Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3129/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil Elşad qızının, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili “Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonar mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respubikası, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə 1 nömrəli siyahıda təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3-cü maddəsinin 12003000-17541 nömrəli bəndi nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ona təyin edilərkən 1 nömrəli siyahının nəzərə alınması və pensiya təyinatının “X2 ” Qanunun 31.1-ci maddəsinə əsasən 52 yaşdan yəni 18.11.2015- ci il tarixindən aparılması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan yəni, 18.11.2015-ci il tarixindən təyin edilməsi, cavabdehə ilk müraciət etdiyi tarixdən (04.03.2021-ci il) əvvəlki dövr üçün ən çoxu 3 il olmaqla yəni, 04.03.2018-ci ildən 1 nömrəli siyahı nəzərə alınmaqla “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” təyinatının aparılması, əvvəlki dövr üçün nəzərdə tutulmuş qalıq ödənişlər, hazırda təyin ediləcək pensiya məbləğinə bərabər şəkildə hissələrə bölünməklə, təyin ediləcək pensiya məbləğinin üzərinə gəlməklə, ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan yəni, 18.11.2015-ci il tarixdən təyin edilməsi, cavabdehə ilk dəfə müraciət etdiyi tarixdən (04.03.2021-ci il) əvvəlki dövr üçün ən çoxu 3 il olmaqla yəni, 04.03.2018-ci il tarixindən hesablamanın aparılması, əvvəlki dövr üçün nəzərdə tutulmuş qalıq ödənişlər, hazırda təyin ediləcək pensiya məbləğinə bərabər şəkildə hissələrə bölünməklə, təyin ediləcək pensiya məbləğinin üzərinə gəlməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 18.09.1980-ci ildə başlamışdır. Hal-hazırda işləyir, sosial sığortası ümumi məbləği 70.000 (yetmiş min) manatdan artıqdır. Onun işlədiyi peşə Azərbaycan Respubikası Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli 320 nömrəli qərarı iə 1 nömrəli siyahısında təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3 maddəsinin 12003000-17541 bölməsinə müvafiq olaraq pensiya hüququ verən bölməyə aiddir. Qeyd edir ki, onun 01.01.2006-cı ildək olan iş stajı (ümumi 25 ildən artıq, güzəştli isə 12 il 6 aydan atıq) imkan verir ki, o, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı ilə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası alsın. Göründüyü kimi o, 01.01.2006-cı ilədək 10 ildən artıq güşəştli, 20 ildən artıq isə ümumi iş stajına malikdir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh 05.09.2021-ci il tarixində rəsmi olaraq müraciət etmişdir. Onun işlədiyi peşə Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı iə 1 nömrəli siyahısında təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3 maddəsinin 12003000-17541 bölməsinə müvafiq olaraq pensiya hüququ verən bölməyə aiddir. Hazırki tələblə cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinə cavab verilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçının qeyd edilmiş iddia tələbi əsassız və qanunsuzdur, iddiaçının cavabdehə ünvanlanan ərizəsində onun 01.01 2006-cı ilədək iş stajının ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasına çıxmasına imkan verdiyini bildirərək, onun güzəştli şərtlərlə pensiya təyin edilməsini və yaranacaq fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsində ona əmək pensiyasının 52 yaşından hesablanması ilə əlaqədar bildirilir ki, “X2” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ğ) hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyət-Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə: kişilər-55 yaşına çatdıqda və mülki aviasiyada azı 25 il ümumi iş stajı olduqda, bu müddətin azı 20 ilini hava gəmilərinə xidmət işlərində çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, göründüyü kimi, iddiaçının özünün də iddia ərizəsində istinad etdiyi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 12003000-17541 nömrəli kodu altında olan peşələr üzrə əmək pensiyasının yaşı heç vaxt 52 yaş olmamış, qeyd edilən 1997-ci ildə olan dəyişiklərə gədər 55, daha sonra isə “X2” Qanun güvvəyə mindiyi günə də 57 olmuşdur. Bundan əlavə iddiaçının ümumi iş stajı Qanunvericilikdə nəzərdə tutulmuş stajdan azdır. Lakin, iddiaçının özünün də təqdim etdiyi sübutlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı tələb olunan 25 ildən azdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ğ) hava gəmilərinə xidmət üzrə mühəndis-texniki həyət— Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə: kişilər- 55 yaşına çatdıqda və mülki aviasiyada azı 25 il ümumi iş stajı olduqda, bu müddətin azı 20 ilini hava gəmilərinə xidmət işlərində çalışarsa; iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçının ümumi stajı 23 il 01 ay 26 gündür. İdiaçının istinad etdiyi 12003000-17541 nömrəli kodu altında olan peşə : Ən böyük intesivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodromdispetçer, rayon köməkçisi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri) nəzərdə tutulmuşdur. İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdən isə onun 19.03.1991- 02.08.2021-ci il tarixədək işlədiyi radionaviqasiya üzrə mühəndis vəzifəsi isə ona qeyd edilən peşələr sırasında qeyd edilməmişdir. İddiaçı işlədiyi peşə hər-hansı bir səbəbdən güzəştli peşə hesab edilsə belə, o, həmin peşədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin ğ) bəndində nəzərdə tutulmuş güzəştli peşədə tələb olunan 20 il müddətində işləməmişdir. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yəni ƏPQ “birdəfəlik ödəməni” qadağan edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Elşad qızı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etməklə, iddia ərizəsinə uyğun izahat verərək, iddiada qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. УВ 448171 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı RSFSR Novoçerkask politexnik institutunda 1982-ci ildən 1990-cı ilədək elektrik stansiyaları ixtisası üzrə ali təhsil almışdır. İddiaçıya məxsus 18.09.1980-ci il tarixdə doldurulmuş ИT-İ seriyalı ******* №li əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindəki qeydlərdən müəyyən olunur ki, İddiaçı 11.09.1980-ci ildə SSRİ Elektrotexniki Sənaye Nazirliyi, “Bakelektroapparat” “Bakelektroavtomat” zavodunda alət sexinə dəyirmançı şagirdi vəzifəsinə qəbul edilmişdir ( Əmr № 592, 10.09.1980); 10.12.1980-ci ildə ikinci dərəcəli dəyirmançı ixtisası verilmişdir (Əmr № 817, 12.12.1980); 07.12.1981-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 736, 10.12.1981); 01.12.1981-ci ildə NPİ-nun Şaxtinski filialına gündüz tədris formasında hazırlıq şöbəsinə müdavim olaraq qəbul olunmuş (Əmr № 684, 17.12.1981); 31.08.1982-ci ildə buraxılış imtahanı vermiş şəxs kimi hazırlıq şöbəsinə buraxılmışdır (Əmr № 431 1c, 27.07.1982); 15.05.1984-cü ildən-04.06.1986-cı ilədək Sovet Ordusu sıralarında xidmət etmişdir (Əmr № HD № 644555, Rostov Vilayəti, Novoçerkask şəhər hərbi komissarlığı); 04.09.1990-cı ildə Artyom ad, Şaxtinsk TETS-də əməliyyat xidmətinə stansiyanın növbə rəisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 51-L, 10.09.1990); 15.02.1991-ci ildə işdən azad edilmişdir (Əmr № 4-L, 15.02.1991); 19.03.1991-ci ildə Bakı aeroportuna İİSP ERTOS Bazasına r/naviqasiya b/k mühəndisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 28/1, 25.03.1991); 01.05.1992-ci ildə Bakı aeroportu yenidən təşkil olunma ilə əlaqədar adı dəyişdirilərək Bakı nəqliyyat aviaşirkəti “Azalaviya” adlandırılmışdır (Əmr № 51, AZAL konserni 20.04.1992); 02.06.1993-cü il İİ dərəcəli mühəndisi adı verilmişdir (Əmr № 50/L 02.06.1993); 01.01.1994-cü ildə əmək haqqının ödənilməsinin yeni şərtlərinə keçid ilə əlaqədar Az. Resp. Nazirlər Kabinetinin 205-93 saylı qərarına uyğun olaraq İX dərəcəli ETS verilmişdir (Əmr № 7-L, 22.01.1994); 01.05.1995-ci ildə İ dərəcəli mühəndis kateqoriyası verilmişdir (Əmr №36-L, 31.05.1995); 01.04.1996-cı ildə BNA “Azalavia”nın yenidən təşkili ilə əlaqədar Konserninin Hava hərəkəti sisteminin idarə olunmasının təkmilləşdirilməsi barədə 36 saylı 13.03.1996-cı il tarixli əmrinə uyğun olaraq “Azəraeronaviqasiya” müəssisəsi yaradılmışdır (Əmr № 24-L, 08.05.1996); 01.04.1996-cı ildə “Azəraeronaviqasiya” müəssisəsinə UQD diqanozlu avadanlığa xidmət göstərilməsi işi ilə əlaqədar yerinin BNA “Azalavia”dan dəyişdirilməsi ilə İSP obyektinin BERT OS ETS üzrə İ kateqoriyalı ETS üzrə İ dərəcəli mühəndis vəzifəsinə qəbul olunmuşdur (Əmr № 1-N, 01.05.1996); 01.08.2008-ci ildə “Bakıareonaviqasiya” Uçuşların və rabitənin radiotexniki təminatı xidmətinə cihazlarla endirmə sistemi obyektinin VTC üzrə 8-ci dərəcəli radionaviqasiya üzrə mühəndisi vəzifəsinə keçirilmişdir (Əmr № 105/ş, 01.08.2008); 03.01.2019-cu ildə Ştat cədvəlinə əsasən 9-cu ödəniş dərəcəsi müəyyən edilmişdir (Əmr № 04 iş, 03.01.2019); hal-hazıradək tutduğu vəzifədə çalışır. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 31.08.2021-ci il tarixli 238 saylı arayışdan müəyyən olunur ki, İddiaçı “Bakı aeroportu”nda, “Azalavia” Bakı nəqliyyat aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin "Bakıaeronaviqasiya" Uçuşların və rabitənin radiotexnika təminatı xidmətində işləyir. İşlədiyi müddətdə о, СП- 80 (endirmə sistemi), ELS 420/DME (kurs, qlissada və uzaqlıqölçən radiomayak) və DVOR/DME (azimutal və uzaqlıqölçən radiomayaklar) reqlament işləri qörmüşdür. İş şəraiti HAYT (həddən artıq yüksək tezlik) və UYT (ultra yüksək tezlikli) şüalanma ilə bağlı radionaviqasiya üzrə mühəndisi vəzifəsində çalışır: 19.03.1991-ci il tarixdən 25.03.1991-ci il tarixli 27/ş saylı əmr 02.08.2021-ci il tarixədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında təstiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3 maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq pensiya hüququ verən HAYT(həddən artıq yüksək tezlik) və UYT (ultra yüksək tezlikli) şüalanma ilə bağlı radioavadanlığın xidməti ilə bağlı iş stajı 30 il 04 ay 13 gün təşkil edir. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 30.04.2021-ci il tarixli ********** №li cavab məktubunda göstərilmişdir ki, “X2” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi 18 sentyabr 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 1 ay 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “X3” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 04.03.2022-ci il tarixli 46 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 31.08.2021-ci il tarixli, 238 №-li arayış verilmişdir. xx.xx.1963-cü il təvəllüldü İddiaçı “Bakı aeraportunda”, “Azalavia” Bakı nəqliyyat şirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" QSC, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin “Bakıaeronaviqasiya” uçuşların və rabitənin radiotexnika təminatı xidmətində işləmişdir. İşlədiyi müddətdə o, CF1-80 (endirmə sistemi), İLS 420/DME (kurs, qlissada və uzaqlıqölçən radiomayak) və DVOR/DME (azimutal və uzaqlıqölçən radiomayak) reqlament işləri görmüşdür. İş şəraiti HAYT (həddən artıq yüksək tezlik) və UYT (ultra yüksək tezlikli) şüalanma ilə bağlı radionaviqasiya mühəndisi üzrə 19.03.1991ci il tarixindən 02.08.2021-ci il tarixə (Əmr 27/ş) vəzifəsində işlədiyi dövr 30 il 04 ay 13 gün iş stajı vardır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələri və göstəricilərinin 1 №-li siyahı” da XXİ. Nəqliyyat bölməsinin 3-cü yarımbəndində (kod-12003000-17541) “Ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri)” vəzifələrindən bir başa olaraq uçuşun idarə edilməsi və rabitənin radiotexnika təminatı xidməti üzrə işləyir, İddiaçı işlədiyi sahə dispetçer və təlimatçı dispetçer vəzifəsi ilə uyğunluq təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X2” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olanşəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““X2” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinə əsasən aşağıdakılar axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir: q) bəndinə əsasən dispetçer şəhadətnaməsi olub hava hərəkətini idarə edən şəxslər: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa. Hava hərəkətini idarə edən işçilərin uçuşu idarəetmə stajlarına bu Qanunun 59-cu maddəsində göstərilən iş müddətləri də daxil edilir; ğ) bəndinə əsasən hava gəmilərinə xidmət üzrə mühəndis-texniki həyət - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə: kişilər - 55 yaşına çatdıqda və mülki aviasiyada azı 25 il ümumi iş stajı olduqda, bu müddətin azı 20 ilini hava gəmilərinə xidmət işlərində çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və mülki aviasiyada azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilin hava gəmilərinə xidmət işlərində çalışarsa. Mühəndistexniki heyət işçilərinin hava gəmilərinə xidmət-etmə stajlarına bu maddənin “q” hissəsində və bu Qanunun 59-cu maddəsində göstərilən iş müddətləri də daxil edilir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın XXİ Nəqliyyat bölməsinin 3-cü yarımbəndində (12003000-17541) “Ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri)” nəzərdə tutulmuşdur. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin iddiaçının iddia ərizəsində (iddianın dəyişdirilməsi barədə ərizələrdə) göstərdiyi kimi 52 yaşdan deyil, onun işlədiyi peşələr üzrə 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 20 il, ümumi iş stajı minimum 25 il olmalı; 3) 20 il xüsusi və 25 il ümumi iş stajı 01.08.1997-ci il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaya dair imtina məktubunda və yazılı etirazda iddiaçının həm xüsusi, həm də ümumi iş stajı mübahisələndirilmişdir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi iddiaçıya işlədiyi peşələrə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin üçüncü şərtinə (20 il xüsusi və 25 il ümumi iş stajı 01.08.1997-ci il tarixədək mövcud olmalıdır) əməl olunmamışdır Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbi əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “X2” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3129/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3129/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver