Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3159/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi və vəkili X6 iştirakları ilə İddiaçı Məhərilmovnanın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Zakirova Sevda Allahverdi qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla şəhid ailəsi statusunun ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Məhərilmovna cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zakirova Sevda Allahverdi qızının şəhid ailəsi statusunun ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun oğlu X16 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə xx.xx.1993-cü il tarixdə həlak olmuş və ona şəhidlik statusu verilmişdir. Mərhum həlak olmamışdan bir neçə ay əvvəl, yəni 1993-cü ilin iyun ayında cavabdeh Zakirova (qız soyadı Dursunova) Sevda Allahverdi qızı ilə faktiki evlənmiş və xx xxxxxxx 1993-cü il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. O, oğlu şəhid olduqdan sonra gəlinini həkimə aparmış və onun hamilə olub olmadığını yoxlatdırmışdır. Mingəçevir şəhər xəstəxanasında Zakirova Sevda Allahverdi qızı həkim müayinəsindən keçmiş və onun hamilə olmadığı müəyyən edilmişdir. O, oğlunun 40 mərasimini keçirdikdən sonra Zakirova Sevda Allahverdi qızını atası evinə aparmış və valideynlərinə təhvil vermişdir. Sonradan öyrənmişdir ki, Zakirova Sevda Allahverdi qızı bir müddət atası evində qaldıqdan sonra İntiqam adlı bir şəxsə ərə getmiş, lakin şəhid ailəsi statusunu itirməmək və imtiyazlardan istifadə etmək məqsədilə onunla rəsmi nikaha daxil olmamışdır. Onların qeyri-rəsmi nikahından iki övladları olmuşdur. Böyük uşaq faktiki olaraq xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhər xəstəxanasının Doğum Evində anadan olmuş və anadan olarkən onun ata adı İntiqam, soyadı Dursunova, adı isə Cavad yazılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı əsasında 1997-ci ilin avqust ayının 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və hərbi əməliyyatlar zamanı xəbərsiz ilkin düşmüş və ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə birdəfəlik 11.000 manat məbləğində müavinət verilməsi ilə əlaqədar Mingəçevir “ASAN XİDMƏT“ mərkəzində olan notariusa vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət edən zaman ona məlum olmuşdur ki, oğlunun ondan başqa iki vərəsəsi də vardır. Bunlardan biri keçmiş gəlini Sevda və onun oğlu Əbubəkrdir. Ona orada məlum olmuşdur ki, Zakirova Sevda Allahverdi qızı xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhər xəstəxanasının Doğum Evində anadan olmuş oğlunun adını, soyadını və ata adını dəyişərək, ikinci əri İntiqamdan olan oğlunu xx.xx.2002-ci il tarixdə, yəni uydurma doğulduğu vaxtdan 8 il, faktiki doğulduğu vaxtdan isə 6 il sonra Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsindən doğum haqqında şəhadətnamə alarkən X11 yazdırmışdır. Faktiki olaraq onun oğlunun şəhid olmasından təqribən iki il sonra, yəni xx.xx.1996-cı il tarixdə doğulmuş uşaq şəhid Zakirov Zaurun oğlu olması mümkün deyildir. Bütün bu hallar məhkəmə araşdırılmasında öz təsdiqini tapmış və bununla bağlı qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-4026/2020 saylı qərarı vardır. Həmin qərara əsasən iddia tələbi Əbubəkrə aid olan hissədə təmin olunmuş və Zakirova Sevda Allahverdi qızının şəhid ailəsi statusunun ləğv olunması ilə bağlı ilk öncə inzibati orqana müraciət olunması və müsbət nəticə əldə olunmadıqda inzibati orqanın qərarını inzibati icraat qaydasında mübahisələndirmək ona tövsiyyə olunmuşdur. O rəsmi olaraq inzibati orqan olan cavabdehə Zakirova Sevda Allahverdi qızının “şəhid ailəsi statusu”nun ləğv olunması barədə ərizə ilə müraciət etmiş, lakin qanunsuz və əsassız olaraq Sevda Zakirovanın rəsmi olaraq nikaha daxil olmamasını əsas gətirərək ərizəsinin icrasından imtina etmişlər. İşin faktiki hallarından və qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən məlumdur ki, X17 adlı şəxslə 1994-cü ildən faktiki nikahdadır və bu mübahisəsiz haldır. Sevda Zakirova yeni ailə həyatı qurduğuna görə şəhidin arvadı və ailə üzvü sayılmır, onun şəhidin ailəsi ilə heç bir qohumluq münasibəti qalmır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının mərhum oğlu X16 xx.xx.1993-cü il tarixdə Zakirova Sevda Allahverdi qızı ilə rəsmi nikaha daxil olmuşdur. Daha sonra Z.Zakirov xx.xx.1993-cü il tarixdə İ Qarabağ müharibəsi zamanı həlak olmuş və ona şəhidlik statusu verilmişdir. İddiaçı əlavə edir ki, oğlu həlak olduqdan sonra gəlini S.Zakirova öz ata evinə geri qayıtmış və bir müddət sonra başqa bir şəxslə faktiki nikaha daxil olmuşdur. Vətəndaş İddiaçı gəlini S.Zakirovanın həmin şəxslə nikahını rəsmiləşdirməməkdə məqsədinin şəhid ailəsi statusunu saxlamaq və onlara verilmiş güzəşt və imtiyazlardan istifadə etmək olduğunu qeyd etmiş və məhkəmədən Zakirova Sevda Allahverdi qızının şəhid ailəsi statusunun ləğv edilməsini tələb etmişdir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmışdır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının oğlu X16 xx.xx.1993-cü il tarixdə Zakirova Sevda Allahverdi qızı ilə rəsmi nikaha daxil olmuş, xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən X16 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2-ci bəndinə əsasən şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları, uşaq evlərində tərbiyə olunan qardaşları və bacıları, qanunla onları saxlayan şəxs olmadıqda babaları və nənələri, əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan 23 yaşınadək ailə üzvləri şəhid ailə üzvü hesab olunurlar. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 6-cı maddəsinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Yuxarıda göstərilənlərə əsasən mərhumun arvadı Zakirova Sevda Allahverdi qızı şəhid ailəsi statusu qazanmaq və şəhid ailəsinə edilən güzəştlərdən istifadə etmək hüququ əldə etmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, Zakirova Sevda hal-hazırda başqa bir şəxslə faktiki nikahdadır və bu hal onun “şəhid ailəsi”statusuna xitam verilməsi üçün əsasdır. Bununla əlaqədar qeyd edilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.4-cü maddəsində təsbit olunmuş prinsipə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Bu mühüm prinsip onu ifadə edir ki, yalnız rəsmi qeydə alınmış nikahdan törəyən hüquqi və sosial nəticələr dövlət tərəfindən hüquqi fakt kimi qəbul olunur. Göstərilənlərdən belə nəticəyə gəlinir ki, mövcud qanunvericiliyin mənasına görə ailə münasibətlərinə könüllü və iradə sərbəstliyi əsasında daxil olan qadın və kişinin nikahı yalnız dövlətin müəyyən etdiyi qaydada rəsmiləşdirildikdən sonra tanınır. Bununla yanaşı, dövlət orqanlarında bağlanmayan nikah (faktiki nikah) hüquqi nəticə yaratmır. Qanunvericilik fərdlərin öz dini adət-ənənələrinə uyğun nikaha daxil olmasına qadağa qoymur, sadəcə belə nikah heç bir hüquqi nəticələr doğurmur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilir ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər (faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir). Bu o deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X22 Heyətinin xx xxxx 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. İşin faktiki hallarına əsasən şəhidin həyat yoldaşı Zakirova Sevda rəsmi qaydada yeni nikaha daxil olmamışdır. Belə olan halda “şəhid ailəsi” statusunu özündə saxlayır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs Zakirova Sevda Allahverdi qızı iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X16 ilə 1993-cü ilin iyun ayında faktiki ailə qurmuş və xx xxxxxxx 1993-cü ildə rəsmi nikaha daxil olmuşlar. X16 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun faktiki olaraq başqa şəxslə ailə qumaşı belə onun şəhid ailəsi statusunun ləğv edilməsi üçün əsas deyildir. Əgər məhkəmə buna əsaslanarsa, belə qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasında olan bütün şəhid ailəsi (həyat yoldaşı-arvadı) şəhid ailəsi statusunu itirməmək üçün ömürlərinin sonuna kimi təkbaşına yaşasınlar. Ki, bu da vətəndaşın konstitusion hüququnun pozulmasına gətirib çıxardır və bu yolverilməz haldır. Göründüyü kimi o rəsmi olaraq şəhid X12 həyat yoldaşı olduğundan şəhidin ailəsi statusuna malikdir və heç bir halda onun bu şəhid ailəsi statusu ləğv edilə bilməz. Çünki, X16 ilə onun arasında olan nikah Zaur Zakirov şəhid olan günədək pozulmayıb və etibarsız hesab edilməmişdir. Belə olan halda onun şəhid ailəsi statusunun ləğv edilməsindən bəhs edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq İddiaçı Məhərlimovanın iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia ərizəsinə etriazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili X14 iddia ərizəsinə etriazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qayadada təsdiq olunmuş surətindən görünür ki, Zakirova Sevda Allahverdi qızı xx.xx.1976-cı il tarixdə Oğuz rayonu, Padar kəndində doğulmuşdur. - Mingəçevir şəhəri Nikah Evi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, Vİ-JQ 302028 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 ilə X2 arasında xx xxxxxxx 1993-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərin familiyası Zakirov, arvadın familiyası Zakirova olmuşdur. - Mingəçevir şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş İV-JQ 397622 №-li, xx.xx.1994cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1993-cü il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mingəçevir şəhər Hərbi Komissarlığının 823 №-li, xx.xx.2007-ci il tarixli arayışından görünür ki, İddiaçı oğlu 1975-ci il təvəllüdlü X16 həqiqətən Azərbaycan Respublikası süverənliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xx.xx.1993-cü il tarixdə həlak olmuşdur. Azərbaycan Respublikası NK-nın xx.xx.1994-cü il tarixli, 10 saylı Qərarına əsasən ailəsinə şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlar şamil olunur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şöbəsinin 227 №-li, xx.xx.2007-ci il tarixli müavinatın təyinatı üzrə qərarından görünür ki, İddiaçı xx.xx.2007-ci ildən 50 manat dəyərində müavinət təyin edilmişdir. - Bakı şəhəri, Nərimanov rayon məhkəməsiniin xx.xx.2019-cu il tarixli, 2(005)- 2853/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı cavabdehlər Zakirova Sevda Allahverdi qızına, X9, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinə və Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “şəhid ailəsi statusunun ləğv edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X7 verilmiş şəhid ailəsi statusunun ləğv edilməsi, Zakirova Sevda Allahverdi qızından doğulmuş xx.xx.1994-cü il təvəllüdlü göstərilmiş X9 Bakı şəhəri, Nərimanov rayonu VVADQ tərəfindən verilmiş AZ-İ №229231, xx.xx.2002-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4026/2020 nömrəli qərardadının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13925/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin (005)-2853/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin həmin hissədə də təmin edilməsi, Zakirova Sevda Allahverdi qızına verilmiş şəhid ailəsi statusunun ləğv edilməsi qət edilmiş, qətnamə onun apelyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4026/2020 nömrəli qərardadı ilə cavabdeh Zakirova Sevda Allahverdi qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “İddiaçı cavabdeh Zakirova Sevda Allahverdi qızına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinə qarşı “şəhid ailəsi statusunun ləğv edilməsi”” hissəsində ləğv olunmuş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********7 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının 2-ci bəndinə əsasən şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları, uşaq evlərində tərbiyə olunan qardaşları və bacıları, qanunla onları saxlayan şəxs olmadıqda babaları və nənələri, əyanı təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan 23 yaşınadək ailə üzvləri şəhid ailə üzvləri hesab olunurlar Eyni zamanda, Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi uçun Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 6-cı maddəsinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Şəhidin həyat yoldaşı rəsmi qaydada nikaha daxıl olmadıqda "şəhid ailəsi” statusunu özündə saxlayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Zakirova X1 Zaur Akif oğlu ilə X2 arasında xx xxxxxxx 1993-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2081 nömrə ilə qeydə alınmış nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Zakirov, arvada Zakirova soyadı verilmişdir. X16 xx.xx.1993-cü il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuşdur. X16 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olduğundan ona şəhid statusu, arvadı Zakirova Sevda Allahverdi qızına isə şəhid ailəsi statusu verilmişdir. Zakirova X4 Zaur Akif oğlunun ölümündən sonra faktiki nikah münasibətlərinə daxil olmuş və bu münasibətdən uşaqları anadan olmuşdur. Hazırda İddiaçı Sevda Zakirovanın faktiki nikah münasibətlərində olmasını əsas göstərək ona cavabdeh inzibati orqan tərəfindən verilmiş “şəhid ailəsi statusu”nun ləğv edilməsini tələb edir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunun: -1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi" Qaydalarının: -1.1-ci bəndinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir; - 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. - 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. - 2.2-ci maddəsinin tələbinə görə ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. - 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. - 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Məhkəmə qeyd edir ki, X16 şəhid olan zaman Zakirova Sevda Allahverdi qızı ilə nikahda olmuş, həmin nikah pozulmamışdır. Zakirova X4 Zaur Akif oğlu şəhid olduqdan sonra digər şəxslə rəsmi nikah bağlamadığından qanunvericiliyin tələblərinə əsasən X12 ailə üzvü olaraq arvadı hesab edilir. Məhkəmə hesab edir ki, Zakirova Sevda Allahverdi qızı "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən şəhid ailəsinin üzvi hesab edilən şəxs olduğundan cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3159/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3159/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver