Məhkəmə qərarları › İş №2-1(112)-3154/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3154/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3154/2023 17.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Üçüncü şəxs X6, Üçüncü şəxsin vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxs X16) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X6 ona məxsus fərdi yaşayış evinə pasport qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Nizami Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1993-cü il tarixdə pulunu ödəməklə üçüncü şəxsdən satın almışdır. Lakin həmin ev qanunsuz tikili olduğundan rəsmi alqı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. Həmin tarixdən üçüncü şəxs bu ünvanda yaşamamış və yaşadığı Bakı şəhəri Xətai rayonu X25 küçəsi ev 21-də yerləşən 60 nömrəli mənzilə köçmüş və həmin ünvana qeydiyyata düşmüşdür. Lakin 2012-ci il tarixdə iddiaçının hazırda yaşadığı evin söküləcəyini eşidən üçüncü şəxs dərhal Bakı şəhəri 2 saylı İnzibati-İqtisad məhkəməsinə müraciət edərək məhkəməni aldatmaq hesabına qeydiyyata düşməyə nail ola bilmişdir. Belə ki, 2 saylı İnzibati-İqtisad məhkəməsinin 29 noyabr 2012-ci il tarixdə qəbul edilmiş 2in(82)-1343/2012 saylı qərarında qeyd edilmişdir ki, güya üçüncü şəxs ünvan 4 ünvana qeydiyyata alınmır. Lakin hazırki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nizami rayon məhkəməsinə üçüncü şəxsin verdiyi iddia ərizəsində qeyd edilən faktiki yaşayış ünvamndan da görünür ki, üçüncü şəxs bu ünvanda yaşamır. Bu hal Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2210/2019 saylı qəlnaməsindədə öz təsdiqini tapır və həmin qətnamə Bakı Apelyasiya məhkəməsinin Mülki Kolleqiyasınuı xx.xx.2020-ci il tarixli 2(103)-1174/2020 saylı qətnaməsi ilə də təsdiq olunmuşdur. Bundan sonra iddiaçı üçüncü şəxsin ünvan 6 ünvanında yaşamadığını əsas gəlirərək onun pasport qeydiyyatının ləğv olması üçün cavabdehə müraciət etsə də bu günə qədər cavabdeh onun müraciətinə cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13461/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X16 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və üçüncü şəxsin vəkili iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1952-ci il təvəllüdlü Vəliyev X2 rayonu, Alıbəyli kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Nərimanov rayon İcraiyyə Komitəsinin Zəhmətkeş Deputatlarının İclasının 25 iyul 1969-cu il tarixli, 8 nömrəli protokolundan görünür ki, İcraiyyə Komitəsi tərəfindən özbaşına tikili olan ev 231-də yaşayan X21, Hacıyeva Xasagül Minbaşı qızı, X22, X7 qeydiyyata götürülməsi Nərimanov rayon milis orqanına həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2in(82)- 1343/2012 nömrəli 29 noyabr 2012-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı X6 ünvan 9 ünvanına qeydiyyata alınmasının cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı inzibati Məhkəməsinin 2in(82)-1343/2012 nömrəli, 1xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı X8 cavabdeh Nizami rayon Polis İdarəsinə qarşı “iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iddia ərizəsi üzrə iş üzrə qəbul edilmiş 29 noyabr 2012-ci il tarixli qərarın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və 3-cü şəxs qismində cəlb edilməsi barədə İddiaçı, X1, X9 vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1920/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X8 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı "qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2in(82)-1343/2020 saylı qərardadından İddiaçı, X10 və X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı inzibati Məhkəməsinin 12 noyabr 2020ci il tarixli, 2in(82)-1343/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2210/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X8 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər İddiaçı, X3 və X11 qarşı “cavabdehlərin evdən çıxarılmaları və onların evə köçürülmələri” tələbinə dair iddiaları, İddiaçı cavabdeh X12 qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2( 103)-1174/2020 saylı qətnaməsi ilə iddiaçı X18 və üçüncü şəxs X22 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2210/2019 saylı mülki iş üzrə qəbul etdiyi 02 oktyabr 2019-cu il tarixli qətnaməsi iddiaçı X8 və üçüncü şəxs X13 iddiasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 61/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 2210/2019 saylı qətnaməsi 25 iyun 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-27559-1222 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixli 2-1(112)-13461/2022 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, xx.xx.1953-cü il təvəllüdlü X18 xx.xx.2013cü il tarixdən hal-hazıradək ünvan 11 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, Ş.Quliyevanın qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 087-35953-1222 nömrəli məktubu ilə göndərilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki: X18 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qərarı əsasında qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi, 231 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Bakı şəhər Nizami rayon sektorunun xx.xx.2023-cü il tarixli 94 nömrəli arayışında qeyd edilmişdir ki, Vəliyev X2 rayonundan məcburi köçkün düşüb. Nizami rayonu, Keşlə qəs, P.Fərzəliyev 231 ünvanında müvəqqəti qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır: h/ yoldaşı- X26, oğlu X33, gəlini X14, nəvəsi X23, nəvəsi X24. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Bakı şəhər Nizami rayon sektorunun xx.xx.2023-cü il tarixli, 127 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zəngilan rayonundan məcburi köçkün olan İddiaçı xx.xx.1995-ci il tarixli 057476 saylı karta qeydiyyatına əsasən Nizami rayonu, Keşlə qəs, P.Fərzəliyev 231 ünvanında müvəqqəti qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X15 Üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-934/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş - Zəngilan rayonunda məcburi köçkün İddiaçı xx.xx.1995-ci il tarixli, 057574 saylı kart qeydiyyatına əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev 231 ünvanında müvəqqəti qeydiyyatdadır. Ailə tərkibi isə aşağıdakı kimidir. X26 - h/y, X33 – oğlu, X29 - gəlini, X36 - nəvəsi, X37 - nəvəsi. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması iddiaçının həmin evdən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməyə mane təşkil etmir. İş materiallarına əlavə edilmiş mülki məhkəmə qətnamələri ilə hazırkı iş üzrə üçüncü şəxsin istifadə hüququna qiymət verilməsi kontekstində məhkəmələr həm də iddiaçının mübahisəli evdən çıxarılması barədə tələbi rədd etməklə bilavasitə iddiaçının mübahisəli ünvanda yerləşən evə aidiyyatını müəyyən etmişlər. Bundan əlavə iddiaçılar məcburi köçkün olmaqla 1995-ci ildən hal-hazıradək müvafiq icra hakimiyyəti orqanı tərəfindən sözügedən ünvanda müvəqqəti qeydiyyata alınmışdır və hər il həmin ünvan üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlakdır. Sözügedən evdə üçüncü şəxs Quliyeva Şükufə və onun ailə üzvləri-atası X21, anası Hacıyeva Xasagül Minbaşı qızı, qardaşı X22 yaşamış, Nərimanov rayon İcraiyyə Komitəsinin Zəhmətkeş Deputatlarının İclasının 25 iyul 1969-cu il tarixli, 8 nömrəli protokoluna əsasən həmin ünvana qeydiyyata alınmışlar. Üçüncü şəxs həmin ünvana 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2in(82)-1343/2012 nömrəli 29 noyabr 2012-ci il tarixli qərarına əsasən qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən olunur ki, mübahisəli evdə qeydiyyatda olanların vəfat etməsi, eləcə də üçüncü şəxsin həmin evdən köçüb getməsi nəticəsində ev bir müddət boş qalmış, 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün düşmüş İddiaçı ailə üzvləri ilə həmin evə köçmüş, xx.xx.1995-ci il tarixli, 057574 saylı kart qeydiyyatına əsasən hal-hazıradək həmin ünvanda yaşayır və müvəqqəti qeydiyyatdadırlar. Hazırkı iş üzrə qeydiyyatdan çıxarılması ilə bağlı tələbə baxarkən yuxarıda qeyd edildiyi kimi üçüncü şəxsin ilk növbədə həmin evə dair əmlak hüququnun olması baxımından yoxlama ilə müəyyən olunur ki, üçüncü şəxsin sözügedən ünvanla bağlı hüququna mülki məhkəmə icraatında qanuni qüvvədə olan qətnamələrlə hüquqi qiymət verilmişdir. Belə ki, X8 adıçəkilən ünvanda yerləşən evə özünün köçürülməsi və hazırkı iddiaçının həmin evdən çıxarılması ilə bağlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(103)-1174/2020 saylı qətnaməsində məhkəmə Ş.Quliyevanın tələbini m\hz əmlaka istifadə hüququnun itirilməsi və bununla da həmin yaşayış sahəsinə onun əmlak hüququnun mövcud olmaması baxımından qiymət vermişdir. Qətnamədə qeyd edilmişdir ki: (....) iddiaçı və üçüncü şəxsin özlərinin etirafına görə 1970-ci illərdən mübahisəli evdə yaşamadıqlarına və ailə qurub başqa yaşayış sahəsinə köçdüklərinə görə Mülki Məcəllənin qeyd olunan maddəsinə əsasən onların mübahisəli evə qanunun analogiyası üzrə qəbul edilən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçı və üçüncü şəxs tərəfindən irəli sürülmüş cavabdehlərin evdən çıxarılmaları barədə iddia tələbləri, həmçinin iddiaçının mübahisəli evə köçürülməsi barədə iddia tələbləri rədd edilməlidir. Kollegiya bu nəticəyə gələrkən həmçinin o halı da nəzərə alır ki, cavabdehlər mübahisəli evə köçdükdən sonra həmin evi söküb yenidən inşa etmişlər. Bundan başqa nəzərə alınır ki, cavabdehlər 1993-cü ildən hazıra kimi həmin evdə yaşayır və bu müddət ərzində iddiaçı və ya üçüncü şəxs buna etiraz etməmişdir. İddiaçının 2012-ci ildə məhkəmənin qərarı əsasında həmin evə qeydiyyata alınmasına dair isə kollegiya qeyd edir ki, pasport qeydiyyatı əmlak hüquqlarını yaratmır və onun məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanıb. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair kollegiya qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələləri tənzimləyən mülki və mənzil qanunvericiliyinin tələblərinə görə iddiaçının mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqları mövcud deyil.” Göründüyü kimi üçüncü şəxsin mübahisəli ünvana hər hansı əmlak, istifadə hüququnun olmadığına dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Qeydiyyatdan çıxarılma ilə bağlı mübahisənin həllinə dair digər hal-faktiki yaşama ilə bağlı məsələyə gəlincə də işin mübahisəsiz halıdır ki, üçüncü şəxs mübahisəli ünvanda yaşamır, iddia olunan evdə iddiaçı, onun ailə üzvləri yaşayırlar və sonuncular məcburi köçkün kimi həmin ünvanda müvəqqəti qeydiyyatdadırlar. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Ş.Quliyevanın qeydiyyata alınmasına dair 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2in(82)-1343/2012 nömrəli inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi iddiaçının müstəqil iddia qaydasında üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bğalı tələb irəli sürməsinə və bununla bağlı mübahisəyə inzibati məhkəmə icraatında baxılmasına mane olmur. Qeyd edildiyi kimi mülki məhkəmə icraatında adları yuxarıda çəkilən qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə istər Ş.Quliyevanın, istərsə də hazırkı İddiaçı mülki hüquqları baxımından qiymətləndirmə aparılmış və həmin qətnamələrlə müəyyən edilən Ş.Quliyevanın mübahisəli evə dair istifadə hüququnun itirildiyinin müəyyən olunması faktı həmin evdə faktiki yaşayan və müvəqqəti qeydiyyatda olan İddiaçı hazırkı iddianı qaldırmağa hüquqi əsas vermişdir. Beləliklə, yuxarıda qeyd edilən qanun normalarının və Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olaraq məhkəmə bu nəticəyə gəlir ki, üçüncü şəxs iddiaçının ailə üzvü olmamaqla, onunla birlikdə yaşamayan, ona məxsus evə dair əmlak hüquqları olmayan şəxs olduğundan iddiaçı onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1953-cü il təvəllüdlü X6 ünvan 15 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. X6 ünvan 15 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar