Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3141/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118 saylı mənzilin onun adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinə məxsus olmuş, ünvan 3 ünvanda yerləşən keçmiş yataqxana binası dövlət mənzil fonduna daxil edilməklə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 205 saylı sərəncamı ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan, ünvan 5 ünvandakı yataqxana binasında yerləşən Xüsusi müəssisələrin köçürülməsi üçün Qaradağ rayonu ərazisində bir sıra obyektlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin balansına verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ-nə məxsus Xüsusi müəssisələrin şəhərdənkənar yaşayış massivlərində yerləşdirilməsi barədə” xx.xx.2004-cü il tarixli, 205 saylı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 290 saylı sərəncamla həmin obyektlərdə zəruri təmir işlərinin aparılması və orada yaşayan sakinlərin Xüsusi müəssisələrin istifadəsində olmuş yataqxanalarda yerləşdirilməsi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə tapşırılmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən yataqxanada yaşayış sahəsi 36,0 kv.metr olan 3 otaqlı mənzildə 3 nəfər ailə üzvü ilə yaşadığı üçün ona Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31,36 kv.metr olan 2 otaqlı 118 saylı mənzil təklif edilmiş və həmin mənzili adına sənədləşdirmək şərti ilə göstərilən yaşayış sahəsinə köçməyə razılığını bildirmişdir. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2006-cı il tarixli, 11/3 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31,36 kv.metr olan 2 otaqlı 118 saylı mənzilə köçürülmüşdür və adına icarə (kirayə) müqaviləsi bağlanılmaqla, həmin mənzilin kirayəçisi (icarədarı) hesab edilmişdir. Həmin ildən mənzilə dair kommunal xidmət haqqlarını (mənzil və zibil haqqı) Departamentin 122 saylı Mənzil-Kommunal İstismar Sahəsinə ödəyir və bu günə kimi borcu yoxdur. Mənzili öz vəsaiti hesabına üzün illərdir cari və əsaslı təmir edir. Hal-hazırda həmin mənzildə ailə üzvləri ilə birlikdə daimi qeydiyyatdadır. Nəzərə çatdırır ki, onun birlikdə bir çox qonşular Qaradağ rayonu, Qızıldaş qəsəbəsindən bu ünvanadakı binanın 1-ci mərtəbəsində yerləşən mənzillərə köçürülmüşlər və onlar mənzillərini müxtəlif vaxtlarda özəlləşdirmişdir. Həmin yaşayış sahələrini öz məqsədləri üçün mülahizələrinə uyğun müxtəlif təyinatlar üzrə (yaşayış və ya qeyri-yaşayış) istifadə edirlər. Faktiki olaraq həmin binanın zirzəmisi qeyri-yaşayış sahəsi olmuş və hazırda ayrı-ayrı şəxslərin mülkiyətindədir. Göstərilən mənzili adına özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada sənədlərini toplayaraq poçt vasitəsi ilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətinə xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-H0711- 8/2023- **********88 saylı cavab məktubu ilə haqsız olaraq imtina olunmuşdur. Bununla da, mənzilə dair sahiblik, sərəncam vermək, sığortalamaq, mənzil mülkiyyətçiləri müştərək cəmiyyət yaratmaq, mülkiyyət hüququ ilə idarəçiliyi həyata keçirmək və sair hüquqları məhdudlaşdırılmışdır. Yaşadıqları binada qonşuları mənzillərini özəlləşdirməsinə baxmayaraq, ona münasibətdə idarənin ayrı seçkiliyinə məruz qalmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli və ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********88 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 4/6 saylı evin, 118 saylı mənzilinin qeyri-yaşayış sahəsi olub-olmaması barədə məlumat verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş, sorğuya cavab olaraq qeyd olunan sahənin qeyri-yaşayış sahəsi olduğu bildirilmişdir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yerləşən daşınmaz əmlaka texniki baxış keçirilən zaman 118 saylı mənzilin beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi, mənzildə daxili rekonstruksiya işlərinin aparıldığı, müvafiq mənzilin faktiki olaraq 2 (iki) hissəyə bölündüyü və qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün tam (mənzilin bölünmüş digər hissəsinə) şərait yaradılmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərlə lazımi qaydada məlumat verilməsinə baxmaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirkaı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-H0711-8/2023 **********88 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yerləşən daşınmaz əmlaka texniki baxış keçirilən zaman 118 saylı mənzilin beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi , mənzildə daxili rekonstruksiya işlərinin aparıldığı, müvafiq mənzilin faktiki olaraq 2 (iki) hissəyə bölündüyü və qeyri-yaşayış shaəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Əlavə olaraq İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün tam (mənzilin bölünmüş digər hissəsinə)şərait yaradılmamışdır. Həmçinin, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6 saylı evin, 118 saylı mənzilinin qeyri-yaşayış sahəsi olubolmamsı barədə məlumat verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş, sorğuya cavab olaraq qeyd olunan sahənin qeyri-yaşayış sahəsi olduğu bildirilmişdir.
8. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 08 may 2023-cü il tarixli 3-48-2F/2-H-03103/2023 nömrəli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 11/3 saylı sərəncamının təsdiq edilmiş surəti iddiaçıya təqdim edilmişdir. Sərəncamın təsdiq edilmiş surətinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 205 saylı sərəncamı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan, ünvan 8 ünvandakı yataqxana binasında yerləşən Xüsusi müəssisələrin köçürülməsi üçün Qardağ rayonu ərazisində bir sıra obyektlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin balansına verilmişdir. Lakin, buna baxmayaraq, MQİBİ-nə ayrılan və onların balansına verilən obyektlərdə zəruri təmir işlərinin görülməsi və eləcə də, həmin obyektlərdə məskunlaşmış ailələrin köçürülməsi ilə əlaqədar məsələlər öz həllini tapmadığından sərəncamın icrasını təmin etmək mümkün olmamışdır. Ona görə də, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ-nə məxsus Xüsusi Müəssisələrin şəhədrdənkənar yaşayış massivlərində yerləşdirilməsi barədə 2BŞİH-nin xx.xx.2004-cü il tarixli 205 saylı sərəncamının icrası ilə əlaqdar Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 290 saylı sərəncamla həmin obyektlərdə zəruri təmir işlərinin aparılması və orada yaşayan sakinlərin Xüsusi Müəssisələrin istifadəsində olmuş yataqxanalarda yerləşdirilməsi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə tapşırılmışdır. Həmin sərəncamın icrasını təmin etmək məqsədilə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən yataqxanada yaşayış sahəsi 36.0 kv.m olan 3 otaqlı mənzildə 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) yaşayan İddiaçı ünvan 9 ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118-ci mənzil təklif edilmiş və o, adına sənədləşdirmək şərti ilə həmin mənzilə köçməyə öz razılığını bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 290 saylı sərəncamına əsaslanaraq İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 4/6 saylı evin, yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118-ci mənzilinə köçürülməsi və onun adına icarə müqaviləsi bağlanılmaqla həmin mənzilin icarədarı hesab olunması barədə sərəncam qəbul edilmişdir.
9. 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən ünvan 10 ünvanında İddiaçı xx.xx.2008-ci il tarixdən qeydiyyatdadır, ondan başqa sözügedən ünvanda qeydiyyatda heç kim yoxdur.
10. 122 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən mənzilin eskiz layihəsi tərtib edilərək təsdiq edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli 3-52-13/2-1140/2023 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən keçmiş yataqxana binası əvvəllər Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinə məxsus olmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 113 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, hazırda 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balnasındadır. Dövlət mənzil fonduna aid 118 saylı mənzildə İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır.
12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2024-cü il tarixli 3-52-13/2-65/2023 nömrəli məktubla bildirilmişdir ki, ünvan 8 evin, 118 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılması barədə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2006-cı il tarixli 11/3 saylı sərəncamının təsdiq edilmiş sənədlər qanunvericiliyə uyğun olaraq saxlanılması üçün dövlət arxivinə təhvil verilmişdir. Məktuba qoşma şəklində sərəncamın surəti əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 205 saylı sərəncamı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan, ünvan 8 ünvandakı yataqxana binasında yerləşən Xüsusi müəssisələrin köçürülməsi üçün Qardağ rayonu ərazisində bir sıra obyektlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin balansına verilmişdir. Lakin, buna baxmayaraq, MQİBİ-nə ayrılan və onların balansına verilən obyektlərdə zəruri təmir işlərinin görülməsi və eləcə də, həmin obyektlərdə məskunlaşmış ailələrin köçürülməsi ilə əlaqədar məsələlər öz həllini tapmadığından sərəncamın icrasını təmin etmək mümkün olmamışdır. Ona görə də, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ-nə məxsus Xüsusi Müəssisələrin şəhədrdənkənar yaşayış massivlərində yerləşdiirlməsi barədə 2BŞİH-nin xx.xx.2004-cü il tarixli 205 saylı sərəncamının icrası ilə əlaqdar Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 290 saylı sərəncamla həmin obyektlərdə zəruri təmir işlərinin aparılması və orada yaşayan sakinlərin Xüsusi Müəssisələrin istifadəsində olmuş yataqxanalarda yerləşdirilməsi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə tapşırılmışdır. Həmin sərəncamın icrasını təmin etmək məqsədilə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən yataqxanada yaşayış sahəsi 36.0 kv.m olan 3 otaqlı mənzildə 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) yaşayan İddiaçı ünvan 9 ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118-ci mənzil təklif edilmiş və o, adına sənədləşdirmək şərti ilə həmin mənzilə köçməyə öz razılığını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq və Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 290 saylı sərəncamına əsaslanaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 4/6 saylı evin, yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118-ci mənzilinə köçürülməsi və onun adına icarə müqaviləsi bağlanılmaqla həmin mənzilin icarədarı hesab olunması barədə sərəncam qəbul edilmişdir.
20. İddiaçı həmin sərəncama əsasən ona ayrılmış mənzil üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət etmiş cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən imtinanın və iddia ərizəsinə qarşı məhkəməyə təqdim edilmiş etirazın əsaslarında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 4/6 saylı evin, 118 saylı mənzilinin qeyri-yaşayış sahəsi olub-olmaması barədə məlumat verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş, sorğuya cavab olaraq qeyd olunan sahənin qeyri-yaşayış sahəsi olduğu bildirilmişdir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yerləşən daşınmaz əmlaka texniki baxış keçirilən zaman 118 saylı mənzilin beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi, mənzildə daxili rekonstruksiya işlərinin aparıldığı, müvafiq mənzilin faktiki olaraq 2 (iki) hissəyə bölündüyü və qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün tam (mənzilin bölünmüş digər hissəsinə) şərait yaradılmamışdır.
21. Məhkəmə cavabdehin həmin dəlillərinə münasibətdə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 11/3 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçıya mənzil sahəsi ayrılmışdır və həmin sərəncamda mənzilin yaşayış sahəsi və otaqları konkret olaraq göstərilmişdir. Həmin sərəncam qüvvədə olduğu, geri çağrılmadığı, etibarsız sayılmadığı təqdirdə iddiaçı tərəfindən mənzilin təyinatına uyğun istifadə edilib-edilməməsindən asılı olmayaraq iddiaçının tələbinə uyğun olaraq mənzil sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd olunan sahənin qeyri-yaşayış sahəsi olması və mənzildə rekonstruksiya işlərinin aparılması, mənzilin faktiki olaraq 2 (iki) hissəyə bölünməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisəli mənzil üzrə hüquqmüəyyənedici sənəd olan sərəncamın məzmunundan görünür ki, mənzilin yerləşdiyi bina Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olmuş və həmin mənzil iddiaçıya binanın balanssaxlayıcı tərəfindən qeyri-yaşayış sahəsi kimi deyil, yaşayış sahəsi kimi ayrılmışdır. Mənzil iki otaqdan ibarət olmuşdur.
22. Məhkəmə hesab edir ki, dövlət mənzil fondunda olan mübahisəli mənzil Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2006-ciı il tarixli, 11/3 nömrəli Sərəncamı əsasında İddiaçı 01 oktyabr 2009-u il tarixədək verildiyindən sonuncunun mübahisəli mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir.
26. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.
27. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız oarada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.
28. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118 saylı mənzilin İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva