Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3120/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, Laçın rayonu, Hoçaz kəndində qeydiyyatda olan Cavabdehin nümayəndəsi X3 (Bakı şəhəri, Binəqədi rayon 9-cu mikrorayon, H.Seyidzadə küçəsi, 38/224 qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 24.04.2014-cü il tarixindən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, xx xxxxx 1957-ci il tarixdə doğulub. Əmək kitabçasının və hərbi biletinin surətindən görünür ki, 1976-1978-ci illər (2 il) ərzində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 06 iyul 1978-ci il tarixdən 19 oktyabr 1981-ci il tarixinə kimi Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı trestinin “Mexaniki suvarma idarəsi”ndə texniki nizamlayıcı vəzifəsində (3 il 3 ay 13 gün), 16 noyabr 1981-ci il tarixdən 18 noyabr 1993-cü il tarixinədək “Bakıxüsusisementtəmirtikinti” idarəsində texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində (12 il 2 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 14.1, bənd a ), 18 noyabr 1993-cü il tarixdən 01 dekabr 1996-cı il tarixinədək həmin idarədə sahə rəisi vəzifəsində (3 il 12 gün), 13 may 2000-ci il tarixdən 15 yanvar 2001 -ci il tarixinədək "xxxx" səhmdar Cəmiyyətində qurğuların təmiri üzrə çilingər vəzifəsində (8 ay 2 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 14.1, bənd a ), 02 yanvar 2004-cü il tarixdən 19 mart 2004-cü il tarixinədək “Baksementtəmiri” müəssisəsində sahə rəisi vəzifəsində (2 ay 17 gün), 23 mart 2004-cü il tarixdən 02 iyul 2012-ci il tarixinədək 11 saylı Təmir-Tikinti İdarəsində iş icraçısı vəzifəsində (8 il 2 ay 29 gün), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 29, bənd b-“iş icraçıları”), 21 yanvar 2013cü il tarixdən 01 oktyabr 2013-cü il tarixinədək "xxxx" ASC- də sement istehsalı sahəsində çilingər vəzifəsində (8 ay 9 gün), 01 oktyabr 2013-cü il tarixdən 30 aprel 2014-cü il tarixinədək "xxxx" ASC-nin sement zavodunda usta(çilingər) vəzifəsində (6 ay), işləmiş,01 may 2014-cü il tarixindən bu günədək “X6”nda çilingər vəzifəsində işləyir. Beləliklə, 24 aprel 2014-cü il tarixinə (57 yaşı tamam olanadək) ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 30 il 5 ay 24 gün (25 ildən artıq) təşkil etmiş, həmin staj illərindən 20 il 11 ay 3 gün müddətini 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışıb. Bununla da 01 yanvar 2006cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq 57 yaşına çatdığı 30 aprel 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanıb. 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 57 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilənləri nəzərə alaraq, iddiaçıya pensiya almaq hüququ yarandığı 24 aprel 2014-cü il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı iddia edir ki, 57 yaşının tamam olduğu 24 aprel 2014-cü il tarixə 30 il 05 ay 24 gün ümumi, 20 il 11 ay 03 gün güzəştli iş stajını toplamışdır. Bu səbəbdən də, ona “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tələblərinə əsasən 57 yaşdan, yəni 24.04.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Filial, 04 noyabr 2019-cu il tarixli, **********5 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edib. İmtina onunla əsaslandırılıb ki, iddiaçının ona pensiya təyin edilməsi üçün zəruri olan sənədlərin əsilləri tam şəkildə İdarəyə təqdim edildikdən sonra İddiaçının müraciətinə baxıla bilər. İddiaçı, pensiya təyini üçün zəruri olan sənədlərin əsllərini tam şəkildə təqdim etmək əvəzinə birbaşa məhkəmədə iddia qaldırmışdır. Filial məlum məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etməyib, sadəcə olaraq “Əmək pensiyaları haqqında” qanunun 31.2-ci (“Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını tavin edən orqan tərəfindən müəvvən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.”) və Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq zəruri sənədləri tələb edib. Bir sözlə, qanunvericiliyə əsasən cavabdeh Filialın iddiaçıdan sözügedən sənədlərin əsllərini tələb etmək hüququ olmuş, İddiaçı isə həmin sənədlərin əsllərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdeh Filiala ünvanladığı ərizənin icrası mümkün olmamışdır. İddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tətbiqi mümkün deyildir. Çünki iddiaçi 01 yanvar 2006-cı il tarixinədək tələb olunan ümumi və güzəştli iş stajını tam toplamamışdır. İddiaçı Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahının 14.1 -ci paraqrafının (a) bəndinə istinad edərək 16.11.1981-18.11.1993- cü illərdə (12 il 02 gün) “Bakıxüsusisementtəmirtikinti” idarəsində çalışdığı “texnoloji qurğuların təmiri üzrə çilingər” peşəsinin, 13.05.2000-15.01.2001 -ci illərdə (08 ay 02 gün) "xxxx" ASC-də çalışdığı “qurğuların təmiri üzrə çilingər” peşəsinin güzəştli olduğunu iddia edir. Eyni zamanda, iddiaçıya görə, 23.03.2004-02.07.2012-ci il tarixlərində (08 il 02 ay 29 gün) 11 Saylı Təmir-Tikinti İdarəsində çalışdığı “iş icraçısı” peşəsinin məlum Siyahının 29cu paraqrafının (b) bəndində nəzərdə tutulmuşdur. İddiaçının güzəştli iş arayışı qismində təqdim etdiyi 16.08.2019-cu il tarixli, 38 saylı Arayış lazımi rekvizitləri ehtiva etmir. Çünki həmin arayışda iddiaçının çalışdığı peşələrin NK-nın məlum qərarı ilə təsdiqlənmiş siyahılardakı hansı peşəyə uyğun gəlməsinə dair heç bir qeyd yoxdur. Sadəcə olaraq, ümumi şəkildə müvafiq paraqraf və bəndə istinad edilmişdir. Halbuki həmin bənddə 30dan çox peşənin adı vardır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 24.04.2014-cü il tarixindən təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkiliddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X1 iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Zərdab rayonu Xanməmmədli kəndində doğulmuşdur. Zərdab rayon Hərbi komissarlığı tərəfindən 22.05.1976-cı il tarixdə verilmiş HЗ ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 22.05.1976-cı il tarixdən 10.06.1978-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИT-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətidən görünür ki, iddiaçı 06.07.1978-ci ildə Mexaniki suvarma idarəsi Mexaniki emalatxanaya tex. normalaşdırıcı vəzifəsinə təyin edilmişdir. 19.10.1981-ci ildə AzərbaycaSSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. 16.11.1981-ci ildə Bakı xüsusi sement tikinti-təmir Tİ Sement zavodunda 1 saylı Sahəyə texnoloji avadanlığının təmiri üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir. 27.09.1982-ci ildə çilingər işi üzrə 4-cü dərəcə təhkim olunmuşdur. SSRİ Tikinti Materiallarının Sənayesi Nazirliyinin 17.02.1981-ci il tarixli 99 N-li əmrə uyğun olaraq “Bakı xüsusi sement tikinti-təmir Tİ” adı dəyişdirilərək Xüsusiləşdirilmiş Təmir İdarəsi “Bakı sement təmir” adlandırılmışdır. 25.11.1983-cü ildə çilingər işi üzrə 5-ci dərəcə təhkim olunmuşdur. 15.05.1984-cü ildə Yanaşı strop (yükləri və s. qaldıran və endirən) işçi işinə təhkim olunmuşdur. 05.03.1986-cı ildə çilingər işi üzrə 6-cı dərəcə təhkim olunmuçdur. SSRİ Tikinti Materiallarının Sənayesi Nazirliyinin 20.11.1987-ci il tarixli 697 N-li əmrə uyğun olaraq “İttifaq xüsusi sement tikintitəmir” trestinin ləğvi ilə əlaqədar Xüsusiləşdirilmiş Təmir İdarəsi “Bakı sement təmir” adı dəyişdirilərək Xüsusiləşdirilmiş İdarə “Bakı sement təmir” adlandırılmışdır. Kvalifikasiya komissiyasının protokollarına və yeni maaş dərəcəsinə əsasən 6-cı dərəcəli çilingər İddiaçı sement avadanlığının təmiri üzrə çilingər işi üzrə 6-cı dərəcəsi təhkim olunmuşdur. SSRİ Nazirlər Kabinetinin Qərarına əsasən sement avadanlığının təmiri üzrə çilingər güzəştli şərtlərlə pensiyaya çıxacağına görə 2 N-li siyahısına əsasən işə qəbul edilən gündən texnoloji avadanlığının təmiri üzrə çilingər hesab edilmişdir. 18.11.1993-cü ildə 3 saylı sahəyə sahə ustası vəzifəsinə keçirilmişdir. 01.12.1996-cı ildə “Bakısementtəmir” müəssisəsi Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 05.01.2000-ci ildə "xxxx" SC mexaniki sexə təmir üzrə 6-cı dərəcəli çilingər işinə qəbul edilmişdir. 01.02.2000-ci ildə Təmir xidmətinə avadanlığın təmiri üzrə 6-cı dərəcəli çilingər işinə keçirilmişdir. 01.02.2001-ci ildə Azərbaycan Respublikası ƏMnin 68-ci maddəsinin 2 b bəndinə əsasən (əmək müqaviləsinin başa çatması) işdən azad edilmişdir. 02.01.2004-cü ildə “Bakısementtəmiri” müəssisəsi 1 saylı sahəyə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. 19.03.2004-cüildə Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 23.03.2004-cü ildə 11 saylı Təmir Tikinti İdarəsi bağlanmış müqaviləyə əsasən iş icraçısı vəzifəsinə qəbul edilmişdir. 02.06.2012-ci ildə Azərbaycan Respublkiası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. 21.01.2013-cü ildə Sement İstehsalı sahəsinə çilingər qəbul edilmişdir. 01.10.2013-cü ildə Azərbaycan Respublkiası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. 01.05.2014-cü ildə “X6” MMC-nin Mexanika bölməsinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 18 noyabr 2020-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilən sənədlər göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 gün) təşkil edir, qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmədiyi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Göründüyü kimi iddiaçıya onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının Qanunla nəzərdə tutulan müddətdən az olması, iddiaçının güzəştli iş arayışı qismində təqdim etdiyi 16.08.2019-cu il tarixli, 38 saylı Arayış lazımi rekvizitlərin olmaması, arayışda iddiaçının çalışdığı peşələrin NK-nın məlum qərarı ilə təsdiqlənmiş siyahılardakı hansı peşəyə uyğun gəlməsinə dair heç bir qeyd olmadığını əsas gətirilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazı aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 57 yaşı 24.04.2014-cü il tarixdə tamam olmuşdur və həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası “Bakısementtəmiri” kollektiv müəssisəsinin direktoru İ.H.Həsənovun imzası və müəssisənin möhürü ilə təsdiq edilmiş, 38 nömrəli 16.08.2019cu il tarixli arxiv arayışından müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı həqiqətən 16.11.1981-ci il tarixdən 18.11.1993-cü il tarixinədək “Bakıxüsusisementtəmirtikinti” idarəsində texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində (16.11.1981-ci il tarixli, 73№-li əmr), 18.11.1993-cü il tarixdən 01.12.1996-cı il tarixinədək həmin idarədə sahə rəisi vəzifəsində (18.11.1993-cü il tarixli, 71-k-04 №li əmr), 13.05.2000-ci il tarixdən 15.01.2001-ci il tarixinədək "xxxx" səhmdar Cəmiyyətində qurğuların təmiri üzrə çilingər vəzifəsində (05.01.2000-ci il tarixli 15/k №-li əmr), 02.01.2004-cü il tarixdən 19.03.2004-cü il tarixinədək “Baksementtəmirtikinti” kollektiv müəssisəsində sahə rəisi vəzifəsində (26.01.2004-cü il tarixli, 1-k №-li əmr) peşələrində çalışmışdır. Yuxarıda adları çəkilən peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının paraqraf 14.1, bənd “a” bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı 01.07.2017-ci ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq (30 il 05 ay 24 gün) ümumi və 15 il 11 ay 3 gün güzəştli iş stajı mövcuddur. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər 57 yaşı tamam olan 24.04.2014-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olması məhkəmə tərəfindən müəyyən edildiyindən, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmamışdır. Məhkəmə iddiaçının işlədiyi “sement istehsalında texnoloji avadanlığın təmiri üzrə çilingər” və həmin idarədə sahə rəisi vəzifəsinin zərərli peşə olmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının 01.07.2017-cı il tarixədək “Bakıxüsusisementtəmirtikinti” İdarəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının XVİİ. İddiaçının 16.11.1981-ci il tarixdən 18.11.1993-cü il tarixinədək “Bakıxüsusisementtəmirtikinti” idarəsində texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsi “Tikinti materialları istehsalatı” adlı XVİİ bölməsinin 21801000a-18559 saylı kodu üzrə texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər peşəsinə, 18.11.1993-cü il tarixdən 01.12.1996-cı il tarixinədək həmin idarədə 3 saylı sahəyə sahə ustası vəzifəsinin XXVİİ bölməsinin “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290000b-23419 kodu üzrə “yeni tikinti və quraşdırma işlərinin ustaları” peşəsinə uyğun olduğu və həmin dövr üzrə onun güzəştli iş stajının 15 il 11 ay 3 gündən ibarət olduğu müəyyən edildiyindən iddiaçıya məxsus əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş Arayışlara əsasən iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahıda qeyd olunan XVİİ. “Tikinti materialları istehsalatı” adlı XVİİ bölməsinin 21801000a-18559 saylı kodu üzrə texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər peşəsinə bərabər tutulmalı olması qənaətindədir. Bu əsasdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi “iddiaçının güzəştli iş arayışı qismində təqdim etdiyi 16.08.2019-cu il tarixli, 38 saylı Arxiv Arayışın lazımi rekvizitləri ehtiva etmədiyi, həmin arayışda iddiaçının çalışdığı peşələrin NK-nın məlum qərarı ilə təsdiqlənmiş siyahılardakı hansı peşəyə uyğun gəlməsinə dair heç bir qeydin olmaması, ümumi şəkildə müvafiq paraqraf və bəndə istinad edilməsi” barədə dəlilinə münasibət bildirərərk qeyd edir ki, cavabdehin istinad etdi arayışda iddiaçının işləmiş olduğu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan müvafiq Siyahısı üzrə hansı bəndə, hansı paraqrafa uyğun olduğu dəqiqliklə göstərilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin sözügedən dəlilini əsassız hesab edir. O cümlədən məhkəmə qeyd edir ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. İddiaçının təqdim etdiyi güzəştli arayışlardan müəyyən edilir ki, onun 24.04.2014-cü il tarixədək olan dövr ərzində 15 il 11 ay 3 gün müddətində güzəştli iş stajı verən peşələrdə işləməsi təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə 6 güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Sözügedən Qaydaların 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Qeyd olunan Qaydaların sözügedən tələbindən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququnun qazanmış olduğunu nəzərə alaraq, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etdiyini əsas götürərək hazırki tələb üzrə, yəni 57 yaşdan, yəni hüququnun yarandığı 24.04.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbində haqlıdır. Belə olan halda iddiaçının 01 iyul 2017-ci il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 05 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 24.04.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 24.04.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3120/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3120/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver