Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3156/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Məmmədli CəbrayılHüseynxan oğlunun iştirakları ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların ləğv edilməsi və qaçqın statusunun verilməsibarədə iddiasına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-267/5 saylı, xx.xx.2019-cu il tarixli və 31 saylı, xx.xx.2020-ci il tarixli qərarların ləğv edilməsi, onun “qaçqın” statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi, ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əfqanısta vətəndaşı, Qəzni və Kabil vilayətlərinin sakinidir. O, milliyətcə həzara və dini inancına görə şiədir. O, uzun müddət İranda yaşayıb. Qızı Parwana məktəbdə gördüyü naməlum bağlama barədə direktora məlumat verib və bundan sonra, həmin bağlamanın taliblər tərəfindən quraşdırılmış partlayıcı qurğu olduğu aşkarlanıb və həmin partlayıcı zərərsizləşdirilib. Bundan sonra, iddiaçı və ailəsi taliblər tərəfindən təhdid edilib. Eləcə də, iddiaçı etnik-dini kimliyinə (şiə həzara) görə təqib riski altındadır. O, ailə üzvləri ilə birlikdə 10 avqust 2019-cu ildə Azərbaycana gəlib. 29 avqust 2019-cu ildə sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. O, bildirib ki, o, Talibin tərəfindən pis rəftara məruz qalacağından qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Eləcə də, o, etnik-dini kimliyinə (şiə həzara) təqib riski altındadır. 03 dekabr 2019-cu ildə DMX İQ-267/5 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin əsaslı təqib qorxusu mövcud deyil. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin ounması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3156/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia “şikayət instansiyasının 31 saylı, xx.xx.2020-ci il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: P ********), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1974-cü il təvəllüdlü X8 ailə üzvləri (arvadı, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, qızı, xx.xx.2003-cü il təvəllüdlü Ahmadi Parwana, oğlu, xx.xx.2008-ci il təvəllüdlü X4, qızı xx.xx.2018-ci il təvəllüdlü Ahmadi Parnian) ilə birlikdə 29 avqust 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azəbraycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, ərizəçi, arvadı və qızı ilə müsahibə keçirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-267/5 saylı qərarına əsasən Əfqanıstanİslam Respublikasının vətəndaşı X7 və ailə üzvlərinə (arvadı, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, qızı, xx.xx.20003-cü il təvəllüdlü Ahmadi Parwana, oğlu xx.xx.2008-ci il təvəllüdlü X4, qızı xx.xx.2018-ci il təvəllüdlü Ahmadi Parnian) qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki,qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı ərizəçi Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cığatu ulusvaliliyinin X1 kəndində anadan olduğunu, milliyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, orta məktəbi X1 kəndində oxuduğunu, bu məktəbdə həmçinin dini təhsil də aldığını,14 yaşında (təxminən 1988-ci il) Qəzni vilayəti, cığatu ulusvaliliyi, Turgən məntəqəsində yerləşən “İslam hərəkati” partiyasına məxsus qərargaha məcburi hərbi xidmətə aparıldığını, 6 ay xidmət etdikdən sonra evlərinə 3 aylıq məzuniyyətə gəldiyini, lakin atasının təkidi ilə hərbi xidmətdən boyun qaçıraraq Pakistanın Kvetta şəhərinə getdiyini, burada 1 həftə qaldıqdan sonra Kvettada yerləşən İran islam Respublikasının “SEPAH” təşkilatının düşərgəsinə gələrək İrana getmək istədini bildirdiyini, nəticədə İranın Kerman şəhərinə göndərildiyini, 2 ay Kermanda qaldıqdan sonra böyük qardaşı ilə birlikdə tikintidə fəhlə kimi, 1987-ci ildən 2008-ci ilədək dərzi kimmi işlədiyini, 2008-2018-ci illərdə isə Tehran şəhərində yaşadığını və burada da dərzi olaraq fəaliyyət göstərdiyini qeyd etmişdir. Özü və ailə üzvləri barədə məlumat verən X8 2001-ci ildə X3 Kazimi adlı xanımla ailə qurduğunu, 1 oğlu və 2 qızının olduğunu, ailədə 6 uşaq olduqlarını, atasının 10 il əvvəl vəfat etdiyini, anası Məryəm və qardaşı X2 İsfahan şəhərində, digər qardaşı Şirəhmədin Alaniyada, Xədicə və Şəkila adlı bacılarının isə İranın Tehran şəhərində yaşadıqlarını bildirmişdir. Ərizəçi 1987-ci ildən 2018-ci ilə qədər İranda yaşadığını, lakin son zamanlar İranda yaşayışın çətin olması, iqtisadi sıxıntılarının olması səbəbindən Əfqanıstanın Kabil şəhərinə qayıtdığını, 1 həftə burada qaldırdan sonra isə Qəzni vilayətinin Xakeqariba kəndinə köçərək burada yaşamağa başladığını, 3 ay sonra “Emarate İslami” adlı talib qrupu tərəfindən səbəbi məlum olmayan görüşə çağırıldığını, bundan bərk qorxduğundan 2019-cu ilin iyul ayında ailəsi ilə birlikdə yenidən Kabil şəhərinə gəldiyini, Kabildə olarkən Qəznidəki evlərinə məktub göndərildiyini, bu məktubun taliblər tərəfindən göndərildiyini zənn etdiyini və bundan qorxduğunu bildirmişdir. (ərizəçinin dediyinə görə məktubun məzmunu ilə heç kim tanış olmamışdır). O, həmçinin ölkəni tərk etməyinin digər səəbi kimi də qızı Pərvanın Qəznidə oxuduğu orta məktəbin yaxınlığındakı məscidin həm məktəb, həm də məscid üçün ümumi istifadəyə verilən tualetində kiçik bir bağlama qoyulduğunu gördüyünü, bunun partlayıcı maddə olduğunu zənn edərək məktəb direktoruna xəbər verdiyini, nəticədə partlayışın qarşının alınmasına görə taliblərin onun qızını təhdid etdiyini, buna görə də, bir turist şirkətinin köməyi ilə viza aldığını və ailə üzvləri ilə birlikdə Özbəkistandan keçməklə xx.xx.2019-cu il tarixdə Azərbaycana gəldiklərini qeyd etmişdir. X5 arvadı İddiaçı və qızı Pərvanə ilə keçirilən müsahibə zamanı onlar ərizəçinin dediklərini təkrar edərək ərizəçiyə Əfqanıstanın Qəzni vilayətində yaşayarkən taliblər tərəfindən naməlum zənglər edildiyini və taliblər tərəfindən çağırıldığı görüşə gəlməyi qəbul etmədiyi üçün təhlükə ilə qarşılaşa biləcəyini qeyd etmişlər. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportunu təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İnandırıcılığın qiymətləndirilməsi zamanı ərizəçinin və ailə üzvlərinin söylədiklərində bəzi ziddiyyətli məqamlar aşkar edilmiş və onlar bu məqamlara dair əsaslı izah verə bilməmişdir. Belə ki, ərizəçi ilə keçirilən müsahibə zamanı o, evlərinə taliblər tərəfindən təhdid məktubu göndərildiyini, bu məktubun qardaşı arvadı tərəfindən aşkar edidliyini desə də, onun qızı ilə keçirilmiş müsahibə zamanı o, atasının dediklərini təkzib edərək məktubun qonşular tərəfindən tapıldığını söyləmişdir. Bundan başqa, ərizəçi həmmin məktubun məzmunu ilə tanış olmağa qardaşı arvadına icazə vermədiyini, oradan yazılanlardan heç kimin xəbəri olmadığını desə də, ərizəçinin qızı ilə keçirilən müsahibə zamanı, o, qonşuların məktubun məzmunu ilə tanış olduqldarını və bu barədə onlara məlumat verdilərini demişdir. Qeyd edilən ziddiyyətlər müsahibə zamanı şübhə doğurmuş və bu şübhə ərizəçinin xeyrinə həll edilməmişdir. X5 və ailə üzvlərinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, onlar vətəndaşları olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyası fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İş materiallarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-267/5 saylı qərarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli 31 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçınınAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-267/5 nömrəli xx.xx.2019-cu il tarixli Qərarının ləğv edilməsi ilə bağlı iddia tələbləri əsassız olduğundan, iddiaçının "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində iddiaçıya "qaçqın" statusu verilməsi ilə bağlı tələbi də əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1.-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3.-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə İcraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə İcraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3156/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3156/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver