Məhkəmə qərarları › İş №2-1(112)-3126/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3126/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3126/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı "qərarların ləğvi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotunun Təşkili Baş İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsliyyətə cəlb edilməsi haqqında **********4449 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Davili Qoşunlarda xidmət etmişdir. Hal-hazırda təqaüdçüdür. Fərdi fəaliyyətlə yani Manqal (Dönərxana) fəaliyyəti ilə məşğul olmaq üçün 2024-cü ilin iyun ayının təxminən 24-də Babək adlı şəxs Xəzər rayonu Binə qəsəbəsi Ülvi Şadlıq sarayının yanında obyekti ona göstərdi və bildirdi ki,istasə bu obyekti istifadə edə bilər. Aralarında hər hansı bir müqavilə yəni İcarə müqaviləsi bağlanılmadı. Səbəbdə o idi ki, o vergi uçotundan keçdikdən sonra müqavilə bağlanmalı idi. Babək obyekti ona göstərəndən sonra qaynını ora gətirib təmizik işlərinin aparılmasını xahiş etdi. İddiaçı özünə asan xidmətdə ********** saylı VÖEN açmışdır. Həmin günün səhərisi Vergilər Nazirliyinin tabeçiliyində olan X21 yerləşən Vergilərin qeydiyyatı uçotu idarəsinə müraciət edərək qeydiyyata almağını xahiş etmiş, ona bildirmişdirlər ki, qeyd olunan obyekt başqasının istifadəsində olmaqla qeydiyyatında olduğu üçün onun adına sənədləşdirə bilməzlər. İddiaçı həmin şəxsin kim olmasını və şəxsiyyətini müəyyənləşdirmək üçün Babəkə zəng etmiş, o iddiaçıya bildirmişdir ki onun haqqında məlumatlar onda yoxdu. İddiaçı yuxarıda qeyd etdiyi kimi uzun müddət hərbidə xidmət etdiyi zaman bir çox xəstəliklərdən əziyyət çəkir. Həmin vaxtı xəstələndiyi üçün qaynına demişdir ki bir haldaki yerin kimin adına olan şəxsi tapa bilmədiyi üçün o həmin yeri işlədə bilməz və sahibinə təhvil vermək lazımdır. Danışdığı günü yəni xx.xx.2024-cü il tarixdə Dövlər Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotun Təşkili Baş İdarəsinin əməkdaşları çəkilişlə həmin obyektə gələrək obyektin guya qanunsuz istifadə etməyi kassa aparatının olmamağını o cümlədən 5 nəfərin qanunsuz işlədilməsini qeyd etməklə protokol tərtib etmişlər. İddiaçı Bakı şəhəri X33 və Uçotun Təşkili Baş İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdi ki, qeyd olunan obyeklt 2-3 gün istifadəsində olub. Həmin vaxtıda yalnız təmir-təmizlik işləri aparılıb. Qeyd olunan obyekti öz adına qeydiyyata ala bilmədiyi üçün və xəstələndiyi üçün istifadə etməkdən imtina etmişdir. Yazılan protokolun əsassız olduğunu bildirməklə ləğvini xahiş etmişdir. Onun çox saylı ərizələr və telegram verməyinə baxmayaraq xx.xx.2024-cü il tarixdə ünvanına qeyd etdiyi təşkilatdan qərar daxil olmuşdur. Həmin qərarda onu 5 nəfəri müqaviləsiz işlətdiyinə görə 10.000 manat cərimə və kassa aparatı olmadığı üçün 1000 manat cərimə olunmağı göstərilməklə 11000 manat pulu xx.xx.2024-cu il tarixə qədər ödənilməsi tələb edilmişdır İddiaçı ona qarşı edilən bu haqsızlığa görə məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək cavabdehin xx.xx.2024-cü il tarixli **********3593 saylı və xx.xx.2024-cü il tarixli **********4449 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasan İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı ve əsas fəaliyyət növünün dönərxanaların fəaliyyəti olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şahər X33 və Uçotun Təşkili Baş İdarəsinin (bundan sonra Baş İdarə) "X33nin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********0774 nömreli qərarına əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini hayata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ülvi şadlıq sarayının yanında yerleşen "Nömrə 1 Mangal" adlı obyektdə Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 18:30-da həyata keçirilmiş X33 tədbiri zamanı ictimai iaşə xidmətinə görə ödənilmiş 3,2 manat məbləğin nəzarət-kassa aparatının yaddaşına mədaxil olunmadığı, araşdırma zamanı obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığı müəyyən edilərək, operativ vergi nazareti tədbirinin nəticəsinin xx.xx.2024-cü tarixli DVX seriyalı 039382 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsinin qəbul edilmədiyi müəyyən edilmişdir. Bu barədə sərbəst akt tərtib edilmişdir. Tərtib olunmuş akt və materiallara baxılmada iştiraka dəvət edilmə barədə Baş İdarənin xx.xx.2024-cú tarixli **********106000 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sanadlarinda sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2024cü il tarixdə saat 09:29-da oxunmuşdur. Bundan əlavə vergi orqanının xx.xx.2024-cü il tarixli **********858500 nömrəli məktubu ile vergi ödəyicinin X33 tədbirinin nəticəsinə baxılması üçün xx.xx.2024-cü il tarixa devet edildiyi, həmin məktubla elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 09:29-da tanış olduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tarafindan "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmesi haqqında" xx.xx.2024-cü il tarixi **********3593 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qebul olunmuş qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə Baş İdarənin xx.xx.2024-cü il tarixli **********585000 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənıdlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana va elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2024-cu İl tarixdə saat 21:52-də oxunmuşdur. Bundan əlavə qeyd olunan obyektdə keçirilmiş X33 tədbiri zamanı 5 (beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerine yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2024-cü il tarixli DVX senyalı 000867 nömrəli Azərbaycan Respublikasının Əmək Mecellesinde nezerde tutulmuş qaydada omak müqaviləsi (kontrakti huquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin har hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddesine uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz əldə edilmədən işlərin yerinə yetirilmasina cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X33nin nəticəsi haqqında" aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı, bir nüsxəsinin qəbul edilmədiyi müəyyən edilmişdir. Bu barədə sərbəst akt tərtib edilmişdir. Nəzarət tədbiri zamanı aktda adları qeyd olunmuş şəxslərdən 4 nəfəri izahat verərək fərdi sahibkar İddiaçı tərəfindən işə qəbul olunduqlarını, lakin onlarla əmək müqaviləsinin bağlanmadığını, yəni əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçmədiyini, 1 nəfər isə izahat verməkdən imtina etdiyini, telefon vasitesi ilə U. Məmmədovla əlaqə yaradılarkən rayonda olduğundan yoxlamada iştirak edə bilməyəcəyini, nümayəndəsinin gəlib iştirak edəcəyini, yoxlama başlayandan 25-30 dəqiqədən sonra özünü U. Məmmədovun oğlu kimi təqdim edən X1 yaxınlaşdığını, atasının xəstə olduğunu söylərək X33 tədbirində iştirak edə bilməyəcəyini. özünün isə səlahiyyətli nümayəndə olması ilə bağlı etibarnamənin olmadığını bildirdiyi müəyyən edilmişdir. Tərtib olunmuş akt Baş İdarənin xx.xx.2024-cü il tarixli **********153400 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 09: 29-da oxunmuşdur. Həmçinin vergi orqanının xx.xx.2024-cü il tarixli **********382900 nömrəli maktubu ilə vergi ödəyicinin operativ vergi nezarəti tədbirinin neticesine baxılması üçün xx.xx.2024-cü il tarixə dəvət edildiyi, həmin məktubla elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 09:29-da tanış olduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********4449 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 10.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması baradə Tələbnamə Baş İdarənin xx.xx.2024-cü il tarixli **********519700 nömrəli məktubu ila vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana va elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2024-cü il tarixdə saat 21:55-də oxunmuşdur. Vergi ödəyicisi tərəfindən həmin qərarlardan xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********915600 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 19 sentyabr 2024-cü il tarixli **********860600 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. X9 vergi orqanına təqdim etdyi xx.xx.2024cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən №1 Manqal kafesində paketçi dönərçi vəzifəsinə İddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini, aylıq əmək haqqının 350 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən dönərçi Turalı, xadimə Cəmiləni, aşbaz köməkçi Ürfan, kassir Badullanı tanıdığını bildirmişdir. X14 vergi orqanına təqdim etdyi xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən aşbaz vəzifəsinə İddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini, aylıq əmək haqqının 450 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən X37, X12 və X7 tanıdığını bildirmişdir. X2 vergi orqanına təqdim etdyi xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən xadimə vəzifəsinə İddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən aşbaz Ürfanı, dönərçi Turalı, paketçi Ceyhunu tanıdığını bildirmişdir. X20 vergi orqanına təqdim etdyi xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən İddiaçı tərəfindən dönərçi vəzifəsinə işə cəlb edildiyini, onunla nə əmək, nə də xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 40 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən X22, X12 və X7 tanıdığını bildirmişdir. İddiaçının vergi orqanına ünvanladlığı xx.xx.2024-cü il tarixli **********444300 nömrəli məktubda qeyd olunan obyektdə 2 gündür işlədiyini, səhhəti ilə bağlı poblemi olduğunu, həkimdə olan zaman yoxlama keçirildiyini, akt tərtib edildiyini, hazırda obyektin bağlı olduğunu bildirərək, həmin obyektdə fəaliyyət göstərməsini etiraf etmişdir. İnzibati araşdırma zamanı fərdi sahibkar İddiaçı oğlu X1 (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyi, həmin obyekti xx.xx.2024-cü il tarixli icarə müqaviləsi əsasında vətəndaş X13 aylıq icarə haqqı 300,0 manat olmaqla icarəyə götürdüyü, obyektdə xx.xx.2024-cü il tarixdə NKA quraşdırıldığı müəyyən edilmişdir. Həmçinin İddiaçı fəaliyyət göstərdiyi obyektdə dönərçi kimi işləyən X18 nəzarət tədbirindən sonra xx.xx.2024-cü il tarixdə X8 tərəfindən aşbaz kimi işə qəbul olunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə görə pərakəndə ticarət, ictimai iasə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olduğu halda, fərdi sahibkar İddiaçı tərəfindən qeyd olunan tələbə əməl edilməmişdir. Eləcə də, Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.7-ci bəndinə əsasən dövlət reyestrinə daxil edilmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi təsbit edilmişdir. Bundan başqa Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, İddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onun gəlirinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmışdır. Qeyd edildiyi kimi, həmin şəxslərdən 4-ü izahatlarında qeyd olunan faktı etiraf etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materiallarından görünür ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotunun Təşkili Baş İdarəsinin “X33nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0774 nömrəli qərarına əsasən İddiaçı (VÖEN**********) məxsus olan obyektdə (ünvanı: AZ1000, Bakı şəhəri, Xəzər rayonu, BİNƏ ŞTQ, Ülvi şadlıq sarayının yanı), obyektin adı: №1 Manqal, fəaliyyət növü: Dönərxanaların fəaliyyəti. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X33nin həyata keçirilməsi qərara alınmışdır. -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli KY242122754 nömrəli çıxarışda göstərilmişdir ki, yoxlayıcı orqanın adı: iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı Məmməd oğlu, Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN:**********, Yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2024xx.xx.2024, Yoxlanılan dövr: Cari fəaliyyət, Yoxlamanın predmeti və hüquqi əsasları: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, (Azərbaycan Respublikasının Vergi Məcəlləsi,Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, xx.xx.2000.Maddə 50.1.3), Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. [Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,xx.xx.2000.Maddə 50.1.7], Yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: №1 Manqal, Dönərxanaların fəaliyyəti; AZ1000 Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Ülvi şadlıq sarayının yanı; Yoxlamanın növü: X33, Yoxlamanın tipi: Plandankənar (növbədənkənar), Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas:Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; Vergi Məcəlləsi, maddə 50.2.2. -Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X33nin nəticəsi haqqında xx.xx.2024-cü il tarixli DVX seriyalı 000867 nömrəli akta əsasən, İddiaçı məxsus(VÖEN **********) Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Ülvi şadlıq sarayının yanında yerləşən obyektə X33 həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:55-də təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətlərinə və təqdim olunmuş yazılı izahatlara əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə aşbaz, dönərçi, paketçi, xadimə, və kassir kimi cəlb olunmuş 5 nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfəri işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar İddiaçı Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təkilf olunmuşdur. Vergi ödəyicisi İddiaçı obyektdə olmaması səbəbindən tərtib edilmiş aktla onu tanış etmək, aktda imza etmək, və bir nüsxəsini təhvil almaq üçün həmin aktı vergi ödəyicisinə təqdim etmək mümkün olmamışdır. -xx.xx.2024-cü il tarixli DVX seriyalı 000867 saylı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X33nin nəticəsi haqqında” akta əlavəyə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus №1 Manqal adlı obyektdə aparılmış vergi nəzarəti nəticəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslər: X18, X32, X10, X37, X15. -xx.xx.2024-cü il tarixli DVX seriyalı 000867 saylı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X33nin nəticəsi haqqında” akta əlavəyə əsasən İddiaçı məxsus obyektdə aparılmış X33 nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 05 nəfər fiziki şəxsin siyahısı aşağıdakılardan ibarət olmuşdur:

1. X18 -Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN:5W7L10P, qeydiyyat ünvanı:Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Nəriman Nərimanov 6

2. X32 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN:64NGB3K, qeydiyyat ünvanı: Ağdaş rayonu, Ağdaş şəhəri, A.Heydərov küç 34.

3. X11- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN:1V21PZT, qeydiyyat ünvanı: Cəlilabad şəhəri, Nizami küçəsi, ev 13.

4. X37- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN:7AMWW14L, qeydiyyat ünvanı: Gəncə şəhəri, Kəpəz lay, 3-cü mkr, ev 16, mənzil 40

5. X16- Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN:4K98X7F, qeydiyyat ünvanı: Bakı şəhəri, Xəzər ray, Binə qəs, H.Hasilov küçəsi, ev 13, mənzil 15 -X18 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotunun Təşkili Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, o xx.xx.2024-cü il tarixdən №1 Manqal kafesində paketçi/dönərçi vəzifəsinə İddiaçı tərəfindən işə qəbul edilmişdir. Yeni işə qəbul olunduğundan əmək müqaviləsi hələ bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti hələ təqdim edilməyib. Aylıq əmək haqqı 350 manat təşkil edir. Nağd qaydada İddiaçı tərəfindən ödənilir. Bunun müqavilində hər hansı kitabçaya imza edilmir. İş vaxtı 11:00-da başlayıb, 19:00-da bitir. Nahar fasiləsi 13:00-dan 14:00-a dək və gündəlik iş rejimi 7 saat təşkil edir. Həftəlik iş rejimi 42 saat təşkil edir. Yeni işə qəbul olunduğundan məzuniyyətlə bağlı işə götürənə müraciət edilməmişdir. Aylıq əməkhaqqı 350 manat təşkil edir. Obyektdə dönərçi Tural, xadimə Cəmilə, aşbaz köməkçisi Urfan, kassir Badulla işləyir. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Sabit qəbz almır. Öz hüquq və vəzifələri haqqında məlumatlıdır, izahatı özü yazmış, əlavəsi yoxdur, və düzgünlüyünü imzası ilə təsdiq etmişdir. -X32 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotunun Təşkili Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, o vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən aşbaz vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi yeni işə qəbul edildiyindən bağlanılmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti hələ təqdim edilməyib. Aylıq 450 manat məbləğ nağd qaydada İddiaçı tərəfindən heç bir sənədə imza atmadan ödənir. İş vaxtı 11:00-da başlayıb, 19:00-da bitir. Nahar fasiləsi 13:00-dan 14:00-a dək və gündəlik iş rejimi 8 saat təşkil edir. Həftəlik iş rejimi 110 saat təşkil edir. Yeni işə əqbul olunduğundan məzuniyyətlə bağlı işə götürənə müraciət edilməmişdir. Rəsmi əmək haqqı 450 manatdır, əlavə qeyri-rəsmi əmək haqqı almır. X4, X12, X7 tanıyır. Onun nə VÖEN-i, nə də sabit qəbzi yoxdur. Hüquq və vəzifələri ona izah olunmuşdur, izahatın tərtib olunmasına heç bir əlavəsi yoxdur. -X10 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotunun Təşkili Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, o vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xadimə vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi yeni işə qəbul edildiyindən bağlanılmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti hələ təqdim edilməyib. Gündəlik əmək haqqı 10 manat təşkil edir, nağd qaydada İddiaçı tərəfindən heç bir sənədə imza atmadan ödənir. İş vaxtı 13:00-da başlayıb, 20:00da bitir. Nahar fasiləsi 15:00-dan 16:00-a dək və gündəlik iş rejimi 6 saat təşkil edir. Həftəlik iş rejimi 36 saat təşkil edir. Məzuniyyətdə olmamışdır,yeni işə qəbul olduğuna görə. Aylıq əmək haqqı 240 manatdır. Obyektdə aşbaz Urfan, dönərçi Tural, paketçi Ceyhunu tanıyır. Vergi ödəyicisi kimi qeydiyyatdan keçəmişdir və sabit qəbz olmamışdır. Hüquq və vəzifələrindən məlumatlıdır, izahatı işəgötürənin oğlu X8 tərəfindən düzgün yazılmışdır və öz imzası ilə təsdiqləmişdir. -X47 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotunun Təşkili Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, o vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən dönərçi vəzifəsinə qəbul edilmişdir. Onunla nə əmək, nə də xidmət müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti hələ təqdim edilməyib. Gündəlik 40 manat nağd qaydada heç bir sənədə imza atmadan İddiaçı tərəfindən əməkhaqqı alır. İş vaxtı 11:00-da başlayıb, 19:00-da bitir. Nahar fasiləsi 13:00-dan 14:00-a dək və gündəlik iş rejimi 8 saat təşkil edir. Həftəlik iş rejimi 40 saat təşkil edir. Yeni işçi olduğundan məzuniyyətlə bağlı işə götürənə müraciət edilməmişdir. Gündəlik 40 manat əməkhaqqı alır, qeyri-rəsmi əmək haqqı almır. X3, X12, X7 tanıyır. Onun nə VÖEN-i, nə də sabit qəbzi yoxdur. Hüquq və vəzifələri ona izah olunmuşdur, izahatın tərtib olunmasına heç bir əlavəsi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli DVX seriyalı 039382 nömrəli “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” Akta əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ ünvanında yerləşən № 1 Manqal obyektində fərdi sahibkar İddiaçı iştirakı olmadan əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına X33 həyata keçirilmiş, obyektdə əhali ilə pul hesablaşmalarının aparılmasında X19raşdırılmadığı müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18:30-da vergi orqanının nümayəndələri tərəfindən keçirilən X33 zamanı bir ədəd lavaşda toyuq dönərə və bir ədəd ayrana görə ümumilikdə 3.2 manat nağd pul vəsaitinin ödənildiyi, lakin ödənişin müqabilində ödənişi təsdiq edən kassa çekinin təqdim olunmadığı müşahidə edildi. Aparılan araşdırma zamanı obyektdə nəzarət kassa aparatı quraşdırılmadan pul hesablaşmalarının aparılması faktı vergi orqanı nümayəndələri tərəfindən müəyyən edildi. Qeyd olunan səbəbdən vergi uçotundan yayındırılmış məbləği bərpa etmək mümkün olmamışdır. Nəzarət kitabçası və ya hər hansı rəsmi sənəd təqdim olunmadığından bu barədə məlumat əldə etmək mümkün olmamışdır. Nəticədə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş və nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl edilməsi tövsiyyə olunmuşdur. Vergi ödəyicisi obyektdə olmadığından tərtib edilmiş aktla onu tanış etmək, aktı imzalatmaq və bir nüsxəsini ona təqdim etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli “vergi ödəyicisinin ərazisinə və binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” Protokola əsasən, İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ ünvanında yerləşən “№1 Manqal” adlı kafedə fərdi sahibkarın işçiləri X18 və X32 28 iyun 2024-cü il tarixdə 18:35-də baxışın keçirilməsi barədə xx.xx.2024-cü il **********0774 nömrəli qərarı və baxışın keçirilməsi tapşırılmış vergi orqanının vəzifəli şəxslərinin xidməti vəsiqələri fərdi sahibkarın işçiləri X18 və X24 təqdim olunmuş, lakin vergi ödəyicisinin nümayəndəsi vergi orqanının vəzifəli şəxslərinin binaya daxil olmasına icazə verməmişdir. Ona görə də müşahidəçilər və zərurət yaranmadığından müşahidəçilər və mütəxəssis obyektə dəvət edilmədi. Obyektdə kafe tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı işəgötürən tərəfindən müvafiq işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin müəyyən edilməsi zamanı video çəkilişdən istifadə olundu (aparıldı). Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixi **********4449 nömrəli qərarıına əsasən İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10.000 manat məbləğindəə maliyyə sanksiyasının tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 10.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3593 nömrəli qərarına əsasən İddiaçı Vergi Məcəlləsinin 58.7.1-cii mmaddəsinə əasaən əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulması təvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləöində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********860600 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı keçirilmiş X33nin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2024-cü il tarixli DVX seriyalı 039382 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X33nin nəticəsi haqqında" xx.xx.2024-cü il tarixli **********3593 nömrəli və xx.xx.2024-cü tarixli **********44449 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı ilkin olaraq cavabdeh orqanın hər iki qərarındanxx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarından inzibati şikayət qaydasında yuxarı inzibati orqanda mübahisələndirmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********860600 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, iddiaçı sonuncu şikayətin təmin edilməməsi barədə qərardan sonra xx.xx.2024-cü il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə X33 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə X33nin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən X33 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X33 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X33nin müddəti və X33ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən X33 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X33ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən X33ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə X33nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən X33 tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə X33 Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş X33 istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X33 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X33nin müddəti və X33ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.6-cı bəndinə görə X33 tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. -1.10-cu bəndinə əsasən X33 tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X33 tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş X33 istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən X33ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə X33nin nəticələrinin rəsmiləşdirilməsi və X33nin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə X33nin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən X33nin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər X33nin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır.

7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə X33nin həyata keçirilməsi. -7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda X33 tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair X33 tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X48), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X33nin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda X33 tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair X33 tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. X33 tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. X33 tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. X33 tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. X33 tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. X33 tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. X33 tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. -10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Beləliklə, X33 tədbiri aşağıdakı prosedur ardıcıllıqla aparılır: 1. Vergi ödəyicisinin tam adı, eyniləşdirmə nömrəsi, onun rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin) və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli. 2. X33nin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) və ya fərdi sahibkara təqdim edilməli. 3.Vergi ödəyicisinin «Nəzarət kitabçası»nda X33nin başlanması barədə müvafiq qeydiyyat aparılmalı. 4. X33ni həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar almalı və zəruri sənədlərlə tanış olmalı. 5. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə X33nin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilməli. 6. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilməli. 7. İşlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin mövcudluğu araşdırılmalı, zərurət olduğu halda bu müqavilələrin surətləri götürülməli. 8. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri bağlamaqla işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərə əmək kitabçalarının aparılması, maaş cədvəllərinin tərtib edilməsi, işçilərdən gəlir vergisinin tutulması araşdırılmalı. 9. İşəgötürənin sosial müdafiə fondunda qeydiyyatı və bu fonda ayırmalar araşdırılmalı. 10. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə əmək müqavilələri bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilməli və bu şəxslərin siyahısı tərtib olunmalı. 11. X33nin nəticələri barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməli. 13. Tərtib olunmuş aktın bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilməlidir. İşin hallarından görünür ki, vergi orqanı X33 yoxlamasını iddiaçının adına (VÖEN **********) üzrə açmış, yoxlamaların reyestrindən çıxarışı da iddiaçının adına olan VÖEN üzrə qeydiyyatdan keçirmişdir. Həm yoxlamanın keçirilməsi barədə qərarda, həm də reyestrdən çıxarışda iddiaçının yoxlanılan təsərrüfat obyektinin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQŞ (Üvi şadlıq evinin yanı) Manqal №1 adlı dönərxana kimi qeyd edilmişdir. Halbuki, yoxlamanın keçirildiyi adıçəkilən ünvan xx.xx.2024-cü il tarixdə İddiaçı adına olmamış, yoxlanılan təsərrüfat obyekti iddiaçının adına nə yoxalamadan öncə, nə də yoxlamadan sonra qeydiyyatdan keçməmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından da müəyyən olunur ki, X33 məhz vergi ödəyicilərinə aid ərazilərdə (obyektlərdə) vergi orqanı tərəfindən yerində və cari vaxtda yoxlamanın həyata keçirilməsini nəzərdə tutur. İş üzrə X33nin həyata keçirildiyi, yəni yoxlanılan təsərrüfat obyekti Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQŞ (Üvi şadlıq evinin yanı) Manqal №1 adlı dönərxana təsərrüfat obyektinin kodu **********-12001 olmaqla həmin obyekt yoxlama zamanı sonuncu dəfə digər vergi ödəyicisi X6 adına qeydiyyata alınmış, obyektdə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə quraşdırılmış nəzarət kassa aparatı sonuncunun adına olmuşdur. Göründüyü kimi vergi orqanı İddiaçı məxsus olmayan, onun adına qeydiyyata alınmamış təsərrüfat obyektində operativ yoxlama keçirmiş, yoxlanılan obyektin digər şəxsin adına təsərrüfat obyekti olaraq qeydiyyatda olmasını bildiyi halda həmin obyektdə iddiaçının adına operativ yoxlama keçirmənin hüquqi əsaslarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən X33nin keçirilməsi haqqında qərarla, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla iddiaçı tanış edilməmişdir. X33 tədbirində iddiaçının bilavasitə iştirakı təmin edilməmişdir. Halbuki, yuxarıda sadalanan X33 qanunvericiliyi operativ yoxlamanın keçirilməsi barədə qərarla tanışlıqdan başlamış, izahatların alınması və müvafiq aktların tərtib edilməsinədək ardıcıl hərəkətlərin vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin bilavasitə iştirakının təmin edilməsi ilə keçirilməsini nəzərdə tutur. Qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə vergi orqanı yoxlama nəticəsində bir ədəd lavaşda toyuq dönərə və bir ədəd ayrana görə ümumilikdə 3.2 manat nağd pulun müqabilində nəzarət-kassa aparatına çek vurulmadığı və yoxlama zamanı obyektdə işləyən beş nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyini əsas gətirərək Vergi Məcəlləsinin 58.1.7 və 58.10-cu maddələrə istinadən müvafiq maliyyə sanksiyaları tətbiq etmişdir. Qeyd edilən halların aşkar olunması ilə bağlı vergi orqanı müvafiq yoxlama aktları, işçilərin izahatlarını tərtib etmiş, eyni zamanda yoxlama günü obyektdə keçirilmiş videogörüntünü məhkəməyə təqdim etmişdir. Vergi orqanı qeyd etdiyi kimi bir ədəd lavaşda toyuq dönərə və bir ədəd ayrana görə ümumilikdə 3.2 manatın ödənildiyi halda həmin məbləğin nəzarət kassa aparatına vurulmamasını qeyd etsə də videogörüntüdə həmin hallar öz təsdiqini tapmır. Belə ki, vergi orqanı yoxlama zamanı videogörüntünün 18.49 radələri hissəsində bir yetkinlik yaşına çatmayan şəxsin kassa hissədə oturmuş şəxsə yaxınlaşdığı müşahidə olunsa da lakin onun bir ədəd lavaşda toyuq dönər və bir ədəd ayran aldığı və bunun üçün 3.20 manat nağd pul təqdim etdiyi görüntüdə öz əksini tapmamışdır. Əksinə, vergi orqanı nağd pul vəsaitinin təqdim edildiyini müəyyən etdiyi halda bununla bağlı nə obyektin kassa hissəsində əyləşmiş şəxsə yaxınlaşaraq nağd vəsaitin təqdim edildiyini, nəzarət kassa aparatı olmadığından vəsaitin bərpa edilməsinin mümkün olmaması ilə bağlı əməliyyatın iştirakçısı və yaş şahidi olmuş şəxslərin izahatını almamış, onların iştirakı ilə akt tərtib etməmişdir. Halbuki vergi orqanının kassadan kənar əməliyyatın baş tutduğunu aşkar etdiyi (etməli olduğu) təqdirdə cari halda X30 olmadığından nəzarət kitabçasının təqdim edilməli olduğunu vergi ödəyicisinin diqqətinə çatdırmaqla ödənişi qəbul edən şəxsin bilavasitə iştirakı ilə akt tərtib etməlidir. Təqdim edilmiş videogörüntüdə isə vergi əməkdaşının müvafiq əməliyyatı aşkar etməli olduğu cari vəziyyətdə hərəkətsizlik göstərdiyi, qeyd edilən halı dərhal aktlaşdırmadığı da aydın şəkildə müəyyən olunur. Yoxlama zamanı əmək müqaviləsi olmadan işə cəlb edilmiş şəxslərlə bağlı tərtib edilmiş akta gəlincə, qeyd edilməlidir ki, aşkar olunmuş 5 nəfərdən 4-nün izahatı alınmış, 1 nəfər yazılı izahat vemərmişdir. Təqdim edilmiş videogörüntüdə həmin şəxslərin öz iradələri ilə deyil, daha çox vergi orqanı əməkdaşlarının göstərişi (bəzi hallarda özlərinin yazısı) ilə izahatlarını yazdıqları müşahidə olunur. Eyni zamanda izahatı alınmış şəxslər öz yazılı izahatlarında yeni işə qəbul olunduqlarını bildirmiş, yoxlamanın aparıldığı və izahatların alındığı müddət ərzində videogörüntüdə ümumiyyətlə obyektdə müştərilərin olduğu, işçilərin hər birinin öz vəzifə bölgüsü üzrə bilavasitə əmək funksiyalarını icra etdikləri, müştəri xidməti göstərdikləri müəyyən olunmamışdır. Qeyd edilən bu hal iddiaçının iddiasında obyekti yenicə istifadəsinə götürmək niyyətində olduğu, bununla əlaqədar həmin vaxtda obyektdə təmizlik işləri apardığı, bilavasitə ictimai iaşə xidməti göstərmədiyi barədə verdiyi izahatla da üst-üstə düşür. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının adına vergi uçotuna alınmamış obyektdə, onun bilavasitə iştirakı olmadan aparılmış yoxlama zamanı yoxlamanın keçirildiyi bütün müddət ərzində 1 nəfər belə müştərinin obyektdə olmadığı və xidmət göstərilmədiyi halda izahatı alınmış şəxslərin yalnız işçi geyimində olmaları hələ onların bilavasitə əmək funksiyalarının icrasına cəlb edildikləri qənaətinə gəlməyə əsas vermir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, hazırkı iş üzrə cavabdehin iddiaçının VM-in 58.7 və 58.10-cu maddələrində qeyd olunan vergi hüquq pozuntusunu törətməsi ilə bağlı təqdim etdyi icraat materialları iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli, əsaslı sübutlar hesab olunmur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixi **********3593 nömrəli və xx.xx.2024-cü il tarixli **********4449 nömrəli qərarları ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotunun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixi **********3593 nömrəli və xx.xx.2024-cü il tarixli **********4449 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar