Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3128/2022 06.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona 45000 (qırx beş min) manat ödənilməmiş konpensasiyanın ödənilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, 1990-cı il tarixdən bu günə kimi ünvan 1 ünvanda uzun müddət faktiki olaraq yaşayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013cü il tarixli 109s saylı Sərəncamı ilə həmin yataqxana binasında hüquqi statusu ilə faktiki olaraq yaşayan ailə başçılarına 45000 (qırx beş min) manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilmişdir. Ancaq o qaçqınların yataqxanaya yerləşdirilməsi səbəbindən qanuni əsaslarla yaşadığı yataqxanadan çıxarıldığından yataqxana sökülərkən əsassız səbəbləri bəhanə gətirərək Xətai rayon İcra Hakimiyyəti 45000 min (qırx beş min) manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım mənə verməmişdir. Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi 36 saylı yataqxanasının sökülməsi nətcəsində ailə başçılarına 45000 (qırx beş min) manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 109s saylı Sərəncamı olduğu halda cavabdeh Bakı şəhəri Cavabdeh qeyd olunan kompensasiyanı ona ödəməmişdir.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 109s saylı Sərəncamı ilə həmin yataqxana binasında hüquqi statusu ilə faktiki olaraq yaşayan ailə başçılarına 45000 (qırx beş min) manat məbləğində dövlət hesabına birdəfəlik maddi yardım müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən sərəncamının icrasını təmin etmək məqsədilə Xətai rayon İcra Hakimiyyəti Başçısının 121 saylı xx.xx.2013-cü il tarixli sərəncamının icrası ilə bağlı zəruri tədbirlər görülərək yalnız binada faktiki yaşayan ailə başçılarına kompensasiya ödənilməsi təmin edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müraciətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafic] sərəncamı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən Cavanşir küçəsi 36 saylı yataqxananın qəzalı olması ilə əlaqədar köçürülmə aparılan zaman onun kompensasiya ilə təmin olunmadığını bildirərək müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Cavanşir küçəsi 36 ünvanında 6 saylı yataqxana binasının qəzalı vəziyyətə düşərək istismara yararsız olması ilə əlaqədar yataqxana binasında faktiki yaşayan ailələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların hər birinə maddi yardım ayrılaraq köçürmələrinin təmin edilməsi rayon İcra Hakimiyyətinə tapşırılmışdır. İddiaçı faktiki olaraq həmin yataqxanada yaşamadığı üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ona şamil olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 109s saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən ünvan 2 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həmin yataqxana binasında faktiki olaraq məskunlaşmış 202 məcburi köçkün olmayan ailənin hər birinə 45.000 manat müəyyən edilmişdir. İddiaçının tələb etdiyi, sözügedən Cavanşir küçəsi 36 saylı ünvanda yerləşən 6 nömrəli yataqxananın hətta hansı nömrəli otağında belə yaşamağını xatırlamayan İddiaçı sadəcə qeydiyyatda olmuş, lakin həmin ünvanda yaşamamışdır. Əlavə olaraq məlumat üçün bildirilmişdir ki, mübahisələrin yarandığı vaxt qüvvədə olan köhnə Mənzil Məcəlləsinin 107-ci maddəsinin birinci hissəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edə bilərdilər. Qeyd edilən normanın mənasından göründüyü kimi fəhlə və qulluqçu tərəfindən yataqxana yalnız onun işlədiyi dövrdı istifadə edilə bilərdi. Həmin məcəllənin 107-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxana üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilirdi. Fəhlə və qulluqçuya yataqxanada mənzil sahəsinin verilməsi üçün ilk öncə təşkilatın müdriyyətinin həmkarlar ittifaqının komitəsi ilə birgə qərarı mövcud olmalı, bundan sonra isə həmin qərar əsasında mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən hər adam başına 12,0 kv.m-dən az olmayaraq yaşayış sahəsinə order verilməsi nəzərdə tutulurdu. Göründüyü kimi hətta ərizəçiyə yuxarıda qeyd edilən mübahisəli mənzil balansda olan müəssisənin müdiriyyətinin HİK-in qərarı ilə müvəqqəti yaşayış sahəsi kimi də ayrılmamışdır. Qanunda qeyd olunur ki, hətta ərizəçi işlədiyi təşkilatın müvafiq qərarı və orderi əsasında yataqxanaya köçmüş olsaydı belə, işdən azad olunarkən o, digər yaşayış sahəsi verilmədən yataqxanadan çıxarılmalı idi. Belə ki, həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 108-ci maddəsinin 2-ci hissəsinin məzmunundan aydın olur ki, yataqxanada yer almış fəhlə və qulluqçu öz arzusu ilə işdən azad olunduqda o, digər yaşayış sahəsi verilmədən yataqxanadan çıxarılır. İddiaçı uzun illər yaşamadığı ünvanda yalnız formal olaraq qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 109 s saylı sərəncamına əsasən Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə qaydaları”nın 4-cü hissəsinə əsasən ünvan 3 ünvanında yerləşən 6 nömrəli yataqxana binasının qəzalı vəziyyətə düşərək istismara yararsız olmasını nəzərə alaraq baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həmin yataqxana binasında yalnız faktiki yaşayan ailənin köçürülməsi üçün həmin ailələrin hər birinə dövlət vəsaiti hesabına maddi yardım kimi 45. 000 manat məbləğında vəsait ayrılmışdır. Yuxarıda qeyd edilənlərlə bərabər əlavə olaqaq bildirilmişdir ki, münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəlləsinin 73, 77 və 78-ci maddələrində təsbit olunmuşdur ki, hüquqları pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının və s. ictimai təşkilatların biri-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. İddia müddətinin axımı iddia hüququ əmələ qələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı Qərarın 2.4-cü bəndinin məzmununa görə məhkəmə qərarı o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olsun, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq edilən faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qərarda göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi ddiaçı X1 ödənilməsi yuxarıda qeyd edilən Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası NK-nin 109s saylı, xx.xx.2013cü il tarixli qərarına zidd olduğundan iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 109s saylı Sərəncamına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, ünvan 4 ünvanında yerləşən 4 nömrəli, ünvan 5 6 nömrəli və Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 6 7 nömrəli yataqxana binalarının qəzalı vəziyyətə düşərək istismara yararsız olmasını nəzərə alaraq, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə həmin yataqxana binalarında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının köçürülməsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Xətai Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq: ünvan 7 ünvanlarında yerləşən yataqxana binalarında məskunlaşmış 202 məcburi köçkün olmayan ailənin hər birinə 45,0 min manat, Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 6 7 nömrəli yataqxana binasında məskunlaşmış 110 məcburi köçkün olmayan ailənin hər birinə 35,0 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilmişdir.
6. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı XTMKTB 11 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən, Miriyev X2, 36 ünvanında yerləşən 6 nömrəli yataqxanada qeydiyyatdadır, lakin yaşamır. Bina qəzalı vəziyyətdə olduğuna görə Nazirlər Kabinetinin qərarına əsasən sökülmüşdür.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbini müdafiə etdi.
II. İddianın növü və mümkünlüyü
8. Hazırki iddia inzibati orqanın qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.
9. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
13. İddiaçı həmin yataqxanada yaşaması, yataqxana binası söküləndə və ya ondan əvvəl hər hansı faktiki və ya hüquqi əsasla orada məskunlaşmış olması iş materialları ilə müəyyən edilmir.
14. İddiaçının sökülən yataqxana binasındakı mənzillə yeganə bağlılığı orada qeydiyyatda olması olmuşdur.
15. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 109s saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən ünvan 2 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həmin yataqxana binasında faktiki olaraq məskunlaşmış 202 məcburi köçkün olmayan ailənin hər birinə 45.000 manat kompensasiya müəyyən edilmişdir.
16. Odur ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva