Məhkəmə qərarları › İş №2-1(112)-3115/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3115/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3115/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək səhhətinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh AR Əmək və ƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən “xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin (31-60%) müddətsiz olaraq təyin edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İ Qarabağ Müharibəsində əsgər kimi iştirak etmiş və 1994-cü ilin fevral ayında yaralanmışdır. Daha sonra onun səhhəti aldığı yaralanma nəticəsində pisləşmiş və aşağıda göstərilən tarixlərdə müayinə və müalicədə olmuş və ona aşağıdakı xəstəlik-diaqnozlar təyin edilmişdir: xx.xx.2022-xx.xx.2022-Füzuli RMX, Diaqnoz-G93-keçirilmiş QKBT, travmadan sonrakı vəziyyət F 67.4-tez-tez qıcolma tutmaları (ayda 5-6 dəfə) F48.8-nevrasteniya xx.xx.2022-xx.xx.2023- 2 №-İi X4. Diaqnoz-F-07.0-Baş- beyin üzvi xəstəliyi F-07.8-nəticəsində nəzərə çarpan -06.3-şəxsiyyət dəyişikliyi, davranış, F-02.8 pozuntusu, depressiv, daxilolmaları və yaddaş-intellekt xx.xx.2022-Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə Diaqnoz-G40.3-kəskin ifadə olunmuş asteno-nevrotik vəziyyət -F48 xx.xx.2023 2 №-li X4 Diaqnoz-Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, aqressiv daxilolmalarla, yaddaş və intellekt pozuntusu F-07.0, F-078, F-F-06.3 F-028 MMSF-20 xx.xx.2023-xx.xx.2023- Respublika Psixiatriya Xəstəxanası Diaqnoz-F-070 xx.xx.2023 xx.xx.2023- 2 №-li X4 Diaqnoz -F-07.0 F-07.8 F-06.3 F-02.8 xx.xx.2023-xx.xx.2023- Respublika Psixiatriya Xəstəxanası Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, aqressiv daxilolmalarla , yaddaş və intellekt pozuntusu Diaqnoz-F070 xx.xx.2023-xx.xx.2023-2 №-İi X4 Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, aqressiv daxilolmalarla, yaddaş və intellekt pozuntusu Diaqnoz-F-07.0 F-07.08 xx.xx.2024 Respublika Klinik Xəstəxanası EEQ çəkimi Anormallıq: Bütün çəki boyunca sağ beyin yarımkürəsində pereodik olaraq ləng dalğalar qeyd edildi. xx.xx.2024 Azərbaycan X6 və Ortopediya institutu Diaqnoz: Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarıda 1/3 -nin ön, sol qılçanın ön sətlərində kobud dartıcı çapıq toxumaları, daima ağrı sindromu ilə V36,4 L90.5 L91.0 R 52.1 xx.xx.2024-xx.xx.2024-Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Diaqnoz: Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, aqressiv daxilolmalarla, yaddaş və intellekt pozuntusu F-070 Ak.Mirqasımov adma Respublika Klinik Xəstəxanası xx.xx.2024-müayinə Respublika Psixiatriya Xəstəxanası xx.xx.2024-müayinə Diaqnoz Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə, F-07.0 Respublika Psixiatriya Xəstəxanası xx.xx.2024- xx.xx.2024 Diaqnoz Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə, F-07.0 xx.xx.2024-xx.xx.2024- 2 saylı X4 Diaqnoz: F07.0 F07.8 F-06.3 F-02.8 xx.xx.2024-cü il tarixdə ona əlillik təyin olunması üçün müvafiq səhiyyə müəssisəsi tərəfindən göndəriş verilsə də xx.xx.2024-cü il tarixdə ona əlillik təyin olunmasından imtina edilmişdir, imtina cavabı ona xx.xx.2024-cü il tarixdə ***-***-**-** nömrəli mobil telefonuna SMS şəklində çatdırılmışdır. İmtinanı əsassız və qanunsuz hesab edir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 2 nömrəli X4nın xx.xx.2024-cü il tarixli göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 426 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı sol saidin 1/3-nin arxa səthində bir ədəd, sol qalça darağı proyeksiyasında iki ədəd, döş qəfəsinin arxa səthində, sağ kürək sümüyü proyeksiyasında iki ədəd, sol baldırın yuxarı 1/3- nin ön səthində bir ədəd, sağ sarğı nahiyəsində bir ədəd köhnə çapıq toxumalar. Kürək, hər iki sarğı nahiyəsinin odlu kor qəlpə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, qıcolma tutmaları, sağtərəfli zəif eşitmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında müharibə veteranı olduğunu, AMEA-da rəssam kimi fəaliyyət göstərdiyini bildirmiş, medikamentoz preparatlardan “Valerian”, “Stimulaton”, “Navaril”, “Fenozepam” qutularını təqdim etmişdir. Vətədaşın sağ qulağında eşitmə cihazı olduğu müşahidə edilmiş, cihazdan 3 (üç) ildir istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı sol baldırın yuxarı 1/3-də və sol qalça nahiyələrində dəri çapığı qeyd olunmuş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, əyani müayinə zamanı kobud simulyativ davranış nümayiş etdirmiş, verilən sualları səthi cavablandırmış, çoxsaylı baş dərmanları qəbul etdiyini qeyd etmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən (MRT) kəllə-beyin travması təsdiqlənməmiş, psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasın təkzib etmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 4001 nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intelektin enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaqkən, fotostimulyasiya və hiperventilyasiya testləri zamanı çəkildi. Əsas ritm: Beta ritmdən təşkil olunmuşdur. Xəstə bütün bədəndə tremor olduğu üçün çəkim boyunca çox sayda əzələ və elektrod artefaktları qeyd edildi. Anormallıq: Bütün çəkim boyunca sağ beyin yarımkürəsində periodik olaraq ləng dalğalar qeyd edildi. Hiperventilyasiya: Fon yazı ilə eyni. Fotostimulyasiya fon yazı ilə eyni” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X6 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin ön, sol qalçanın ön səthlərində kobud dartıcı çapıq toxumaları, daimi ağrı sindromu ilə” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 11831 nömrəli Tibbi rəyində diaqnoz “İki tərəfli koxlear nevrit. Soltərəfli İİİ-İV-cü dərəcəli, sağ İİİ-cü dərəcə” kimi qeyd olunmuşdur. Bakı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12792537 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X11 xx.xx.2024-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “İzlənilən kranial strukturlarının radioloji anatomik görünüşü normaldır” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 44 db, sol qulaq 39 db” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 426 nömrəli xx.xx.2019-cu il tarixli qərarında bildirilmişdir ki, Naxçıvan MR Babək RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı sol saidin orta 1/3-nin arxa səthində bir ədəd, sol qalça darağı proyeksiyasında iki ədəd, döş qəfəsinin arxa səthində, sağ kürək sümüyü proyeksiyasında iki ədəd, sol baldırın yuxarı 1/3-nin ön səthində bir ədəd, sağ sağrı nahiyəsində bir ədəd köhnə çapıq toxumalar’’ və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma- diaqnoz. “Kürək, hər iki sağrı nahiyəsinin odlu kor qəlpə yaralanması" (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Nərimanov idarəsinin xx.xx.2019-cu il tarixli 555 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 555 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2019- cu il tarixli 83 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1994-cü il tarixli 2974 nömrəli arayış, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

6. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz S06 Kəltədaxili travma. Kəllədaxili travma Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi {travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət Ağırlaşma F07 0 dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar yaddaş və intellektin enməsi ilə ( Professor F.İsmayılovun məsləhəti ilə). Generalizə olunmuş idiopatik epılepsiya və epileptik Yanaşı xəstəliklər G40.3 sindromlar, Generalizə olunmuş idiopatik epılepsiya və epileptik sindromlar Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah Yanaşı xəstəliklər Y36.4 növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Dərinin Yanaşı xəstəliklər L90.5 çapıqlaşmış vəziyyəti və fibrozu Müalicəyə tabe olmayan daimi ağrı, Digər rubrikalarda təsnif Yanaşı xəstəliklər R52.1 olunmayan ağrı Yanaşı xəstəliklər H72 Təbil pərdəsinin perforasıyası, Təbil pərdəsinin perforasiyası Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Eşitmənin Yanaşı xəstəliklər H90.3 neyrosensor tipli iki tərəfli itirilməsi Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, Astiqmatizm Yanaşı xəstəliklər L91.0 Hipertrofik çapıq. Hipertrofik çapıq

7. Ambulator müraciətlər: XBT10 Xəstəlik vərəqəsinin Xəstəliyin adı Kodu açılma tarixi F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2024 G93 Bağ beyinin digər zədələnmələri xx.xx.2022 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2022 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2023 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2023 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2023 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2023

8. Stasionar müalicə aldığı müəsisələr: Akademik M.Ə.Mirqasımov Eşitmənin neyrosensor tipli iki adına respublika klinik xx.xx.2023 xx.xx.2023 0 H90.3 tərəfli itirilməsi xəstəxanası Bakı 1 saylı Respublika Üzvi mənşəli şəxsiyyət Psixiatriya Xəstəxanası xx.xx.2023 xx.xx.2023 15 F07.0 pozğunluğu Bakı 1 saylı Respublika Üzvi mənşəli şəxsiyyət 0 Psixiatriya Xəstəxanası xx.xx.2023 xx.xx.2023 F07.0 pozğunluğu Üzvi mənşəli şəxsiyyət 28 2 Nömrəli X4 xx.xx.2022 xx.xx.2023 F07.0 pozğunluğu Akademik M.Ə.Mirqasımov Eşitmənin neyrosensor tipli iki adına respublika klinik xx.xx.2023 xx.xx.2023 0 H90.3 tərəfli itirilməsi xəstəxanası Akademik M.Ə.Mirqasımov Generalizə olunmuş idiopatik adına respublika klinik xx.xx.2022 xx.xx.2022 0 G40.3 epilepsiya və epileptik xəstəxanası sindromlar Üzvi mənşəli şəxsiyyət 2 Nömrəli X4 xx.xx.2023 xx.xx.2023 14 F07.0 pozğunluğu Bakı 1 saylı Respublika Üzvi mənşəli şəxsiyyət Psixiatriya Xəstəxanası xx.xx.2023 xx.xx.2023 21 F07.0 pozğunluğu Akademik M.Ə.Mirqasımov Eşitmənin neyrosensor tipli iki adına respublika klinik xx.xx.2024 xx.xx.2024 0 H90.3 tərəfli itirilməsi xəstəxanası Bakı 1 saylı Respublika Üzvi mənşəli şəxsiyyət 0 Psixiatriya Xəstəxanası xx.xx.2023 xx.xx.2023 F07.0 pozğunluğu Hərbi əməliyyatlar nəticəsində xx.xx.2024 xx.xx.2024 0 Y36.4 odlu silahla və digər adi Azərbaycan X6 və Ortopediya silah növləri ilə törədilmiş institutu publik Hüquqi Şəxs zədələnmələr Bakı 1 saylı Respublika Üzvi mənşəli şəxsiyyət Psixiatriya Xəstəxanası xx.xx.2024 xx.xx.2024 25 F07.0 pozğunluğu Bakı 1 saylı Respublika Üzvi mənşəli şəxsiyyət 0 Psixiatriya Xəstəxanası xx.xx.2024 xx.xx.2024 F07.0 pozğunluğu Füzuli Rayon Mərkəzi Baş beynin digər 21 Xəstəxanası xx.xx.2022 xx.xx.2022 G93 zədələnmələri Üzvi mənşəli şəxsiyyət 2 Nömrəli X4 xx.xx.2023 xx.xx.2023 29 F07.0 pozğunluğu

9. xx.xx.2024-cü il tarixli TSEK müayinəsinə əsasən “kəllədaxili travma. Hərbi əməliyyatlar nəticəsind odlu silahla və digər adlı silah növləri ilə törədilmiş zədələnmələr. Təbil pərdəsinin perforasiyası. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə. Generazilə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Dərinin çapıqlaşmış vəziyyətivə fibozu. Müalicəyə tabe olmayan ağrı. Astiqmatizm” diaqnoz mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

10. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6803/2024 nömrəli Qərarında qeyd olunmuşdur ki: “Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 426 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı sol saidin 1/3-nin arxa səthində bir ədəd, sol qalça darağı proyeksiyasında iki ədəd, döş qəfəsinin arxa səthində, sağ kürək sümüyü proyeksiyasında iki ədəd, sol baldırın yuxarı 1/3-nin ön səthində bir ədəd, sağ sarğı nahiyəsində bir ədəd köhnə çapıq toxumalar. Kürək, hər iki sarğı nahiyəsinin odlu kor qəlpə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, qıcolma tutmaları, sağtərəfli zəif eşitmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında müharibə veteranı olduğunu, AMEA-da rəssam kimi fəaliyyət göstərdiyini bildirmiş, medikamentoz preparatlardan "Valerian”, "Stimulaton”, "Navaril”, "Fenozepam” qutularını təqdim etmişdir. Vətədaşın sağ qulağında eşitmə cihazı olduğu müşahidə edilmiş, cihazdan 3 (üç) ildir istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı sol baldırın yuxarı 1/3-də və sol qalça nahiyələrində dəri çapığı qeyd olunmuş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, əyani müayinə zamanı kobud simulyativ davranış nümayiş etdirmiş, verilən sualları səthi cavablandırmış, çoxsaylı baş dərmanları qəbul etdiyini qeyd etmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən (MRT) kəllə-beyin travması təsdiqlənməmiş, psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasın təkzib etmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 4001 nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intelektin enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaqkən, fotostimulyasiya və hiperventilyasiya testləri zamanı çəkildi. Əsas ritm: Beta ritmdən təşkil olunmuşdur. Xəstə bütün bədəndə tremor olduğu üçün çəkim boyunca çox sayda əzələ və elektrod artefaktları qeyd edildi. Anormallıq: Bütün çəkim boyunca sağ beyin yarımkürəsində periodik olaraq ləng dalğalar qeyd edildi. Hiperventilyasiya: Fon yazı ilə eyni. Fotostimulyasiya fon yazı ilə eyni” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X6 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin ön, sol qalçanın ön səthlərində kobud dartıcı çapıq toxumaları, daimi ağrı sindromu ilə” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 11831 nömrəli Tibbi rəyində diaqnoz “İki tərəfli koxlear nevrit. Soltərəfli İlİ-İV-cü dərəcəli, sağ İİİ-cü dərəcə” kimi qeyd olunmuşdur. Bakı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12792537 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X11 xx.xx.2024-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “İzlənilən kranial strukturlarının radioloji anatomik görünüşü normaldır” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 44 db, sol qulaq 39 db” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”

11. İş üzrə məhkəməni xx.xx.2025-ci il tarixli qərardadına əsasən Hazırkı iş üzrə kompleks məhkəmə tibbi və məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - xx xxxx 1975-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - xx xxxx 1975-ci il tarixdə doğulmuş İddiaçı sağlamlıq vəziyyəti onun barəsində tərtib edilmiş tibbi sənədlərə və tibbi tibbi göndərişə (T00184070LCK, xx.xx.2024-cü il tarixli) uyğundurmu? İddiaçı: -üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkirmi? Cavab müsbət olduğu təqdirdə: əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) əlamətinə yoxsa məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti meyarına uyğundur. -eşitmə zəifliyindən əziyyət çəkirmi? Cavab müsbət olduğu təqdirdə aşağıdakılardan hansına uyğundur: eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə; eşitmə zəifliyi İV dərəcə, ikitərəfli

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 T 351/2025 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən: 1.2 Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: S06 Kəllədaxili travma. Ağırlaşma: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar yaddaş və intelektin enməsi ilə (prof.F.İsmayılov). Yanaşı xəstəliklər: G40.3 Generalizə olunmuş idiopaik epilepsiya və epileptik sindromlar. Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar. L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu, dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu. R52.1 Müalicəyə tabe olmayan daimi ağrı, Digər rublikalarda təsnif olunmayan ağrı. H72 Təbil pərdəsinin perforasiyası. H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. H52.2 Astiqmatizm. L91.0 Hipertrofık çapıq” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı Bakı Respublika Psixiatriya Xəstəxanasında qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” klinik olaraq öz təstiqini tapmamış, xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “sağ qulaq 44db, sol qulaq 39 db”kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. 2.Hazırda İddiaçı əziyyət çəkirdiyi xəstəliklər onun adına olan xx.xx.2024-cü il tarixli T00184070LCK saylı Forma 088 saylı göndərişdə olan diaqnozla eynilik təşkil edir. 3.Vətəndaş İddiaçı 12-xx.xx.2025-ci il tarixlərdə “X12” phş-də “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya xəstəliyi. Tez-tez təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları ilə (şöbədə 4dəfə). Odlu silah yaralanmasından sol baldırın yuxarı 1/3-nin ön sol qalçanın ön səthində kobud dartıcı çapıq toxuması, dartıcı ağrı sindromu (hərbi travma 1994). Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları depressiv daxil olmalar, yaddaş və intellektin enməsi ilə. XBT: G40.0; G40.3; Y36.4; L90.5; L91.0; R52.1; F07.0 ” diaqnozu ilə stasionar müalicə almışdır -O, 03-xx.xx.2025-ci il tarixlərdə “Respublika Psixiatrik Xəstəxanası” phş-də “F07.0 Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intelektin enməsi ilə (prof.F.İsmayılov)” diaqnozu ilə stasionar müalicə almışdır. - Respublika Klinik Xəstəxanasında xx.xx.2025-ci il tarixdə LOR həkimin müayinəsi zamanı aşağıdakı nəticəyə gəlinmişdir: “Bera testinin nəticəsi: Treshold clicklə yoxlamada 5-ci dalğa sol qulaqda 80 db əldə olundu, sağ qulaqda 80 db əldə olundu. Dz: Sağ tərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə. Sol tərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə. Audioqramma-Diaqnoz: İkitərəfli koxlear nevrit. Neyrosensor ağır eşitmə İV dərəcə. Posttravmatik. Otoskopiya: Təbil pərdələr bütövdür. Tanınma nöqtələr aydındır. Əsas diaqnoz: H93.3 İkitərəfli koxlear nevrit. Əsas xəstəliyin ağırlaşması: H90.3 İkitərəfli neyrosensor ağıreşitmə”.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli 1357 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya Xəstəxanası”da “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntular, yaddaş və intelektin enməsi ilə F07.0” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx xxxx 1975-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davraniş pozuntulari və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. 2-ci sual: xx xxxx 1975-ci il tarixdə doğulmuş İddiaçı sağlamlıq vəziyyəti onun barəsində tərtib edilmiş tibbi sənədlərə və tibbi tibbi göndərişə (T00184070LCK, xx.xx.2024-cü il tarixli) uyğundurmu? Cavab: xx xxxx 1975-ci il tarixdə doğulmuş İddiaçı sağlamlıq vəziyyəti onun barəsində tərtib edilmiş tibbi sənədlərə və tibbi tibbi göndərişə (T00184070LCK, xx.xx.2024-cü il tarixli) uyğundur. Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davraniş pozuntulari və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

16. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

17. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-ci il tarixli göndəriş əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6803/2024 nömrəli Qərarı ilə əlavə əyani müayinənin araşdırılması aparılaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

19. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

20. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

21. Hazırki iddia məcburetməyə dair iddiadır.

22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

23. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

25. xx.xx.2024-cü il tarixli TSEK müayinəsinə əsasən “kəllədaxili travma. Hərbi əməliyyatlar nəticəsind odlu silahla və digər adlı silah növləri ilə törədilmiş zədələnmələr. Təbil pərdəsinin perforasiyası. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə. Generazilə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Dərinin çapıqlaşmış vəziyyətivə fibozu. Müalicəyə tabe olmayan ağrı. Astiqmatizm” diaqnoz mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

26. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: (Göndərişin tarixi: xx.xx.2024) - (status localis) Naxçıvan MR Babək RHK tarəfindan 1993-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu silah mərmi partlamasından sonrakı sol saidin orta 1/3-nin arxa səthində bir ədəd, sol qalça darağı proyeksiyasında iki ədəd, döş qəfəsinin arxa səthində, sağ kürək sümüyü proyeksiyasında iki ədəd, sol baldırın yuxarı 1/3-nin ön səthində bir ədəd, sağ sağrı nahiyəsində bir ədəd köhnə çapıq toxumalar" və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma- diaqnoz: “Kürək, har iki sağn nahiyəsinin odlu kor qəlpə yaralanması” (Azərbaycan Respublikası SHXÇOX-nin Bakı ş. Nərimanov idarəsinin xx.xx.2019-cu il tarixii 555 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 555 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2019- cu il tarixli 83 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1994-cü il tarixli 2974 nömrəli arayış, MN MHHK-nın hakim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-cİ İİ tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbandi MN MHHK-nın 391 saylı 22.06 2019-cu il tarixli protokolu. PİSİXİ STATUS: Bələdliyi saxlanılıb. Düşüncəsi aydındır. Zahirən narahatdır. Ünsiyyətə həvəssiz qoşulur. Əhvalı dəyişkəndir. Emosional qeyri-stabildir. Səbrsizdir. Ağrılardan, əsəbilikdən, aqressivlikdan yuxusuzluqdan, yaddaş zəifliyindən şikayət edir. Tənqidi formaldır. Şöbədə olan zaman Klonozepam 2 mq, Depakin 500 mq, Deprazin 30 mq qəbul edib. Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz S06 Kəltədaxili travma. Kəllədaxili travma

Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət Ağırlaşma F07.0 dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar yaddaş və intellektin enməsi ilə ( Professor F.İsmayılovun məsləhəti ilə). Generalizə olunmuş idiopatik epılepsiya və epileptik Yanaşı xəstəliklər G40.3 sindromlar, Generalizə olunmuş idiopatik epılepsiya və epileptik sindromlar Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah Yanaşı xəstəliklər Y36.4 növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Dərinin Yanaşı xəstəliklər L90.5 çapıqlaşmış vəziyyəti və fibrozu Müalicəyə tabe olmayan daimi ağrı, Digər rubrikalarda təsnif Yanaşı xəstəliklər R52.1 olunmayan ağrı Yanaşı xəstəliklər H72 Təbil pərdəsinin perforasıyası, Təbil pərdəsinin perforasiyası Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Eşitmənin Yanaşı xəstəliklər H90.3 neyrosensor tipli iki tərəfli itirilməsi Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, Astiqmatizm Yanaşı xəstəliklər L91.0 Hipertrofik çapıq. Hipertrofik çapıq

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 9.1. Qulağın və məməyəbənzər çıxıntının H60-H95 xəstəlikləri Qiymətləndirmə 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz

28.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən eşitmə zəifliyindən əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. Həmçinin iddiaçının əlillik təyin edən xəstəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 T 351/2025 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə təsdiqlənir.

29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 T 351/2025 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən: 1.2 Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: S06 Kəllədaxili travma. Ağırlaşma: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar yaddaş və intelektin enməsi ilə (prof.F.İsmayılov). Yanaşı xəstəliklər: G40.3 Generalizə olunmuş idiopaik epilepsiya və epileptik sindromlar. Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar. L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu, dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu. R52.1 Müalicəyə tabe olmayan daimi ağrı, Digər rublikalarda təsnif olunmayan ağrı. H72 Təbil pərdəsinin perforasiyası. H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. H52.2 Astiqmatizm. L91.0 Hipertrofık çapıq” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı Bakı Respublika Psixiatriya Xəstəxanasında qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” klinik olaraq öz təstiqini tapmamış, xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “sağ qulaq 44db, sol qulaq 39 db”kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. 2.Hazırda İddiaçı əziyyət çəkirdiyi xəstəliklər onun adına olan xx.xx.2024-cü il tarixli T00184070LCK saylı Forma 088 saylı göndərişdə olan diaqnozla eynilik təşkil edir. 3.Vətəndaş İddiaçı 12-xx.xx.2025-ci il tarixlərdə “X12” phş-də “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya xəstəliyi. Tez-tez təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları ilə (şöbədə 4dəfə). Odlu silah yaralanmasından sol baldırın yuxarı 1/3-nin ön sol qalçanın ön səthində kobud dartıcı çapıq toxuması, dartıcı ağrı sindromu (hərbi travma 1994). Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları depressiv daxil olmalar, yaddaş və intellektin enməsi ilə. XBT: G40.0; G40.3; Y36.4; L90.5; L91.0; R52.1; F07.0 ” diaqnozu ilə stasionar müalicə almışdır -O, 03-xx.xx.2025-ci il tarixlərdə “Respublika Psixiatrik Xəstəxanası” phş-də “F07.0 Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intelektin enməsi ilə (prof.F.İsmayılov)” diaqnozu ilə stasionar müalicə almışdır. - Respublika Klinik Xəstəxanasında xx.xx.2025-ci il tarixdə LOR həkimin müayinəsi zamanı aşağıdakı nəticəyə gəlinmişdir: “Bera testinin nəticəsi: Treshold clicklə yoxlamada 5-ci dalğa sol qulaqda 80 db əldə olundu, sağ qulaqda 80 db əldə olundu. Dz: Sağ tərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə. Sol tərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə. Audioqramma-Diaqnoz: İkitərəfli koxlear nevrit. Neyrosensor ağır eşitmə İV dərəcə. Posttravmatik. Otoskopiya: Təbil pərdələr bütövdür. Tanınma nöqtələr aydındır. Əsas diaqnoz: H93.3 İkitərəfli koxlear nevrit. Əsas xəstəliyin ağırlaşması: H90.3 İkitərəfli neyrosensor ağıreşitmə”. 30.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisədə (Akademik M.Ə.Mirqasımov adına respublika klinik xəstəxanası) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

31. Belə ki, iddiaçı digər xəstəliyin əsas diaqnozu üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar yaddaş və intellektin enməsi ilə (F07) əlillik təyin edən diaqnozundan da əziyyət çəkir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən:

7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət F07.8 və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə 35-60 2 il azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, 65-80 2 il təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti

33.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasından: 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.

34. Belə olan təqdirdə, məhkəmə konkret halda müvafiq meyarlara əsasən iddiaçının sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin ən azı 60% olduğu qənaaətindədir.

35. Belə ki, iddiaçının əziyyət çəkdiyi “eşitmə zəifliyi İV dərəcə, ikitərəfli” diaqnozu (H90.3) sağlamlıq imkanlarının pozulmasının 50 % olmaqla müddətsiz əlillik təyin edir, əziyyət çəkdiyi digər xəstəliyi “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu (F07) yuxarıda qeyd edilən qaydalara əsasən 10% artırılmaqla iddiaçının iddiaçının sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi 60% olmaqla müddətsiz olaraq təyin edilməlidir. 36.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 37.Göründüyü kimi iddiaçıya münasibətdə göndəriş xx.xx.2024-ci il tarixli müvafiq dərəcə əlillik təyinatı məhz göndərişin verildiyi tarixdən aparılmalıdır. 38.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

39. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

40. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

41. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

42. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

43. Bu mənada cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

44. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

45. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

46. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funksiyalarının 31-60% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

49. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 60% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar