Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3120/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək 13 (on üç) il 9 (doqquz) ay iş stajının bərpa edilməsi, pensiyanın almadığı (azaldılmış) hissəsinin qərar çıxan günə qədər birdəfəlik ödənilməsi, pensiyanın ümumi artımlar da nəzərə alınmaqla düzgün hesablanması və hər ay vaxtlı-vaxtında ödənilməsi barədə qərar qəbul edilməsi, qərarın iddiaçının 72 yaşı olmasının nəzərə alınmaqla məcburi qaydada icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsininin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının öhdəliyinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməsi xahiş edilmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14263/2023 nömrəli qərarın ləğv edilməsi, İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Bakı şəhəri 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə (indiki Bakı İnzibati Məhkəməsi) iddia ərizəsi ilə dövlət qulluqçusu kimi pensiya hesablanması üçün müraciət etmişdir. Həmin ilin 24 dekabr tarixində (iş №2- 1(81)- 5447/2014) məhkəmənin qətnaməsinə əsasən pensiya hesablanması üçün əsas götürülən dövr üçün ilə üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin nəzərə alınması və dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin üzərinə qoyulmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır və icra olunması üçün yönləndirilmişdir. Həmin qətnamə 2022-ci ilin fevral ayına qədər icra olunmuşdur. Belə ki, 2022-ci ilin fevral ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmənin qətnaməsini nəzərə almadan qanunsuz olaraq onun pensiyasını 529 (beş yüz iyirmi doqquz) AZN-dən 308 (üç yüz səkkiz) AZN salmışdır. Bu səbəbdən yenidən məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il qərarına əsasən (İş №2- 1(112)-7064/2022) iddia təmin edilmişdir. Yəni 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə 529 (beş yüz iyirmi doqquz) AZN məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyasının 308 (üç yüz səkkiz) AZN-ə endirildiyi gündən bu günə (qətnamənin verildiyi) qədər azaldılan məbləğin ödənilməyən hissələrinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur. Daha sonra sözügedən qətnamədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Bakı Apellyasiya Məhkəməsinə şikayət göndərmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixdə həmin şikayəti təmin etməmişdir (İş 2-1 (103)-941/2023) və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7064/2022 saylı 01 sentyabr 2022-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət göndərmişdir. Ali Məhkəmə xx.xx.2023-cü il tarixdə kassasiya şikayətini təmin etməmişdir (İş 2-1(102)-1410/2023) və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (İş 2- 1(103 )-941/2023) qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Qətnamə icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə yönləndirilmişdir. Lakin qətnamə icra olunmadığı üçün iddiaçı bir neçə dəfə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Qətnamənin icra olunmadığını görən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının rəhbəri X3 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə (İş № 3(005)- 234/2024) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının rəhbəri X3 barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 1200 (min iki yüz) manat məbləğində cərimə etmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının rəhbəri X3 Bakı Apellyasiya Məhkəməsinə şikayət göndərmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixdə şikayəti təmin etməmişdir (İş №3(103)-448/2024) və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı qüvvədə saxlamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il (İş №2-1(112)-7064/2022) qətnaməsi icra olunmur. İddiaçının pensiyası 2022-ci ilin fevral ayından bu günə qədər tam ödənilmir. Belə ki, məhkəmənin qətnaməsi olmasına baxmayaraq pensiyası hal-hazırda 433 (dörd yüz otuz üç) AZN təşkil edir. O da ümumi artımla əlaqədərdir. Yəni faktiki olaraq qətnamə icra edilməmişdir və pensiyası artırılmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı guya onun pensiyasını əvvəl artıq hesablayıb və bu səbəbdən “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 39.1-ci maddəsinə əsasən geriyə 7 919,84 (yeddi min doqquz yüz on doqquz AZN, səksən dörd qəpik) tələb etmişdir. Bu barədə onlar Bakı şəhər İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddianı təmin etməmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı iddiaçının əmək pensiyası qanunvericiliyə uyğunlaşdırılaraq 529,14 manatdan 308,90 manata azaldılıb, həmçinin xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya 23432,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bu barədə iddiaçıya 15 aprel 2022-ci il tarixli **********4 nömrəli məktubla ətraflı izah verilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən qanuni əmək pensiyası 389,74 manat təşkil edib. İddiaçı əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli 2-1(102)- 1410/2023 nömrəli qərarı ilə onun iddiası pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, əmək pensiyası 2023-cü ilin avqust ayında yenidən hesablanaraq 667,62 manat məbləğində müəyyən edilib, həmçinin iddiaçıya ödənilməli olan 4417,75 manat pul vəsaiti hesablanıb. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya ödənilməli olan 242,22 manat pul vəsaiti müəyyən edilib. Ümumilikdə 4659,97 (4417,75+242,22) manat pul vəsaiti 2023-cü ilin dekabr ayından etibarən hissə-hissə onun əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İddiaçıya 1 sentyabr 2023-cü il tarixinə son üç il üzrə ümumilikdə 7919,84 manat artıqödəmə müəyyən edilib. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda Şamxor şəhər X5 və həmin qurumda mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. Bununla əlaqədar iddiaçının müraciətində göstərdiyi xx.xx.1978-xx.xx.1984-cü illər arasındakı müddətin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-7-14263/2023 nömrəli qərarına əsasən əvvəlki pensiya məbləği 667,62 manat, yenidən hesablanma nəticədə təyin olunmuş pensiya məbləği 308,90 manat olmuş, xx.xx.2018-xx.xx.2023-cü illər üzrə 7919,84 manat artıqödəmə müəyyən edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi və tutulmuş pulun geri qaytarılması ilə bağlıdır.
9. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14263/2023 nömrəli qərar qəbul edilərək, pensiya məbləği yenidən hesablanmışdır.
10. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
11. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
12. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
14. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
15. İddianın növü birinci hissədə mübahisələndirmə, ikinci hissədə öhdəliyin icrası haqqında iddiadır.
16. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
20. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
21. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
22. İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. İddiaçıya çoxuşaqlı ana kimi 51 yaşından xx.xx.2003ci tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Daha sonra pensiya kateqoriyası dəyişdirilərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5447/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı əsasında, iddiaçı dövlət qulluğunda əmək stajına malik olduğu üçün, onun əmək pensiyasının məbləği yenidən hesablanaraq, xx.xx.2019-cu il tarixdən 529,14 manat məbləğində müəyyən edilmiş və 2022-ci ilin fevral ayınadək ödənilmişdir.
23. İddiaçı dövlət qulluqçusu kimi pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar, cavabdeh isə artıq ödənilmiş pensiya məbləğinin qaytarılması ilə əlaqədar məhkəməyə müraciət edilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə dövlət qulluqçusu kimi pensiya ödənişinin dayandırılarkən inzibati icraatın düzgün aparılmaması əsası ilə cavabdehin iddiası rədd edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7064/2022 saylı qərarı ilə iddiaçının iddiası təmin edilərək, 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə 529 (beş yüz iyirmi doqquz) AZN məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyasının 308 (üç yüz səkkiz) AZN-ə endirildiyi gündən bu günə (qətnamənin verildiyi) qədər azaldılan məbləğin ödənilməyən hissələrinin ödənilməsi cavabdehə həvalə edilmişdir. Məhkəmənin qərarı qanuni qüvvəsini almışdır.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
26. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh orqan əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edərək iddiaçıya 1 sentyabr 2023-cü il tarixinə son üç il üzrə ümumilikdə 7919,84 manat artıqödəmə hesablamış, pensiya məbləği 795,50 manatdan 667,62 manata azaldılmışdır. Hesablamanı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda Şamxor şəhər X5 və həmin qurumda mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. Bununla əlaqədar iddiaçının müraciətində göstərdiyi xx.xx.1978-xx.xx.1984-cü illər arasındakı müddət dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınmamışdır.
27. Cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Məhkəmə hesab edir ki, cavabdeh məhkəmə qərarı əsasında qəbul etdiyi inzibati aktı ilə iddiaçıya müəyyən etdiyi pensiya məbləğinin sonradan azaldılması kimi hərəkəti etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. Belə ki, qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır.
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci il bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır 6.1 1 Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda. 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
31. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya məhkəmə qərarı ilə təyin olunduğu, həmin məhkəmə qərarının qüvvədə və beləliklə də etibarlı olduğu müddətdə, məhkəmə qərarı əsasında təyin olunmuş əmək pensiyası ödənişinin cavabdeh tərəfindən dayandırılması yolverilməzdir.
32. Belə davranış dövlətin adından qəbul edilmiş məhkəmə qərarının hüquqi qüvvəsinə və etibarlığına ciddi ziyan vurardı. Bu baxımdan, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə məsələni həll edərkən yuxarıda qeyd olunan yanaşmanı nəzərə almağa və ona uyğun davranmağa borcludur.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublika Qanununun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
34. Eyni zamanda məhkəmə hesab edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh qurum faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş iddiaçının qulluq illərinə uyğun olaraq orta aylıq əməkhaqqının düzgün hesablamaması nəticəsində həmin aktı qəbul etməyə haqlı olduğunu qeyd edir. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: -inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: i) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli, ii) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; iii) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (i)və (ii) halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin (iii) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur.
35. Beləliklə məhkəmə hesab edir ki, faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt qüvvədə olan məhkəmə qərarı əsasında təyin edilmiş pensiya ödənişinin azaldılması ilə nəticələnmişdir ki, bu da dövlətin adından qəbul edilmiş məhkəmə qərarının hüquqi qüvvəsinə və etibarlığına ciddi ziyan vura bilər.
36. Odur ki, iddia təmin edilməli, İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14263/2023 nömrəli qərar ləğv edilməli, iddiaçının əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
37. Azərbaycan Respublikasının İPM-nin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-14263/2023 nömrəli qərar ləğv edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva