Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-316/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Yevlax rayonu, Yenicə kəndində qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X12 (hüquq məsləhətçisi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, X7, X13 və X11 üçüncü şəxslər qismində cəlb olunmaqla) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 7-ci döngə, ev 360 saylı sahədə yerləşən torpağa dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın və ünvanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2-1(112)-419/2020 saylı qərardadına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, X7 və X13 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(112)-316/2021 saylı qərardadına əsasən X11 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına verilmiş JN-24178D, Kod 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-316/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ev 360 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin Baçısının 1030 saylı xx.xx.1998-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsinə dair cizgi və xəritədən çıxarış verilmişdir. Ona ayrılmış torpaq sahəsində sərəncama uyğun olaraq fərdi yaşayış evi tikdirmişdir və hal-hazırda istifadədir. Həmin torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi üçün cavabdeh orqana müvafiq sənədlərlə müraciət etmişfit. Lakin imtina məktubu ilə ona bildirilmişdir ki, elektron kadastr məlumatına görə Səbail Rayon İcra Hakimiyyəti Baçısının 1030 saylı, xx.xx.1998ci il tarixli Sərəncamının verilməsinə əsas olmuş Səbail Rayon İcra Hakimiyyətinin Baçısının 1474a saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeyydiyata alınmış və digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Əlavə olaraq şifahi olaraq ona bildirmişlər ki, sözügedən sərəncam 2005-ci ildə istifadə olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, çünki adına olan sərəncam 1998-ci ilin sərəncamıdır və qeyd olunan özəlləşdirmə prossesindən əvvəl onun adına verilmişdir. Əlavə olaraq o, qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtinaya uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, X7, X13 və X11 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxslər X7, X13 və X5 və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1030 saylı, 25 iyun 1998-ci il tarixli “Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamından görünür ki, X3 razılıq ərizəsini, İddiaçı torpağa olan tələbatını nəzərə alaraq, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X3 adına ayrılmış 600 kv.metr torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsinə sərəncam verilmişdir. İşdə olan Səbail RİH-nin Badamdar qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli torpaq sahəsinin yerləşmə cizgisindən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1030 saylı, 25 iyun 1998-ci il tarixli sərəncamı ilə İddiaçı adına ayrılmış Badamdar qəsəbəsi, 1 saylı yaşayış massivi, 7-ci döngə, 360 saylı evin 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 30 avqust 2019-cu il tarixli, H-266 saylı məktubdan görünür ki, İddiaçı barədə Səbail Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 1030 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. İşdə olan Səbail RİH-nin Badamdar qəsəbə nümayəndəsi tərəfindən 1024 saylı, xx.xx.2004-cü il tarixli arayışdan görünür kui, Badamdar qəsəbəsi, 1-ci massiv, 1-ci döngə küçəsində 10 iyul 2001-ci il tarixdə tikilmiş 360 saylı ev İddiaçı məxsusdur. Həmin ev 3 mərtəbədən 5 otaqdan ibarətdir. Şəxsin mülki haqqında məhkəmədə heç bir iddia qaldırılmamışdır və mübahisə yoxdur. İşdə olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 1-ci döngə küçəsi, ev 360 saylı fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş 04 oktyabr 2019-cu il tarixli, **********86 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, iddiaçının torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1030 saylı, xx.xx.1998-ci il tarixli sərəncamın verilməsinə əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və digər şəxsə özgəninkiləşdirilmişdir. Eyni zamanda torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş **********27 saylı, xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının X3 adına verilmiş JN-24178D, Kod 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1030 saylı, xx.xx.1998-ci il tarixli sərəncamın verilməsinə əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış və digər şəxsə özgəninkiləşdirilmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1030 saylı, 25 iyun 1998-ci il tarixli “Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixsli sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamına əsasən X3 razılıq ərizəsini və İddiaçı torpağa olan tələbatını nəzərə alaraq, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X3 adına ayrılmış 600 kv.metr torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsinə sərəncam verilmişdir. Həmin vaxtdan torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək, iddiaçının istifadəsinə verilmiş və həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir və həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birgə hazırda iddiaçının istifadəsindədir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı 04 oktyabr 2019-cu il tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsinin digər şəxsin adına özgəninkiləşdirildiyi əsası ilə imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsinin səbəbləri ətraflı araşdırılmış və məhkəmə araşdırması dövründə Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1030 saylı, xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci y/m, ev 360 saylı sahədə yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı inzibati icraat materiallarının (sərəncam, çıxarış və s.) və Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1030 saylı, xx.xx.1998-ci il tarixli sərəncamının verilməsinə əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə X4 ayrılmış torpaq sahəsi ilə inzibati icraat materiallarının (sərəncam, çıxarış və s.) təsdiq edilmiş surəti sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28 dekabr 2019-cu il tarixli, **********15 saylı məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş tam olmayan elektron baza məlumatlarına əsasən X3 adına ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair JN-24178D KOD 00400016 xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (arxiv əsaslarda surət mövcuddur) verilmişdir. Sözügedən əmlak 41 saylı DNK-nın xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmişdir. ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin İddiaçı adına qeydiyyatdan keçməsi haqqında məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. JN-24178D, KOD 00400016, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 18 may 1995-ci il tarixli 1474a nömrəli sərəncamı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud deyildir. Həmin məktuba əlavə edilmiş JN-24178D saylı, KOD 00400016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 18 may 1995-ci il tarixli, 1474a saylı sərəncamına əsasən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1835a saylı 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün xx.xx.2005-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli, 193 saylı məktubu əsasında Səbail RİH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 1474a saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı və Səbail RİH-nin arxiv fondu üzrə xx.xx.1998ci il tarixli, 1030 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı, 18 may 1995-ci il tarixli sərəncamından arxiv çıxarışından görünür ki, Badamdar qəsəbəsində 600 kv.metr torpaq sahəsi fərdi ev tikmək üçün X4 ayrılmışdır. Məhkəmə araşdırması dövründə ünvan 5 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair JN-24178D KOD 00400016, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin, sözügedən əmlakın 41 saylı DNK-nın xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında cavabdehdən tələb edilmiş və cavabdeh tərəfindən **********50 saylı, xx.xx.2020-ci il tarixli məktubla Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı, 18 may 1995-ci il tarixli sərəncamının kserosurəti, JN-24178D saylı, KOD 00400016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti, 10 sentyabr 2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş satıcılar X7 və X13 adından etibarnamə əsasında X14 ilə alıcı X11 arasında bağlanmış 10 sentyabr 2005-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə T.B.Abdulrzakova verilmiş 10114 nömrəli arayışa əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1835a saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini və R.Y.Süleymanova verilmiş 10113 nömrəli arayışa əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1836 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini alıcının mülkiyyətinə vermişdir. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il traixdə T.B.Abdulrzakova verilmiş JN-24178 KOD 00400016 nömrəli şəhadətnamə əsasında və R.Y.Süleymanova verilmiş JN-24177D, KOD ******* nömrəli şəhadətnamə əsasında satıcılara məxsusdur. Alqı-satqı müqaviləsi 13 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda 4Ə/626 saylı reyestr nömrəsi ilə təsdiq edilmişdir. Bundan sonra məhkəmə tərəfindən ünvan 6 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair X8 adına verilmiş J-24177D Kod 00400016, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, həmin şəhadətnamənin verilməsinə əsas olmuş bütün sənədlərin surəti cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli, **********95 saylı məktubla X8 adına verilmiş JN-24177D saylı Kod 00400016 olan xx.xx.2005-ci il tarixli şəhadətnamənin (arxiv qovluğunda surəti mövcuddur) və şəhadətnamənin verilməsinə əsas olan sənədlərin surəti məhkəməyə göndərilmiş və məlumat üçün bildirilmişdir ki, sözügedən torpaq sahəsi 41 saylı DNK-nım xx.xx.2005-ci il tarixli 4ə/626 reyetsr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş JN-24177D saylı, KOD 00400016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 04 yanvar 1995-ci il tarixli, 92 saylı sərəncamına əsasən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1835 a saylı 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X8 adına qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 92 saylı, 04 yanvar 1995-ci il tarixli sərəncamından görünür ki. Badamdar qəsəbəsində 600 kv.metr torpaq sahəsi fərdi ev tikmək üçün X10 torpaq sahəsinə ayrılmışdır. Məhkəmə araşdırması dövründə ünvan 6 sahədə yerləşən 0,06 ha torpaq sahəsinə dair X6 adına verilmiş çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında cavabdehdən tələb edilmiş və məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********41 saylı məktub əsasında həmin torpaq sahəsinə dair arxiv əsaslarında aşkar edilən müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş JN-25102D saylı, KOD 00400016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunun 13 sentyabr 2005-ci il tarixli, 4ə/626 saylı alqı-satqı müqaviləsinə əsasən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün 06 oktyabr 2005-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1030 saylı, 25 iyun 1998-ci il tarixli sərəncamı əsasında X3 razılıq ərizəsinə əsasən Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün onun adına ayrılmış 600 kv.metr torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Lakin buna baxmayaraq qüvvədən düşmüş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsi X3 adına 29 avqust 2005-ci il tarixdə qeydiyyata alınmış və bu barədə JN-24178D saylı, KOD 00400016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında sözügedən torpaq sahəsi 10 sentyabr 2005-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1. Hazırda sözügedən torpaq sahəsinə dair sonuncunun adına JN- 25102D saylı, KOD 00400016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. İş materiallarından görünür ki, X3 adına torpaq sahəsinə dair 2005-ci ilin avqust ayında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı göstərilmişdir. Halbuki Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1030 saylı, 25 iyun 1998-ci il tarixli sərəncamından da göründüyü kimi X2 Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı əsasında ona ayrılmış torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq verərək, həmin torpaq sahəsi üzərində olan hüquqlarından 25 iyun 1998-ci il tarixdə rəsmi olaraq imtina etmişdir. Bununla da Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı 25 iyun 1998-ci il tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Üçüncü şəxs X7 öz razılığı ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinə dair mövcud olan hüquqlarınan iddiaçının xeyrinə Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1030 saylı, 25 iyun 1998-ci il tarixli sərəncamına əsasən imtina etməsinə baxmayaraq, qüvvədən düşmüş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamına əsasən xx.xx.2005-ci il tarixdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyata aldırmış və buna dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-24178DD KOD-00400016 saylı şəhadətnamə verilmişdir. Bundan sonra həmin torpaq sahəsi alqısatqı müqaviləsi əsasında X1. Hazırda sözügedən torpaq sahəsinə dair sonuncunun adına JN-25102D saylı, KOD 00400016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Belə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən şəhadətnamə ilə rəsmiləşdirilirdi. Həmin sənəd dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq üzərində qeydə alınmış hüququ təsdiq edən hüquq müəyyənedici sənəd hesab olunurdu. Həmin dövrə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Qanuni əsaslar olmadan X3 adına xx.xx.2005-ci il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-24178D KOD-00400016 saylı şəhadətnamənin verilməsi, sonradan həmin torpaq sahəsinin digər üçüncü şəxsə satılması iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsinə maneə yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu isə hazırda X11 tərəfindən adına mövcud olan şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın əldə edə biləcəyini istisna etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı qüvvədən düşmüş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1474a saylı 18 may 1995-ci il tarixli sərəncamına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına xx.xx.2005-ci il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-24178D, KOD 00400016 saylı şəhadətnamənin ləğv edilməsi tələbində haqlıdır. Göstərilənlərə əsasən iddia əsaslı olduğundan təmin edilməli, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına xx.xx.2005-ci il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-24178D KOD- 00400016 saylı şəhadətnamənin ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndinə əsasən reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-24178D, KOD-00400016 saylı şəhadətnamənin ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-316/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-316/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver