra şöbəsinin icra məmuru İddiaçı ədliyyə orqanlarından xaric olunması məsələsinə baxılması məqsədəuyğun olduğu bildirilmişdir.

6. Bakı şəhəri Səbail rayon məhkəməsinin 02.12.2021-ci il tarixli hökmü ilə (iş 1(009)- 212/2021) İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Millik Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarın 9.1-ci və 28-ci bəndi tətbiq edilməklə İddiaçı təyin edilmiş cəzadan azad edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-429/2022 nömrəli iş üzrə 22.02.2022-ci il tarixli qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır.

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

13. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir.

14. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

15. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunundan: 10.0.11. ədliyyə orqanları işçiləri vəzifədə olaraq etik davranış və intizam qaydalarına əməl etməlidirlər. 31.1. Ədliyyə orqanlarının işçisi bu qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əmək etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.5. Bu qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 32.1. İnztizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir.

16. İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

17. Beləliklə, Səbail rayon məhkəməsinin qüvvədə olan məhkəmə hökmünə əsasən, icraatında olmuş aliment işi üzrə tələbkarın keçmiş əri ilə şəxsi zəmində ictimai yerdə aralarındakı qarşılıqlı zor tətbiq etmə və xəsarətlərlə müşayiət olunan hadisə ilə əlaqədar İddiaçı xuliqanlıq əməlinin törədilməsində təqsirli hesab olunaraq ona cəza təyin edilmiş və barəsində amnistiya tətbiq edilərək cəzadan azad edilmişdir. Qeyd edilən məhkəmə hökmü qüvvəyə minmişdir (hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir).

18. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar