Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3113/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X18, iddiaçının digər nümayəndəsi (direktoru) X2, üçüncü şəxs X7 nümayəndəsi və vəkilləri Vəkil1 və Vəkil2 iştirakı ilə, iddiaçı "xxxx" Beynəlxalq Kompaniyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X13) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı "xxxx" Beynəlxalq Kompaniyası cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin torpaq ayırma sənədləri – (1) Abşeron rayon İcra Hakimiyyəti başçısının 09.12.1999-ci il tarixli 275 saylı sərəncamı və sərəncama əlavə olunmuş texniki sənəd/torpağın sxemi, (2) həmin torpaq sahəsindəki dövlət obyektlərinin icarəyə götürlüməsi ilə bağlı Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlak Komitəsinin 26.11.1999-cu il tarixli 693 saylı sərəncamına əsasən iddiaçı ilə bağlanmış 29.11.1999-cu il tarixli 7205 saylı icarə müqaviləsi və “Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 17 yanvar 2012-ci il tarixli, 3455/7205 nömrəli icarə müqaviləsi, (3) həmin torpaq sahəsində 1990-cı illərdən mövcud olmuş, hətta bundan da əvvəl tikilmiş dövlət obyektlərinin inventarizasiyasına dair Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib edilmiş 14.12.1999-cu il qeydiyyat tarixli, 6873 qeydiyyat nömrəli “Qeyri-yaşayış fonduna daxil olan obyektlərin Texniki Pasportu” (0.48 ha torpaq sahəsi həmin Texniki Pasportda icarələrində olan qeyri-yaşayış sahəsinin tərkib hissəsi/yerləşdiyi ərazi kimi əks etdirilmişdir) əsasında qanuni sahibliyində və hal-hazırda faktiki hüquqi istifadəsində olan torpaq sahəsinin mövcud naturadakı koordinatları ilə Şirkətə verilmiş 2004-cü il tarixli JN1280 kod 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” sənədinin texniki əlavəsindəki koordinatlar arasındakı uyğunsuzluqların aradan qaldırılması, naturada istifadəsi və ilkin hüquqi və texniki sənədlər əsas götürülməklə torpaq sahəsinin koordinatlarının ölkədə tətbiq olunan yeni koordinat sistemi ilə dəqiqləşdirilməsi, faktiki istifadələrində olan torpaq sahəsinə dair yeni çıxarış və texniki sənəd verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair, həmçinin subsidiar xarakterli tələblərinin təmin edilməsinə - koordinatları dəqiqləşdiriləcək torpaq sahəsi ilə bağlı "xxxx" Beynəlxalq Şirkətinin aidiyyəti dövlət orqanları ilə hüquq münasibətinin mövcudluğunun tanınması/müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 09.12.1999-cu il tarixli 275 nömrəli Sərəncamı ilə "xxxx" Beynəlxalq Kompaniyasına ayrılmış, faktiki yerləşmə yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Ü.Hacıbəyov (yaxud Ü.Hacıbəyli) küçəsi 4 saylı binanın qarşısı/yaxınlığı ünvanı olan torpaq sahəsinin koordinatları ilə eyni torpaq sahəsi üçün tərtib olunmuş 2004-cü il tarixli JN1280 kod 30800001 saylı saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda göstərilən koordinatlar arasındakı uyğunsuzluğu aradan qaldırmaqla və həmin torpağın ilkin cizgidə göstərilən sahəsindən hazırda hasar daxilində faktiki istifadədəki 0,113 ha hissəsinə dair koordinatların müəyyənləşdirilməklə (dəqiqləşdirilməklə) "xxxx" Beynəlxalq Kompaniyasının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, 0,113 ha hissə ilə bağlı texniki pasportun tərtib edilərək təqdim edilməsi və daimi istifadə hüququ ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3113/2021-ci il tarixli 29.04.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 09.12.1999cu il tarixli 275 nömrəli Sərəncamı ilə "xxxx" Beynəlxalq Kompaniyasına ayrılmış, faktiki yerləşmə yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Ü.Hacıbəyov (yaxud Ü.Hacıbəyli) küçəsi 4 saylı binanın qarşısı/yaxınlığı ünvanı olan torpaq sahəsinin koordinatları ilə eyni torpaq sahəsi üçün tərtib olunmuş 2004-cü il tarixli JN1280 kod30800001 saylı saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda göstərilən koordinatlar arasındakı uyğunsuzluq aradan qaldırmaqla və həmin torpağın ilkin cizgidə göstərilən sahəsindən hazırda hasar daxilində faktiki istifadədəki 0,113 ha hissəsinə dair koordinatların müəyyənləşdirilməklə (dəqiqləşdirilməklə) iddiaçı "xxxx" Beynəlxalq Kompaniyasının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, 0,113 ha hissə ilə bağlı texniki pasportun tərtib edilərək təqdim edilməsi və daimi istifadə hüququ ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. X13 vəsatətlə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3113/2019 saylı 29.04.2021-ci il tarixli qərarının ləğv edilməsi, onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3113/2021-ci il tarixli 01.07.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3113/2021 saylı 29 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, X13 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və hazırki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 09.12.1999-cu il tarixli 275 nömrəli Sərəncamı ilə "xxxx" Beynəlxalq Kompaniyasına ayrılmış, faktiki yerləşmə yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov (yaxud Ü.Hacıbəyli) küçəsi 4 saylı binanın qarşısı/yaxınlığı ünvanı olan torpaq sahəsinin koordinatları ilə eyni torpaq sahəsi üçün tərtib olunmuş 2004-cü il tarixli JN1280 kod 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda göstərilən koordinatlar arasındakı uyğunsuzluğu aradan qaldırmaqla və həmin torpağın ilkin cizgidə göstərilən sahəsindən hazırda hasar daxilində faktiki istifadədəki 0,113 ha hissəsinə dair koordinatların, həmçinin hazırki işdə 3-cü şəxs olan X7 malik olduğu çıxarış əsasında onun faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməklə (dəqiqləşdirilməklə), ümumilikdə 0,1790 ha torpaq sahəsi üzərində "xxxx" Beynəlxalq Kompaniyasının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, 0,1790 ha hissə ilə bağlı texniki pasportun tərtib edilərək təqdim edilməsi və istifadə hüququ ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, 18.08.1999-cu il tarixdə "xxxx" Beynəlxalq Kompaniyası (bundan sonra Şirkət adlandırılacaqdır) Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinə müraciət edərək, həmin müəssisənin balansında olan, Bakı şəhəri, 6-cı mikrorayon, H.Hacıyev (əslində H.Hacıbəyov) küçəsi, 4 saylı binanın qarşısında tikilmiş istilik məntəqəsinə məxsus hovuzun və yardımçı binanın icarəyə verilməsini xahiş etmişdir. Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin 06.10.1999-cu il tarixli razılıq məktubu ilə qeyd edilən ünvanda yerləşən və Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin istifadə etmədyi hovuzun və yardımçı binanın gələcəkdə özəlləşdirilmək hüquqları ilə Şirkətin icarəsinə verilməsinə etiraz edilmədiyi ifadə edilmiş və buna razılıq verilmişdir. “İcarəyəverən” AR-nın keçmiş Dövlət Əmlak Komitəsinin 26.11.1999-cu il tarixli 693 saylı sərəncamına əsasən, Binəqədi rayonu, H.Hacıyev küçəsi, 4 saylı binanın qarşısı ünvanında yerləşən, Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin balansında olan, ümumi sahəsi 81.1 kv.m. olan qeyri-yaşayış sahələri ofis məqsədlərindən ötrü iddiaçının istifadəsinə verilmişdir və 29.11.1999-cu il tarixdə “İcarəyəverən”lə 7205 saylı icarə müqaviləsi bağlayaraq ərazidəki dövlət obyektlərindən istifadəni icarə münasibətləri əsasında davam etdirməyə başlamışdır. İddiaçının icarəyə götürdüyü obyektlər köhnə dövlət obyektləri kimi istifadəyə yararsız vəziyyətdə olduğundan qarşılıqlı razılaşma ilə artıq müqavilə bağlanması ilə bağlı danışıqlar getdiyi və müqavilə bağlandığı dövrdə və bundan sonrakı az bir müddətdə tərəfindən təmir edilməyə başlanmış, istifadəyə yararlı vəziyyətə gətirilmiş və üstəlik, yaranmış təsərrüfat zərurətləri ilə bağlı əlavə yardımçı tikili və qurğular (hasar, darvaza və s.) də tikilmişdi. Həmin zaman icarəyə götürdüyü obyektlər Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin balansında olsa da bu obyektlərin sərəncamvericisi yeni qəbul edilmiş qanunvericilik aktlarına əsasən (AR Prezidentinin 06.09.1997-ci il tarixli Fərmanı və s.) ARnın keçmiş Dövlət Əmlak Komitəsi idi, bu üzdən də iddiaçı müqaviləni Komitə ilə bağlamışdır. Lakin, ərazi Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olduğundan, iddiaçı isə orada gələcəkdə zeytun emalı zavodu, anbar və s. yardımçı binalar inşa etməyi planlaşdırdığından, ərazinin torpaq sahəsinin də istifadəyə götürülməsi ilə bağlı Abşeron RİH-nə müraciət etməyi və müvafiq sərəncam almağı tələb olunurdu. Beləliklə, öncədən AR-nın keçmiş Dövlət Əmlak Komitəsi ilə bağladığı icarə müqaviləsinə əsasən icarəyə götürdüyü obyektlərin yerləşdiyi 6-cı mikrorayon, H.Hacıyev küçəsi, 4 saylı binanın qarşısı ünvanındakı 0,48 ha ölçüdəki torpaq sahəsi (tikinti altı və tikintilər arası boş sahələrlə birlikdə) Abşeron Rayon İH başçısının 09.12.1999-ci il tarixli 275 saylı sərəncamı ilə (həmin zaman bu torpaqlar Abşeron RİH-nin idarəçiliyində olan zeytun bağlarından ibarət idi və sonradan 2006-cı ildə torpaqların hüquqi statusuna və torpaq sahiblərinin hüquqlarına toxunulmadan həmin ərazilər müvafiq aktlarla Bakı, Binəqədi rayonunun inzibati ərazisinə qatılmışdı) tikinti işlərinin aparılması məqsədlərindən ötrü Şirkətə ayrılmışdır. Sərəncama əlavə olaraq texniki sənəd də tərtib edilməklə və sahənin sxemi çəkilməklə ərazi naturada şirkətə təhkim edilmişdi. Elə həmin ildə, yəni 1999-cu ilin sonlarında müraciəti əsasında ərazidəki qeyri-yaşayış fonduna daxıl olan obyektlərin (həm şirkətin tikdiyi, həm də dövlətə aid olan obyektlərin) inventarizasiyası aparılmış, AR-nın keçmiş Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən Şirkətin qanuni istifadəsindəki torpaq sahəsində ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyektləri ilə bağlı - 12.1999-cu il qeydiyyat tarixli, 6873 qeydiyyat nömrəli Texniki Pasport da verilmişdi. Həmin zaman qanuni istifadəsindəki 0,48 ha ölçüdəki torpaq sahəsi də obyektlərin yerləşdiyi ərazi kimi tikintialtı və tikinti arası açıq sahə, həmçinin yaşıllıq sahəsi olaraq texniki pasporta əlavə edilmiş, obyektlərdən və həmin ölçüdə torpaq sahəsindən vahid, bölünməz obyekt olaraq istifadəsinin qanuniliyi tam təsdiq edilmişdi. Həmin vaxtdan, yəni 1999-cu ildən indiyə kimi torpaq sahəsi Şirkətin qanuni daimi istifadəsində olmuş və buradan təsərrüfat məqsədləri üçün istifadə edilmiş, bu məqsədlərə uyğun olaraq Şirkətin tərəfindən əlavə tikililər də tikilmişdi. Sahənin sərhədləri kubik daşı ilə hörülməklə hasara alınmış, burada zeytun ağacları əkilmiş və sahə abadlaşdırılmışdı. Sonrakı illərdə Şirkətin daha uzunmüddətli tikinti və təsərrüfat məqsədlərindən ötrü sözügedən ərazi torpaqdan daimi istifadə hüquqları ilə torpaqların kadastrının və qeydiyyatının aparıldığı aidiyyəti dövlət orqanında - Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi orqanında dövlət aktı qeydiyyatı kitabında 30 dekabr 2004-cü il tarixi, 7747 nömrəsi ilə dövlət qeydiyyatına alınmış və Şirkətə həmin torpaq sahəsi ilə bağlı JN1280 kod 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” verilmişdir. Torpaq sahəsi qeydiyyata alınmazdan əvvəl sözügedən orqanın səlahiyyətli mütəxəssisləri tərəfindən torpaq sahəsinə təkrar baxış da keçirilmişdi. Bu zaman ərazinin koordinatları və döngə nöqtələri o zaman dövlət torpaq kadastrı və reyestrini aparan orqanlarda istifadə olunan koordinat təyin etmə sistemi ilə təyin edilmişdi. 2015-ci ildə ləğv edilmiş keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüququ varisi olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə 30.10.2019-cu ildə ərizə ilə müraciət edərək Şirkətin daimi istifadəsində olan torpağın dövlət aktının arxiv nüsxəsinin təsdiq olunmuş surətini də təkrarən əldə etmişdir, yəni sənədin arxiv kökü də vardır. Şirkətin hüquqları dövlət qeydiyyatına alındıqdan sonra da ərazidə təsərrüfat fəaliyyəti davam etdirilmiş, burada gələcək fəaliyyəti üçün tələbata uyğun kiçik ölçülü tikililərin inşası da aparılmışdı. Şirkətin bütün fəaliyyəti dövründə və həm obyektlərdən, həm də torpaq sahəsindən istifadə etdiyi zamanlarda davamlı olaraq əmlak və torpaq vergilərini həmişə ödəmiş və ödəməkdə də davam edir. Ödəmələri təsdiq edən sənədləri də vardır. 2012-ci ildə Şirkətin torpaq sahəsinə yaxın ərazidə Ulu Öndərin adını daşıyan Heydər məscidinin tikintisinə başlanılmış və tikinti 2016-cü ildə tam başa çatmışdır. Məscidə yol çəkilişi ilə bağlı olaraq Şirkətin qanuni istifadəsindəki torpaq sahəsinin bir hissəsi, təxminən 0,28 hektar (28 sot) "xxxx"ASC tərəfindən dövlət ehtiyacları ilə bağlı istifadəsindən alınsa da Şirkətə heç bir kompensasiya ödənilməmişdir, Şirkət də tələb etməmişdir. Lakin bu yol çəkilişi Şirkətin ərazidə əsaslı tikinti ilə bağlı planlarını pozmuş, Şirkəti layihələrində dəyişikliklər etməyə, işlərinə sıfırdan başlamağa vadar etmişdir. Üstəlik, ərazidəki tikililərin əsas hissəsinin yol çəkilişi zamanı sökülməsi də işlərini və planlarını dəyişməyə məcbur etmişdir. Məhz bunu əsas tutaraq, 2016-2018-cı il tarixlərdən başlayaraq əvvəllər bu ərazidə olan və sökülmüş tikililərinin yenidən yeni layihələr əsasında bərpa olunması üçün dəfələrlə ərazi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər etmişdir. Lakin, müraciət olunan orqanla bağlı olan müxtəlif subyekiv səbəblər üzündən müraciətləri təmin edilməmişdir. 2018-ci ildə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətləri AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilmiş, yeni struktur dəyişiklikləri ilə bağlı şəhərdə tikinti işləri aparılması bir müddət, həmçinin obyektiv səbəblərdən də mümkün olmamışdır. Keçən ildən başlayaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni tələblərinə uyğun qaydada yenidən layihələndirmə və müvafiq sənədlərin toplanması işlərinə, həmçinin torpaq sahəsinin yerləşdiyi ərazinin inzibati ərazi tabeçiliyinin 2006-cı ildə dəyişdirilməsi ilə bağlı yaranmış zərurətlə əlaqədar olaraq sənədlərdəki uyğunsuzluqların aradan qaldırılması üçün torpaqdan daimi istifadə hüquqlarının təkrar qeydiyyatından ötrü müvafiq arxiv sənədlərinin toplanılmasına başlamışdır. Lakın, Şirkət elə bu ilin fevral-mart aylarında zəruri sənədləri yenicə tamamlayıb aidiyyəti sturukturlara təqdim etmək istəyirdi ki, dünyada baş vermiş pandemiya yayğını və ölkədəki karantin rejimi qaydaları ilə bağlı olaraq işləri növbəti dəfə ertələnmişdir. Karantin rejimi ilə bağlı əraziyə gedə bilmədiyi bir zamanda 2020-ci ilin aprel-may aylarında Şirkətə məxsus ərazinin bir hissəsi əvvəllər şəxsiyyətlərini müəyyən edə bilmədiyi, sonradan aydınlaşdıra bildiyi şəxslər tərəfindən zorakı yollarla və mübahisəli məqamlarla bağlı məhkəmə araşdırılmasına baş vurulmadan zəbt edilmişdir. Zəbt edən şəxslər hüquqi sənədlərə malik olduqlarını bildirmişlər. Bu ilin may ayında 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Şirkətin qanuni sahibliyindəki torpaq sahəsi ilə bağlı 3-cü şəxslərin adlarına aparılmış qeydiyyatlarla bağlı məlumat verilməsini xahiş etmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən üvana daxil olmuş 22.05.2020-ci il tarixli, **********16 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr ərazisində yerləşən 0,06 ha torpaq sahəsi Binəqədi RİH başçısının 29.12.2000-ci il tarixli 2189 saylı sərəncamına, cizgiyə və Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 04.10.2019-ci il tarixli arxiv arayışına əsasən 02.12.2019-cu il tarixdən X4 adına ilkin qeydiyyata alınmışdır, lakin onun vəfatından sonra Naxçıvan şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-02 reyestr nömrəli, 17.01.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsi 31.01.2020-ci il tarixdə X10 mülkiyyətinə keçmişdir. Bakı şəhəri 37 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4ə 18 reyestr nömrəli, 07.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin tirpaq sahəsi 13.02.2020-ci ıl tarixdə X7 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Cavab məktubunda qeyd etdiyiniz 3-cü şəxslərin adına aparılmış hüquqların qeydiyyyatını əsassız hesab edərək bu qeydiyyatın dövlət reyestrindən silinməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmiş, hal-hazırda məsələ apellyasiya instansiyasında araşdırılmaqdadır. Eyni zamanda onu da bildirir ki, özəl ekspertiza müəssisəsi -“X6”ndə sifarişi üzrə mühəndis-texniki ekspertizası keçirilməsinə, ekspert rəyi alınmasına nail olmuşdur. Həmin ekspert rəyində mübahisəli torpaqla bağlı bütün əhəmiyyətli hallar araşdırılmışdır. Ekspert rəyi mübahisəli torpaq sahəsi ilə bağlı subyektiv hüququnun olmasını, tərəfi olduğu hüquq münasibətinin mövcud olmasını tam təsdiq edir. Ekspert rəyindən görünür ki, Şirkətin hal-hazırda qanuni sahibliyində və faktiki istifadəsində olan torpaq sahəsi Şirkətə 1999-cu ildə qanuni əsaslarla ayrılan torpaq sahəsinin bir hissəsi olsa da, mövcud hissənin faktiki koordinatları ilə "xxxx" Beynəlxalq Kompaniyasına 2004-cü ildə verilmiş JN1280 kod 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”ndakı koordinatlar arasında cüzi (koordinat sistemlərinin fərqliliyi ilə bağlı) uyğunsuzluqlar vardır ki, bunlar da aradan qaldırılmalıdır. 0,48ha torpaq sahəsi ilə bağlı sahiblik hüquqlarının faktiki mövcudluğu, torpaq sahəsinin hasarlarının və darvazanın olmasını, bu sahənin bir hissəsinin yol çəkilişinin təsiri altına düşməsini müxtəlif illərdə ərazinin peykdən çəkilmiş və “google” internet şəbəkəsində yerləşdirilmiş peyk fotoşəkillərinin müqayisəli təhlilindən, həmçinin malik olduğu və hazırki ərizəyə əlavə etdiyi 2006-2008-ci illərin fotoşəkillərindən də aydın görmək mümkündür (foto şəkillərin surətləri əlavə olunur). Şirkətin bütün fəaliyyəti dövründə və həm obyektlərdən, həm də torpaq sahəsindən istifadə etdiyi zamanlarda davamlı olaraq icarə ödənişlərini və torpaq vergilərini həmişə ödəmiş və ödəməkdə də davam edir. Ödəmələrin mövcud maliyyə-mühasibatlıq sənədləşməsinə uyğun şəkildə aparılmasını təsdiq edən müvafiq sənədləri vardır. İcarə ödənişlərinin ayba-ay ödənilməsini və torpaq vergilərinin ilbə-il olaraq vergi qanunvericiliyində müəyyən edilmiş ödəmə müddətlərində (ildə iki dəfə olmaqla) ödənilməsini təsdiq edən auditor rəyi vardır. Belə ki, AR Auditorlar Palatası tərəfindən 29 may 2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi AT/191 olan İcazəyə (Lisenziyaya) əsasən fəaliyyət göstərən "xxxx" MMC (VÖEN: ********* l)-nin direktoru, AR Auditorlar Palatasının üzvü, auditor X16 tərəfindən verilmiş 18.06.2020-ci il tarixli auditor rəyindən görünür ki, Şirkətin qanuni istifadəsində olan qeyri-yaşayış sahələrinə görə icarə haqlarını 1999-2014-cü illərdə (6-cı m/r-da Ulu Öndərin adına tikilmiş Heydər Məscidinə yol çəkilişi ilə bağlı olaraq ərazinin bir hissəsi alınmanın təsiri altına düşünə və buradakı tikililər Azəravtoyol ASC tərəfindən sökülənə kimi) icarə müqaviləsi üzrə müəyyən edilmiş hesablara vaxtı-vaxtında, həmçinin 1999-2020-ci illərdə torpaq vergisini tam olaraq, vaxtlı-vaxtında ödəmişdir. Qanuni istifadədə olan torpaq sahəsi ilə bağlı torpaq vergisi ödənişləri və həmin torpaq sahəsindəki qeyri-yaşayış obyektləri ilə bağlı icarə haqqı ödənişləri təsdiq edir ki, həmin torpaq sahəsi ilə bağlı aidiyyəti dövlət orqanı - Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Əmlak Məsələləri Dövlət Xidməti ilə) ilə Şirkətin arasında torpaq və icarə hüquq münasibətləri mövcud olmuşdur. 0.48ha torpaq sahəsi, 2012-2015-ci illərdəki yol çəkilişindən sonra isə yerdə qalan hissə torpaq və icarə münasibətlərinin obyekti olmuşdur. Hesab edir ki, sözügedən hüquq münasibətlərinin müəyyən edilməsi və mövcudluğunun tanınması həmin münasibətlərin obyekti olan torpaq sahəsi ilə bağlı uyğunsuzluqların aradan qaldırılmasının da hüquqi əsaslarından biridir. Şirkətin məxsus torpaq sahəsinin koordinatlarının təkrarən müəyyənləşdirilməsi ilə bağlı bu ilin may ayında 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Şirkətin müraciəti əsasında 1 saylı Bakı İdarəsindən almış olduğu 19.06.2020-ci il tarixli, **********45 nömrəli cavab məktubunda/arayışında deyilir ki, “...təqdim edilmiş torpaq sahəsinin daimi istifadə hüququ haqqında...şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,48ha göstərilsə də, faktiki olaraq 0.01790ha təşkil edir. Həmçinin, təqdim edilmiş şəhadətnamənin verilməsi səbəb olmuş (yəqin ki, əsas olmuş qəsd olunub-AYF) ilkin cizgidə (Abşeron RİH-nin sərəncamına əlavə olunmuş cizgidən söhbət gedir-AYF) göstərilən torpaq sahəsinin bir hissəsinin cizgidə göstərilən sahəyə uyğun olsa da, bir hissəsi fərdi yaşayış evləri, bir hissəsi yol, 0.06ha hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə və bir hissəsi digər şəxsin adına verilmiş kadastr planı ilə üst-üstə düşür...”. Göründüyü kimi, 0,48ha torpaq sahəsinin bir hissəsinin Şirkətin faktiki istifadəsində olması cavab məktubu ilə də təsdiq olunur. Həmçinin bildirilir ki, Şirkətin faktiki istifadəsində olan sahə Abşeron RİH-nin 1999-ci il tarixli sərəncamına əlavə olunmuş cizgidəki torpaq sahəsi ilə üst-üstə düşür, həmin cizgi ilə uyğundur. 03 noyabr 2020ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqan olan 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmədənkənar qaydada müraciət edərək, yol verilmiş hüquq pozuntusunun aradan qaldırılmasını - ilkin torpaq ayırma Sənədləri (bunlar kağız üzərindəki dövlət reyestri məlumatları hesab olunur) - 1)Abşeron rayon İH başçısının 09.12.1999-ci il tarixli 275 saylı sərəncamı (həmin zaman bu torpaqlar Abşeron RİH-nin idarəçiliyində idi və sonradan 2008-ci ildə torpaqların hüquqi statusuna və torpaq sahiblərinin hüquqlarına toxunulmadan həmin ərazilər müvafiq aktlarla Bakı, Binəqədi rayonunun inzibatı ərazisinə qatılmışdı) və Sərəncama əlavə olunmuş texniki sənəd/torpağın sxemi, (2)həmin torpaq sahəsindəki dövlət obyektlərinin icarəyə götürlüməsi ilə bağlı AR-nın keçmiş Dövlət Əmlak Komitəsinin 26.11.1999-cu il tarixli 693 saylı sərəncamına əsasən Şirkətlə bağlanmış 29.11.1999cu il tarixli 7205 saylı icarə müqaviləsi və “Dövlət Əmlakının (qeyri- yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 17 yanvar 2012-ci il tarixli, 3455/7205 nömrəli icarə müqaviləsi, (3) həmin torpaq sahəsində 1990-cı illərdən mövcud olmuş, hətta bundan da əvvəl tikilmiş dövlət obyektlərinin inventarizasiyasına dair AR-nın keçmiş Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib edilmiş 14.12.1999-cu il qeydiyyat tarixli, 6873 qeydiyyat nömrəli “Qeyri-yaşayış fonduna daxil olan obyektlərin Texniki Pasportu” (0.48ha torpaq sahəsi həmin Texniki Pasportda Şirkətin icarəsində olan qeyri-yaşayış sahəsinin tərkib hissəsi, yerləşdiyi ərazi kimi əks etdirilmişdir) əsasında qanuni sahibliyində və hal-hazırda faktiki hüquqi istifadəsində olan torpaq sahəsinin mövcud naturadakı koordinatları ilə Şirkətə verilmiş 2004-cü il tarixli JN1280 kod 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” sənədinin texniki əlavəsindəki koordinatlar arasındakı uyğunsuzluqların aradan qaldırılmasını, naturada istifadəsi və ilkin hüquqi və texniki sənədlər əsas götürülməklə torpaq sahəsinin koordinatlarının ölkədə tətbiq olunmaqda olan yeni koordinat sistemi ilə dəqiqləşdirilməsini, faktiki istifadədə olan torpaq sahəsinə dair Şirkətə yeni çıxarış və texniki sənəd verilməsini xahiş etmişdir. Lakin, inzibati orqan indiyə kimi bir aydan da çox vaxt keçməsinə baxmayaraq, Şirkətə yazılı cavab belə verməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X25 göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının digər nümayəndəsi (direktoru) X3 iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ərizəyə əlavə olunan şəhadətnamədə qeyd olunan koordinatlara əsasən olan sahə ilə faktiki göstərilən sahə fərqlidir. Bundan əlavə həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.48 ha göstərilsə də, faktiki olaraq 0.1790 ha təşkil edir. Həmçinin, təqdim edilmiş şəhadətnamənin verilməsinə səbəb olmuş ilkin cizgidə göstərilən torpaq sahəsinin bir hissəsi cizgidə göstərilən sahəyə uyğun olsa da, bir hissəsi fərdi yaşayış evləri, digər bir hissəsi isə yoldur. Habelə ilkin cizgiyə əsasən torpaq sahəsinin 0.06 ha hissəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və digər bir hissəsinə isə X5 adına kadastr planı verilmişdir. Bundan əlavə, faktiki göstərilən sahənin yaxınlığında orta təzyiqli qaz xətti keçir. Bununla bağlı "xxxx" Beynəlxalq Kompaniyasına idarə tərəfindən 19.06.2020-ci il tarixli **********45 qeydiyyat nömrəli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 digər nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X13 ilə aralarında olan mübahisəni danışıqlarla tənzimlədikləri və barışıq sazişi bağladıqları üçün iddia tələbinin “üçüncü şəxs X7 malik olduğu çıxarış əsasında onun faktiki istifadəsindəki 0,06 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməklə (dəqiqləşdirilməklə), həmin 0,06 ha torpaq sahəsi üzərində "xxxx" Beynəlxalq Kompaniyasının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,06 ha hissə ilə bağlı texniki pasportun tərtib edilərək təqdim edilməsi və istifadə hüququ ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissələrindən imtina etdiyini, iddiadan imtina etmə əsası ilə iddia tələbinin bu hissələri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3113/2021-ci il tarixli 29.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Beynəlxalq Kompaniyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X13) “Abşeron Rayon İcra Hakimiyyəti başçısının 09.12.1999-cu il tarixli 275 nömrəli Sərəncamı ilə "xxxx" Beynəlxalq Kompaniyasına ayrılmış, faktiki yerləşmə yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov (yaxud Ü.Hacıbəyli) küçəsi 4 saylı binanın qarşısı/yaxınlığı ünvanı olan torpaq sahəsinin koordinatları ilə eyni torpaq sahəsi üçün tərtib olunmuş 2004-cü il tarixli JN1280 kod 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda göstərilən koordinatlar arasındakı uyğunsuzluğu aradan qaldırmaqla və həmin torpağın ilkin cizgidə göstərilən sahəsindən hazırda hasar daxilində faktiki istifadədəki 0,113 ha hissəsinə dair koordinatların, həmçinin hazırki işdə 3-cü şəxs olan X7 malik olduğu çıxarış əsasında onun faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməklə (dəqiqləşdirilməklə), ümumilikdə 0,1790 ha torpaq sahəsi üzərində "xxxx" Beynəlxalq Kompaniyasının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, 0,1790 ha hissə ilə bağlı texniki pasportun tərtib edilərək təqdim edilməsi və istifadə hüququ ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” iddia tələbinin “üçüncü şəxs X7 malik olduğu çıxarış əsasında onun faktiki istifadəsindəki 0,06 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməklə (dəqiqləşdirilməklə), həmin 0,06 ha torpaq sahəsi üzərində "xxxx" Beynəlxalq Kompaniyasının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,06 ha hissə ilə bağlı texniki pasportun tərtib edilərək təqdim edilməsi və istifadə hüququ ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissələrindən iddiaçının iddiadan imtinası qəbul edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarında olan Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədrinə ünvanladığı 06.10.1999-cu il tarixli məktubundan görünür ki, İdarə onun balansında olan Bakı şəhəri, 6-cı mikrorayon H.Hacıyev küçəsi 4 saylı binanın qarşısında tikilmiş istilik məntəqəsinə məxsus olan hovuzun və yardımçı binanın İdarə tərəfindən istifadə edilmədiyindən "xxxx" Beynəlxalq Kompaniyasına icarəyə verilməsinə və gələcəkdə özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə "xxxx" Beynəlxalq Kompaniyası arasında Bakı şəhəri, Binəqədi rayonu, H.Hacıyev küçəsi 4 saylı binanın qarşısında yerləşən 81.1 kv.m təşkil edən Bakı İstilik şəbəkəsi İstehsalat İdarəsinin balansında olan qeyri-yaşayış sahəsinə dair 29.11.1999-cu il tarixdə 7205 saylı icarə müqaviləsi bağlanılmışdır. İş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının “Tikinti altında olan torpaq sahəsinin "xxxx" Beynəlxalq Kompaniyasına ayrılması haqqında” 275 nömrəli 09.12.1999-cu il tarixli Sərəncamına əsasən əvvəllər Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinə təhkim edilmiş, istifadəyə yararsız olduğuna görə "xxxx" Beynəlxalq Kompaniyası tərəfindən alınmış su hovuzları və digər yardımçı binaların altındakı 0.25 hektar və tikinti arası boş sahə 0.23 hektar, cəmi 0.48 hektar torpaq sahəsi "xxxx" Beynəlxalq Kompaniyasına təhkim edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, H.Hacıyev küçəsi 4 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə dair 10.12.1999-cu il tarixdə Texniki Pasport tərtib edilmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 275 nömrəli 09.12.1999-cu il tarixli Sərəncamı ilə “AYF Beynəlxalq” Kompaniyasına ayrılmış və cizgidə göstərilən sərhəd daxilində 0.48 ha torpaq sahəsinə görə “Torpaqdan daimi istifadə hüququna dair” JN 1280 kod 30800001 saylı Dövlət Aktı verilmiş və DTXK-nın Abşeron rayon şöbəsində 30.12.2004-cü ildə 7747 nömrəli ilə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17.09.2008-ci il tarixli 2(81)-1934/2008 saylı Qətnaməsi ilə iddiaçı “AYF Beynəlxalq” Kompaniyasının cavabdeh "xxxx" ASC-yə qarşı iddiası təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 275 nömrəli Sərəncamı ilə “AYF Beynəlxalq” Kompaniyasına ayrılmış və DTXKnın Abşeron rayon şöbəsi tərəfindən JN 1280 kod 30800001 saylı 30.12.2004-cü il tarixli torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı ilə iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsindəki qanunsuz tikilmiş tikililərin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq “AYF Beynəlxalq” Kompaniyasının daimi istifadəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan “X6”nin 07.04.2021-ci il tarixli 85 nömrəli ekspert rəyinə əsasən Abşeron RİH başçısının 09.12.1999-cu il tarixli 275 saylı sərəncamı və sərəncama əlavə edilmiş sxemlə 1999-cu ilin dekabr ayında torpaq ayırma və yerquruluşu sənədləşməsi qaydasında ayrılaraq "xxxx" Beynəlxalq Kompaniyasının istifadə və sahibliyinə verilmiş 0,48 ha torpaq sahəsinin hazırkı yerləşmə vəziyyətinə görə hasardaxili sahəsinin 1131,2 m2 təşkil etdiyi müəyyən olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarında olan X13 ilə “A.Y.F Beynəlxalq Kompaniyası” arasında imzalanmış və notarial qaydada təsdiq edilmiş 13 iyul 2021-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıda göstərilən şərtlərlə həmin Barışıq Sazişini imzalamışlar - 1. A.Y.F Beynəlxalq Kompaniyası bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri orqanında tanınmış və qeydiyyata alınmış X7 (əvvəlki mülkiyyətçisi X19 (mərhum X4 əri, hüquqi varisi)) mülkiyyət hüququna etiraz etmir. 2. X1 aralarındakı mübahisənin sülhlə tamamlanması üçün “A.Y.F.” Beynəlxalq Kompaniyasına bu torpağa görə dəymiş zərərin (uzun illər ödənmiş vergilərin, icarə haqqının abadlıq və tikililərin dəyərinin) 70000 (yetmiş min) manat məbləğində pul vəsaitini şirkətin kassasına ödəməyi öhdəsinə götürür. Bu məbləğin ödənişi müqavilə imzalanan anda həyata keçiriləcəkdir. 3. “A.Y.F.” Beynəlxalq Kompaniyası X1na verilmiş 13.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına və həmin torpaq sahəsi ilə bağlı 3-cü şəxslərin adlarına aparılmış digər ilkin (Binəqədi rayon icra Hakimiyyəti Başçısının 29.12.2000-ci il tarixli, 2180 saylı Sərəncamı, X4 adına verilmiş 02.12.2019-cu il tarixli, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış, X10 adına verilmiş 31.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) və sonrakı qeydiyyat sənədləşmələrinə, həmçinin torpaq sahəsinin gələcəkdə ola biləcək sair sahiblərinə hər hansı etirazı, marağı, tələbi, iddiası yoxdur və gələcəkdə də həmin torpaq sahəsi, habelə torpaq sahəsi üzərində olan və gələcəkdə olacaq tikililər (aparılacaq tikinti işləri zamanı qonşuluq hüquqları və şəhərsalma qaydaları pozuntuları istisna olmaqla) və s. ilə bağlı, heç bir iddia, tələb (əmlak, pul və s. tələblər də daxil olmaqla) irəli sürməyəcəkdir. X7 0,06 ha torpaq sahəsi ilə bağlı özünün tələbləri üzrə bundan sonra qəbul ediləcək məhkəmə aktı/aktları ilə əlaqədar hər hansı şikayət və etiraz bildirməyəcək, bu aktları mübahisələndirməyəcəkdir.
4. X1 “A.Y.F.” Beynəlxalq Kompaniyasının hal-hazırda faktiki sahibliyində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov (yaxud Ü.Hacıbəyli) küçəsi 4 saylı binanın qarşısı/yaxıniığı ünvanında yerləşən, həmin hüquqi şəxsin qanuni istifadəsindski 0,113ha torpaq sahəsi ilə bağlı heç bir tələbinin və iddiasının, maraqlarının olmadığını ifadə edir. Bildirir ki, həmin torpaq sahəsi ilə bağlı gələcəkdə “A.Y.F.” Beynəlxalq Kompaniyasına və digər şəxslərə, həmçinin torpaq sahəsinin gələcəkdə ola biləcək sair sahiblərinə qarşı, eləcə də, bu torpaq üzərində aparılacaq tikinti quraşdırma işləri ilə bağlı (aparılacaq tikinti işləri zamanı qonşuluq hüquqları və şəhərsalma qaydaları pozuntuları istisna olmaqla) daşınmaz əmlakın reyestri orqanlarına və digər dövlət qurumlarına qarşı heç bir tələb (əmlak, pul və s. tələblər də daxil olmaqla) və iddia irəli sürməyəcəkdir. Həmçinin bildirir ki, "A.Y.F." Beynəlxalq Kompaniyasının həmin torpaq sahəsi ilə bağlı tələbləri üzrə bundan sonra qəbul ediləcək məhkəmə aktı/aktları ilə əlaqədar hər hansı şikayət və etiraz bildirməyəcək, bu aktları mübahisələndirməyəcəkdir.
5. “A.Y.F.” Beynəlxalq Kompaniyası X1nın qanuni mülkiyyətində olan 0,06ha ölçülü torpaq sahəsi və həmin sahədə mövcud tikililər və ya gələcəkdə olacaq tikinti işləri ilə bağlı, X13 isə “A.Y.F." Beynəlxalq Kompaniyasının qanuni istifadəsində olan 0,113ha torpaq sahəsi və həmin sahədə mövcud tikililər və ya gələcəkdə olacaq tikinti işləri ilə bağlı daşınmaz əmlakın reyestri orqanlarına və digər dövlət qurumlarına qarşı heç bir iddia və tələb irəli sürməyəcəkdir. 6. Bu Sazişin bağlanması ilə “A.Y.F.” Beynəlxalq Kompaniyası öhdəliyinə götürür ki, X1nın qanuni mülkiyyətində olan 0,06ha ölçülü torpaq sahəsi (13.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış) ilə bağlı məhkəmələrdəki: 1) Bakı Apellyasiya Məhkəməsində ("xxxx" Beynəlxalq Kompaniyasının iddiasının mümkünsüz sayılmasına dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5510/2020 saylı, 26.10.2020-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə, 2-1(103)- 1955/2021 saylı iş); 2) Binəqədi Rayon Məhkəməsində (0,06 ha ölçüdə torpaq sahəsi ilə bağlı cavabdeh X9 qarşı iddiaçı "AYF” Beynəlxalq Kompaniyasının sahiblik və istifadəsinə hüquqları ilə bağlı qaldırdığı 2(001)-3859/2020 saylı mülki iş üzrə); 3) Bakı İnzibati Məhkəməsində (iddiaçı “AYF" Beynəlxalq Kompaniyasının cavabdeh Binəqədi rayon icra Hakimiyyətinə, 3-cü şəxslər ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi, X14 (mərhum X4 əri, hüquqi varisinə) qarşı Binəqədi rayon İcra Hakimiyyəti başçısının 29.12.2000-ci il tarixli 2189 saylı sərəncamının “AYF" Beynəlxalq Kompaniyasının hüquqlarına toxunan hissədə etibarsız sayılmasına dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7354/2021 saylı iş); 4) Bakı İnzibati Məhkəməsində (iddiaçı “AYF" Beynəlxalq Kompaniyasının cavabdehlər ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə və X9, 3-cü şəxs, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nə qarşı “çıxarışın verilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 1(112)-3113/2021 saylı iş üzrə tələbin cavabdeh X9 aid hissəsində) və digər məhkəmələrdə olan bütün işlər üzrə şikayət və tələblərindən, iddialarından imtina edir, iddia ərizələrini geri götürür və bu Sazişin imzalanmasından sonra qəbul ediləcək məhkəmə aktlarını mübahisələndirməyəcəkdir. Bununla bağlı müvafiq sənədlər ("xxxx" Beynəlxalq Kompaniyasının 0,06 ha torpaq sahəsi ilə bağlı məhkəmələrin və dövlət qurumlarının icraatında olan tələblərdən, şikayətlərdən və iddialardan imtina barədə ərizələri və digər sənədlər) bu Saziş imzalanan an X1na və yaxud nümayəndəsinə təqdim ediləcəkdir. Həmçinin, hazırkı Saziş həmçinin həmin məhkəmələrdə olan iddialar üzrə "xxxx" Beynəlxalq Kompaniyasının iddialarından imtinası barədə ərizəsi (vəsatət və müraciəti) kimi qəbul edilir və həmin ərizəyə bərabər tutulur. 7. Eyni zamanda, vət.X15 öhdəlik götürür ki, yuxarıda sözügedən məhkəmə işləri üzrə bu sazişin imzalanmasından sonra qəbul ediləcək məhkəmə aktlarını mübahisələndirməyəcəkdir. 8. Həmçinin Tərəflər, “A.Y.F." Beynəlxalq Kompaniyasının faktiki sahibliyində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov (yaxud Ü.Hacıbəyli) küçəsi 4 saylı binanın qarşısı/yaxıniığı ünvanında yerləşən, hüquqi şəxsin qanuni istifadəsindəki 0,113ha torpaq sahəsinin ərazisi (sərhədləri) ilə X1nın qanuni mülkiyyətində olan 0,06ha ölçülü torpaq sahəsinin (13.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış) ərazisini (sərhədlərini) qəbul edirlər. 9. X1 hazırkı barışıq sazişinin bağlanması üçün həyat yoldaşı Məmmədov Anarın etirazının olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəni müqavilə bağlandığı gün təqdim edəcəkdir. 10. Tərəflər öhdəlik götürürlər ki, qanuni sahibliklərində olan 0,113ha və 0,06ha torpaq sahələri ilə bağlı gələcəkdə hər hansı orqanda bir-birlərinə qarşı hər hansı tələb irəli sürməyəcəklər, həmin torpaq sahələri ilə bağlı qarşı tərəfə məxsus olan sənədləri, yaxud həmin torpaq sahələri ilə əlaqəli olan, maraqlarına toxunan sair hüquqi və texniki sənədləri mübahisələndirməyəcəklər. 11. Bu Saziş eyni hüquqi qüvvəyə malik altı nüsxədə tərtib edilmişdir. Sazişin bir nüsxəsi X8, bir nüsxəsi “A.Y.F.” Beynəlxalq Kompaniyasında qalır, digər dörd nüsxəsi müvafiq məhkəmələrə təqdim ediləcəkdir. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, cavabdeh imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, şəhadətnamədə qeyd olunan koordinatlara əsasən olan sahə ilə faktiki göstərilən sahə fərqlidir. Bundan əlavə həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.48 ha göstərilsə də, faktiki olaraq 0.1790 ha təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı hazırda faktiki istifadəsində olan torpaq sahəsinin deyil, istifadəsinə ayrılmış torpaq sahəsi üzərində istifadə hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Həmin torpaq sahəsinə münasibətdə isə yuxarıda aparılmış təhlillə iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etmədiyi müəyyən olunmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 275 nömrəli 09.12.1999-cu il tarixli Sərəncamı ilə “AYF Beynəlxalq” Kompaniyasına ayrılmış və həmin sərəncam ilə cizgidə göstərilən sərhəd daxilində 0.48 ha torpaq sahəsinə görə “Torpaqdan daimi istifadə hüququna dair” JN 1280 kod 30800001 saylı Dövlət Aktı verilmiş və DTXK-nın Abşeron rayon şöbəsində 30.12.2004-cü ildə 7747 nömrəli ilə qeydiyyata alınmışdır. Eyni zamanda, işə əlavə edilmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17.09.2008ci il tarixli 2(81)-1934/2008 saylı Qətnaməsi ilə iddiaçı “AYF Beynəlxalq” Kompaniyasının cavabdeh "xxxx" ASC-yə qarşı iddiası təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 275 nömrəli 09.12.1999-cu il tarixli Sərəncamı ilə “AYF Beynəlxalq” Kompaniyasına ayrılmış və DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən JN 1280 kod 30800001 saylı 30.12.2004-cü il tarixli torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı ilə iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsindəki qanunsuz tikilmiş tikililərin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq “AYF Beynəlxalq” Kompaniyasının daimi istifadəsinə verilməsi qət edilmişdir. Beləliklə də müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsində iddiaçının uzun müddətdir ki, fəaliyyət göstərməsi (istifadə etməsi) işin mübahisə olunmayan hallarındandır. İş materiallarından görünür ki, cavabdeh imtina məktubunu və iddiaya dair yazılı etirazını həmçinin onunla əsaslandırmışdır ki, təqdim edilmiş şəhadətnamənin verilməsinə səbəb olmuş ilkin cizgidə göstərilən torpaq sahəsinin bir hissəsi cizgidə göstərilən sahəyə uyğun olsa da, bir hissəsi fərdi yaşayış evləri, digər bir hissəsi isə yoldur. Habelə ilkin cizgiyə əsasən torpaq sahəsinin 0.06 ha hissəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və digər bir hissəsinə isə X5 adına kadastr planı verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən X7 və X5 “AYF Beynəlxalq” Kompaniyasının faktiki istifadəsində olan, 0.48 ha torpaq sahəsinin hüdudlarında yerləşən torpaq sahəsi ilə bağlı müraciətinin olmasını, həmçinin həmin torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsini və çıxarışın verilməsini, həmin torpaq sahəsində fərdi yaşayış evlərin yerləşməsini və yolun keçməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Təqdim edilsə də belə, iddiaçı hazırkı iddia tələbi ilə X7 və X5 adına qeydiyyatdan keçmiş, həmçinin fərdi yaşayış evlərin yerləşdiyi və yolun keçdiyi hissələrə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 23.04.2002-ci il tarixədək qüvvədə olmuş “Mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələr, əmlak kompleksləri, binalar, qurğular və başqa əmlak Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə, xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla qoyulmuş qaydada və şərtlərlə vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə çevrilə bilər. 27.02.2001-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün verilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci cümləsinə əsasən xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 20-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və ictimai ehtiyaclar üçün qiymətli kənd təsərrüfatı torpaqlarını (suvarılan əkin yerləri və çoxillik əkmələrin tutduğu torpaqlar), şəhərətrafı yaşıllıq zonası torpaqlarını, elmi tədqiqat idarələri və tədris müəssisələrinin təcrübə sahələri torpaqlarını, birinci qrup meşə torpaqlarını; habelə, mühafizə olunan təbii və tarix-mədəniyyət obyektlərinin yerləşdiyi, torpaqları geri almaq və vermək Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Göründüyü kimi, 27.02.2001-ci il tarixədək qanunvericiliklə yerli icra hakimiyyəti orqanlarına torpaq sahələrinə dair müvafiq səlahiyyətlər verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və istifadə hüququ dövlət qeydiyyatına alınır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə "xxxx" Beynəlxalq Kompaniyası arasında 29.11.1999-cu il tarixli 7205 saylı müqavilə bağlanıldığından, həmin torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 275 nömrəli 09.12.1999-cu il tarixli Sərəncamı ilə ayrıldığından, DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən JN 1280 kod 30800001 saylı 30.12.2004-cü il tarixli Dövlət aktı ilə iddiaçının daimi istifadəsinə verildiyindən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin hazırkı mübahisə predmeti olan torpaq sahəsinə (faktiki istifadədəki 0,113 ha torpaq sahəsi) dair digər şəxslərin hər hansı tələbi olmadığından, həmin torpaq sahəsinə istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidr. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 09.12.1999-cu il tarixli 275 nömrəli Sərəncamı ilə "xxxx" Beynəlxalq Kompaniyasına ayrılmış, faktiki yerləşmə yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov (yaxud Ü.Hacıbəyli) küçəsi 4 saylı binanın qarşısı/yaxınlığı ünvanı olan torpaq sahəsinin koordinatları ilə eyni torpaq sahəsi üçün tərtib olunmuş 2004-cü il tarixli JN1280 kod 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda göstərilən koordinatlar arasındakı uyğunsuzluğu aradan qaldırmaqla və həmin torpağın ilkin cizgidə göstərilən sahəsindən hazırda hasar daxilində faktiki istifadədəki 0,113 ha hissəsinə dair koordinatların müəyyənləşdirilməklə (dəqiqləşdirilməklə) "xxxx" Beynəlxalq Kompaniyasının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, 0,113 ha hissə ilə bağlı texniki pasportun tərtib edilərək təqdim edilməsi və daimi istifadə hüququ ilə bağlı çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 09.12.1999-cu il tarixli 275 nömrəli Sərəncamı ilə "xxxx" Beynəlxalq Kompaniyasına ayrılmış, faktiki yerləşmə yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov (yaxud Ü.Hacıbəyli) küçəsi 4 saylı binanın qarşısı/yaxınlığı ünvanı olan torpaq sahəsinin koordinatları ilə eyni torpaq sahəsi üçün tərtib olunmuş 2004-cü il tarixli JN1280 kod 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda göstərilən koordinatlar arasındakı uyğunsuzluğu aradan qaldırmaqla və həmin torpağın ilkin cizgidə göstərilən sahəsindən hazırda hasar daxilində faktiki istifadədəki 0,113 ha hissəsinə dair koordinatların müəyyənləşdirilməklə (dəqiqləşdirilməklə) "xxxx" Beynəlxalq Kompaniyasının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, 0,113 ha hissə ilə bağlı texniki pasportun tərtib edilərək təqdim edilməsi və daimi istifadə hüququ ilə bağlı çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Hüseynov