Məhkəmə qərarları › İş №2-1(112)-3124/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3124/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3124/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X6 kаtibliyi, İddiaçı (Şirvan şəhərində qeydiyyatdadır, çilingər, Neft kəmərləri idarəsində işləyir), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, məhkəmə mübahisələri üzrə iş şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 12 mart 2014-cü il tarixindən, 57 yaşdan əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış pensiya məbləği fərqinin son 36 ay üçün ödənilməsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 12 mart 2014-cü il tarixindən, 57 yaşdan əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış pensiya məbləği fərqinin son 36 ay üçün ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçının 57 yaşı tamam olduğu 12 mart 2014-cü il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rmüraciət etmişdir. Lakin cavabdeh 02 noyabr 2020-ci il tarixli, **********3 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi sahə iddia etdiyi sahəyə aid deyildir və bu səbəblə də, güzəştli pensiya hüququ verən iş stajı ümumiyyətlə yoxdur. Orta təhsilini başa vurduqdan sonra Əli –Bayramlı Təmir Tikinti Sahəsinə rəngsaz vəzifəsinə işə qəbul edilmiş, 07 may 1975-ci il tarixinə kimi, 22 may 1975- 28 aprel 1976-ci il tarixinədək Qaradağ rayon Neft Kəmərləri İdarəsində boşaldıcı vəzifəsində işləmişdir. 24 may 1976-ci ildən 27 iyun 1978-cu ilədək həqiqi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra Qaradağ rayon Neft Kəmərləri İdarəsinin X8 boşalma estakasında boşaldıcı vəzifəsinə qəbul edilmişdir.16 fevral 1980-ci ildə həmin vəzifədən işdən çıxmışdır. Təkrarən 03 mart 1980-ci ildə Qaradağ rayon Neft Kəmərləri İdarəsinin X8 Boşaltma estakadasına boşaldıcı vəzifəsində, 01 aprel 1986-ci ildə X10 dispetçer xidmətində xətt baxıcısı,20 oktyabr 1988-ci il tarixdə X9 stansiyasına keçirilmişdir. Həmin vəzifədə 20 oktyabr 1988-ci il tarixində Daşgil qəza təmir məntəqəsinə keçirilmişdir.04 yanvar 1993-cü ildən təmirçi çilingər vəzifəsinə keçirilmişdir.01 aprel 1993-cü ildə həmin vəzifədə Əli X15 stansiyasına keçirilmişdir.01 sentyabr 1995-ci il tarixində xətt nəzarətçisi keçirilmişdir. 02 aprel 2001 –ci il tarixinə qədər orada işləmişdir. 02 aprel 2004-cü il tarixindən etibarən halhazıra kimi həmin idarədə təmirçi çilingər vəzifəsində çalışmışdır. 57 yaşı tamam olduğu 12 mart 2014-cü il tarixinə qədər 40 ildən çox ümumi, 24 il 2 ay 6 gün güzəştli iş stajı toplamışdır. Güzəştli iş stajı 04 yanvar 1993-cü ildən 01 sentyabr 1995-ci il tarixindək X9 stansiyasında təmirçi çilingər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş „ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr,.. hazır məhsulunun və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: yarımbölməsində a) fəhlələr: təmirçi-çilingər (2 il 7 ay 28 gün), 22 may 1975-28 aprel 1976-ci il tarixədək Qaradağ rayon Neft Kəmərləri İdarəsində boşaldıcı- Siyahıda 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr ...hazır məhsulun, boşaldılmasında,.. və nəql edilməsində məşgul olan fəhlələr (11 ay 6 gün), Qaradağ rayon Neft Kəmərləri İdarəsində 08 avqust 1978-01 aprel 1986-ci illərdə boşaldıcı (7 il 7ay 24 gün), 02 aprel 2001- 12 mart 2014-cü ilə qədər Qaradağ rayon Neft Kəmərləri İdarəsinin Əli Bayramlı qəza Təmir Məntəqəsinə təmirçi çilingər (12 il 11 ay 10 gün) toplamışdır. İşlədiyi sahə (neftin boşaldılması və nəqli ) partlayış və yangın təhlükəli iş sahəsidir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına uyğun olaraq iddiаyа dаir еtirаzını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: -neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması;-təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri üzrə təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1974-cü il tarixli əmək kitabçasında xx.xx.1975-ci il tarixindən bugünədək “Neft Kəmərləri” İdarəsində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı məxsus əmək kitabçasının surətinə əsasən, iddiaçı Əli-Bayramlı Təmit-Tikinti sahəsində xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək rəngsaz, Qaradağ rayon Neft kəmərləri İdarəsinin Əli X14 estakadasında xx.xx.1975-ci ildən- xx.xx.1976-ci ilədək boşaldıcı peşəsində işləmiş, 24 may 1976-ci ildən 27 iyun 1978-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətini davam edərək Qaradağ rayon Neft kəmərləri İdarəsinin Əli X14 estakadasında 08.08 1978-ci ildən xx.xx.1980- ci il tarixdək boşaldıcı, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-ci il tarixədək boşaldıcı, xx.xx.1986-ci il tarixdən xx.xx.1993-cü il tarixədək xətt nəzarətçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək təmirçi çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci ilədək xətt nəzarətçisi, xx.xx.2001-ci ildən xx.xx.2012-ci ilədək çilingər işləmiş, xx.xx.2012-ci il tarixdən bu günədək qəza bərpa dəstəsinin təmirçi-çilingəri peşəsində işləyir. Azərbaycan Respublikası Dövlət X2 İddiaçı ünvanlanmış 08 sentyabr 2020-ci il tarixli, 267 nömrəli məktubunda qeyd olunmuşdur ki, Əli Bayramlı Təmir tikinti sahəsinin 1973-1975-ci illərə aid sənədləri X12 filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: -neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması;-təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri üzrə təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1974-cü il tarixli əmək kitabçasında xx.xx.1975-ci il tarixindən bugünədək “Neft Kəmərləri” İdarəsində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur; güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. SOCAR –ın Neft Kəmərləri İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri İ.Bayramov, İnsan resursları şöbəsinin rəisi Z.Sərdarov, Mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin rəis müavini E.Qəmbərov tərəfindən imzalanmış 12 sentyabr 2019-cu il tarixli arayışına əsasən, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsində: xx.xx.1975 - xx.xx.2003-cü illərdə X4 Kəmərləri İdarəsinin Qaradağ rayon Neft Kəmərləri idarəsində boşaldıcı, xətt nəzarətçisi, təmirçi-çilingər, çilingər vəzifələrdə; xx.xx.2003 – xx.xx.2012-ci illərdə Neft Kəmərləri İdarəsinin X11 idarəsinin Əli-Bayramlı Qəza-Təmiri Məntəqəsində 5-ci dərəcəli çilingər vəzifəsində, xx.xx.2012 – xx.xx.2014-cü illərdə Neft Kəmərləri İdarəsinin Neftin Nəqli Departamentinin Şirvan qəza-bərpa dəstəsində 6-cı dərəcəli təmirçi-çilingər peşələrində işləmişdir. xx.xx.2014-cü ildən halhazıra kimi Neft Kəmərləri İdarəsinin X1 Şirvan qəza-bərpa dəstəsində 6-cı dərəcəli təmiçi-çilingər peşəsində çalışır.Əmək məzuniyyətinə çıxarkən ona “Neft kəmərləri”İdarəsi üzrə zərərli və ağır iş şəraitinə görə əlavə məzuniyyət hüququna malik olan peşə və vəzifələrin Siyahısına əsasən 6 təqvim günü əlavə məzuniyyət verilir. SOCAR-ın strukturuna daxil olan qurumlarda müəyyən edilmiş əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin siyahısına əsasən saatlıq tarif maaşına 1,04 əmsalı tətbiq edilir.xx.xx.2018-ci ildən isə tarif maaşına 3% iş stajına görə əlavə təyin edilib. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 17 may 1976-cı ildən 27 iyun 1978-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür, 57 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixinə 40 ilə qədər ümumi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatda(neftin boşaldılması və nəqli) və peşələrdə (boşaldıcı, xətt nəzarətçisi, təmirçi çilingər, çilingər) 24 il 2 ay 6 gün iş stajı olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh isə iddiaçının güzəştli iş stajı olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı iddia edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, 01 iyul 2017-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin araşdırılan hallarından görünür ki, iddiaçının 12 mart 2014-cü il tarixdə 57 yaşı tamam olmuşdur. İddiaçı 01 10.1973-cü il tarixdən bu günədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən xx.xx.1975 ci il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsində boşaldıcı, xətt nəzarətçisi, təmirçi- çilingər, çilingər peşələrdə işləmişdir. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1973-cü il tarixdən bu günədək əmək fəaliyyəti ilə məşğul olması təsdiqini tapır. İddiaçının xx.xx.2014-cü il tarixinə 40 ilə qədər ümumi iş stajı var. İşin tərəflər arasında mübahisəli hal - iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.2014 – ci il tarixədək dövrdə işlədiyi sahənin (istehsalatın) və peşələrin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahəsinə və peşələrə aid olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı xx.xx.1975- xx.xx.2014 – ci il tarixədək Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsində boşaldıcı, xətt nəzarətçisi, təmirçi- çilingər, çilingər işləmişdir. İş materiallarına əlavə edilmiş SOCAR –ın Neft Kəmərləri İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin arayışında iddiaçı əmək məzuniyyətinə çıxarkən ona “Neft kəmərləri”İdarəsi üzrə zərərli və ağır iş şəraitinə görə əlavə məzuniyyət hüququna malik olan peşə və vəzifələrin Siyahısına əsasən 6 təqvim günü əlavə məzuniyyətin veriməsi, SOCAR-ın strukturuna daxil olan qurumlarda müəyyən edilmiş əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin siyahısına əsasən saatlıq tarif maaşına 1,04 əmsalı tətbiq ediməsi göstərilsə də, iddiaçının işlədiyi peşələrin və sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahısı”nda əksini tapması barədə heç bir qeyd edilməmişdir. İddiaçının əmək kitabçasına və SOCAR –ın Neft Kəmərləri İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin arayışına əsasən, iddiaçı xx.xx.1975-xx.xx.2003-cü illərdə X5 Kəmərləri İdarəsinin Qaradağ rayon neft kəmərləri idarəsində boşaldıcı, xətt nəzarətçisi, təmirçiçilingər, çilingər; xx.xx.2003- xx.xx.2012-ci illərdə DNŞ-nin Neft Kəmərləri İdarəsinin X11 idarəsinin Əli-Bayramlı Qəza-Təmiri Məntəqəsində 5-ci dərəcəli çilingər vəzifəsində, xx.xx.2012 – xx.xx.2014-cü illərdə Neft Kəmərləri İdarəsinin Neftin Nəqli Departamentinin Şirvan qəza-bərpa dəstəsində 6-cı dərəcəli təmirçi-çilingər peşələrində işləmişdir. xx.xx.2014-cü ildən hal-hazıra kimi Neft Kəmərləri İdarəsinin X1 Şirvan qəza-bərpa dəstəsində 6-cı dərəcəli təmiçi-çilingər peşəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində(10.5) istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr:.. təmirçi –çilingər nəzərdə tutulmuşdur. Lakin əmək kitabçasında və arayışda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı təmirçi- çilingər peşəsində xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək və sonradan xx.xx.2012-cü il tarixdən bu günədək həmin peşədə işləmişdir. İddiaçının 57 yaşı tamam olan xx.xx.2014-cü il tarixinə təmirçi-çilingər peşəsində əmək stajı, 4 il 4 gün təşkil etmişdir. Beləliklə, iddiaçının güzəştli stajına görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. İddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə tələb olunan güzəştli iş stajı mövcud olmadığı üçün cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 12 mart 2014-cü il tarixindən, 57 yaşdan əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış pensiya məbləği fərqinin son 36 ay üçün ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,33, 68,69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 12 mart 2014-cü il tarixindən, 57 yaşdan əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış pensiya məbləği fərqinin son 36 ay üçün ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar