Məhkəmə qərarları › İş №2-1(112)-3133/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3133/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3133/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "qeydiyyatın əsassız sayılması" haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 431 saylı reyestr kitabının 40438 saylı vərəqində qeydiyyata alınmış RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki sahəsi 56,5 kv.m olan 147 saylı evin 1/3 hissəsinin X3 və 1/3 hissəsinin isə Mina Atababa qızının adlarına olan qeydiyyatın əsassız sayılması və müvafiq düzəliş aparılması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki sahəsi 56,5 kv.m olan 147 saylı evin 2/9 hissəsi İddiaçı1, 1/9 hissəsi İddiaçı2 Ağanağı oğluna, 1/3 hissəsi X4 və 1/3 hissəsi isə Mina Atababa qızına məxsusdur. Evin iddiaçılara məxsus hissələri xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 431 saylı reyestr kitabının 40438 saylı vərəqində qeydiyyata alınmışdır. X1 və Mina Atababa qızına məxsus hissələri isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin çıxarış düzgün tərtib olunmamışdır. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 aprel 2004-cü il tarixli 2-890/05 saylı qətnaməsi ilə (hakim F.M.Ağamirzəyev) Bakı şəhəri Qədirli küçəsindəki 147 saylı evin 1/3 hissəsinə X2 vərəsəlik hüququ tanınmış, X6 ilə X10 arasında Bakı şəhəri Qədirli küçəsindəki 147 saylı evin 1/3 hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Bakı şəhəri Qədirli küçəsindəki 147 saylı 2/3 hissəsinə Mina Atababa qızının adına olan qeydiyyat yazısının və qeydiyyat vəsiqəsinin 1/3 hissəsinin ləğv edilməsi, həmin evin 1/3 hissəsinin Mina Atababa qızının adında saxlanılması, Bakı şəhəri Qədirli küçəsindəki 147 saylı evin 1/3 hissəsinə dair X7 adına qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhəri Tİ və MHQİ-nə tapşırılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Qədirli küçəsindəki 147 saylı ev Mina Atababa qızının adına ilkin olaraq qeydiyyatdan keçmişdir. xx.xx.1954-cü il tarixdə Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən həmin evin 1/3 hissəsinə X3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında evin 1/3 hissəsinə dair İman Atakişiyevin adına qeydiyyat vəsiqəsi verilmişdir. X6, X8 və Mina Atababa qızı vəfat etmişlər. 13 iyul 2004-cü il tarixində tətib olunmuş FM seriyalı 029145 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki yaşayış sahəsi 31,5 kv.m, ümumi sahəsi 56,5 kv.m olan 3 otaqlı 147 saylı evin 1/3 hissəsi X9, 1/3 hissəsi X4 və 1/3 hissəsi isə Mina Atababa qızına məxsusdur. X10 Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki yaşayış sahəsi 31,50 kv.m, ümumi sahəsi 56,50 kv.m, köməkçi sahəsi 25,0 kv.m olan 3 otaqlı 147 saylı evin özünə məxsus olan 1/3 hissəsini Bakı şəhəri 01 saylı Dövlət Notariat Kontorunda 21,12.2004-cü il tarixdə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 Ağanağı oğluna 27.440.000 AZM manata satmışdır. Alqı-satqı müqaviləsi bağlanılarkən notarius tərəfindən X3 və Mina Atababa qızının sonuncu yaşayış yeri barədə məlumat verilməsi üçün Azərbaycan Respublikası DİN-in Pasport-Qeydiyyat İdarəsinin MAPS üzrə məlumat şöbəsinə xx.xx.2004-cü il tarixdə sorğu verilmiş, lakin həmin şəxslərin yaşayış yerləri barədə məlumat alınması mümkün olmamışdır. Ona görə də alqı-satqı müqaviləsi onların razılığı alınmadan bağlanmışdır. Birgə iddiaçılar X5 və Mina Atababa qızını tanımırlar, onlar heç vaxt həmin evdə yaşamamışlar. Evdə iddiaçılar uşaqları ilə birlikdə yaşamış və hazırda da yaşayırlar. Halhazırda X3 və Mina Atababa qızının harada yaşamaları və ya sağ olub-olmamaları barədə hər hansı məlumat yoxdur. xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 431 saylı reyestr kitabının 40438 saylı vərəqində qeydiyyata alınmış RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda X3 və Mina Atababa qızının adlarının qeyd olunması hüquqlarımızı pozur. Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki sahəsi 56,5 kv.m olan 147 saylı evin 1/3 hissəsinin X3 və 1/3 hissəsinin isə Mina Atababa qızının adlarına olan qeydiyyat əsassız çıxarılmışdır. Birgə iddiaçılar xüsusi mülkiyyətlərində olan ev üzərində sərəncam verə bilmirlər. İddiaçılar xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 431 saylı reyestr kitabının 40438 saylı vərəqində qeydiyyata alınmış RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsindəki sahəsi 56,5 kv.m olan 147 saylı evin 1/3 hissəsinin X3 və 1/3 hissəsinin isə Mina Atababa qızının adlarına olan qeydiyyatını əsassız sayaraq müvafiq düzəliş aparılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Cavid Orucov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-KOL-064-8/2024 **********31 saylı cavabla müraciət təmin olunmamış və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

4. Məhkəmə iclasında iştirak edən birgə iddiaçıların nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülmüş sayılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X11 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

16. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

17. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

18. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

19. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar