Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-312/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs X12 cəlb olunmaqla) “Bakı şəhəri, 8-ci mkr (bəzi arxiv sənədlərində Azadlıq prospekti kimi göstərilmişdir) ev 20, mənzil 79-a dair Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 127 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, 8-ci mkr (bəzi arxiv sənədlərində Azadlıq prospekti kimi göstərilmişdir) ev 20, mənzil 79-a dair Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 127 saylı sərəncamın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasını təşkil edən mübahisəli mənzil olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, Azaqlıq prospekti, ev 20. mənzil 79 xx.xx.1971-ci il tarixdə Nəsimi Rayon X11 İcraiyyə Komitəsinin Sərəncamına əsasən iddiaçının əvvəlki əri X1 4 (dörd) nəfərdən ibarət ailə üzvü ilə birlikdə mənzil şəraiti yaxşılaşdırılması məqsədilə 3 otaqlı mənzil ayrılması qərara alınmışdır. Həmin Sərəncama əsasən X5 xx.xx.1971-ci il tarixli, N 101279 saylı order verildi və həmin orderdə X9 ilə birlikdə İddiaçı, qızları X6 və X4 da adı yazılmışdı. Onlar bir ailə olaraq həmin ünvanda yaşayırdı və hamısı həmin ünvanda daimi qeydiyyatda idilər. Bundan sonra xx.xx.1986-cı il tarixdə iddiaçı keçmiş əri X9 ilə boşanmış və onlara Kirov rayon VVAQ şöbəsindən boşanma haqqında şəhadətnamə verilmişdi. xx.xx.1986-cı il tarixdə Kirov (indki Binəqədi) rayon X11 İcraiyyə Komitəsinin Qərarına əsasən Xalq Məhkəməsinin qərarı əsasında X7 həmin mənzilə olan qeydiyyatı ləğv edilmiş, iddiaçının adına maliyyə-şəxsi hesabın rəsmiləşdirilməsi qərara alınmışdır. Həmin müddətdən iddiaçı və iki qızı mübahisəli mənzildə yaşamışlar. İslamova (Abuseva) Elvira Ravilyevna ilə ailə zəminində aramızda olan mübahisələrə görə küsülü idik və həmin küsülülük indiyə kimi davam edir. Küsülü olduqlarına görə Elvira evi tərk edərək ayrı ünvanda yaşamağa başladı. Digər qızı Gülnarə də ailə həyatı qurduğundan ayrı ünvanda yaşayırdı və iddiaçı hazırki mülki iş üzrə mübahisəli mənzildə indiyə kimi tək yaşayır. Bütün kommunal xidmətlər üzrə müqavilələr iddiaçının adına bağlanmışdır, hamı onu həmin evin sahibəsi kimi tanıyır. Həmin evin iddiaçı mülkiyyətinə keçirməyə heç bir ehtiyac duymurdu. Yaşının çox olması ilə əlaqədar olaraq iddiçı evi mülkiyyətinə keçirib, nəvələrindən birinə bağışlamaq fikrində olmuşdur. Bu barədə o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə yaxınlaşdıqda aydın olunur ki, iddiaçının xəbəri olmadan 1993-cü ildən mənzil İslamova (Abuseva) Elvira Ravilyevnanın mülkiyyətindədir. Bununla bağlı iddiaçı vəkilə yaxınlaşmış və bu barədə sorğular göndərildikdən sonra,xx.xx.2019-cu il tarixdə ona aydın oldu ki, mənzil İslamova (Abuseva) Elvira Ravilyevnanın mülkiyyətindədir. 1995-ci ildən İslamova (Abuseva) Elvira Ravilyevna həmin evi tərk etsə də saxta yollarla və iddiaçının heç bir xəbəri və razılığı olmadan evi öz mülkiyyətinə keçirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin verilmiş sorğuya cavabına əsasən müəyyən oldu ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr (bəzi arxiv sənədlərində Azadlıq prospekti kimi göstərilmişdir) ev 20, mənzil 79 Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 127 saylı sərəncamına və xx.xx.1993-cü il tarixli 11 saylı DNK-da təsdiq edilmiş müqaviləyə əsasən X6 adına xx.xx.1993-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bundan sonra həmin evin sənədləşməsinə əsas olan qovluğu tələb etdikdə AR ƏN Dövlət Notariat Arxivinin xx/xx-1584/14 saylı, xx.xx.2019-cu il tarixli cavabına əsasən müəyyən oldu ki, Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontorundan alınmış notariat işinə əsasən Binəqədi rayon İcra Hakimiyyəti başçısının saxta yolla xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən Bakı şəhəri, 8 mkr, 20 nömrəli evin 79 nömrəli mənzili X10 9697 rubla mülkiyyətinə verilməsi qərara alınır və bunun əsasında xx.xx.1993-cü il tarixdə Binəqədi rayonu İHB-nın Mənzil Kommunal Təsərrüfatı Şöbəsinin baş mühəndisi, Rayon Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1993cü il tarixli 120 saylı qüvvədə olan Etibarnamə ilə çıxış edən X2 şəxsində X12 ilə müqavilə bağlayır. Bütün bu proseslər saxta yolla və iddiaçının heç bir məlumatı olmadan baş vermişdir. Bundan sonra iddiaçı çıxarışın etibarsızlığı ilə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət etmiş. Mülki iş hakim Fuad Abdıyevin icraatında olarkən 2(001)- 973/2020 saylı, xx.xx.2020-ci il tarixli sübutların təmin edilməsi barədə qərardadına əsasən "Binəqədi rayon İcra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 127 nömrəli sərəncamının verilməsinə əsas olmuş bütün sənədlər (Nərimanov rayon 49 nömrəli uşaq baxçasından 7 nömrəli, xx.xx.1993-cü il tarixli arayış, əmək kitabçasının surəti, ərizəmüraciət və s.) Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Binəqədi rayon Məhkəməsinə göndərilsin" kimi qərara alınmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2020-ci il tarixli, 393 nömrəli cavab məktubuna əsasən Nərimanov rayon 49 nömrəli uşaq baxçasından 7 nömrəli, xx.xx.1993-cü il tarixli arayış, əmək kitabçasının surətinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi qeyd edilməklə sözügedən sərəncama əsas olan sənədlərin surəti verilmişdir. Həmin sənədlərə əsasən ərizə və razılıq ərizəsi əl ilə eyni şəxs tərəfindən yazılmış və eyni şəxs tərəfimdən imza edilmişdir. Buda onu göstərir ki, həmin sənədləşmə iddiaçının razılığı və xəbəri olmadan Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən saxla yolla sərəncamın verilməsi üçün iddiaçının ərizəsi və imzası saxtalaşdırılmaqla edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı iddia tələbində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sərəncamın onun ərizəsi və imzası saxtalaşdırılmaqla yəni onun yerinə yalandan imza etməklə verildiyini bildirmişdir. Cavabdeh bildirir ki, Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) icraatında olan İddiaçı cavabdeh X3rşı 2(001)-973/2020 saylı mülki iş üzrə sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalının 393 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə X14 barəsində Binəqədi Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli 127 saylı sərəncamı və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Həmin sərəncama əlavə edilmiş sənədlərdən də aydın olur ki, İddiaçı ərizə təqdim edərək sözügedən mənzilin qızının adına keçirilməsinə etiraz etməmişdir. Cavabdeh hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 127 saylı Sərəncamının etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 28 noyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiadan imtina etmək qərarına gəlmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə uyğun olaraq, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsindən imtinası qanunvericiliyə zidd omadığından, 3-cü şəxslərin maraqlarına və hüquqlarına toxunmadığından iddiadan imtina barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, 8-ci mkr (bəzi arxiv sənədlərində Azadlıq prospekti kimi göstərilmişdir) ev 20, mənzil 79-a dair Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 127 saylı sərəncamın ləğv edilməsi” tələbindən imtina edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-312/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-312/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver