Məhkəmə qərarları › İş №2-1(112)-3126/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3126/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3126/2020 19.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X3 (hüquq sektorunun baş məsləhətçisi, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin rəsmi şəxslərinin qanunazidd əməlləri ilə mülki hüquq pozuntusuna yol vermələri faktına hüquqi qiymət verilməsi, X8 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X2 qazisi olmuşdur. O, 4 il könüllü olaraq Kəlbəcər və Laçın rayonlarının müdafiəsində iştirak etmişdir. X17 iddiaçı ilə rəsmi nikahda olmuş, birgə nigahdan xx.xx.2002-ci il tarixində oğlu Etibar İlyasov doğulmuşdur. X17 1993-cü ildə Ermənistan Respublikasının silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğalı zamanı məcburi köçkün düşmüş, 2003cii ilə qədər Bakı şəhərində yaşamış və xx.xx.2003-cü il tarixində ölmüşdür. X11 2003-cü ildən onun himayəsindədir. X9 məcburi köçkün olması barədə Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2001 -ci il tarixli, 052702 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. X17 1993-cü ildən Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətində məcburi köçkün kimi qeydiyyata alınmışdır. xx.xx.1995-ci il tarixli, 063700 nömrəli məcburi köçkün ailəsinin qeydiyyat vərəqi hal-hazırda Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Suraxanı rayon Sektorunda saxlanılır. 063700 nömrəli məcburi köçkün ailəsinin qeydiyyat vərəqində oğlu Etibar İlyasovun da adı var. X14 məcburi köçkün kimi Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Suraxanı rayon Sektorunda qeydiyyatdadır və 2017-ci ilə qədər kommunal xidmətlərdən güzəştlə istifadə etmişdir. İddiaçı məcburi köçkün deyildir. Oğlu Etibarın 17 yaşı var. Ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi üçün xx.xx.2019-cu il tarixində Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə müraciət edilmiş, Komitə tərəfindən xx.xx.2019-cu il tarixli, 01/10530 nömrəli cavab məktubu ilə Etibar İlyasova imtina edilmişdir. Komitə tərəfindən 23 may 2013-cü il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.6-cı maddəsinə istinad edilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər”. Eyni zamanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən “yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” tələb olunduğundan, müraciəti məqbul sayılmamış və Kəlbəcər rayonu üzrə pasport qeydiyyatına düşməsi 4 saylı ASAN xidmət mərkəzi tərəfindən təmin edilməmişdir. X16 rayonundan məcburi köçkün düşmüş atasının xx.xx.2003-cü il tarixində ölməsi, onun məcburi köçkün olmaması, işğal olunmuş Kəlbəcər rayonu üzrə qeydiyyata düşməsinin mümkün olmaması, Etibar İlyasova məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməməsi üçün Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən əsaslı hesab edilir. Cavabdeh tərəfindən xx.xx.2002-ci il tarixdə təsdiq edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Milli Bankı ilə razılaşdırılmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” təlimatın 4-cü hissəsinə və həmin hissənin 4.6-cı maddəsinə əsasən faktiki nikahdan doğulmuş “məcburi köçkün” statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaq məcburi köçkün statusuna malikdir. Göründüyü kimi “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ı 23 may 2013-cü il tarixdə təsdiq edilənədək faktiki nikahdan doğulmuş, “məcburi köçkün” statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaq məcburi köçkün statusuna malik hesab edilirdi. Etibar İlyasovun xx.xx.2002-ci il tarixində anadan olması, Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarının 23 may 2013-cü il tarixində təsdiq edilməsi və bu Qaydaların 4.1.6-cı maddəsi onun hüquqlarını məhdudlaşdırır. Məcburi köçkün statusu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsi isə sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından Etibar İlyasova münasibətdə geriyə tətbiq edilə bilməz. Hesab edir ki, Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri tərəfindən tərtib və təsdiq edilmiş bu cür sənədlər vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmağa xidmət edir, bununla mülki hüquq pozuntusuna yol verilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi“ tələbi tam əsassızdır. Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 3.1-ci bəndinin tələbinə əsasən, Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il Qanununun 1 -ci maddəsinin 3-cü bəndində də göstərilir ki, əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. X14 2019-cu ilin sentyabr ayında məcburi köçkün statusunun verilməsi ilə bağlı Komitəyə müraciət etmişdir. Təqdim edilmiş sənədlər Komitənin Status sektorunda araşdırılmış və xx.xx.2019-cu il 01/10530 nömrəli cavab məktubu ilə - “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’’ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olanvə hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilməsi bildirilmişdir. Eyni zamanda İddiaçı qeydiyyatını işğal edilmiş rayona dəyişərsə, məcburi köçkün statusunun verilməsi üçün yenidən müraciət edə biləcəyi qeyd edilmişdir. Beləliklə, İddiaçı xx.xx.2002-ci il tarixdə AZ-İ 038095 nömrəli nikah bağlanması haqqında şəhadətnaməyə əsasən, X17 ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2002-ci il tarixində X14 doğulmuşdur. X1 rayonundan məcburi köçkün olmaqla, xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Etibar İlyasovun anası İddiaçı məcburi köçkün statusuna malik olan şəxs deyil və hazırda onun qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığından, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.1.6-cı bəndinə zidd olduğundan, X8 məcburi köçkün statusu verilə bilməz. İddiaçı Kəlbəcər rayonu üzrə qeydiyyata alındıqdan sonra, onun övladı X8 məcburi köçkün statusunun verilməsi məsələsinə qanunla nəzərdə tutulmuş qaydada yenidən baxılacaqdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən 23 avqust 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 038095 saylı nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X17 ilə İddiaçı arasında 23 avqust 2002-ci il tarixdə Bakı şəhəri Nizami rayonu VVADQ şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 507 saylı nömrə ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən 17 yanvar 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 306836 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 01 dekabr 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 17 yanvar 2003-cü il tarixdə 103 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X17, ana qrafasında X4 adı yazılmışdır. İşdə olan Kəlbəcər rayon VVADQ şöbəsi tərəfindən 28 yanvar 2003-cü il tarixdə verilmiş AZ seriyalı 089952 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 06 yanvar 2003-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 yanvar 2003-cü il tarixdə 21 sayla qeyd edilmişdir. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Ağcabədi şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş İS-3/2130 saylı, 31 may 2019-cu il tarixli arayışdan görünür ki, X7 atası X18 1993cü ilin aprel ayının əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi köçkün düşmüş və 2003-cü ildə vəfat etmişdir. Əsas: Kəlbəcər rayon Əsrik kənd İƏD üzrə nümayəndəliyinin 90 saylı, 30 may 2019-cu il tarixli arayışı və Məcburi Köçkün vəsiqəsi (22 oktyabr 2001-ci il tarixli, AA seriyalı, 052702 saylı). İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən 22 oktyabr 2001-ci il tarixdə verilmiş AA seriyalı, 052702 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X10 məcburi köçkün statusu verilmişdir. İşdə olan cavabdeh tərəfindən X8 ünvanlanmış 01/10530 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, X7 ona məcburi köçkün statusunun verilməsi ilə əlaqədar ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Qaydaların tələblərinə uyğun olaraq anası qeydiyyatını işğal olunmuş rayon qeydiyyatına dəyişərsə məcburi köçkün statusunun verilməsi üçün yenidən müraciət edə biləcəyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının oğlunun məcburi köçkün kimi qeydə alınmasının mümkünsüzlüyünə əsas kimi anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. Həmin Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan,Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. İş materiallarından görünür ki, iddiaçının oğlu xx.xx.2002-ci il təvəllüdlü X7 valideynlərindən mərhum atası X17 məcburi köçkün statusuna malik olsa da, lakin anası İddiaçı qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) deyildir. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Halbuki yuxarıda istinad olunan Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan,Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığından onun oğlu xx.xx.2002-ci il təvəllüdlü X8 «məcburi köçkün» statusunun verilməsindən imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 68-69-cu 75.4-cü, 81-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar