Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3130/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 3, N nömrəli hərbi hissə; ixtisası: pilot; iş yeri: işləmir), cavabdehin nümayəndəsi (Ünvanı: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N nömrəli hərbi hissə; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: N nömrəli Hərbi Hissənin Hüquq bölməsinin rəisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə 3-cü şəxs - Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı “komensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində iddiaçının yerinə yetirdiyi döyüş növbətçiliyinə görə ona verilməli olan, lakin verilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (N №-li hərbi hissənin əməliyyat növbətçisinin bu gün ki, vəzifə maaşı və ehtiyata buraxılarkən daşıdığı polkovnik hərbi rütbəsinin bu günkü rütbə maaşı nəzərə alınmaq şərti ilə) ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə əməliyyat növbətçisi vəzifəsində xidmət etmişdir. Əməliyyat növbətçisi vəzifəsində xidmət edərkən hər 2-3 gündən bir döyüş növbəsi növbətçiliyini yerinə yetirmişdir. Hər döyüş növbətçiliyi isə 24 saat (1 sutka) davam etmişdir. Lakin xidmət müddəti ərzində ona “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı bəndində nəzərdə tutulan əlavə məzuniyyət verilməmişdir. Hesab edir ki, ona verilməli olan, lakin verilməmiş əlavə məzuniyyətə görə kompensasiya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, ehtiyatda olan polkovnik X1 xx.xx.1993-cü il tarixindən, xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Müdafiə nazirinin 22 iyul 2020-ci il tarixli 0553 nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. 2020ci ilin hesabından qalan 45 (qırx beş) gün müddətinə məzuniyyət verilməklə 13 sentiyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün SHXÇDX-nin Səbail Rayon İdarəsinə göndərilmişdir. Ehtiyatda olan polkovnik İddiaçı 2020-ci ilin yanvar-avqust aylarındakı xidmətinə görə Azərbaycan Respublikasının Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilmişdir.Ehtiyatda olan polkovnik İddiaçı istefaya buraxılması ilə əlaqədar 5(beş) aylıq maaş miqdarında birdəfəlik pul müavinatı və maddi yardım və məzuniyyət pulu tam ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarı və Azərbaycan Respublikası Müdafiə nazirinin 18 mart 2015-ci il tarixli 15 nömrəli Qərarı ilə “1994-cü ilin fevralın 1-dən 2010-cu ilin iyunun 12- dək N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə xidmət keçib həmin qurumlardan həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular barəsində yalnız istifadə etmədiyi növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanması, ödənilməsi nəzərdə tutulur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121- ci maddəsinə görə, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı maddəsinə əsasən Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü; b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla; v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) — hər il 15 təqvim günü. Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq verilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər. Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı ehtiyatda olan polkovnik X1 xx.xx.1993-cü il tarixindən, xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Müdafiə nazirinin 22 iyul 2020-ci il tarixli 0553 nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində iddiaçının yerinə yerinə yetirdiyi döyüş növbətçiliyinə görə ona verilməli olan, lakin verilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (N №-li hərbi hissənin əməliyyat növbətçisinin bu gün ki, vəzifə maaşı və ehtiyata buraxılarkən daşıdığı polkovnik hərbi rütbəsinin bu günkü rütbə maaşı nəzərə alınmaq şərti ilə) ödənilməsini xahiş etmiş, lakin cavabdeh yalnız istifadə etmədiyi növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanmasının, ödənilməsinin nəzərdə tutulduğunu bildirərək, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçı əlavə məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsini tələb edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 121-ci maddəsinə əsasən əsas növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Həmin Əsasnamənin 79-cu maddəsinə əsasən Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü; b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla; v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m . və daha yüksək) — hər il 15 təqvim günü. Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq verilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər. Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinin axırıncı abzasına əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi, istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulub, istifadə edilməmiş əlavə məzuniyyətə görə isə hər hansı kompensasiyanın ödənilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qeyd olunan qanunvericilik normaları baxımından mübahisəyə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində əsas məzuniyyətdən istifadə etməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapdığından, həmçinin mövcud qanunvericilikdə istifadə edilməmiş əlavə məzuniyyətə görə hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində iddiaçının yerinə yetirdiyi döyüş növbətçiliyinə görə ona verilməli olan, lakin verilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (N №-li hərbi hissənin əməliyyat növbətçisinin bu gün ki, vəzifə maaşı və ehtiyata buraxılarkən daşıdığı polkovnik hərbi rütbəsinin bu günkü rütbə maaşı nəzərə alınmaq şərti ilə) ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3130/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3130/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver