Məhkəmə qərarları › İş №2-1(112)-3153/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3153/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3153/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Cavabdeh qərarının ləğv olunması və iddiaçıya xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeydə alınmaqla şəhadətnamə verilməsinin Cavabdehna həvalə olunması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Cavabdeh qərarının ləğv olunması və iddiaçıya xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeydə alınmaqla şəhadətnamə verilməsinin Cavabdehna həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.2023-cü il tarixli 263 nömrəli göndərişi əsasında Mərkəzi Hərbi Həkim komissiyasında olmuş və Cavabdeh 11 sentyabr 2023-cü il tarixli 9672 nömrəli qərarı ilə xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə xəstəliyinin səbəb əlaqəsi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeydə alınmışdır. Cavabdeh qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən verilmiş N aprel 2023-cü il tarixli 935 nömrəli travma haqqında arayışa əsasən iddiaçı baş gizir İddiaçı xx.xx.2020-ci il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəş nəticəsində “Sağ bazunun və sağ çiyin nahiyəsinin əziyi” diaqnozu ilə xəsarət almış, Həmçinin Arayışda xəsarətin “döyüş tapşırığını” yerinə yetirərkən alınması da qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixində mənə birinci qrup əlillik təyin edilmişdir. O, hal-hazırda həm də qalxan çənbər bağırsağın bədxassəli yenitörəməsinin İV (dördüncü) mərhələsindədir bu bütün bədəninə metastaz vermişdir. İddiaçı iyirmi ildən çox müxtəlif pozisiyalarda, ən çətin keçilməz döyüş nöqtələrində xidmət etmişəm. Xəstəliyimi və xəsarətimi də Qarabağın azadlığı uğrunda gedən vətən müharibəsi zamanı almışam. Müdafiə Nazirliyi tərəfindən ona “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Həmçinin cənab Prezident tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Bütün bunlara əsasən iddiaçının şəhadətnaməsi xidməti vəzifələrini yernə yetirərkən deyil dəmək, hərbi xidmət dövründə qeyd edilməsi ona qarşı böyük ədalətsizlikdir.Hərbi travmanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığına baxmayaraq Cavabdeh 9672 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilməm tamamilə əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Şəki RHK-sı tərəfindən 2002-ci ildən hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə xx.xx.2022-ci ildə MN Mərkəzi Hərbi Polikliniası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Qalxan çənbər bağırsağın regionar limfa düyünlərinə və qaraciyərə şoxsaylı metastazlarla müşayiət olunan pT3N1M1 İV mərhələli bədxassəli törəməsinə görə aparılmış subtotal kolektomiya. İleosiqmostomanın qoyulması. Böyük piliyin rezeksiyası. Qarın boşluğunun drenaj olunması cərrahi əməliyyatından (xx.xx.2023) və 8 kurs PKT-dan sonrakı vəziyyət. Sol böyrəyin kistası. Neyrosirkulyator asteniya, hipertenziv tip” diaqnozları ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən xx.xx.2021-ci il tarixdə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 8 a maddəsinin İİİ qrafasına əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmışdır. İddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı artilleriya atəşi nəticəsində “Sağ bazunun və sağ ciyin nahiyyəsinin əziyi” diaqnozu ilə xəsarət aldığını və bununla əlaqədar N saylı hərbi hissə komandiri tərəfindən xx.xx.2023-cü il tarixli 935 nömrəli travma haqqında arayış verildiyini göstərmişdir. Vətəndaşın hər hansı bir diaqnozla xəsarət alması müvafiq tibb müəssəsinin verdiyi çıxarış epikrizi və hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin İddiaçı qeyd edilən sənədləri şəhadətləndirilmə zamanı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən də İddiaçı həmin xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi təyin edilməmişdir. Atəşkəsdən sonra, yəni 1994-cü ilin may ayının 12-dən sonra xəstələnmiş və MN MHHK tərəfindən şəhadətləndirilmiş bütün hərbi qulluqçuların xəstəliklərinin hərbi xidmətlə səbəb-əlaqəsi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. İddiaçı təyin edilmiş xəstəliklər də atəşkəsdən sonrakı dövrə aiddir. Ona görə də vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi təyin edilməsi mümkün deyildir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alinmişdir” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2. bəndinin “c” yarımbəndinin tələblərinə ziddir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mahiyyətcə cavabdeh tərəfindən qərarın dəyişdirilməsi tələbindən ibarət olmaqla” mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir.

İş materiallarında olan:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1981-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 10 fevral 2023-cü il tarixdə verilmiş M/V 111350 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. İ-4704 nömrəli vəsiqədən görünür ki, İddiaçı “Suqovuşanın azad olunmasına görə” medal ilə təltif olunmuşdur. İ-45000 nömrəli vəsiqədən görünür ki, İddiaçı “vətən müharibəsi iştirakçısı” medal ilə təltif olunmuşdur. Səfərbərlik və Hərbi Xidemətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 157 nömrəli arayışında qeyd edilmişdir ki, 1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində hərbi qeydiyyatdadır və xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Silahlı qüvvələrində müddətli, xx.xx.2002-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə gizirlərin həqiqi hərbi xidmətində olmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Vətən müharibəsi zamanı gedən döyüşlərdə iştirak edib, xx.xx.2020-ci il tarixdə Talışkən istiqamətində gedən döyüş zamanı düşmən tərəfindən atılan artillerya nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası Müdafi Nazirliyinin Quru Qoşunlar Komandanın xx.xx.2022-ci il tarixli 0118 gm nömrəli əmri ilə Azərbaycan Ordusundan tərxis olunmuşdur. N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.2023-cü il tarixli “Travma haqqında arayış”nda göstərilmişdir ki, baş gizir İddiaçı xx.xx.1981 – xx.xx.2020-ci il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atış nəticəsində “Sağ bazunun və sağ çiyin nahiyəsinin əziyi” diaqnozu ilə xəsarət almışdır. Xəsarət “döyüş tapşırığını” yerinə yetirərkən alınmışdır Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 9672 nömrəli, 11 sentyabr 2023-cü il tarixli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən, özünü (iddiaçı) 10 ildir ki, xəstə hesab edir. Xəstəliyinin başlanmasını heç nə ilə əlaqələndirmir. Şikayətləri artdığı üçün xx.xx.2023-cü ildə ATU TCK-na müraciət etmişdir. Endoskopik müayinə zamanı kor bağırsağın törəməsi aşkar edilib və əməliyyat məsləhət görülmüşdür. xx.xx.2023xx.xx.2023-cü il tarixdək ATU TCK-da "Yoğun bağırsağın polipozu. Kor bağırsağın orta defferensiyalı adenokarsinoması pT3N1b" diaqnozu ilə stasionar müalicədə olmuş, xx.xx.2023-cü il tarixdə "Subtotal kolektomiya, yan-yana ileosiqmoanastomozun qoyulması, böyük piyliyin rezeksiyası. Qarın boşluğunun drenə olunması" əməliyyatı icra edilmişdir (əsas:epikriz). xx.xx.2023-xx.xx.2023-cü il tarixədək МОМ-da "Qalxan çənbər bağırsağın karsinoması, regionar LAP. Qaraciyərə metastaz. Əməliyyatdan sonrakı vəziyyət" diaqnozu ilə stasionar müalicədə olmuş, PKT icra edilmişdir (əsas: çıxarış epikrizi). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəisi tərəfindən xəstəliyinin səbəb əlaqəsinin təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-ın onkoloqu ilə konsultasiya olunmuşdur... Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: qalxan çənbər bağırsağın regionar limfa düyünlərinə və qaraciyərə çoxsaylı metastazlarla müşayiət olunan pT3N1M1 İV mərhələli bədxassəli törəməsinə görə aparılmış subtotal kolektomiya, ileosiqmostomanın qoyulması, böyük piliyin rezeksiyası, qarın boşluğunun drenaj olunması cərrahi əməliyyatından (xx.xx.2023) və 8 kurs PKT-dan sonrakı vəziyyət. Sol böyrəyin kistası. Neyrosirkulyator asteniya, hipertenziv tip. 11 sentyabr 2023-cü il tarixli Ştatlı Hərbi-Həkim Komissiyasının qərarına görə iddiaçı həm dinc dövrdə, həmdə müharibə dövründə hərbi xidmətə yararsızdır. Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçı barədə qərarı : “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, X3 “Qalxan çənbər bağırsağın bədxassəli yeni törəməsi pT3N1bM1, mərhələ İV2. Qaraciyərin ikincili bədxassəli yenitörəməsi, qaraciyərə MTS” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən ümumi xəstəllik səbəbi ilə birinci dərəcəli əlillik müddətsiz təyin edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair təqdim edilmiş etiraza əlavə olaraq inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

7. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; - 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən: -- 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. - 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. - 1.6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlar və orqanlarda hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) yaradılması qaydaları, onların hüquq və vəzifələri, bu Əsasnamənin tətbiqi qaydaları, habelə hərbihəkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarlarının rəsmiləşdirilməsi, baxılması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. - 1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. - 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. İş materiallarından göründüyü kimi, iddiaçı müharibə veteranıdır, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Vətən müharibəsi zamanı gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlər zamanı “sağ bazunun və sağ çiyin nahiyəsinin əziyi” diaqnozu ilə xəsarət almışdır. Hərbi həkim komissiya tərəfindən şəhadətləndirilməsi zamanı iddiaçının aldığı xəstəliyinin -“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2.-ci bəndinin ç) yarımbəndinə əsasən “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi səbəb əlaqəsi müəyyən edilmişdir. İddiaçının öz tələbində xəstəliyinin səbəb əlaqəsinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən almışdır” kimi qeydə alınmasını xahiş etsə də, məhkəmə araşdırılması zamanı onun xəstəliyinin hərbi travmaya aid olması sübuta yetirilməmişdir. Belə ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin c) yarımbəndinə əsasən “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən almışdır” qərarına qanunverici tərəfindən aid edilmiş halların heç biri mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının mübahisələndirilən (9672 nömrəli, xx.xx.2023-cü il) qərarı qanuna uyğun əsaslarla qəbul edildiyindən, qanuni hesab edilməlidir.

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

10. Məhkəmə hesab edir cavabdeh qanuvericiliyin tələblərinə uyğun olaraq işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırdıqdan sonra düzgün nəticəyə gələrək qərar qəbul etmişdir.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

12. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Cavabdeh qərarının ləğv olunması və iddiaçıya xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeydə alınmaqla şəhadətnamə verilməsinin Cavabdehna həvalə olunması” barədə iddia tələbi təmin edilməməlidir.

13. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

15. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar