Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3147/2020 22.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (iddiaçı tərəfindən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş X4 oglu) «doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona şəxsiyyəti vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə vəziyyəti ilə baglı şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Belə ki, mənzilləri satıldıgı vaxt 14 yaşı olmuş, atası, anası və qardaşı əmisigilin evində qeydiyyatda olmuş, lakin atası ilə əmisi arasında mübahisə oldugundan onu qeydiyyata almamış, indi artıq belə problem olmadıgından əmisinin evinə qeydiyyata düşüb şəxsiyyət vəsiqəsi almaq istəyir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, X2 iddiaçı tərəfindən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəməyə iddiaçının dəftərxana vasitəsilə verdiyi ərizəsində İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi və iddiaçı tərəfindən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş X4 oglu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş ******* saylı, 07 iyun 2019-cu il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” qərardan aydın olur ki, 15 may 1994-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır; - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 saylı, xx.xx.2020-ci il tarixli məktubdan aydın olur ki, Cavabdehndə doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizəyə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən 16 yaşına çatmış şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Yuxarıda qeyd edilənlərə əsasən şəxsiyyəti təsdiq edən sənədi olmadığından ərizənin icra edilməsinin mümkün olmadığı qeyd edilmiş və sonda doğum haqqında təkrar şəhadətnaməni şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin ediləcəyi bildirilmişdir; Məhkəmə sorgusuna əsasən 398 saylı, xx.xx.2020-ci il tarixli məktubla Cavabdehndən daxil olmuş 1085 saylı 03 iyun 1994-cü il tarixli doğum akt qeydindən aydın olur ki, İddiaçı 15 may 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, anası X1, atası X4 oglu, akt qeydi əsasında seriya XVİİİ-ЖГ 373145 nömrəli xx.xx.1994-cü il tarixli dogum haqqında şəhadətnamə verilmişdir (iddiaçı surətini işə əlavə etmişdir). Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı 15 may 1994-cü ildə Bakı şəhərində doğulmuş, ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmiş, təkrar şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etsə də, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə xahişi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, 15 may 1994-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 15 may 1994-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı doğum haqqında şəhadətnamənin təkrarən iddiaçı tərəfindən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş X2 vasitəsilə verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3147/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3147/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver