Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3159/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olub. Bununla bağlı Xətai rayon qeydiyyat şöbəsində 2145 saylı, xx.xx.1967-ci il tarixli akt qeydi saxlanılır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinə təkrar şəhadətnamənin verilməsi üçün müraciət etsə də, müraciətə müsbət cavab verilməmişdir. Bilə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün ərizə verilərkən şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında şəhadətnamə, doğum haqqında şəhadətnaməsi olmadığı üçün isə şəxsiyyət vəsiqəsi əldə edə bilmir. Məhkəmənin 2-1(112)-114721/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 3-cü şəxs qismində işə cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı Bakı Cavabdeh xx.xx.2021-ci il tarixli, 05/Q-612/15 saylı məktubundan görünür ki, 31 oktyabr 2003-cü il tarixli 145 saylı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.8 maddəsinin tələbinə əsasən VVADQ orqanına və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktiannın arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktiannın arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Belə ki,.ərizənin təmin edilməsinin mümkün olmadığı, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İşdə olan SSRİ vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, X3 xx.xx.1967-ci ildə Bakı şəhərində doğulub. Məhkəmə sorğusu əsasında 28 sentyabr 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 doğum haqqında akt qeydindən çıxarışın surəti məhkəmə tərəfindən cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi 05 noyabr 2021-ci il tarixli, 3677-05/13 saylı məktubla doğum haqqında akt qeydinin surətini məhkəməyə təqdim etmişdir. Həmin akt qeydindən görünür ki, X3 28 sentyabr 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 26 oktyabr 1967-ci il tarixdə 2145 saylı nömrə ilə qeyd edilmişdir. Anası qrafasında X4 yazılmışdır. Məhkəmə sorğusu əsasında 28 sentyabr 1967-ci il təvəllüdlü X1 yaşayış yeri üzrə qeydiyyat və şəxsiyyət vəsiqəsinin olub-olmaması barədə məlumatın olduğu təqdirdə onun təsdiq edilmiş surəti məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi 12 noyabr 2021-ci il tarixli, 018-17997-1221 saylı cavab məktubu ilə bildirmişdir ki, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş X3 Xətai Rayon Polis İdarəsindən xx.xx.1983-cü il tarixdə aldığı XXVİİİ-JQ 560975 nömrəli keçmiş SSRİ pasportu ilə xx.xx.1983-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. A.Larionov şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. Göründüyü kimi, iddiaçının doğum qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı halda, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki, təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-ci və 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 28 sentyabr 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 26 oktyabr 1967-ci il tarixdə 2145 sayla qeyd edilmiş X2 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 28 sentyabr 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 26 oktyabr 1967-ci il tarixdə 2145 sayla qeyd edilmiş X2 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı Bakı Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3159/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3159/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver