Məhkəmə qərarları › İş №2-1(112)-3145/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3145/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3145/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli X3 məktəbi işə cəlb edilməklə güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi və əvvəlki 3 il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli X3 məktəbi işə cəlb edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, həmçinin 3 il ödənilməmiş vəsaitin ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə müraciət edərək, güzəştli pensiyanın təyin edilməsini, ödənilməmiş 3 illik güzəştli pensiyanın ödənilməsini xahiş etmişdir. 20 noyabr 2020-ci il tarixli imtina məktubu ilə cavabdeh yenidən eyni məzmunlu ərizə ilə ona müraciət etməsini tövsiyyə etmişdir. 10.09.1978-ci il tarixdə Ermənistan Respublikası İndjivan rayon “Komintern” kolxozunda əmək fəaliyyətinə başlamış, 24.07.1979-cu ildə təhsili ilə bağlı işdən azad olmuşdur. 01.11.1997-ci ildə Bakı şəhəri Sabunçu rayonu 11 saylı internat məktəbinə müəllim statusu ilə işə qəbul olunmuş, Əmək kitabçası ilə təsdiqlənir ki, 05.11.1997-ci il tarixinə qədər Ağsu rayon X6 17.12.1984-cü il tarixli, 87 saylı əmrinə əsasən müəllimə statusu ilə işə qəbul edilmiş və 06.10.1993-cü ilə qədər əmək fəaliyyətini bu idarədə davam etdirmişdir. Sabunçu rayonu 11 saylı internat məktəbində əmək fəaliyyətini 21.11.2014-cü ilə qədər davam etdirmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi ilə güzəştli pensiya statusu ilə pensiyaya çıxmaq hüququ əldə etmişdir. Hazırda 1978-1979-cu illərdə “Komuntern” kolxozu 1 ildən artıq; 1984-1985-ci illərdə Ağsu rayon Rəhimli kəndi (müəlim, direktor müavini); 1985-1988-ci illərdə Ağcabədi rayon Hindarx kəndində (fizika müəllimi) 1988-1997-ci illərdə Tovuz rayon Girzan kəndində müəllimə, 1997-2014-cü illərdə ərzində Sabunçu rayon İnternat məktəbi-əqli zəif uşaqlarla iş satjı 17 il, cəmi iş stajı 27 il təşkil edir və yuxarıda qeyd etdiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən o, güzəştli şərtlərlə 55 yaşında pensiyaya çıxmalı idi, hazırda 59 yaşı var və axırıncı 3 il üçün güzəştli pensiya almaq hüququ vardır. Bu faktı 11 saylı internat məktəbi tərəfindən verilmiş 351 saylı, 09.08.2019-cu il tarixli məktubla təsdiqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2ci bəndinin “b” yarımbəndinə əsasən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıya əsasən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin imtinaları qanunsuzdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı ilə əvəz edilməsi, ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və axırıncı 3 il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, həmin sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, hesab edirlər ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan asiyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən iddiaçının 28.12.1984-21.11.2014-cü il tarixləri arasındakı dövr ərzində müxtəlif təhsil müəssisələrində işlədiyi müəllim vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömərli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli X3 məktəbi tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, Əliyeva X1 Məktəbin direktorunun 148 nömrəli əmri ilə 01.11.1997-ci il tarixində məktəbə müəllim vəzifəsinə işə qəbul edilmiş və 118 nömrəli əmrlə 21.11.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və həmin Məcəllənin 71-ci maddəsinin 2 və 3-ü bəndlərinə əsasən xitam verilmişdir. İnternat məktəbdə əsasən, əqli zəirf inkişaf etmiş şagirdlər təhsil alırlar. Bu səbəbdən də, internat məktəbin işçi heyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı əlavəsinin XXİV bəndinin “q” hissəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu bəndinin “ç” hissəsində nəzərdə tutulmuş “Sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, qəli zəif inkişaf etmiş uşaq internat evlərinin işçi heyəti” kateqoriyasına aid edilmişdir. İddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-cu ildə anadan olmuşdur. İşdə olan notarial qaydada təsdiq edilmiş ЛВ seriyalı, 022252 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1979-1984-cü illərdə S.M.Kirov adına X7 Ordenli Azərbaycan Dövlət Universitetində fizika ixtisası üzrə tam kursu bitirmişdir. Ona fizika müəllimliyi ixtisası verilmişdir. İşdə olan 003354 nömrəli, 07 avqust 2000-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutuna 15 sentyabr 1999-cu ildə daxil olmuş, 10 iyul 2000-ci il tarixdə ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 10 iyul 2000-ci il tarixli qərarı ilə ona İbtidai təhsilin pedaqogika və metodikası ixtisası verilmişdir. İşdə olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 60 nömrəli, 27.02.2020-ci il tarixli arxiv arayışından görünür ki, arxivdə saxlanılan Ağcabədi rayon X6 arayış xarakterli arxiv sənədləri yoxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, Əliyeva X2 rayon X6 Hindarx kənd orta məktəbində işləməsi barədə aşağıdakı qayda üzrə qeydiyyatı var: Ağcabədi rayon X6 872 nömrəli, 28.12.1984-cü il tarixli əmrə əsasən ali təhsilli fizika müəllimi, ixtisası üzrə Hindarx kənd orta məktəbinə müəllim təyin edilmiş və ixtisası üzrə Hindarx kənd qiyabi orta məktəbində dərs aparmasına icazə verilmişdir. 723 nömrəli, 10.11.1986-cı il tarixli əmrə əsasən Hindarx orta məktəbinin Fizika müəllimi, ərizəsinə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq həmin məktəbin və rayonun müəllimliyindən azad edilmişdir. İşdə olan Tovuz rayon Xalq Təhsil Şöbəsinin 13.10.1989-cu il tarixli, 1131 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı - Ermənistan SSR-dən gəlmiş fizika müəllimi Girzan kənd orta məktəbinə (müvəqqəti olaraq) qrup tərbiyəçisi təyin edilmişdir. İşdə olan Tovuz rayon H.Cəfərov adına Girzan kənd orta məktəbi üzrə 01 sentyabr 1997-ci il, 159 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı – Tovuz rayon H.Cəfərov kənd orta məktəbinin fizika müəllimi Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq 01.09.1997-ci il tarixdən ərizəsinə əsasən məktəbin müəllimliyindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli inteqrsiya təlimli internat məktəbi tərəfindən verilmiş 351 nömrəli, 09.08.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 01.11.1997-ci il tarixində 14 nömrəli əmrlə 11 saylı Yardımçı İnternat məktəbinə işə qəbul olunmuş, 21.11.2014-cü il tarixində 118 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. O, 1997-2002-ci illərdə xüsusi siniflərdə, 2003-2004-cü illərdə ümumtəhsil siniflərində, 2005-2014-cü illərdə xüsusi siniflərdə fəaliyyət göstərmişdir. İşdə olan ИТ-İ seriyalı, ******* nömrəli iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı 05.11.1997-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunun 11 saylı yardımçı internat məktəbinə işə gələndə əmək kitabçasına əlavə edilmiş əmr və arayışlara əsasən, 13 illik pedaqoji iş stajı olmuş, 05.11.1997-ci il tarixdə 11 saylı yardımçı internat məktəbi üzrə 01 noyabr 1997-ci il tarixdən 4a sinifinə sinif müəllimi qəbul edilmiş, 01.09.2003-cü il tarixdə yardımçı məktəbin müəllimi keçirilmiş, 01.11.2011-ci il tarixdən internat məktəbdə olan 4d ümumtəhsil pilot sinifə alınmış və həmin məktəbdə müvəqqəti olaraq tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, 15.01.2014cü il tarixdən 11 nömrəli xüsusi internat məktəbin tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən 10 yanvar 2014-cü il tarixdən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçirilmiş, 21.11.2014-cü il tarixdə internat məktəbin tərbiyəçimüəllim ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 103 nömrəli, 29 mart 2016-cı il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı bacısı 30.03.1959-cu il təvəllüdlü X4 üzərində patron təyin edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20 noyabr 2020-ci il tarixli, **********5 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Səhiyyə və Sosial Təminat İdarələri bölməsində uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində yalnız orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən güzəştli iş stajının olmamasına istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli X3 Məktəbi tərəfindən verilmiş arayışa əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarilxi, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 19-cu bəndinin “ç” yarımbəndində “Sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərinin işçi heyəti” nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi işlədiyi peşənin xarakteri barədə arayış, cavabdehin imtina məktubunda gətirdiyi dəlilləri əsassız edir. Bundan əlavə, məhkəmə araşdırması zamanı işdə olan kifayət qədər mötəbər sübutlarlarla (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüddür. Onun 12.07.2013-cü il il tarixinə qədər 52 yaşı olmuş, 20 ildən artıq ümumi, 10 aydan artıq isə xüsusi əmək stajı olmuş olmuşdur. Bununla da, o, həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 12.07.2013-cü ildən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eləcə də, məhkəmə iddia tələbinin əvvəlki üç il üçün ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissəsədə əsaslıdır. Belə ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 12.07.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki üç il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar