Məhkəmə qərarları › İş №2-1(112)-3156/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3156/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3156/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacıb qızı Hacıbəyоvanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" KB ASC üçüncü şəxs qismində göstərilməklə “İddiaçı ilə Unibank” KB ASC arasında bağlanmış 1101tkSTB2/14 saylı və 2211nkSLY/15 saylı kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixə banka yaranmış 739,63 manat və 764,28 manat məbləğində iddiaçının əsas kredit borcu üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə bağlı dövlət zəmanəti ilə təmin edilmiş illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli şərtlərlə kredit xəttinin açılması (restruktruzasiya olunması) vəzifəsinin cavabdehin üzərinə qoyulması və İddiaçı ilə Unibank” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixində illik faiz dərəcəsi 27% olmaqla 24 ay müddətinə 2500 manat məbləğində 2001nkSTB2/14 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə bağlı dövlət zəmanəti ilə təmin edilmiş illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli şərtlərlə kredit xəttinin açılması (restruktruzasiya olunması) və kompensasiya məbləğinin hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" KB ASC üçüncü şəxs qismində göstərilməklə “İddiaçı ilə Unibank” KB ASC arasında bağlanmış 1101tkSTB2/14 saylı və 2211nkSLY/15 saylı kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixə banka yaranmış 739,63 manat və 764,28 manat məbləğində iddiaçının əsas kredit borcu üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə bağlı dövlət zəmanəti ilə təmin edilmiş illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli şərtlərlə kredit xəttinin açılması (restruktruzasiya olunması) vəzifəsinin cavabdehin üzərinə qoyulması və İddiaçı ilə Unibank” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixində illik faiz dərəcəsi 27% olmaqla 24 ay müddətinə 2500 manat məbləğində 2001nkSTB2/14 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə bağlı dövlət zəmanəti ilə təmin edilmiş illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli şərtlərlə kredit xəttinin açılması (restruktruzasiya olunması) və kompensasiya məbləğinin hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" KB ASC üçüncü şəxs qismində göstərilməklə “İddiaçı ilə Unibank” KB ASC arasında bağlanmış 1101tkSTB2/14 saylı və 2211nkSLY/15 saylı kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixə banka yaranmış 739,63 manat və 764,28 manat məbləğində iddiaçının əsas kredit borcu üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə bağlı dövlət zəmanəti ilə təmin edilmiş illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli şərtlərlə kredit xəttinin açılması (restruktruzasiya olunması) vəzifəsinin cavabdehin üzərinə qoyulması və İddiaçı ilə Unibank” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixində illik faiz dərəcəsi 27% olmaqla 24 ay müddətinə 2500 manat məbləğində 2001nkSTB2/14 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə bağlı dövlət zəmanəti ilə təmin edilmiş illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli şərtlərlə kredit xəttinin açılması (restruktruzasiya olunması) və kompensasiya məbləğinin hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 55.3-cü, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" KB ASC üçüncü şəxs qismində göstərilməklə “İddiaçı ilə Unibank” KB ASC arasında bağlanmış 1101tkSTB2/14 saylı və 2211nkSLY/15 saylı kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixə banka yaranmış 739,63 manat və 764,28 manat məbləğində iddiaçının əsas kredit borcu üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə bağlı dövlət zəmanəti ilə təmin edilmiş illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli şərtlərlə kredit xəttinin açılması (restruktruzasiya olunması) vəzifəsinin cavabdehin üzərinə qoyulması və İddiaçı ilə Unibank” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixində illik faiz dərəcəsi 27% olmaqla 24 ay müddətinə 2500 manat məbləğində 2001nkSTB2/14 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə bağlı dövlət zəmanəti ilə təmin edilmiş illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli şərtlərlə kredit xəttinin açılması (restruktruzasiya olunması) və kompensasiya məbləğinin hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılsın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar