Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3149/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********1157 nömrəli qərarın ləğvi Qərarın ləğv olunması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Kiçik sahibkar kimi “şüşə qabların təmizlənməsi” ilə məşğulam. ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi uçotdadır. 19 may 2021-ci il tarixdə saat 16:00-dan sonra bir qrup şəxs işlətdiyi obyektə gələrək özlərini vergi əməkdaşları kimi təqdim edərək ondan mühasibatlıq sənədlərini tələb etdilər. O sənədləri təqdim etdi. Onlar müəyyən sənədləri götürüb akt yazdılar. Həmin aktda guya 14 nəfər işçini qeydiyyatsız işlətdiyini göstərdilər. O etirazını bildirərək aktda göstərilən şəxslərdən 5-6 nəfəri tanımadığını bildirib. Bir neçə şəxs isə günəmuzd olaraq işləyiblər. Həqiqətən də orada çörək pulu üçün, dərman pulu üçün, ailəsinin digər ehtiyaclarını ödəmək üçün günəmuzd işləyənlər olub. Bir-iki saat işləyib 10-12 manat zəhmət haqqı alıb gediblər. İşçilər soyuq su ilə işləyir, ona görə də havalar isinəndən sonra işləmək arzusunda olurlar. Həmin şəxslər barəsində İİ rübün sonunda bəyannamə verəsiydi. Baxmayaraq ki, orada olan şəxslər orada işləmədiklərini bildirsələr də, vergi əməkdaşları sexin giriş qapısından kənarda olan şəxsləri də məcburi olaraq akta saldılar, şəxsiyyətlərini təsdiq edən sənədləri olmayan şəxsləri məcbur etdilər ki, gedib şəxsiyyət vəsiqələrini gətirsinlər. O, vergi əməkdaşlarının bu özbaşnalıqlarına son qoymalarını tələb edərək, onların bu qanunsuz hərəkətlərindən məhkəməyə şikayət edəcəyimi bildirib. Hətta azyaşlı uşağın adını akta yazaraq işçi kimi göstərmişdilər. Hansı ki, həmin azyaşlı uşağın nənəsi orada aşpaz kimi fəaliyyət göstərir. Məktəbli isə onun yanına gəlmişdir. O, hər gün müəllim yanından çıxandan sonra nənəsinin (Cəmilə xanım) yanına gəlir, nənəsi işlərini qurtardıqdan sonra birlikdə evlərinə gedirlər. Dövlətin vergi siyasətini həyata keçirən Aqil Arif oğlu Quliyev (və ya Hüseynov) sırf qanun pozğunluğu ilə akt tərtib etdirilib ona, orada olan digər vətəndaşlara hədə-qorxu gəldilər, o da məcbur olub, onun diktəsi ilə izahat verdi. Tərtib edilmiş akt əsasında qəbul edilmiş qərardan o, Xətai rayon məhkəməsinə şikayət yazdı. Xətai rayon məhkəməsi 3(011)-2412/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri mən qaytararaq əvvəlcə yuxarı vergi orqanına şikayət etməli olduğunu bildirmişdir. Odur ki, o, sözügedən qərardan İqtisadiyyat Nazirliyinə şikayət etdi. X54 Xidməti tərəfindən araşdırılarkən İnzibati şikayətin qismən təmin edilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli **********464900 saylı Qərar qəbul edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1 157 saylı qərar 2.000 (iki min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir. Vergi əməkdaşı X41 qanuna zidd hərəkətlərindən Azərbaycan Respublikası Baş Prokuroruna, İqtisadiyyat nazirinə şikayətlər yazıb. Şikayəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən araşdırılmış və aktda göstərilən 15 yaşlı uşağın adı aktdan çıxarılaraq o, hissədə icraata xitam verilmişdir. Bir qrup vergi əməkdaşlarının 19 may 2021-ci il tarixdə saat 16:00-da işlədiyim obyektdə özbaşnalığı, zorakılığı, mənə qarşı hədə-qorxu gəlməsi barədə baş prokurora, İqtisadiyyat nazirinə şikayət edib. Hesab edir ki, həmin qərar da qanuna zidd qəbul edilmişdir.
3. İddia tələbi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarının 7 nəfərə mübasibətdə həmin şəxsləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə hesablanmış maliyyə sanksiyasının (14000 manat hissədə) ləğv edilməsi kimi dəyişdirilmişdir.
4. Cavabdeh Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********464900 nömrəli qərarının (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 6 (altı) nəfər fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə tətbiq edilmiş maliyyə sanksiyası istisna olmaqla) qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edilir ki, iş üzrə İddiaçı iddia tələbi Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********464900 nömrəli qərarının ləğvi hissəsində mümkün hesab edilməməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********464900 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərarı ilə Bakı şəhəri X51 üzrə Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1157 nömrəli Qərarı 2.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, 26.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsində isə qeyd edilmişdir ki: 32.2.1.barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2.barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3.şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) inzibati aktların mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Qeyd edilir ki, İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 3.4-cü bəndində görə isə mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu isə öz növbəsində iddianın mümkün sayılmamasına əsasdır. Həmin Qərarın 9-cu bəndinə əsasən məhkəmələr tərəfindən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış iddia növünə görə mübahisələndirmə haqqında iddia hesab edilir. Lakin qeyd edilən iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərarı yuxarıda sadalanan inzibati aktlardan heç birinə aid edilmədiyindən mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Eyni zamanda bildiririk ki, yuxarıda istinad olunan Plenum qərarının 3.4-cü bəndində görə mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının inzibati şikayəti əsasında Bakı şəhəri X51 üzrə Baş idarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1157 nömrəli Qərarı 2.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, 26.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə desək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar dəyişdirilmədiyindən, o cümlədən inzibati şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan hər hansı qərar qəbul edilmədiyindən İPM-nin 32.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Beləliklə, iddia ərizəsi ilə mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********464900 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərarın ləğv edilməsi iddiaçının tələb etdiyi hüquqi nəticəyə gətirib çıxarmayacaqdır. Odur ki, iddia mümkün sayılmamalıdır.
5. Uçot-baza məlumatına əsasən fərdi sahibkar İddiaçı xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin “Saxlama və anbarlara yığma” olduğu müəyyən edilmişdir.
6. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********0185 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolu Baku Bus-un yaxınlığı ünvanda yerləşən “Şüşə butulkaların qəbulu” anbarında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 14 (on dörd) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021- ci il tarixli DVX seriyalı 000738 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, fərdi sahibkarın aktı imzaladığı, İddiaçı və 14 nəfər fiziki şəxsin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiklərini etiraf etdikləri müəyyən edilmişdir.
7. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1157 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 28.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********464900 nömrəli qərarla Fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş; xx.xx.2021-ci il tarixli DVX seriyalı 000738 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsləsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1157 nömrəli qərar 2.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş (xx.xx.2006-ci il tarixdə anadan olmuş fiziki şəxs - (azyaşlı) X25 (AA1333739; Fin: 8SKLZPA) İddiaçı tərəfindən operativ vergi nəzarətinin keçirildiyi gün, yəni xx.xx.2021-ci il tarixdə (15 yaşı tamam olmamış) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildiyindən), 26.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
9. Dövlət Vergi Xidməti tərəfindən verilmiş vəsatətdə bildirilmişdir ki, qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, Dövlət Vergi Xidməti hazırki iş üzrə cavabdeh qismində çıxış etməməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində mübahisələndirdiyi qərarın Bakı şəhəri X51 üzrə Baş İdarəsi tərəfindən qəbul edildiyini qeyd etmiş, yalnız Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarı ilə Bakı şəhəri X51 üzrə Baş İdarəsi tərəfinən tətbiq edimiş maliyyə sanksiyasının 2.000,0 manat hissədə ləğv edildiyini bildirmişdir. Odur ki, işin halından da görünür ki, hazırkı məhkəmə işi üzrə cavabdeh Dövlət Vergi Xidmətinin əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş idarəsi ilə əvəz edilməsinə zərurət var.
10. İddiaçının ərizəsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həmin Xidmətin Bakı şəhəri X51 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir.
11. Cavabdeh Bakı şəhəri X51 üzrə Baş İdarəsi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İşin halları ilə bağlı bildiririk ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********0185 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolu, Baku BUS-un yaxınlığında yerləşən “Şüşə butulkaların qəbulu" anbarında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 (on dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 000738 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********1157 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 28000 (iyirmi səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********172700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 00:22:06-də oxunduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, fərdi sahibkar İddiaçı maliyyə sanksiyasının ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021- ci il tarixli **********055300 nömrəli) inzibati şikayətlə müraciət etmiş və vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********464900 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərarı qəbul olunmuşdur. Həmin qərara əsasən 1 nəfər fiziki şəxsin (azyaşlı) X25 (AA1333739; Pin: 8SKLZPA) İddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi müəyyən edilmişdir ki, mövcud qanunvericiliyə əsasən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vergi məsuliyyəti deyil, inzibati xətalara dair işlər üzrə məsuliyyət tətbiq edilməli olduğundan 2000 (iki min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, aktda qeyd olunan 5-6 nəfəri ümumiyyətlə tanımır və bir neçə nəfəri isə günəmuzd olaraq işə cəlb etmişdir. Aparılmış araşdırma zamanı operativ vergi nəzarəti tədbirindən 2 gün sonra, xx.xx.2021ci il tarixdə X9, X26, X44, X18, X27 və X32 ilə İddiaçı arasında əmək müqavilələrinin bağlandığı və həmin şəxslərlə bağlanmış əmək müqavilələrinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ləğv edildiyi, bununla da məsuliyyətdən yayınmağa cəhd edildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli etirafedici izahatında aktda adları qeyd olunmuş fiziki şəxslərlə əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını, qısa müddətdə onlarla əmək müqaviləsi bağlanmasını təmin edəcəyini bildirmişdir. X52 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 10 gündür ki, İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Elnarə və Mayanı tanıdığını, iş saatının saat 10:00-dan 17:00-a qədər olduğunu, əmək haqqının 120 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X10 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən etibarən İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, əmək haqqının 120 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Mayanı tanıdığım, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X7 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən işə götürüldüyünü, gündəlik əmək haqqının 10 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Lamiyəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X11 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 19 aprel 2021-ci il tarixindən İddiaçı tərəfindən butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Naziləni tanıdığını, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 1 aydır ki, İddiaçı tərəfindən butulka yuyan vəzifəsinə işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Həlimə, Lamiyə, Ramiləni tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X12 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 19 aprel 2021-ci il tarixindən İddiaçı tərəfindən işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Mayanı tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X13 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Lamiyə, Qızqayıt, Məlahəti tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. X4 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Nazilə və Zəhranı tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. Digər 6 nəfər işçi də eyni məzmunlu izahatlar verərək, İddiaçı tərəfindən işə götürüldüklərini və onlarla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. Əlavə olaraq bildirilir ki, operativ vergi nəzarətinə dair materiallar əsasında Dövlət Vergi xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən, İddiaçı barəsində Cinayət Məcəlləsinin 162-1-1- ci maddəsinə əsasən cinayət işi başlanaraq ibtidai araşdırma aparılmış və 24 yanvar 2022-ci il tarixli ********* nömrəli Qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan əlavə, İddiaçı ifadəsində 14 nəfər işçiyə görə hesablanmış 520,79 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tam olaraq ödəmişdir. İstintaq zamanı İddiaçı iş üzrə şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş X26, X15, X9, X44, X32, X28 və X20 hər biri ilə 250 manat aylıq əmək haqqı olmaqla əmək müqaviləsi bağlamış və digər 5 nəfər, yəni X16, X18, X24, X5, X35 adlı şəxslər isə vergi nəzarəti tədbirindən sonra işləmək istəmədikləri üçün onlarla əmək müqaviləsi bağlamaq imkanı olmamışdır. Lakin, həmin şəxslərin əvəzinə onların işlədikləri fəhlə vəzifələrinə X39, X21, X45, X36, X29, X30 və X40 ilə rəsmi qaydada əmək müqaviləsi bağlamışdır. İş üzrə şahid qismində dindirilmiş şüşə qəbulu anbarında işçi kimi fəaliyyət göstərən X44 ifadəsində xx.xx.2021-ci il tarixindən yəni, keçirilmiş operativ vergi nəzarəti tədbirindən 4 gün öncədən işlədiyini, əmək müqaviləsi olmadan çalışdığını və işçi kimi İddiaçı tərəfindən işə qeyri-rəsmi olaraq qəbul olunduğunu göstərmişdir. Həmçinin şahid qismində dindirilmiş X9, X26, X16, X27, X32, X5, X35, X15, X34 eyni məzmunlu ifadələr verərək iş yoldaşı olmuş Maya Cəfərovanın ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmiş, iddiaçı ümümi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
12. Məhkəmə sorğusu əsasında vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********464900 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərar və keçirilmiş operativ vergi nəzarəti tədbirinə dair sənədlərin təsdiq olunmuş surətləri təqdim edilmişdir.
13. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********464900 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarı qəbul edildikdən sonrakı formada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021ci il tarixli **********1157 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 7 nəfərə mübasibətdə həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə hesablanmış maliyyə sanksiyasının (14000 manat hissədə) ləğv edilməsi kimi nəzərə alınmışdır.
14. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, altı nəfər işçiyə münasibətdə tətbiq olunan maliyyə sanksiyasını qəbul edir, lakin işçilərdən Elnarəyə, Sevincə, Elladaya, Şəhlaya, Ramiləyə, Naziləyə, Lamiyaya münasibətdə tətbiq edilən maliyyə sankasiyasını qəbul etmir. Belə ki, Sevinci və Şəhlanı ümumiyyətlə tanımır, Elnarə onun işçisi olmayıb, Ellada, Ramilə, Nazilə, Lamia işə baxmağa gəlmişdilər, lakin iş ağır olduğu üçün həmin işi bəyənmədilər. Nişanəyə münasibətdə də Dövlət Vergi Xidməti qərarı ləğv edib.
15. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
16. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.
18. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
20. İPM-in 32.2.2-ci maddəsinə əsasən, barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.
21. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
22. Odur ki, iddia tələbi Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********464900 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarı qəbul edildikdən sonrakı formada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1157 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 7 nəfərə mübasibətdə həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə hesablanmış maliyyə sanksiyasının (14000 manat hissədə) ləğv edilməsi kimi nəzərdən keçirilir.
23. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
24. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
25. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolunda yerləşən şüşə butulkaların qəbulu anbarında operativ vergi nəzarəti keçirilmişdir.
26. Operativ yoxlama zamanı iddiaçı tərəfindən verilmiş izahata əsasən qeyd edilən ünvanda şüşə qəbulu anbarında çalışan işçilərdən 14 nəfəri (Kəmalə, Təranə, Elnarə, Nişanə, Maya, Sevinc, Ellada, Həlimə, Məlahət, Şəhla, Ramilə, Rəşidə, Nazilə, Lamia) ilə əmək müqaviləsi xidməti müqavilə bağlanmayıv, Onların əmək haqqı onun tərəfindən nağd qaydada ödənilir. -X1 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 10 gündür ki, İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında işə götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Elnarə və Mayanı tanıdığını, iş saatının saat 10:00-dan 17:00-a qədər olduğunu, əmək haqqının 120 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında işə şüşə yuyan götürüldüyünü, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Mayanı tanıdığını, iş saatının saat 08:00-dan 17:00-a qədər olduğunu, əmək haqqının 120 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -X10 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, əmək haqqının 120 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Mayanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. - X22 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 4 gündür İddiaçı tərəfindən şüşə butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, əmək haqqının gündəlik 6-7 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Elnarəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -X4 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən işə götürüldüyünü, iş saatının 08:30-dan 18:00-a qədər olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Nazilə və Zəhranı tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -X8 xx.xx.2021-ci il tarixli etirafedici izahatında bir həftədir ki, İddiaçı tərəfindən şüşə yuyan kimi işə götürüldüyünü, iş saatının 10:00-dan 17:00-a qədər olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Nişanə və Sevinci tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -X70 xx.xx.2021-ci il tarixli etirafedici izahatında bir həftədir ki, İddiaçı tərəfindən şüşə yuyan kimi işə götürüldüyünü, iş saatının 09:00-dan 17:00-a qədər olduğunu, 6 manat əmək haqqı aldığını, obyektdə özündən başqa işləyən işçilərdən Maya, Elnarə və Kəmaləni tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -X14 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən şüşə yuyan kimi işə götürüldüyünü, iş saatının 08:00-dan 18:00-a qədər olduğunu, 6 manat əmək haqqı aldığını, obyektdə özündən başqa işləyən işçilərdən Maya və Həliməni tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -X7 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 gündür ki, İddiaçı tərəfindən işə götürüldüyünü, iş saatının 08:30-dan 18:00-a qədər olduğunu, gündəlik əmək haqqının təqribən 10 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Kəmalə və Lamiyəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -X11 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 19 aprel 2021-ci il tarixindən İddiaçı tərəfindən butulkaların qəbulu anbarında şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, iş saatının 08:00-dan 17:00-a qədər, əmək haqqının gündəlik 6 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Naziləni tanıdığını, onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -İşçi Şabanova (Musayeva) Rahidə Qurbanəli qızı xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 aydır ki, İddiaçı tərəfindən butulka yuyan vəzifəsinə işə götürüldüyünü, iş saatının 09:00-dan 16:00-a qədər, əmək haqqının gündəlik 5 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Həlimə, Lamiyə, Ramiləni tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -X12 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 19 aprel 2021-ci il tarixindən İddiaçı tərəfindən işə götürüldüyünü, iş saatının 08:00-dan 17:00-a qədər, əmək haqqının gündəlik 6 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Mayanı tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir. -X13 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən şüşə yuyan vəzifəsinə işə götürüldüyünü, iş saatının 08:00-dan 17:00-a qədər, əmək haqqının gündəlik 6 manat olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Lamiyə, Qızqayıt, Məlahəti tanıdığını və onunla əmək və ya xidməti müqavilə müqavilə bağlamadığını bildirmişdir.
27. Məhkəmə qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır.
28. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə (iddiaçının özünün və işçilərin verdiyi izahatlarla) təkzib edilmişdir.
29. Cavabdeh tərəfindən təqdim edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla bağlı məhkəmə qeyd edir ki (həmin qərarla iddiaçı barəsində amnistiya aktı tətbiq edilməklə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir), İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, İPM-ə əsasən istintaq orqanının deyil, məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən mövqe Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 25 mart 2004-cü il tarixli qərarında da ifadə edilib. Həmin qərardan: ...İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.
30. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
31. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
32. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva