Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3116/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkil, ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi Nümayəndə (hüquqşünas, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı paylı mülkiyyətlə iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv/m, yaşayış sahəsi 43 kv/m, yardımçı sahəsi 40.1 kv/m olan evə görə ədalətli kompensasiya ödənilməsi, eyni zamanda ailəyə məxsus mənzilin yardımçı sahəyə görə ödəniş edilməsi, eyni zamanda evin altındakı torpaq sahəsinin dəyərinin ödənilməsi, ödənilməmiş 20% məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 xx.xx.2021-ci il tarixdə Azərpoçt MMC AZ 1096 saylı poçt vasitəsilə SS736947166AZ Tranzaksiya/Göndəriş nömrəsi ilə Bakı şəhər Cavabdehnə aşağıda göstərilən məzmunda müraciət etmişdir. “xx.xx.2018-ci il tarixli, AN-İ №0733071 saylı müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv/m, yaşayış sahəsi 43 kv/m, yardımçı sahəsi 40.1 kv/m olan 4 otaqlı mənzilin paylı mülkiyyət üzrə mənə məxsus 2 y/o 20.0 kv/m, k/s-21.8 kv hissəni Azərbaycan Respublikası İcra Hakimiyyətinə 71140.00 manat (yetmiş bir min bir yüz qırx manat sıfır qəpik) qiymətinə satmağa məcbur olmuşam. Hal bu ki mən anadan olduğum gündən həmin evdə yaşamışam. Ailə qurandan sonra da həmin mənzildə ailəmlə birgə yaşamışam. Heç vaxt mənə məxsus hissəmi satmaq niyyətim olmamışdır. Çünki mənim uşaqlıq, gənclik xatirələrim həmin evlə bağlı olmuşdur. Həmin ev mənə cox doğma olmuşdur. Lakin günlərin bir günü Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən mülkiyyətimdə olan ev məcburi məndən alınması məsələsi gündəmə ləmişdir. Seçimsiz qalıb evin mənə məxsus hissəsinin mənimlə razılaşdırılmadan aşağı qiymətə hesablanaraq məndən məcburi şəkildə alınıb. Həmin ərəfədə artıq o ərazidə olan evlər ağır texnikalar vasitəsi ilə sökülürdü. Mənə heç bir seçim qalmamışdır. Hal bu ki Mövcud qaydalara görə qiymətləndirmə düzgün aparllmamışdır bərətrar olan Bazar qiməti ilə daha yüksək məbləğdə ödəniş ödənilməli idi. Eyni zamanda yaşadığım evin yerləşdiyi torpaq sahəsinin də ödənişi edilməmişdir. Və həyətdə ailəmizə məxsus yardımçı sahənin də ödənişi edilməmişdir. Və məcburi satışa görə 20 % kompensasiya Məbləğidə ödənilməmişdir. Bütün bunları Nəzərə alaraq mənə ödənilən ödənişin ədalətli məbləğinin qalan hissəsinin və kompensiyamn tam şəkildə mənə ödənilməsini sizdən xahiş edirəm.” Lakin müraciətini 26 sentyabr 2021-ci il tarixdə imtina məktubu ilə cavablandırmışlar. Bu səbəbdən iddiaçı mübahisənin həlli məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Evin həyətində olan yardımçı otaqdan ailəsilə birgə həmişə istifadəsində olub lakin, evin alqı-satqısı zamanı həmin yardımçı sahə ümumiyyətlə saya sayılmayıb. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya dair yazılı münasibətində bildirilir ki, Yasamal Rayonu icra Hakimiyyəti Torpaqların dövlət ehtiyacları uçun alınması haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 261 dekabr 2007ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq İddiaçı oğıu ilə Cavabdeh arasında bağlanılmış 31 oktyabr 2018-ci il tarixli AN – İ № ******* Alqı- Satqı Müqaviləsinə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində olan payını 71140 (yetmiş bır min yüz qırx) manata Cavabdeh mülkiyyətinə vermişdir. Həmin fərdi yaşayış evinin paylı mülkiyyətçisi əmlakdakı öz hissəsindən və iddiaçının öz payının satılmasına etiraz etməməsinə dair notarial qaydada razılıq vermişdir. Bundan əlavə iddiaçının həmin ünvanda qeydiyyatda olan ailə üzvləri tərəfindən də əmlakın satılmasına etiraz etməmələrinə dair 30 oktyabr 2018-ci il tarixdə notarıal qaydada razılıq ərizələri verilmişdir. Bundan əlavə iddiaçının yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə ona 16352 (on atlı min üç yüz əlli iki) manat məbləğində kompensasiya şəklində əlavə maddi yardım göstərilmiş və bu haqda iddiaçı ilə əlavə maddi yardım haqqında razılaşma, müqaviləsi imzalanmışdır. Ümumilikdə iddiaçıya (71140.00+16352.00) 87492.00 (səksən yeddi min dörd yüz doxsan iki) manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçıya daşınmaz əmalakın satın alınması zamam qanunvericilikdə nəzərdə tutulmuş bütün əlavələr nəzərə alınmaqla yekun kompensasiya məbləği müəyyən edilərək ödəniş həyata keçirilmişdir. Bildirik ki, mövcud inzibati praktikaya əsasən əsas və köməkçi sahələrin hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506- VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir (AR Ali Məhkəməsinin inzibatı Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2348/2019 nömrəli qərarı). iddiaçı kompensasiya ödənilməsini tələb etdiyi torpaq üzərindəm mülkiyyət, istifadə, icarə hüququnun qeydə alınmasına həmin torpağın ona ayrılmasına dair; sərəncam və ya digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmədiyi üçün və qeyd edilən torpaq iddiaçının mülkiyyətində olmadığı üçün iddiaçının torpaqla bağlı kompensasiya tələb etmək hüququ mövcud deyildir. Bundan başqa, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir, AR Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan; istifadə uçun zəruri olan hissəsinə mülkiyyət; hüququ əldə edənə keçir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin “ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv/m, yaşayış sahəsi 43 kv/m, yardımçı sahəsi 40.1 kv/m olan evə görə ədalətli kompensasiya ödənilməsi, eyni zamanda ailəyə məxsus mənzilin yardımçı sahəyə görə ödəniş edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi ev 25 ünvanda yerləşən 24 saylı mənzil İddiaçı və X1 paylı mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh alqı-satqı müqaviləsi və digər sənədlərin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Bakı şəhəri Cavabdeh arasında bağlanılmış Müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi ev 25 ünavnında yerləşən 24 saylı mənzili (2 y/o, 20,0 kv.m, k/s- 21.8 kv.m hissəni) 71140 (yetmiş bir min bir yüz qırx) manata Cavabdeh tərəfindən İddiaçı alınıb. İş materiallarından görünür ki, həmin fərdi yaşayış evinin paylı mülkiyyətçisi əmlakdakı öz hissəsindən və iddiaçının öz payının satılmasına etiraz etməməsinə dair notarial qaydada razılıq vermişdir. Bundan əlavə iddiaçının həmin ünvanda qeydiyyatda olan ailə üzvləri tərəfindən də əmlakın satılmasına etiraz etməmələrinə dair 30 oktyabr 2018-ci il tarixdə notarıal qaydada razılıq ərizələri verilmişdir. İş materiallarından görünür ki, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən tərtib olunmuş “Qiymətləndirmə Aktı”na əsasən Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınan, ünvan 5 ünvanda yerləşən mülkiyyətdə və istifadədə olan (104 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, nəzərdə tutulan bütün əlavələrlə birlikdə cəmi 71140 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Bakı şəhəri Cavabdeh arasında imzalanmış Razılşamaya əsasən iddiaçıya 16352 (on atlı min üç yüz əlli iki) manat məbləğində kompensasiya şəklində əlavə maddi yardım göstərilmişdir. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsi isə “Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.” kimi redaksiyada verilmişdir. Yuxarıda qeyd edilən dəyişiklik əsasında yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsin 248.1-ci maddəsinə əsasən “Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən aşağıdakıların təsdiq olunması üçün alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə alan orqan tərəfindən məhkəməyə müraciət edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin.” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin alınmasına dair İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh arasında Müqavilə bağlanılması, İddiaçı digər mülkiyyətçilər tərəfindən hər hansı bir iddia yaranarsa, onların payını qaytarmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürməsi iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh orqan tərəfindən iddiaçının müraciətini təmin etməkdən imtina etməsi iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə, iş materiallarından görünür ki, mübahisəli evə İddiaçı ilə cavabdeh Bakı şəhər Cavabdeh arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsi bağlanmış və evin dəyəri tələb-təklif əsasında formalaşmışdır, hazırda bu alqısatqı müqaviləsi ləğv edilməmişdir. Göründüyü kimi, İddiaçı ona məxsus hissəsinin alınması ilə bağlı təklif edilən məbləği qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradələrini ifadə etmişdir. Belə olan halda sözügedən daşınmaz əmlak üçün təkrarən əlavə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin sözügedən əmlakların alınması barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.3-cü maddəsinin tələbinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Məhkəmə iddia tələbinin “evin altındakı torpaq sahəsinin dəyərinin ödənilməsi, ödənilməmiş 20% məbləğin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3116/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3116/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver