Məhkəmə qərarları › İş №2-1(112)-313/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-313/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-313/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Mərkəzi Hərbi Həkim Komissiyasının 04 dekabr 2021-ci il tarixli 23860 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən müvafiq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldıraraq “Mərkəzi Hərbi Həkim Komissiyasının 04 dekabr 2021-ci il tarixli 23860 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən müvafiq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

İddianın əsaslandırılması:

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi nəticəsində “Sağ-sağrı nahiyəsinin qəlpə yaralanması və Partlayış travması, Qapalı kəllə-beyin travması” xəsarəti almışdır. Bu fakt N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4708 nömrəli travma haqqında arayışla təsdiqini tapır. İlk tibbi yardım N nömrəli hərbi hissədə göstərilmişdir. xx.xx.2020-ci il tarixədək Şirvan ŞMX-da “Sağ-sağrı nahiyəsinin geniş ölçülü qəlpə yarası, dəri və əzələ defektinin olması ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2021-ci il tarixində hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 5 saylı Şəhər Klinik Xəstəxanasında "Sağ sağrı nahiyəsinin geniş ölçülü qəlpə yaralanmasından sonrakı vəziyyət, Sağ aşağı ətraf sinirlərinin bud nahiyyəsinin zədələnməsi, Sağ aşağı ətrafda hissi, hərəki funksiyanın pozulması, Posttravmatik ensefalopatiya, Qabarıq astenonevrotik sindrom, vegetativ pozulmalar" diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2021-ci il tarixində Səhiyyə Nazirliyinin baş nevroloqu, tibb elmləri doktoru Rövşən Həsənov tərəfindən müayinə olunmuş və "Keçrilmiş qapalı kəllə-beyin travmasının qalıqları. Postkommotsion sindrom, ifadəli sefalgik, insomnik, insomnik emisional affektiv və koqnitiv pozulmalar" ilə diaqnozu təyin edilmişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixrlərdə Şirvan ŞMX-da, xx.xx.2021-xx.xx.2020-ci il tarixrlərdə 3 saylı şəhər Klinik Xəstəxanada, xx.xx.2021- MN MHP-da olmuşdur. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq qərarına əsasən, o, həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsızdır, müşayiətçiyə zərurət var. xx.xx.2022-ci il tarixdə əlilliyin təyin edilməsi ilə bağlı müayinə aparılmış və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik qrupunun təyin edilməsindən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən arayışla imtina verilmişdir. İddiaçı TSEK-in əlilliyinin müəyyən olunmasından imtina etməsini qanunsuz və əsassız hesab edir.

Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):

3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Nərimanov Tibb Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması.Qapalı kəllə beyin travması.Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri.Kəllə daxili hipertenziya,tez-tez təkrarlanan diensefal krizlərlə.Posttravmatik ensefolopatiya.Üzvi emosional labil pozuntu.Vertebrobazilyar çatmamazİığı.Koordinator-statik pozulma-ataksiya Sağ sarğı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. Arterial hipertenziya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.

Tərəflərin iştirakı və izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.2.inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar: - AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçı tərəfindən təqdim edilmiş cavabdehin imtina məktubu, arayışlar, Həkim Məsləhət Komissiyasının bildirişi, TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsi, xəstəlik haqqında şəhadətnamə, ambulator kitabçadan çıxarışlar iş materiallarına əlavə edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 23860 №-li “xəstəlik haqqında şəhadətnamə”sindən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: - Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları. - Postkommotsion sindrom, ifadəli sefalgik, imsomnik, emosional-affektiv, koqnitiv pozulmalar ilə. - Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional hal, labil pozuntu. - Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. - Sağ sağrı nahiyəsinin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidməti üzrə xidmətə və s. yararlılıq haqqında qərar: - “Xəstəliklər cədvəli”nin 23a, 14b, 17bb maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci ildə qiymətləndirilmiş, ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi, Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefolopatiya. Üzvi emosional labil pozuntu. Vertebrobazilyar çatmamazlığı. Koordinator-statik pozulma-ataksiya, Sağ sarğı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. Arterial hipartenziya. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, onun hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, qapalı kəllə beyin travması, başbeyin silkələnməsinin davamlı qalıq əlamətləri, kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefolopatiya, üzvi emosional labil pozuntu, Vertebrobazilyar çatışmazlıq, Koordinator-statik pozulma-ataksiya, sağ sarğı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması, arterial hipertenziya" diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı verilmişdir. Məhkəmə tərəfindən hazırki mübahisənin həlli ilə bağlı iş üzrə üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X6”phş-ə tapşırılmış və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur. - xx.xx.1987-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - İddiaçı aşkar olunan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? - Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli T 533/2024 saylı ekspert rəyində aşagıdakılar göstərilmişdir: Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından və İddiaçı tibb müəssisəsində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Vətəndaş İddiaçı adına Bakı Nərimanov Tibb Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 27090003AADUD saylı Forma 088 göndərişində qeyd edilmiş Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefalopatiya. Üzvi emosional labil pozuntu. Vertebro-bazilyar çatmamazlıq. Koordinatorstatik pozulma-ataksiya. Ağırlaşmalar: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. G11.2- Gecikmiş beyincik ataksiyası. Koordinator-statik pozulma-ataksiya. G44.3- Xroniki postravmatik baş ağrısı. Posttravmatik xroniki başağrıları. F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozğunluq. Üzvi emosional labil pozuntu. G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Vegetativ damar distoniyası. G45- Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və Vertebro-bazilyar çatmamazlığı. T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər: R52.2- Digər daimi ağrı, Dərinin hipertrofık dəyişiklikləri. Sağ sağrı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. 110-Essensial (birincili) hipertenziya.'’ diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator-instrumental müayinələrin əsasında təyin edilmişdir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.”

Tətbiq edilən hüquq.

8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1 əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 2.1 insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1 anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.8) 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə - 35-60% - 1 il 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 85-100% - müddətsiz 6.1... Vegetativ (avtonom) sinir sisteminin pozuntuları (G90) 6.1.10. Müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativdistrofik). Hentinqton xəstəliyi (G10). İrsi ataksiya (G11)

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən : 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

Məhkəmənin mövqeyi.

12. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

13. İlkin olaraq, məhkəmənin gəldiyi nəticə“Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir.

14. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

15. Nəzərə alınmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

16. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.

17. İş materiallarından müəyyən olunur ki, iddiaçı müharibə zamanı döyüşlərdə düşmən tərəfindən atılan mərmi nəticəsində partlayış travması, qapalı kəllə-beyin travması xəsarəti almışdır. Uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. Daha sonra iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefolopatiya. Üzvi emosional labil pozuntu. Vertebrobazilyar çatmamazlığı. Koordinator-statik pozulma-ataksiya, Sağ sarğı nahiyyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. Arterial hipartenziya” diaqnozu qoyulmuşdur. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müraciət etsə də, ona əlillik təyin edilməsindən imtina edilmişdir.

18. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından cavabdeh imtina etmiş və bu zaman forma 088 arayışda diaqnoz kimi göstərilən “Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefalopatiya. Üzvi emosional labil pozuntu. Vertebro-bazilyar çatmamazlıq. Koordinatorstatik pozulma-ataksiya. Ağırlaşmalar: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. G11.2- Gecikmiş beyincik ataksiyası. Koordinator-statik pozulma-ataksiya. G44.3-Xroniki postravmatik baş ağrısı. Posttravmatik xroniki başağrıları. F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozğunluq. Üzvi emosional labil pozuntu. G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Vegetativ damar distoniyası. G45- Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və Vertebro-bazilyar çatmamazlığı. T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər: R52.2- Digər daimi ağrı, Dərinin hipertrofık dəyişiklikləri. Sağ sağrı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. 110-Essensial (birincili) hipertenziya” diaqnozun əlillik təyin etmədiyi bildirilmişdir.

19. Məhkəmə qeyd edir ki, göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefalopatiya. Üzvi emosional labil pozuntu. Vertebrobazilyar çatmamazlıq. Koordinatorstatik pozulma-ataksiya. Ağırlaşmalar: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. G11.2- Gecikmiş beyincik ataksiyası. Koordinator-statik pozulma-ataksiya. G44.3- Xroniki postravmatik baş ağrısı. Posttravmatik xroniki başağrıları. F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozğunluq. Üzvi emosional labil pozuntu. G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Vegetativ damar distoniyası. G45- Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və Vertebro-bazilyar çatmamazlığı. T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər: R52.2- Digər daimi ağrı, Dərinin hipertrofık dəyişiklikləri. Sağ sağrı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. 110-Essensial (birincili) hipertenziya göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə, göstərilənləri, iddiaçıda olan diaqnozları və onların yaranma səbəblərini və həmin xəstəliklərin tam reablitasiyası mümkün olmadığını nəzərə almamış və ona əlilliyin təyinatından əsassız imtina etmişdir.

20. Məhkəmə iş materiallarında olan tibbi sənədlər və forma 088 arayışı ilə kifayətlənməmiş, öz səlahiyyətləri çərçivəsində iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, İddiaçı adına Bakı Nərimanov Tibb Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 27090003AADUD saylı Forma 088 göndərişində qeyd edilmiş diaqnoz iddiaçıya stasionarda müalicəsi zamanı anamnestik, klinik və laboratorinstrumental müayinələrin əsasında təyin edilmişdir. Xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.”.

21. Göründüyü kimi ekspert rəyində konkret olaraq xəstəliyin əllliyin təyininə əsas verib-verməməsi ilə bağlı bir başa fikir bildirilməsə də, iddiaçıya Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. Posttravmatik ensefalopatiya. Üzvi emosional labil pozuntu. Vertebro-bazilyar çatmamazlıq. Koordinatorstatik pozulma-ataksiya. Ağırlaşmalar: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya, tez-tez təkrarlanan diensefal krizlərlə. G11.2- Gecikmiş beyincik ataksiyası. Koordinator-statik pozulma-ataksiya. G44.3-Xroniki postravmatik baş ağrısı. Posttravmatik xroniki başağrıları. F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozğunluq. Üzvi emosional labil pozuntu. G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. Vegetativ damar distoniyası. G45- Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və Vertebro-bazilyar çatmamazlığı. T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər: R52.2- Digər daimi ağrı, Dərinin hipertrofık dəyişiklikləri. Sağ sağrı nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş çapıq toxuması. 110-Essensial (birincili) hipertenziya.'’ diaqnozu qoyulmuşdur. Göstərilən diaqnoza Forma 088 göndərişində rast gəlinir. Başqa sözlə desək, forma 088 arayışında göstərilən və hal-hazırda iddiaçınn əziyyət çəkdiyi xəstəliklər “hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.

22. Bundan başqa, məhkəmə ekspert rəyində göstərilən bəzi xüsuslara münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığına əsaslanaraq ekspert rəyində iddiaçının hansı xəstəliklərdən əziyyət çəkməsini dəqiq göstərə bilməmişdir. Göstərilən bu hal əlavə ekspertizanın təyini üçün əsas deyil və ya ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə maneə yaratmır.

23. Belə ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.10. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; - 1.0.11. psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. 15.0. Dövlət aşağıdakılara təminat verir: 15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə-psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə;

24. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

25. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müəyyən edilməsidir.

26. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, iddiaçı stasionar müalicələr almış, mütəmadi olaraq həkim müşahidə altında olmuşdur. Göründüyü kimi iddiaçının forma 088 arayışında göstərilən xəstəlikdən əziyyət çəkməsi müvafiq tibb sənədlər ilə təsdiq olunur və forma 088 arayışı əlilliyin təyini üçün kifayət qədər obyektiv arqument hesab olunur.

27. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

31. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

33. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar