Məhkəmə qərarları › İş №2-1(112)-3134/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3134/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3134/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakların ticarət şəbəkəsində satılması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi (bundan sonra mətndə KSİÜBİ) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 200.00 manat, Dövlət Sosial Müdafiə Fonduna 300.00 və dövlət büdcəsinə 400.00 manat ödənilməmiş borclarına görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Pirallahı rayonu, məhəllə 28, ev 10da yerləşən lombardda siyahıya alınmış 1 ədəd Türkiyə istehsalı Веко markalı 60 kv.m-lik qiyməti 200.00 manat olan kondisionerin, 1 ədəd yerli istehsal Uğur markalı qiyməti 300.00 manat olan buz dolabı soyuducunun və 1 ədəd Bosh markalı 70 kv. m-lik qiyməti 400.00 manat olan kondisionerin, ümumi dəyəri 900.00 manat əmlakının ticarət şəbəkələrində satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ № 368959 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 11-ci ayının 07ci günündə 1705 № ilə qeyd edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;

262. İcraata xitam verilmə qaydası və nəticələri: 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh xx.xx.2023-cü il tarixdə öldüyü nəzərə alınaraq, hazırki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 1.2, 80 və 81-ci maddələrini və MPM-nin 254.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakların ticarət şəbəkəsində satılması” tələbinə dair inzibati iş üzrə icraata Cavabdeh öldüyü üçün xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar