Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3142/2020 22.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi Şükürov Ramin Ramiz oğlunun katibliyi İddiaçı Əlihüseyn oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası üzrə işə məhkəmənin bina-sın-da açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia əri-zə-si ilə məh-kə-məyə müra-ciət edərək, həyat yoldaşı x1 və övladı Novruzəliyev Mirmöhsün Qabil oğlunun yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ailə üzvlərinin də həmin ünvana qeydiyyata alınması üçün Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin qeydiyyata alınma üçün müvafiq sənədlərin təqdim olunmaması səbəbi ilə cavabdehin 27.01.2020-ci il tarixli məktubu ilə ona imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-maqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən iddiaya dair münasibət bildirilməmişdir. 05.03.2020-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçıya iddia tələbinin dəyişdirilməsi tövsiyə olunmuş və iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, yetkinlik yaşına çatmamış övladı – 08.01.2004-cü il təvəllüdlü Novruzəliyev Mirmöhsün Qabil oğlunun yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyata alınması vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəyişdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təq-dim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddia-çı məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsində yerləşən 18 nömrəli ev onun atasından qalan evdir. O, həmin ünvanda böyümüş, ailə qurduqdan sonra da ailə üzvləri – həyat yoldaşı x2 və övladı 08.01.2004-cü il təvəllüdlü Novruzəliyev Mirmöhsün Qabil oğlu ilə birlikdə həmin ünvanda yaşamışdır. İddiaçı yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olsa da, oğlu Mirmöhsün həmin ünvana qeydiyyata alınmamışdır. Belə ki, Mirmöhsün anadan olandan həmin evdə yaşasa da, anası Gülüstan Novruzəliyevanın formal olaraq qeydiyyatda olduğu ünvan 4 ünvanda qeydiyyata alınmışdır. İddiaçı məsələ ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdehin 27.01.2020-ci il tarixli məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. İmtinaya əsas kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd olunmuş sənədlərin təqdim edilməməsi göstərilmişdir. İddiaçı göstərilənləri və övladının anadan olandan onunla birlikdə qeyd olunan evdə yaşamasını nəzərə alaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ünvanladığı 26.02.2020-ci il tarixli məktubda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, yuxarıda qeyd edilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş; - Sabunçu RPİ tərəfindən 02.10.2017-ci il tarixdə verilmiş AZE seriyalı, 12042884 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 08.01.2004-cü ildə doğulmuş Novruzəliyev Mirmöhsün Qabil oğlunun atası İddiaçı, anası Novruzəliyeva Gülüstandır, ünvan 4 ünvanında qeydiyyatdadır. - Binəqədi RPİ tərəfindən 01.06.2006-cı il tarixdə verilmiş, AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1971-il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Binəqədi RPİ-niniddiaçıya ünvanladığı 27.01.2020-ci il tarixli 059-3384M-3220 saylı məktubunda «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən onun ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə müraciət etməli olduğu, qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə həmin şəxslərin göstərilən ünvana qeydiyyata alınmasının qanuna müvafiq olmadığı bildirilərək, məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanına övladı – 08.01.2004-cü il təvəllüdlü Novruzəliyev Mirmöhsün Qabil oğlununyaşayış yeri üzrə qeydiyyata alınması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edilmədiyindən iddiaçının oğlunun göstərilən ünvana qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə, inzibati orqanın dəlillərini əsaslı hesab etmir. Belə ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyata almaq istədiyi oğlu Mirmöhsün faktiki olaraq anadan olandan onunla bir ünvanda yaşayır və həmin ünvana yaşadığı yeri üzrə qeydiyyata düşmək hüququ vardır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanu-nu-nun 2-ci mad-də-sinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Göründüyü kimi, 08.01.2004-cü ildə anadan olmuş Novruzəliyev Mirmöhsün Qabil oğlunun yaşayış yeri üzrə qeydiyyata alınması üçün atası İddiaçı ərizəsi kifayət hesab olunur. Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçü-rül-düyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəy-yən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasın-dan imtina edir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci mad-də-sinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiy-ya-tın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respub-likası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətən-daşı-nın şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azad-lıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konven-siya-sının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkə-mə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın öz mülahizə-lərini bil-dirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan-dırıl-malıdır. İnzibati Prosessual Məcəllə-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, Novruzəliyev Mirmöhsün Qabil oğlunun yaşayış yeri üzrə ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 08.01.2004-cü il təvəllüdlü Novruzəliyev Mirmöhsün Qabil oğlunun yaşayış yeri üzrə ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3142/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3142/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver