Məhkəmə qərarları › İş №2-1(112)-314/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-314/2021

05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-314/2021 05.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X2 qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 12 mart 2019-cu il tarixli, 374 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə təkrarən veteran vəsiqəsinin verilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, hazırlıq icraatının gedişində məhkəmənin 02 mart 2020-ci il tarixli, 2-1(112)-1696/2020 saylı qərardadına əsasən iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ uğrunda gedən döyüşlərə iş yerindən səfərbərlik əsasında cəlb edilərək, hərbi vertolyotların idarə olunmasında dispetçer kimi iştirak etmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı vəsiqəsi verilməsi üçün tələb olunan sənədlərin əsllərini Xətai rayon Hərbi Komisarlığına təqdim etmişdir. Xətai rayon Hərbi Komissarlığı tərəfindən təqdim etdiyi sənədlər əsasında 08 fevral 1999-cu il tarixində ona 028224 saylı veteran vəsiqəsi verilmişdir. Ona veteran vəsiqəsi verilməsi barədə Xətai rayon Hərbi komissarlığının möhürü və hərbi komissar polkovnik P.B.Abdullayevin imzası ilə təsdiq edilməklə Hərbi biletində qeyd aparılmışdır. Bu fakt eyni zamanda Xətai rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixli 4/93 saylı arayışla da təsdiq olunur. İddiaçı müharibə veteranı kimi 2009-cu ilə kimi müharibə veteranlarına verilən müavinəti də almışdır. 2009-cu ildə naməlum şəraitdə müharibə veteranı vəsiqəsini itirmişdir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinə tapıntılar barədə müraciət etmişdir. BŞBPİ-nin xx.xx.2019-cu il tarixli 039-243-1219 saylı cavab məktubu ilə “vəsiqəsinin” tapılmamasını bildirmişlər. Eyni zamanda bu barədə xx.xx.2018-ci il tarixində “525”-ci qəzetdə elan da vermişdir. Ona görə də ona təkrar veteran vəsiqəsi verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətin Bakı şəhəri Xətai rayon idarəsinə ərizə ilə müraciət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi 12 mart 2019-cu il tarixli 374 saylı cavab məktubu ilə bildirmişdir ki, “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının və müvafiq vəsiqələrin verilməsi qaydası və şərtləri haqqında” Təlimatın xx.xx.2016-cı il tarixli 1250 və xx.xx.2018-ci il tarixli 1554 nömrəli göstərişlərin tələblərinə uyğun hazırlanaraq aidiyyəti komissiyaya təqdim edilməlidir. Odur ki, Sizin hərbi əməliyyatlar zamanı döyüş bölgəsində iştirak etməyinizi təsdiq edən sənədlərlə SHXÇDX-nin Xətai rayon İdarəsinə müraciət etməyiniz tövsiyyə olunur. Döyüşlərdə iştirak etməyinizi təsdiq edən sənədlər mövcud olmadığı təqdirdə müvafiq məhkəməyə müraciət etməyiniz izah olunur”. SHXÇDX-nin Xətai rayon İdarəsinin cavab məktubu əsassız və qanunsuz olduğu üçün həmin cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə iddiaçıya təkrar müharibə veteranı vəsiqəsi verilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, onların iddiaçıya təkrar müharibə veteranı vəsiqəsinin verilməsi üçün tələb etdikləri hərbi əməliyyatlar zamanı döyüş bölgəsində iştirak etməyini təsdiq edən sənədlərin əsllərini 1999-cu il tarixində ona ilkin veteran vəsiqəsi verilən zaman Xətai rayon İdarəsinə təqdim etmişdir. Həmin sənədlərin əslləri Xətai rayon İdarəsində olduğu halda iddiaçı təkrarən həmin sənədlərin əsllərini təqdim edə bilməz. Ona verilmiş veteran vəsiqəsinin nömrəsi və tarixi hərbi biletində və verilmiş arayışda göstərilmişdir. Həmin vaxt onun döyüş bölgəsində hərbi əməliyyatlarda iştirak etdiyini təsdiq edən sənədlər olmasaydı ona müharibə veteranı vəsiqəsi verilə bilməzdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddia tələbinə əsasən, İddiaçı Qarabağ uğrunda gedən döyüşlərə iş yerindən səfərbərlik əsasında cəlb edilərək hərbi vertolyotların idarə olunmasında dispetçer kimi iştirak etdiyini və eyni zamanda Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı vəsiqəsi verilməsi üçün tələb olunan sənədlərin əsllərini Xətai rayon Hərbi Komissarlığına təqdim etdiyi və Xətai rayon Hərbi Komissarlığı tərəfindən təqdim etdiyi sənədlər əsasında 08 fevral 1999-cu il tarixdə İddiaçı 028224 saylı müharibə veteranı vəsiqəsi verildiyini bildirmişdir. Sonda 2009-cu il tarixdə naməlum şəraitdə veteran vəsiqəsini itirdiyini qeyd etmişdir. Təkrar veteran vəsiqəsi verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hazırki tələblə, yəni ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müraciəti olmamışdır. İddiaçı bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə müraciət etmişdir. Halbuki, həmin idarənin “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatının İV hissəsinin 4.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun yerli idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqandır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. İddiaçının hazırki tələblə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciəti olmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara və uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçının cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, iddiaçı ona məxsus 12 iyun 1999-cu il tarixli, 028224 saylı veteran vəsiqəsini itirdiyini və ona yeni təkrarən veteran vəsiqəsinin verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli 1195 saylı məktuba əlavə edilmiş iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı təkrar müharibə veteranı vəsiqəsinin verilməsi barədə 11 yanvar 2019-cu il tarixli və 14 fevral 2019-cu il tarixli ərizələri müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuşdur. - İşə əlavə edilmiş, iddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin 24-cü qrafasında göstərilmişdir ki, İddiaçı xx.xx.1999-cu il tarixdə 028224 saylı müharibə veteranı vəsiqəsi verilib. Hərbi biletdə olan bu qeydiyyat Xətai rayon hərbi komissarının imzası və möhürlə təsdiq edilmişdir. - İş materiallarında olan Bakı şəhəri Xətai rayon hərbi komissarlığı tərəfindən verilmiş 4-93 saylı, xx.xx.1999-cu il tarixli arayışda göstərilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və 28 iyun 1994-cü il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının “müharibə veteranı”dır və qanunda nəzərdə tutulan güzəştlərdən istifadə edir. Əsas: 028224 saylı veteranı vəsiqəsi. - İşdə olan Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, 039-243-1219 saylı məktubunda göstərilmişdir ki, İddiaçı məxsus Qarabağ müharibəsi veteranı vəsiqəsinin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin tapıntılar bürosuna məlumat daxil olmamışdır. - Azərbaycan Respublıkası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 374 saylı İddiaçı ünvanladığı məktubdan görünür ki, iddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı ərizə və ona əlavə olunmuş sənədlər SHXÇDX-nin Xətai rayon İdarəsinə daxil olmuşdur. Bu barədə SHXÇDX-nin M/336 nömrəli xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya yazılı məlumat verilmişdir. Bir daha iddiaçıya izah olunmuşdur ki, “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının və müvafiq vəsiqələrin verilməsi qaydası və şərtləri haqqında” Təlimatın xx.xx.2016-cı il tarixli 1250 və xx.xx.2018-ci il tarixli 1554 nömrəli göstərişlərin tələblərinə uyğun hazırlanaraq aidiyyəti komissiyaya təqdim edilməlidir. Odur ki, iddiaçının hərbi əməliyyatlar zamanı döyüş bölgəsində iştirak etməyini təsdiq edən sənədlərlə SHXÇDX-nin Xətai rayon İdarəsinə müraciət etməyini tövsiyyə olunmuşdur. Döyüşlərdə iştirak etməyini təsdiq edən sənədlər mövcud olmadığı təqdirdə müvafiq məhkəməyə müraciət etməyini iddiaçıya izah olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 156 saylı iddiaya dair etirazında göstərilmişdir ki, iddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müraciəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə müraciət etmiş, halbuki həmin idarənin “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi səlahiyyəti yoxdur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Buna görə də, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. - DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, İddiaçı məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, HP01/221 saylı məktubundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublıkası Hərbi Prokurorluğunda hər hansı cinayət işi və ya təqsirləndirici materialın olmasl müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020ci il tarixli, 806 saylı məktuba əlavə edilərək təqdim edilmiş “Müharibə veteranı” adı verilmiş şəxslərin adlı siyahısından və şəxsin fərdi uçot vərəqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı adı 2-ci sıra nömrəsi ilə qeyd edilmiş və ona Xətai rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Respublikası Hərbi Komissarlıgının 36 saylı, xx.xx.1999-cu il tarixli protokoluna əsasən “müharibə veteranı” adı və 028224 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 314 saylı məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin “məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 30 (otuz) günü müddət təyin edilməsi” barədə 2-1(112)-1696/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı icra edilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda götərilənlərə əsasən təmin edilməlidir: “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək, Bakı şəhəri Xətai rayon hərbi komissarlığı tərəfindən ona verilmiş 12 iyun 1999-cu il tarixli, 028224 saylı müharibə veteranı vəsiqəsinin itdiyini bildirməklə ona təkrarən yeni vəsiqənin verilməsini xahiş etmiş, lakin Xidmət tərəfindən inzibati icraata lazımi səviyyədə başlanılmamış, müraciətə komissiyanın iclasında baxılmadan müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi ilə əlaqədar məsələyə baxılması və qərar qəbul edilməsi səlahiyyətlərinə aid olmayan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi inzibati icraata cəlb edilmiş, sonuncu tərəfindən isə iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 374 saylı məktubunda isə hərbi əməliyyatlar zamanı döyüş bölgəsində iştirak etməyini təsdiq edən sənədlərlə SHXÇDX-nin Xətai rayon İdarəsinə, müvafiq sənədlər olmadığı halda isə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Halbuki, iddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletlə, Bakı şəhəri Xətai rayon hərbi komissarlığı tərəfindən verilmiş 4-93 saylı, xx.xx.1999-cu il tarixli arayışla, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli 806 saylı məktuba əlavə edilmiş adlı siyahıdan və “müharibə veteranı” adı verilmiş şəxsin uçot vərəqəsindən müəyyən dilir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə Azərbaycan Respublikası Hərbi Komissarlıgının Komissiyasının 36 saylı, xx.xx.1999-cu il tarixli protokoluna əsasən “Müharibə veteranı” adı və 028224 saylı “Müharibə veteranı” vəsiqəsinin verilməsi məhkəmədə araşdırılan işin halarına görə öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçıya verilən müharibə veteranı adının və vəsiqəsinin ləğv edilməsi də məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi ona müharibə veteranı statusunun verilməsi anlamına gəlmədiyi halda, inzibati orqan iddiaçıdan döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən əlavə sənədlər tələb etməklə, öz arxivində və digər inzibati orqanın arxivində saxlanılan sənədləri araşdırmamaqla da inzibati icraat pozuntularına yol vermişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.2-1-ci maddəsinin tələbinə görə inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar