Məhkəmə qərarları › İş №2-1(112)-3153/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3153/2021

04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3153/2021 04.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı kimi məzuniyyət və müalicə pulunun N qat ödənilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu kimi xidmət etdiyi N4 mart N001-ci ildən 16 fevral N017-ci ilədək illərin hər ili üçün məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət, hər il üçün iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin N-1(11N)-3153/N0N1 saylı 09.0N.N0N1-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona N01N, N013 və N014-cü illər üzrə kəşfiyyat və əks-kəşfiyyat subyekti kimi məzuniyyət və müalicə pulunun N qat ödənilməsinin öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, N4 mart N001-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyində 00N3 saylı əmrə əsasən 05N saylı xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət etmiş,+ 04 Dekabr N015-ci il tarixdə Goranboy rayonu Tap Qaraqoyunlu istiqamətində tapşırığı icra edib geri qayıdarkən mina partlayışında xəsarət almış və ayağının üçdə biri amputasiya olunub. Kəşfiyyat və Əkskəşfiyyat Fəaliyyəti Haqqında Azərbaycan Respublikası Qanununun N0.6-cı maddəsi: Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinat verilir. Lakin ona iki aylıq deyil, yalnız bir aylıq pul təminatı məbləğində müavinat verilib. Həmin qanunun N0.7-ci maddəsi: Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinat verilir. Lakin qeyd olunan birdəfəlik müavinat ona ödənilməyib. Qeyd olunan güzəştlərdən yararlanmaq və ona çatası təminatları almaq üçün 0N Noyabr N0N0-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin Müdafiə Nazirliyi onun həmin müraciətinə cavab verməyib. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı münasibətini (etirazı) məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia tələbi müddət ötürüldükdən sonra irəli sürülüb. N015-ci ilə qədər olan sənədlər Azərbaycan Respublikası Müdafiə nazirinin N3.1N.N006-cı il tarixli 0150 nömrəli əmrinin tələblərinə əsasən saxlama müddəti başa çatdığına görə məhv edilmişdir. İddiaçı N016-cı ildə növbəti məzuniyyətə çıxarkən 1N78 manat (aylıq pul təminatının iki misli məbləğində) əlavə pul təminatı ödənilmişdir. İddiaçı nəiki xüsusi, hətta ümumi iddia müddətinin vaxtını ötürmüşdür. Belə ki, mübahisələndirdiyi münasibətlər N001-N016-cı illərə aid olduğu halda, o, N0N0-ci ildə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini qat-qat ötürmüşdür. İddiaçı ehtiyata buraxılarkən ona vəzifə və rütbə maaşlarının beş misli miqdarında birdəfəlik müavinət və birdəflik pul mükafatı ödənilmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nümayəndəsi X3 iddia ərizəsinə dair yazılı münasibətini (etirazı) məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı Maliyyə və Büdcə İdarəsində saxlanılan şəxsi işindən göründüyü kimi o, N4.03.N001-N4.03.N014-cü il tarixlərdə N nömrəli hərbi hissədə, N4.03.N014-0N.11,N016-cı il tarixlərdə N nömrəli hərbi hissədə xidmət etmişdir. "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikasının N9.06.N004-cü il tarixli 711-İİQ nömrəli Qanununa və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03.N.N004-cü il tarixli 104 nömrəli Fərmanına uyğun olaraq kəşfiyyat və əkskəşfiyyat subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində və onların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət ödənilir. Yuxarıda qeyd edilən Qanunun 7.1.1-ci yarımbəndində göstərilən ("xarici dövlətlərin, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına təhdid edən real və potensial imkanları, hərəkətləri, planları və niyyətləri barədə məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması") vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq Müdafiə Nazirliyində kəşfiyyat fəaliyyətini həyata keçirən orqanların siyahısı müdafiə nazirinin əmri ilə elan olunur. Qanunda göstərilən vəzifələri yerinə yetirməyən, lakin ştatlarında kəşfiyyatçı vəzifələri müəyyən edilmiş hərbi hissələr subyekt elan edilmir. İddiaçı xüsusi təyinatlı hərbi hissələrdə xidmət etdiyi müddətdə yalnız 05.04.N014-cü il tarixdən müdafiə nazirinin müvafiq əmrinə əsasən onun N nömrəli hərbi hissədə tutduğu "N nömrəli hərbi hissənin xüsusi təyinat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı" vəzifəsi onun xidmətinin sonunadək (0N.11.N016) "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının vəzifələri" siyahısında xüsusi qeydlə öz əksini tapmışdır. Həmin qeydə əsasən, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat orqanlarının, o cümlədən N nömrəli hərbi hissənin hərbi qulluqçuların, komandanlığın sərəncamına əsasən yalnız düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat (kəşfiyyat-diversiya) fəaliyyətini həyata keçrmək üçün təyin olunduqları və bu fəaliyyəti həyata keçirdikləri təqdirdə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunurlar. N014-cü ilə qədər N nömrəli hərbi hissə "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikasının N9.06.N004-cü il tarixli 711-İİQ rünrəli Qanunun 7.1.1-ci yarımbəndində göstərilən vəzifələrin yerinə yetirilməsinə cəlb edilmədiyinə görə o, müdafiə nazirinin əmri ilə kəşfiyyat fəaliyyəti subyekti elan edilməmişdir. Bu səbəbdən də İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olmamışdır. N014-cü ildə N nömrəli hərbi hissənin tabeliyində N nömrəli hərbi hissə yaradılmışdır və N nömrəli hərbi hissə komandirinin 03.04.N014-cü il tarixli 93 nömrəli əmri ilə İddiaçı N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin edilmişdir və müdafiə nazirinin 05.04.N014-cü il tarixli müvafiq əmri ilə o, kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı elan edilmişdir. N nömrəli hərbi hissədən aldıqları bank reyestrlərinə əsasən İddiaçı N nömrəli hərbi hissədə N və N016-cı illərdə ödənilmişdir: N015-ci ildə növbəti məzuniyyətə çıxarkən 118N manat məbləğində müavinət; -N015-ci ildə müalicə olunmaqla bağlı 118N manat məbləğində müavinət; -N016-cı ildə növbəti məzuniyyətə çıxarkən 1N78 manat məbləğində müavinət; -N016-cı ildə müalicə olunmaqla bağlı 1N78 manat məbləğində müavinət. N nömrəli hərbi hissə N014-cü ildə N nömrəli hərbi hissənin tabeliyində yaradılmışdır və onun müstəqil maliyyə xidməti olmadığı üçün o, N014-cü ildən bu vaxta qədər tabeçilik üzrə N nömrəli hərbi hissədə maliyyə təminatına qoyulmuşdur və bu səbəbdən də bütün ödənişlər N nömrəli hərbi hissə tərəfindən aparılmışdır. Digər pul təminatı növləri, o ornlədən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına hər il məzuniyyətə çıxarkən müavinət və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə birdəfəlik müavinət hərbi hissələrdə hərbi qulluqçulara əlavə paylama cədvəlləri ilə ödənilir. Həmin cədvəllər və pulların alanlara köçürülməsini təsdiq edən bank reyestrləri arxivə təhvil verilmir və onların hərbi hissələrdə saxlama müddəti N ildir. Bu müddət bitdikdən sonra həmin cədvəllər və bank reyestrləri müvafiq qaydada məhv edilirlər. Bu səbəbdən də İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi N014-cü il üzrə yuxarıda qeyd edilən müavinətlərin ona ödənilməsini təsdiq edən əlavə paylama cədvəlləri və bank reyestrləri müvafiq qaydada ləğv edildiyindən həmin müavinətlərin ona ödənilməsi barədə məlumat almaq mümkün olmamışdır. N014-N016-cı illərdə hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində və müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin İddiaçı tam həcmdə ödənildiyini nəzərə alaraq onun Midafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı "birdəfəlik müavinətin ödənilməsi tələbi"nə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Quliyeva iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi S.Qarayev iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, etiraza əlavə təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində saxlanılan İddiaçı şəxsi (pensiya) işinə baxış zamanı məlum olmuşdur ki, o 04.1N.N015-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində travma almışdır. Travma nəticəsində İddiaçı sol baldırının aşağı 1/3-i səviyyəsində amputasiyası olunmuşdur və bununla əlaqədar N016-cı il ərzində o uzun müddət müayinə və müalicə olunmuşdur. Bu səbəbdən də İddiaçı N016-cı ildə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşına aid olan vəzifələri, o cümlədən: - "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikasının N9.06.N004-cü il tarixli 711-İİQ nömrəli Qanunun 7.1.1-ci yarımbəndində göstərilən "xarici dövlətlərin, təşkuiatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına təhdid edən real və potensial imkanları, hərəkətləri, planları və niyyətləri barədə məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması"; - "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının vəzifələri" siyahısında xüsusu qeydlə göstərilən "Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat orqanlarının hərbi qulluqçuları, komandanlığın sərəncamına əsasən yalnız düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat (kəşfiyyat-diversiya) fəaliyyətini həyata keçirmək üçün təyin olunduqları və bu fəaliyyəti həyata keçirdikləri təqdirdə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunurlar" yerinə yetirə bilməzdi və faktiki yerinə yetirməmişdir. Ona görə də, "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikasının N9.06.N004-cü il tarixli 711-İİQ nömrəli Qanunun N0.6-cı və N0.7-ci bəndlərində göstərilən: "kəşfiyyat və əks-kəşfiyyat subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində və onların müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətlər N016-cı il üçün İddiaçı ödənilə bilməzdi və ödənilməmişdir. Məhkəməyə təqdim edilən, Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin 0N.04.N0N1- ci il tarixli 1N/756 nömrəli etirazında və N nömrəli hərbi hisənin N.03.N0N1-ci il tarixli 88N nömrəli arayışında göstərilən - İddiaçı müvinətlərin ödənilməsi ilə bağlı bildirirlər ki, N015-ci ildə olan ödənişlər N014-cü ilə, N016-cı ildə olan ödənişlər isə N015ci ilə aiddir. N014 və N015-ci illərdə hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində və müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin İddiaçı tam həcmdə ödənildiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-3153/N0N1 saylı, 04 iyun N0N1-ci il tarixli qərardadı ilə iddia tələbi “N014-cü il üzrə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi məzuniyyət və müalicə pulunun N qat ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - SQ № ******* saylı 15 may N000-ci il tarixli şəxsi vəsiqənin surətindən görünür ki, N0 avqust N76-cı il tarixdə Dəvəçi rayonunun Sədən kəndində anadan olmuş İddiaçı SQ-nın zabit heyətinin təkmilləşdirmə kursunda olmuşdur. - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş № 059N93 saylı N9 iyun N017-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz müharibə veteranı adı verilmişdir. - Yasamal rayon Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş № 000550 saylı 07 aprel N017-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı 05 aprel N017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar N-ci qrup əlillik verilmişdir. - N nömrəli hərbi hissə komandirinin N8 dekabr N016-cı il tarixli № 377 saylı əmrindən çıxarışdan görünür ki, Baş gizir İddiaçı Əbdülkərim oğlu - N nömrəli hərbi hissənin-Xüsusı əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı - Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N noyabr N016-cı il tarixli 03N9 gm nömrəli əmri ilə, Hərbi xıdmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cu maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verməklə ehtiyata buraxıldığına gorə işlərı və vəzifəsini təhvil vermiş hesab edilsin, N016-cı ilin növbəti məzuniyyətinin qalığı (50 təqvim günü) verilməklə 16 fevral N017-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından bütun növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə göndərilmiş. Baş gizir İddiaçı Əbdülkərim oğlu Azərbaycan Respublikası, Müdafiə nazirinin 0N iyun N00N-ci il tarixli NN0 nömrəli əmrinə əsasən N016-cı ildə xidmət etdiyi dövr ücün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Baş gizir İddiaçı Əbdülkərim oğluna ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinatı verilmiş. - N016-cı il ücün nəzərdə tutulmuş maddi yardım ödənilib. Əsas: Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N noyabr N016-cı ıl tarixli 03N9 gm nömrəli əmrindən çıxarış (d/o№346). - Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddia dair verilmiş etirazına əlavə edilmiş, İddiaçı Əbdülkərim oğlunun N6.0N.N0N0-ci il tarixli 11/1149 nömrəli məktubuna cavab məktubunun ünvanlanması barədə 13.03.N0N0-ci il tarixli № 733 saylı məktubunun surətindən görünür ki, hərbi hissənin maliyyə xidməti üzrə N015-ci ilə qədər olan sənədlər Azərbaycan Respublikası Müdafiə nazirinin N3 dekabr N006-cı il tarixli 0150 nömrəli əmrinin tələblərinə əsasən saxlama müddəti başa çatdığına görə məhv edildiyindən hərbi hissənin sabiq hərbi qulluqçusu, ehtiyatda olan baş gizir İddiaçı Əbdülkərim oğluna N001-N015-ci illər üzrə hansı müavinətlərin ödənilməsi barədə məlumat vermək mümkün deyildir. İddiaçı Əbdülkərim oğluna N016-cı ildə növbəti məzuniyyətə çıxarkən 1N78 (bir min iki yüz yetmiş səkkiz) manat (aylıq pul təminatının iki misli məbləğində) əlavə pul təminatı,1N78 (bir min iki yüz yetmiş səkkiz) manat (aylıq pul təminatının iki misli məbləğində) müalicə və müayinə olunmaqla bağlı müavinət, 950 (doqquz yüz əlli) manat (rütbə və vəzifə maaşının iki misli məbləğində) tam həcmdə birdəfəlik pul mükafatı ödənilmişdir. İddiaçı Əbdülkərim oğlu Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N noyabr N016-cı il tarixli 03N9 gm nömrəli əmrinə əsasən xəstəliyə görə ehtiyata buraxılarkən ona Azərbaycan Respublikası Müdafiə nazirinin N oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 35.1.1-ci maddəsinə əsasən vəzifə və rütbə maaşlarının 5 (beş) misli miqdarında birdəfəlik müavinət, həmin Əsasnamənin N7.1 və N7.N-ci maddələrini nəzərə alaraq N017-ci ilin yanvar ayı üçün 79 (yetmiş doqquz) manat (həmin il cəmi bir ay xidmət etdiyinə görə) birdəfəlik pul mükafatı ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin N oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərinə əsasən hərbi qulluqçulara N illik pul təminatı məbləğində sığorta haqqının ödənilməsi nəzərdə tutulmadığından hərbi hissənin maliyyə xidməti tərəfindən İddiaçı belə bir müavinət ödənilməmişdir. - 11 yanvar N016-cı il tarixli № 356 saylı xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin 14.1N.N015-ci il tarixli 3N0 nömrəli göndərişi ilə SQ BKH cərrahiyyə profilli hospitalının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş xx.xx.N76-cı il təvəllüdlü İddiaçı Əbdülkərim oğlu N9.N.N000-ci ildən Silahlı Qüvvələrdədir. Anamnezi 04.1N.N015-ci il tarixdə döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində travma almışdır (təsdiqedici sənəd: N nömrəli hərbi hissə komandirinin 14.1N.N015-ci il tarixli 3N nömrəli arayışı). Mina partlayış travması nəticəsində sol aşağı ətrafın açıq-baldır oynağı səviyyəsində travmatik qopmasına görə aparılmış baldırın aşağı 1/3-i səviyyəsində amputasiyasından və baldırın orta 1/3-i səviyyəsində reamputasiyasından sonrakı güdülü. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin № 05N saylı hərbi hissəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinə göndərilmiş 31.05.N0N1-ci il tarixli № 15N1 saylı məktubun surətindən görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı 04.1N.N015-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində travma aldığı və bu səbəbdən uzun müddət müalicə və müayinə olunduğu üçün N016-cı ildə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının üzərinə düşən vəzifələri yerinə yetirə bilməmişdir. Bu səbəbdən də, kəşfiyyat subyekti əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı İddiaçı N016-cı il üçün ödənilməmişdir. Belə ki, verilən tapşırıqların yerinə yetirilməsi cari ilin sonuna təsadüf etdiyinə görə N.03.N0N1-ci il tarixli 88N nömrəli arayışda göstərilən müavinətlərin İddiaçı, N015-ci ildə olan ödənişlər N014-cü ilə, N016-cı ildə olan ödənişlər isə N015-ci ilə aiddir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05N saylı hərbi hissəsi tərəfindən verilmiş N6.04.N0N1-ci il tarixli № 8304 saylı arayışa əsasən İddiaçı 30.06.N013-cü il, 17.01.N014cü il və N4.07.N014-cü il tarixlərdə döyüş tapşırıqlarında iştirak etmişdir və bu təsdiq edilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05N saylı hərbi hissəsi tərəfindən verilmiş N.03.N0N1-ci il tarixli № 88N saylı arayışından görünür ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 05 aprel N014 - cü il tarixli 00N №-li əmri ilk dəfə N nömrəli hərbi hissəyə N014 ci ildə şamil edilmişdir. N015-ci ildə İddiaçı 118N (bir min yüz səksən iki) manat növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, 118N (bir min yüz səksən iki) manat müalicə və müainə olunmaqla bağlı müavinət, N016 - cı ildə 1N78 (bir min iki yüz yetmiş səkkiz) manat növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, 1N78 (bir min iki yüz yetmiş səkkiz) manat müalicə və müayinə olunmaqla bağlı müavinət ödənilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin N3 dekabr N006-cı il tarixli 0150 nömrəli əmrinə əsasən N001-ci ildən N015-ci ilədək olan sənədlər məhv edildiyi üçün məlumatları təqdim etmək mümkün deyil. Məhkəmə sorsuğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən göndərilmiş № 11/N041 saylı 30.04.N0N1-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən göndərilmiş № 15/1N11 saylı NN.04.N0N1-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə vətəndaşların sorğusuna əsasən onların pulsuz müayinə və müalicədən istifadə edə bilmələri üçün Azərbaycan Ordusu sıralarından ehtiyata (istefaya) buraxılarkən tutduqları vəzifənin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşlarının siyahısında daxil edilməsi barədə arayışlar verir. İddiaçı Məhkəməyə təqdim etdiyi 13.10.N0N0-ci il tarixli 15/1835 nömrəli arayışın tərtibatı zamanı texniki səhv baş vermişdir. Belə ki, həmin arayışda “tutduğunuz” sözündən əvvəl “sonuncu” sözü unudulmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmə ünvanlanmış 0N.04.N0N1-ci il tarixli № 1N/754 saylı məktubundan görünür ki, "Kəşfiyyat və əkskəşfiyyat haqqında" Azərbaycan Respublikasının N9.06.N004-cü il tarixli 711-İİQ nömrəli Qanununa və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03.N.N004-cü il tarixli 104 nömrəli Fərmanına uyğun olaraq kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahısı müdafiə nazirinin müvafiq əmri ilə təsdiq edilir. Sabiq hərbi qulluqçu İddiaçı xüsusi təyinatlı hərbi hissələrdə xidmət etdiyi müddətdə yalnız 05.04.N014-cü il tarixdən müdafiə nazirinin müvafiq əmrinə əsasən onun N nömrəli hərbi hissədə tutduğu "N nömrəli hərbi hissənin xüsusi təyinat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı" vəzifəsi onun xidmətinin sonunadək (0N.11.N016) "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının vəzifələri" siyahısında xüsusu qeydlə öz əksini tapmışdır. Həmin qeydə əsasən xüsusi təyinatlı qüvvələrin kəşfiyyat orqanlarının, o cümlədən N nömrəli hərbi hissənin hərbi qulluqçuları, komandanlığın sərəncamına əsasən yalnız düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat (kəşfiyyat-diversiya) fəaliyyətini həyata keçirmək üçün təyin olunduqları və bu fəaliyyəti həyata keçirdikləri təqdirdə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunurlar. İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə onun tutduğu vəzifə müdafiə nazirinin müvafiq əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahısında öz əksini tapmamışdır. - 05N saylı hərbi hissə komandirinin N aprel N014-cü il tarixli № 93 saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 yanvar N014-cü il tarixli 09 nömrəli əmrinə əsasən, Xüsusi Təyinatlı Qüvvələrin quruluşunda təşkilati-ştat tədbirlərinin aparılması ilə əlaqədar olaraq,“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81 -ci maddəsinin “a” bəndinə (ştatların ixtisarı ilə əlaqədar) müvafiq olaraq, 05N saylı hərbi hissənin baş gizir İddiaçı xüsusi təyinatlı alayın xüsusi təyinatlı qrupunun baş kəşfiyyatçısı vəzifəsindən azad edilərək 05N saylı hərbi hissənin tabeçiliyində olan NN saylı hərbi hissədə xüsusi əməliyyat briqadasının, xüsusi əməliyyat taborunun, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsinə təyin olunub. Əsas: 05N saylı hərbi hissə komandirinin N4 mart N014-cü il tarixli 007 gm nömrəli əmri. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin N may N0N1-ci il tarixli № 15/1359 saylı məktubundan görünür ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu 05 avqust N004-cü il tarixdə qüvvəyə minmişdir. Belə ki, İddiaçı N4.03.N001-ci il tarixdən 05.N.N004-ci il tarixədək “kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşı hesab edilməsi ilə bağlı iddiasının hüquqi əsası yoxdur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.N-ci maddəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin maddənin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” 186 nömrəli N8 yanvar N005-ci il tarixli Fərmanına əsasən, Müdafiə Nazirliyi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti hesab olunmuş və səlahiyyət dairəsi müəyyən edilmişdir. Müdafiə nazirinin 184 №-li N aprel N005- ci il tarixli əmri ilə “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” sahəsində qanunvericiliyin tətbiqinə başlanılmışdır, iddiaçının N aprel N005-ci il tarixdən 05 aprel N014-cü il tarixədək tutduğu vəzifə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının siyahılarına daxil edilməmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin siyahısTnın təsdiq edilməsi barədə Müdafiə nazirinin 05 aprel N014-cü il tarixli müvafiq əmrinə əsasən İddiaçı tutduğu vəzifə onun xidmətinin sonunadək həmin siyahılarda öz əksini tapmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə N01N, N013 -cü illər üzrə kəşfiyyat və əks-kəşfiyyat subyekti kimi məzuniyyət və müalicə pulunun N qat ödənilməsinin öhdəliyini cavabdehin üzərinə qoyulması xahiş edir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin qanuni əsasını Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun N0.6-cı və N0.7-ci maddəsi təşkil edir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.N-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3-cü maddəsinə əsasən əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrıayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4-cü maddəsinə əsasən əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. 6.1-cı maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 14.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.N-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.5-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xidməti vəsiqə verilir. N0.6-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. N0.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. İşin araşdırılmış hallarından göründüyü kimi, hazırki halda iddiaçı kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olduğunu, həmin dövrlərdə döyüş tapşırıqlarında iştirak etdiyini iddia edərək, N01N və N013-cü illər üzrə məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinətın və müalicə olunmaq ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının həmin dövrlərdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olmadığını qeyd edərək iddiaçının müraciətindən imtina edir. Belə olduğu halda iş üzrə araşdırılmalı məqam iddiaçının qeyd etdiyi dövrlərdə (N01N və N013-cü illər) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olubolmamasıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən, müvafiq sorğulara cavab məktublarından və işin araşdırılmış hallarından müəyyən olundu ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 05 aprel N014 -cü il tarixli 00N №-li əmri N nömrəli hərbi hissəyə ilk dəfə N014 -ci ildə şamil edilmişdir. 05N saylı hərbi hissə komandirinin N4 mart N014-cü il tarixli 007 gm nömrəli əmrinə əsasən baş gizir İddiaçı xüsusi təyinatlı alayın xüsusi təyinatlı qrupunun baş kəşfiyyatçısı vəzifəsindən azad edilərək 05N saylı hərbi hissənin tabeçiliyində olan NN saylı hərbi hissədə xüsusi əməliyyat briqadasının, xüsusi əməliyyat taborunun, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsinə təyin olunmuşdur. 05.04.N014-cü il tarixdən müdafiə nazirinin müvafiq əmrinə əsasən iddiaçının N nömrəli hərbi hissədə tutduğu "N nömrəli hərbi hissənin xüsusi təyinat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı" vəzifəsi onun xidmətinin sonunadək "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının vəzifələri" siyahısında xüsusu qeydlə öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçı N01N və N013-cü illərdə N nömrəli hərbi hissədə xüsusi təyinatlı alayın xüsusi təyinatlı qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət etmiş, həmin vəzifə isə müdafiə nazirinin müvafiq əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahısında öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına əsas olmamışdır. Azərbaycan Respublikasının İPM-nin N.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N01N və N013 illər üzrə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi məzuniyyət və müalicə pulunun N qat ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan, iddia tələbi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin N-ci, 34-cü, 68-ci, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N01N və N013 illər üzrə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi məzuniyyət və müalicə pulunun N qat ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar