Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3129/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeyiyyatda olan) iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının 90 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamının ləğv olunması və İddiaçı mənzil növbəsindən çıxarılmağı haqqında Cavabdeh Başçısının müvafiq sərəncamının ləğv olunması və iddiaçının mənzil növbəsinə bərpa olunması vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 223 №-li sərəncamının ləğv olunması və onun mənzil növbəsinə bərpa olunması vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yasamal Başçısının 90 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamı ilə 4 nəfər ailə üzvü ilə birlikdə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının digər sərəncamı ilə onun mənzil növbəsinə götürülməsi və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməyi haqqında Cavabdeh Başçısının 90 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamı ləğv edilmişdir. Bu zaman onun mənzil növbəsinə qəbul olunmağı haqqında Cavabdeh Başçısının 90 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamının qanunvericiliyin tələblərinə uyğun olmaması əsas gətirilmişdir. Bu barədə ona Cavabdeh 330/g-10 №-li, xx.xx.2020-ci il tarixli məktubu ilə xəbərdar etmişdir. Mənzil növbəsinə qəbul edilməyi haqqında Cavabdeh Başçısının 90 №li, xx.xx.2011-ci il tarixli sərəncamının nə vaxt və hansı nömrəli sərəncamla ləğv olunması barədə yazılı cavab verilməsi və mənzil növbəsindən çıxarılmağı haqqında Cavabdeh Başçısının sərəncamının ləğv olunması və onun mənzil növbəsinə bərpa olunmağı üçün qərar qəbul edilməsi xahişi ilə xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin ərizəsi bu günədək cavablandırılmamış və nəticəsiz qalmışdır. Hesab edir ki, Cavabdeh Başçısının 90 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamının ləğv edilməsi və onun mənzil növbəsindən çıxarılmağı barədə Cavabdeh Başçısının Sərəncamı qanunsuz və əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2ci bəndinə əsasən, AR Silahlı Qüvvələrinin 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçularının, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. O, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş Sovet Ordusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək AR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və AR Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli 0414 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır. Hazırda Azərbaycan Respublikası Səfərbərlik və HXÇ üzrə DX-nin Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. 20 təqvim ilindən çox hərbi xidmət keçmişdir. Göründüyü kimi qanunverici ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun mənzillə (yaşayış sahəsi ilə) və torpaq sahəsi ilə təmin olunması üçün 2 şərt müəyyən edir: 1-ci şərt-ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu ən azı 15 təqvim ili xidmət etmiş olsun, 2-ci şərt-ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu xidməti mənzildə yaşayan olsun və ya onun ümumiyyətlə yaşayış sahəsi olmasın. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ZE seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş Sovet Ordusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək AR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və AR Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli 0414 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X2 xx.xx.2014-cü ildə nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yasamal rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 3/24 saylı arayışdan görünür ki, 1971-ci il təvəllüdlü, mayor İddiaçı həqiqətən xx.xx.1988-ci ildən, xx.xx.2008-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0414 saylı, xx.xx.2008-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən ehtiyata buraxılıb. xx.xx.2008-ci ildən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı xx.xx.1971-ci il təvəllüdlü İddiaçı hərbi xidmət illəri barədə, həmçinin hərbi xidmətdən ehtiyata buraxılmasının əsasları barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsindən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi tərəfindən daxil olan sorğuya cavab məktubundan görünür ki, 1971-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1992-cı ilədək SSRİ SQ-də, xx.xx.1992-ci ildən xx.xx.2008-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və AR Müdafiə Nazirinin 0414 saylı xx.xx.2008-ci il tarixli əmrinə, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156- cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin Bakı şəhəri Cavabdeh xx.xx.2011-ci il tarixli, 90 saylı sərəncamın və həmin sərəncamın qəbul olunmasının əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi sorğu əsasında cavabdehdən tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Bakı şəhəri Cavabdeh Başçısının 223 nömrəli, 04 sentyabr 2020-ci il tarixli "Cavabdeh Başçısının xx.xx.2011-ci il tarixli 90 №li sərəncamının ləğv edilməsi haqqında” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Başçısının 90 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür və mənzil-uçot siyahısına daxil edilmişdir. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndi (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından İddiaçı və onun ailə üzvlərinin Cavabdeh ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilərək, İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuları güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 90 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı ləğv edilmişdir. İddiaçı ilə X1 arasında bağlanan xx.xx.2014-cü il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin özünə məxsus olan 1/3 hissəsini İddiaçı kirayəyə vermiş, sonradan xx.xx.2019-cu il tarixli kirayə müqaviləsi əsasında yeni kirayə müqaviləsi bağlanaraq kirayə münasibətləri davam etdirilmişdir. Sorğuya əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdehnə ünvanlanan 30 iyul 2020-ci il tarixli **********54 saylı daşınmaz əmlakın dövlət reyestrindən Arayışdan görünür ki, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat sistemində məlumat yoxdur. İşdə olan iddiaçının şikayət ərizəsinə cavabdeh tərəfindən verilmiş 330/g-10 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar bildirilmişdir ki, Cavabdeh Başçısının 90 nömrəli, xx.xx.2011-ci il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 90 nömrəli, xx.xx.2011 -ci il tarixli Sərəncamı rayon İcra Hakimiyyətinin Mənzil məsələləri üzrə Komissiyasında müzakirə olunmuş və qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv olunması qərara alınmışdır. Məhkəmə aşağıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinasında və etirazında gətirdiyi dəlillər əsassızdır və bu səbəbdən də, iddia təmin edilməlidir. Beləliklə Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş Sovet Ordusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək AR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və AR Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli 0414 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır, yəni 15 təqvim ilindən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2011-ci il tarixli 90 nömrəli Sərəncamına əsasən iddiaçı yaşayış yeri üzrə 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, qızı) güzəştli əsaslarla mənzil uçotuna götürülmüşdür. Lakin Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 223 nömrəli Sərəncamına əsasən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığı əsas gətirilməklə iddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 90 nömrəli, xx.xx.2011-ci il tarixli Sərəncamı ləğv olunmuşdur. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alınmamışdır. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında kirayədə yaşayır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin norma «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericilikdə müəyyən edilmiş bu şərtlər ödənilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunanlar iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Eyni zamanda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ müəyyən edilərkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılan hərbi qulluqçular istisna edilməmişdir. Həmin normada qeyd olunan hüquq ümumiyyətlə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən istinad edilən hal («Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılma) iddiaçının mənzil növbəsinə götürülməməsi və ya onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması üçün əsas kimi çıxış edə bilməz, cavabdehin belə bir əsasa istinad edərək iddiaçını ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarması qanunsuz və əsassızdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst- üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamın - inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla bağlı məhkəməyə təqdim dəlilləri də, əsassız olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etdiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh Başçısının Cavabdeh Başçısının 223 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ləğv edilsin. İddiaçı mənzil növbəsinə bərpa olunması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3129/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3129/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver