Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3133/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” barədə ilkin və iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin bərpa edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 21759.76 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan xx.xx.1983xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "xxxx"nda mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (13) qurğuşun oksidi tətbiq edilən sahələrdə və işlərdə məşğul olan rəhbərlər və mütəxəssislər (d) yarımbəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq cavabdehə xx.xx.2010-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2010xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 21759,76 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmiş və əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh ilkin iddiaya etirazının əsasları qarşılıqlı iddianın dəlilləri ilə eyni məzmunda olmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Aidə Nəsib qızına qarşı əmək pensiyasının dayandırılması barədə xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi, pensiya ödənişinin verilməsinin bərpa edilməsi və Cavabdeh təyin edilmiş pensiya ödənişinin dayandırılması ilə bağlı ödənilməmiş pensiya ödənişi məbləğinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh (bundan sonra İddiaçı adlanacaq) qarşı iddia ərizəsi ilə müraciət edərək artıq ödənilmiş 21759,76 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması barədə xx.xx.2021-ci il tarixli **********4 №-li qərarı ilə İddiaçıya təyin edilmiş pensiya ödənişini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə istinad etməklə dayandırmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi təmin edilməməli, verdiyi qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. İş yerindən verilən rəsmi sənədlərdə İddiaçının mühəndis-texnoloq, iş posesindən isə texnoloq vəzifəsində olması görünür. İddiaçı "xxxx"nun X2 laborant, sonra isə həmin Laboratoriyada texnoloq vəzifəsində işləyib. İş materiallarında olan rəsmi sənədlərdən onun əmək funksiyasının həyata keçirdiyi iş yerinin yalnız "xxxx"nun X1ması və iş şəraitinin isə istehsalatla bağlı kimyəvi analizlər aparılması müəyyən edilir. Bu əmək şəraiti isə həyat və sağlamlıq üçün zərərlidir və güzəştli əmək pensiyası verilməsi üçün əsasdır. İddiaçı istehsal prosesində kimyəvi analizlərin aparılması ilə bağlı texnoloq olaraq zərərli işlər görüb və pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "xxxx"nda mühəndis (texnoloq) vəzifəsi göstərilməsi əsası ilə pensiya ödənişlərinin dayandırılması ilə güzəştli pensiya hüququnun mübahisələndirilməsi qəbul edilməzdir. İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qarşılıqlı iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "xxxx"nda mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (13) qurğuşun oksidi tətbiq edilən sahələrdə və işlərdə məşğul olan rəhbərlər və mütəxəssislər (d) yarımbəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq cavabdehə xx.xx.2010-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə uyğun alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Cavabdehə məxsus sənədlərdən də göründüyü kimi cavabdehin işlədiyi vəzifə Nazirlər Kabinetinin qeyd olunan siyahısında nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2010xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 21759,76 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmiş və əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəflərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada xx.xx.2021-ci il tarixli **********4 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərar qəbul olunmuş və artıq ödənilmiş pul məbləğinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə məhkəmyə müraciət olunmuşdur. Mərkəzi Filial artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması üçün əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edərək öz diskresion səlahiyyətlərindən istifadə etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli **********4 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən dayandırılmış əmək pensiyası ödənişinin həmin tarixdən bərpa edilərək Cavabdeh verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh və qarşılıqlı idida üzrə iddiaçı ilkin iddiaya etiraz edərək tələbin təmin edilməməsi, qarşılılqı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubu ilə göndərilmiş pensiya işinin surətindən görünür ki: - DSMF-nin Yasamal rayon şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh xx.xx.2010-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarından görünür ki, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktuba əsasən dayandırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 03/12 nömrəli məktubu ilə göndərilmiş arayışda qeyd edilmişdir ki, verilir, Cavabdeh ondan ötrü ki, o, həqiqətən xx.xx.1977-ci il tarixdən (Əmr № 89 xx.xx.1977) xx.xx.1992-ci il tarixədək (Əmr № 841 xx.xx.1992) "xxxx"nda işləyib. xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü ilədək X2 kimyəvi analizlərin laborantı vəzifəsində işləyib. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarının 1 №-li siyahısının Xİİİ bölgüsünə, şifr: 1130000г, kod 23157-yə və xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 13 (d) bölməsinə daxildir. xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci ilədək həmin sahədə mühəndis (texnoloq) vəzifəsində işləyib. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 saylı Qərarının 1 №-li siyahısının Xİİİ bölgüsünə, şifr: 1130000г, kod 25062-yə və xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 13 (d) bölməsinə daxildir. Xüsusi qeyd edilir ki, bu sahədə daimi olaraq aşağıda adları çəkilən işlərlə məşğul olub və işlədiyi müddət ərzində zərərli işlə əlaqədar əmək məzuniyyətinə və əmək haqqına əlavələr verilmişdir. İstehsalata daxil olan qiymətli metalların (qızıl, platin, palladium və argentium) və istehsalatda yaranan zay məhsullarda (yastı korpuslarda, kontur kəsiklərində, çıxıntılarda, qırıntılarda, mikrosxemlərdə, halvanik vannada, məhlulda, küldə, cihazlarda) qiymətli metalların analizində qurğuşun-oksidindən, 99,9 %-li qurğuşundan, çar arağından, florid, ftorid, sulfat, nitrat, xlorid, azot turşularından, şixtadan, fenol-formaldehiddən daimi olaraq istifadə edilib. Həmçinin fotorezistlərin, ED- 16, ED-20) epoksid qatranından, KEN-3 (kompaund), Lak FL-511, heksametildisilazan, tetrametosilazan, fosforlu silikatlı şüşə plyonkaların, qalay POS-61 analizi və ağır metalların analizi edilib. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin 24.06..2022-ci il tarixli, 03/199 nömrəli məktubu ilə göndərilmiş arayışda göstərilmişdir ki, verilir, Cavabdeh ondan ötrü ki, o, həqiqətən xx.xx.1977-ci il tarixdən (Əmr № 89 xx.xx.1977) xx.xx.1992-ci il tarixədək (Əmr № 841 xx.xx.1992) "xxxx"nda işləyib. xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü ilədək X2 kimyəvi analizlərin laborantı vəzifəsində işləyib. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarının 1 №-li siyahısının Xİİİ bölgüsünə, şifr: 1130000r, kod 23157-yə və xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 13 (d) bölməsinə daxildir. xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci ilədək həmin sahədə mühəndis (texnoloq) vəzifəsində işləyib. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 saylı Qərarının 1 №-li siyahısının Xİİİ bölgüsünə, şifr: 1130000r, kod 25062-yə və xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 13 (d) bölməsinə daxildir. Xüsusi qeyd edilir ki, bu sahədə daimi olaraq aşağıda adları çəkilən işlərlə məşğul olub və işlədiyi müddət ərzində zərərli işlə əlaqədar əmək məzuniyyətinə və əmək haqqına əlavələr verilmişdir. İstehsalata daxil olan qiymətli metalların (qızıl, platin, palladium və argentium) və istehsalatda yaranan zay məhsullarda (yastı korpuslarda, kontur kəsiklərində, çıxıntılarda, qırıntılarda, mikrosxemlərdə, halvanik vannada, məhlulda, küldə, cihazlarda) qiymətli metalların analizində qurğuşun-oksidindən, 99,9 %-li qurğuşundan, çar arağından, florid, ftorid, sulfat, nitrat, xlorid, azot turşularından, şixtadan, fenol-formaldehiddən daimi olaraq istifadə edilib. Həmçinin fotorezistlərin, ED- 16, ED-20) epoksid qətranından, KEN-3 (kompaund), Lak FL-511, heksametildisilazan, tetrametosilazan, fosforlu silikatlı şüşə plyonkaların, qalay POS-61 analizi və ağır metalların analizi edilib. Cavabdeh "xxxx"nda xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü ilədək X2 kimyəvi analizlərin laborantı vəzifəsində işləyən dövrdə, eləcə də xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək mühəndis (texnoloq) vəzifəsində işləyən dövrdə qurğuşun oksidi tətbiq edilən sahələrdə və işlərdə məşğul olmuşdur. Əlavə olaraq qeyd edilir ki, yuxarıda sadalanan kimyəvi analizlərin yerinə yetirilməsi 8 saat fasiləsiz işləyən və kimyəvi maddələr qədər insan sağlamlığına zərərli olan, kəskin və uğultulu səsli hava sorucu şkafların içərisində aparılmışdır. Mühəndis və texnoloq vəzifələri onların peşə təlimatlarının, yerinə yetirilən işin eyni olması, eyni iş yerində və eyni iş şəraitində işləmələri bu vəzifələrin uyğunlaşdırılmasının və eyniləşdirilməsinin əsasıdır. İş materiallarına əlavə edilmiş X5 Sistemindən çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli qərarla təyin edilmiş pensiya ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Sonuncu pensiya ödənişi xx.xx.2020-ci il tarixdə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Aidə Nəsib qızına ünvanladığı xx.xx.2021-ci il tarixli, **********0 nömrəli pensiya ödənişinin dayandırılması haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-İi siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan xx.xx.1983xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "xxxx"nda mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (13) qurğuşun oksidi tətbiq edilən sahələrdə və işlərdə məşğul olan rəhbərlər və mütəxəssislər (d) yarımbəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq sizə xx.xx.2010-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 21759,76 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağınız xahiş edilir. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati hüquq münasibətləri idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri olaraq dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanın vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. İnzibati məhkəmə icraatı da məhz inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, tərəflər arasında mülki hüquqdan irəli gələn münasibətlər olmadığından, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Qeyd olunanlara əsasən ilkin iddia mümkün hesab edilir. İnzibati Prosessual Məcəllənin: -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. -53.1-ci maddəsinə görə ilkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir. -53.2-ci maddəsinə əsasən qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır. -53.3-cü maddəsinə əsasən mübahisələndirmə haqqında, qanunauyğunluq haqqında və ya məcburetmə haqqında iddialara münasibətdə qarşılıqlı iddia qaldırıla bilməz. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Pensiyanın bərpa edilməsi barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən əmlak tələbinə dair ilkin iddiaya münasibətdə mübahisələndirmə haqqında qarşılıqlı iddianın verilməsi mümkündür. Cavabdeh iddiaçının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərarın iddiaçıya təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı sözügedən əlverişsiz inzibati aktdan məlumatlı olmamışdır. Hətta iddiaçıya ünvanlanmış pensiya ödənişinin dayandırılması haqqında xx.xx.2021-ci il tarixli məktubda da dayandırma barədə qərardan bəhs edilməmiş, həmin qərarın surəti iddiaçıya qoşma olaraq təqdim edilməmişdir. İddiaçı mübahisələndirilən qərarla hazırkı məhkəmə icraatında tanış olmuşdur. Beləliklə, iddiaçı məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, ilkin və qarşılıqlı iddialar üzrə mümkünlük şərtləri ödənilir. İşin mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, ikin iddia mahiyyət üzrə əsassız, qarşılıqlı iddia isə əsaslı iddiadır. İşin hallarından müəyyən olunur ki, Cavabdeh DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli qərarla xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, hazırkı ilkin iddia üzrə iddiaçı qismində çıxış edən inzibati orqan cavabdehin pensiya təyin edilməsi üçün güzəştli iş stajına malik olmadığı halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyini, buna görə də xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 21759,76 manat artıq pul vəsaitinin ödənildiyini bildirərək həmin məbləğin geri qaytarılmasını məhkəmə qaydasında tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsini mübahisələndirir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli **********4 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsini mübahisələndirdiyindən məhkəmə həmin qərarın ilk növbədə “İnzibati icraat haqqında”, “Əmək pensiyaları haqqında” Qanunların prosessual normalarının tələbləri baxımından qanuniliyini yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. -67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Sadalanan normalara istinadən məhkəmə qeyd edir ki, inzibati orqanın cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır. Hazırkı iş üzrə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında əlverişli inzibati akt mövcuddur, ləğv edilməmişdir. Başqa sözlə, qüvvədə əlverişli inzibati akt olduğu halda həmin inzibati akt ləğv edilmədən həmin qərarla ödənilmiş pensiyanın dayandırılması barədə qərarın qəbul edilməsi yolverilməzdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilibödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Cavabdehin pensiyanın dayandırılması barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı pensiyanın dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Mübahisələndirilən qərarın təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, qərarın qəbulu ilə bağlı inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, artıq ödəmə üçün əsas yaranmışdırsa, bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə məlumat qeyd edilməmişdir. Qeyd edilən prosessual əsaslar hazırkı ilkin iddianın rədd, mübahisələndirilən inzibati aktın ləğv edilərək hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlı qarşılıqlı iddianın təmin edilməsinin ilkin hüquqi əsasını təşkil edir. Məhkəmə eyni zamanda hazırkı icraatda cavabdehin pensiya ödənişinin dayandırılması barədə sözügedən qərarına həm də maddi hüquq normalarının tələbləri baxımından yoxlanılaraq qiymət verilməsini də mümkün hesab edir. Belə ki, cavabdeh iddiaçının xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "xxxx"nda işlədiyi mühəndis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (13) qurğuşun oksidi tətbiq edilən sahələrdə və işlərdə məşğul olan rəhbərlər və mütəxəssislər (d) yarımbəndində nəzərdə tutulmadığını, bu səbəbdən də Cavabdeh güzəştli iş stajının olmadığını əsas götürərək pensiya ödənişini dayandırmışdır. İlk növbədə məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əmək kitabçasındakı, habelə pensiya işində olan güzəştli arayışında iddiaçının görmüş olduğu işlərin güzəştli iş stajına hesablana bilməsi ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati orqan belə bir sübutu nə inzibati icraat zamanı əldə etmiş, nə də məhkəmə icraatında təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir”. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin təqdim etdiyi məhkəmənin sorğusuna cavab məktublarında iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci ilədək işlədiyi mühəndis (texnoloq) vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarının 1 №-li siyahısının Xİİİ bölgüsünə, şifr: 1130000q, kod 25062-yə və xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 13 (d) bölməsinə aid olduğunu bildirilmişdir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın 11300000 Xİİİ. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsində 1130000q—1754a q) qurğuşun oksidi tətbiq edilən sahələrdə və işlərdə məşğul olan rəhbərlər və mütəxəssislər yarımbəndində 1130000q—25062 texnoloqlar vəzifəsi göstərilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları ilkin pensiya təyinatı zamanı, eləcə də pensiya ödənişi dayandırılıqdan sonra da işəgötürən tərəfindən təqdim edilmişdir. Bundan əlavə, məhkəmə icraatı zamanı da işəgötürənə müvafiq sorğu ilə müraciət edilmiş, iddiaçının işlədiyi mühəndis vəzifəsinin siyahıda göstərilən texnoloq vəzifəsi ilə uyğunlaşıdırılmasının əsasları barədə məlumat, mühəndis və texnoloq vəzifələrinin hər birinin peşə (vəzifə) təlimatları, yerinə yetirdiyi işin hansı xüsusiyyətinə görə mühəndis və texnoloq vəzifələrinin eyniləşdirilməsi barədə məlumatın təqdim edilməsi tələb olunmuşdur. İşəgötürənin məhkəməyə təqdim etdiyi arayışlarda iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək mühəndis vəzifəsində işləyən dövrdə qurğuşun oksidi tətbiq edilən sahələrdə və işlərdə işlədiyi, həmin vəzifədə istehsalata daxil olan qiymətli metalların (qızıl, platin, palladium və argentium) və istehsalatda yaranan zay məhsullarda (yastı korpuslarda, kontur kəsiklərində, çıxıntılarda, qırıntılarda, mikrosxemlərdə, halvanik vannada, məhlulda, küldə, cihazlarda) qiymətli metalların analizində qurğuşunoksidindən, 99,9 %-li qurğuşundan, çar arağından, florid, ftorid, sulfat, nitrat, xlorid, azot turşularından, şixtadan, fenol-formaldehiddən daimi olaraq istifadə edildiyi, həmçinin fotorezistlərin, ED-16, ED-20) epoksid qətranından, KEN-3 (kompaund), Lak FL-511, heksametildisilazan, tetrametosilazan, fosforlu silikatlı şüşə plyonkaların, qalay POS-61 analizi və ağır metalların analizini etdiyini qeyd edilmişdir. Adları çəkilən kimyəvi maddələrin insan sağlamlığına zərərli olması, analizlərin kəskin və uğultulu səsli hava sorucu şkafların içərisində aparılması həmin vəzifənin əmək funksiyalarının, eləcə də iş şəraitinin zərərli olmasının əsası kimi çıxış etmiş, bununla əlaqədar işçiyə əmək məzuniyyətinə və əmək haqqına əlavələr verilmişdir. Beləliklə, mühəndis və texnoloq vəzifələrinin eyniliyi hər iki işdə əmək funksiyalarının eyniliyi, yerinə yetirilən işin eyni şəraitdə icra edilməsi ilə müəyyən olunmuş, fərq yalnız hər iki peşə üzrə adlarda fərqin olmasındadır. Qeyd edilməlidir ki, SSR Nazirlər Kabinetinin xx.xx.1956-cı il tarixli 1173 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə dövlət pensiyasına əsas verən peşə, ixtisas, vəzifələr və işlərin siyahısı”nda Xİİİ radiomühəndisliyi istehsalı bölməsində, radioaktiv maddələrlə bağlı 1-ci yarımbölməsində, mühəndis-texniki işçilər adlı “b” bəndində radioaktiv maddələr və ionlaşdırıcı şüalanma mənbələri ilə tam iş günü işləyən ustalar və böyük ustalar, texnoloqlar, laborantlar və mexaniklər vəzifələri nəzərdə tutulmuşdur. SSR Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə dövlət pensiyasına əsas verən peşə, ixtisas və vəzifələrin siyahısı”nda Xİİİ elektron avadanlıqların istehsalı və radio avadanlığı bölməsində 1130000г-1754а – “q” bəndində laborant, usta, böyük usta, mexanik, sahə rəisi, texnoloq peşələri nəzərdə tutulmuşdur. Beləliklə, müəyyən olunur ki, 1991-ci ilədək “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əsas verən işlərin siyahısı”nda radiotexnika istehsalı bölməsində yarımbölmənin adı mühəndis-texniki heyət göstərilsə də 1991-ci ildən sonra qəbul edilmiş 1 nömrəli vəzifələrin siyahısında həmin sahənin adından “mühəndis” sözü çıxarılmış, lakin həmin heyətə daxil olan vəzifələrin siyahısı isə əvvəlki siyahıda olduğu kimi saxlanılmış, hər hansı dəyişiklik olmamışdır. Başqa sözlə, iddiaçının Azon zavodunda xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyindən, həmin dövrədək elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalında mühəndis vəzifəsi göstərilmiş, yalnız 1993-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda həmin bölmədə artıq “mühəndis” adı çıxarılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin məqsədinin məhz zərərli iş şəraitində işləmiş şəxslərin güzəştli şərtlərlə pensiya hüququnu təmin etməkdən ibarət olduğu nəzərə alındıqda demək olar ki, yuxarıda adıçəkilən icmal məktubda qeyd edildiyi kimi iddiaçının işlədiyi peşələr istər vəzifə (peşə) təlimatları, istərsə də bilavasitə yerinə yetirilən işin xüsusiyyəti, əmək funksiyaları cəhətindən qurğuşun oksidi tətbiq edilən sahələrdə və işlərdə məşğul olan texnoloqlar vəzifəsinin yerinə yetirdiyi işlərlə eyni olmuşdur. Qeyd edilən mühəndis vəzifəsində əmək şəraiti mühiti, işlədiyi zərərli maddələr və s. cəhətdən həmin vəzifənin güzəştli iş stajı kimi qəbul edilməsinə yetərli hesab edilir. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda bölmə Xİİİ, 1130000q- 25062 texnoloq peşəsi koduna uyğundur. Bu baxımdan da iddiaçı ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi tələbində haqlı sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinin pozulması ilə qəbul olunduğundan həm də qanunsuz inzibati akt hesab olunur. Qeyd edildiyi kimi qanunsuz əlverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2021-ci il tarixli **********4 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarı ləğv edilməli və xx.xx.2021-ci il tarixdən dayandırılmış əmək pensiyası ödənişinin həmin tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarı ləğv edilsin. İddiaçı Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3133/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3133/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver