Məhkəmə qərarları › İş №2-1(112)-3156/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3156/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3156/2022 13.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə İddiaçılar İddiaçı3, İddiaçı1 və X1 cavabdehlər Azərbaycan Mühəndis İnşaat Universitetin nəzdində fəaliyyət göstərən “Coşgun” X2, X5 və X7 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və X4 cavabdehlər Azərbaycan Mühəndis İnşaat Universitetin nəzdində fəaliyyət göstərən “Coşgun” X2, X5 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 münasibətdə “Coşqun” bağçılıq yoldaşlığı birliyi üzvlərinin 21.10.1997-ci il tarixli, 2 saylı protokol, həmin protokol əsasında verilmiş üzvülük kitabçasının və 21 saylı bağ sahəsinə dair X3 və İstisları İdarəsi ilə X6 aralarında 24.08.2005-ci il tarixdə bağlanılmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı3, İddiaçı1 və X4 məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə müraciət ünvanladıq da o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı3, İddiaçı1 və X1 cavabdehlər Azərbaycan Mühəndis İnşaat Universitetin nəzdində fəaliyyət göstərən “Coşgun” X2, X5 və X7 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar