Məhkəmə qərarları › İş №2-1(112)-316/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-316/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-316/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2019-cu ildən 2020-ci ilədək İspaniya Krallığının ESEİ X3 Barcelona ali təhsil müəssisəsində magistr təhsili almış və təhsili uğurla başa çatdıraraq 10 iyul 2020-ci il tarixli magistr ixtisas dərəcəsi haqqında diplom almışdır. Diplomun Azərbaycan Respublikasında tanınması üçün tələb olunan zəruri sənədlər leqallaşdırılmış qaydada dövlət rüsumu ödənilməklə elektron sistem vasitəsilə 28 yanvar 2022-ci ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 17 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qərar anlaşılmayan ifadələrlə: “ərizəçinin ali təhsil aldığı müəssisəyə göndərilmiş sorğu ilə bağlı daxil olmuş cavaba əsasən, ərizəçiyə təqdim olunan ali təhsil sənədinin dövlət nümunəli olmadığı məlum olmuşdur” kimi əsaslandırılmışdır. Cavabdehə 18 mart 2022-ci il tarixli ərizə ilə müraciət edərək. ESEİ X3 Barcelona ali təhsil müəssisəsinə göndərilmiş sorğunun, həmin sorğuya verilmiş cavabın surətinin təqdim edilməsini və 29 mart 2022-ci il tarixdə saat 14:30-da inzibati icraat materialları ilə tanış olmaq üçün şərait yaradılması xahiş olunsa da, 29 mart 2022-ci il tarixdə göstərilən vaxtda iddiaçının etibarnamə üzrə nümayəndəsi inzibati icraat materialları ilə tanış olmaq üçün Agentliyə yaxınlaşmış, lakin icraat materiallarının ona təqdim edilməsindən imtina olunmuş, nəzakətli davranış qaydalarına riayət olunmamış, yalnız ali təhsil müəssisəsinə göndərilmiş sorğunun və cavab məktubunun surətinin elektron qaydada göndəriləcəyi bildirilmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (maddə 21.1). Maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər (maddə 25.1). İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir. Göründüyü kimiŞ Agentlik qeyd olunan Qanunun sadalanan müddəalarının tələbini kobud şəkildə pozaraq, səlahiyyətlərindən sui-istifadə etmişdir. Çoxsaylı israrlı müraciətlərə baxmayaraq ali təhsil müəssisəsinə sorğu və sorğuya cavab, imtinada qeyd olunan “mənfi rəy” iddiaçıya (və ya nümayəndəsinə) göndərilməmişdir. 1 aprel 2022-ci il, 7 aprel 2022-ci il tarixli müraciətlərlə (elektron və poçtla göndərilmişdir) göstərilən sənədlərin təqdim edilməsi təkrarən xahiş olunmasına baxmayaraq, bu günədək onların verilməsi təmin edilməmiş və müraciətə cavab verilməmişdir. Hesab olunur ki, cavabdehin 17 mart 2022-ci il tarixli qərarında istinad etdiyi sorğu və ona cavab məktubu qeyri-real xarakterli olduğundan onun iddiaçıya təqdim edilməsi qeyri-mümkündür. Əks təqdirdə 1989-cu ildə təsis olunan və 30 ildən artıq fəaliyyəti ilə böyük nüfuza malik olan ESEİ X3 Barcelona ali təhsil müəssisəsinin təqdim olunan diplomunun dövlət nümunəli olmaması kimi qeyri-peşəkar və qeyri-ciddi mülahizə irəli sürülməsi inandırıcı deyil. Adıçəkilən ali təhsil müəssisəsinin rəsmi saytında biznes və menecment ixtisası üzrə magistr təhsil dərəcəsi üzrə təhsil alanlara təqdim olunan diplom barədə aşağıdakı məzmunda məlumatlar qeyd olunmuşdur: Magistr təhsil dərəcəsi üzrə təhsil alanlara ESEİ Beynəlxalq Biznes Məktəbinin və İspaniyanın ən yüksək səviyyəli dövlət akkreditasiyalı universiteti olan Universidad Catolica de Murcia (UCAM) ali təhsil müəssisələrinin ikili diplomu təqdim olunur. Magistr dərəcəsi Avropa Çərçivəsində 7-ci səviyyədə 60 Avropa Kredit Transferi və Yığım Sistemi kvalifikasiyalıdır. Yekun diplom ESEİ Beynəlxalq Biznes Məktəbi tərəfindən verilir, burada magistr proqramı, ümumi kredit məbləği və verilən yekun sinif (kafı/məqbul/fərqlənmə) təfərrüatları göstərilir. UCAM ESEİ-də təklif olunan Magistr proqramlarından 4-nü akkreditə edir: Marketinq və Kommunikasiya üzrə magistr; Biznesin idarə edilməsi üzrə magistr; Beynəlxalq Münasibətlər və Beynəlxalq Biznes üzrə magistr; Turizm və Otelçilik Menecmenti üzrə magistr. Yuxarıda göstərilən zəruri məlumatlar ali təhsil müəssisəsi tərəfindən iddiaçıya təqdim olunan diplomlarda da öz əksini tapmışdır. Yəni, iddiaçının təhsil aldığı ixtisas İspaniya Krallığının ən yüksək akkreditasiyalı universiteti olan UCAM tərəfindən akkreditasiya olunduğundan, təqdim olunan diplomların dövlət nümunəli olmamasına dair subyektiv mülahizələr ağlabatanlıqdan uzaq və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları»na əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). (3.2-ci maddə). Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır (3.4-cü maddə): tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. (3.5-ci maddə). Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir (3.6-cı maddə): təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Mənfi rəy aşağıdakı hallarda verilə bilər (3.7-ci maddə): xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir. Göründüyü kimi, ali təhsil sənədinin ölkə ərazisində tanınması üçün onun dövlət nümunəli olması ilə bağlı hər hansı tələb müəyyən olunmamış və hətta belə olmadığı təqdirdə mənfi ekspert rəyi verilməsi üçün əsas qismində göstərilməmişdir. Agentlik isə qeyri-müəyyən şəkildə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları»nın 3.6-cı və 3.7-ci maddələrinə istinad etməklə guya imtina üçün qanuni əsasların mövcud olması görüntüsü yaratmağa çalışsa da, hazırki iş üzrə mənfi ekspert rəyinin mövcud olmasına istinad edilmədiyini və onun verilməsi üçün hər hansı əsasın mövcud olmadığını ört- basdır etməyə çalışmışdır, yəni qərəzli davranışa yol vermişdir. Cavabdehin 17 mart 2022-ci il tarixli imtinasından inzibati qaydada 8 aprel 2022-ci ildə Azərbacan Respublikası Təhsil Nazirliyinə şikayət edilmişdir. İnzibati şikayətə baxılması ilə bağlı hər hansı məlumat daxil olmadığından 15 may 2022-ci il tarixli ərizə ilə Azərbacan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, inzibati şikayətə baxılması zamanı ərizəçinin (səlahiyyətli nümayəndəsinin) iştirakının təmin edilməsini xahiş etmişdik. Artıq 2 aydan artıq müddət keçməsinə baxmayaraq, nə inzibati şikayətə baxılmamış, nə də ərizəçiyə məlumat verilməmişdir. 27 may 2022-ci ildə Elektron ünvan elektron saytından qeydiyyatdan keçməklə Təhsil Nazirliyinə elektron müraciət edilmiş və 8 aprel 2022-ci il tarixli inzibati şikayətə baxılmasının nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Müraciətə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları»nın 4.2-ci bəndinə əsasən tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər" kimi cavab verilmişdir. Cavabdeh Agentliyin 17 iyun 2022-ci ildə daxil olmuş 8 iyun 2022-ci il tarixli Q- 4711/01/03- TKTA saylı məktubundan aydın olmuşdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış müraciətlərə aidiyyatı üzrə yuxarı inzibati orqan tərəfindən deyil, qərarından şikayət olunan Agentlik tərəfindən baxılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən inzibati şikayətə baxılmasına dair «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 79.3-cü, 79.5-ci və 78.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, iddiaçının müraciəti araşdırılmadan yenidən Agentliyə göndərilmişdir. Göstərilənlərə və İPM-in 32.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsaslanaraq, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici ölkədə verilmiş ali təhsil haqqında sənədin ölkə ərazisində tanınmasından imtina edilməsi haqqında” 17 mart 2022-ci il tarixli qərarının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçının magistr ixtisas dərəcəsi alması haqqında İspaniya Krallığının ESEİ X3 Barcelona ali təhsil müəssisəsinin 10 iyul 2020-ci il tarixli diplomunun ölkə ərazisində tanınması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münsibətində (etirazda) bildirilir ki, İddiaçı diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq icraat zamanı iddiaçının təhsil aldığı İspaniya Krallığı ESEİ Beynəlxalq Biznes Məktəbinin fəaliyyətinin və təhsil proqramlarının həmin ölkədə akkreditasiyadan keçib-keçmədiyini, mövcud diplomun magistr dərəcəsinə uyğunluğunun yoxlanılması istiqamətində həmin diplomun verdiyi hüquqların magistr dərəcəsinə malik şəxslərə verdiyi hüquqlardan az olub-olmadığını müəyyən etmək üçün İspaniya Krallığı Milli X6 sorğu vermişdir. İspaniya Krallığının Milli X4 sorğuya cavabında bildirmişdir ki, qeyd olunan ali təhsil müəssisəsi akkreditasiyadan keçsə də, sözügedən təhsil proqramı akkreditasiyadan keçməmişdir. Sorğuya cavabdan akkreditasiyasız təhsil proqramını bitirdiyinə görə də İddiaçı təqdim olunmuş diplomun nümunəli olmadığı müəyyən edilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya müvafiq sənədin verilməsindən 16 mart 2022-ci il tarixdə imtina edilmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddiaçının təhsil səviyyəsi üzrə aldığı diplomun təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Qüvvədə olan qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1,3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.Qaydaların 1.4-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında həyata keçirilir. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində təhsil almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətləri (ixtisaslar) üzrə təhsil qiyabi və ya əyani-qiyabi formada olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət üzrə (ixtisas) belə təhsil formasına yol verilmədikdə. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən sözügedən təhsil müəssisəsinin fəaliyyəti akkreditasiyalı olsa da, iddiaçının aldığı təhsil proqramının akkreditasiyadan keçmədiyi və aldığı magistr diplomunun dövlət nümunəli olmadığı müəyyən olunmuşdur. Belə ki, İspaniya Krallığı Milli X8 tərəfindən sorğuya cavabında qeyd olunan diplomun akkreditasiyasız və dövlət nümunəli olmadığı öz təsdiqini tapmışdır. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Təhsil haqqında» Qanunun 1.0.34-cü maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsidir, 1.0.35-ci maddəsinə görə isə, magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 6 noyabr 2020-ci il tarixli 192-VİQD nömrəli Qanunu ilə «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36 və 27.4-cü maddələrinə dəyişiklik edilmişdir. Həmin maddə dəyişiklikdən əvvəl və dəıyişiklik edildikdən sonra aşağıdakı məzmunda olmuşdur: - (1.0.36-cı maddə əvvəlki redaksiyada) nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur; - (1.0.36-cı maddə hazırda qüvvədə olan redaksiyada) xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; - (27.4-cü maddə əvvəlki redaksiyada) Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - (27.4-cü maddə hazırda qüvvədə olan redaksiyada) Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» ləğv edilmiş və “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 3.10-cü bəndinə əsasən aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: - (3.10.1) bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; - (3.10.2) ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; - (3.10.3) peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: - (4.1.1) müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; - (4.1.2) müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; - (4.1.3) müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; - (4.1.4) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi» üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə ali təhsilə aid kvalifikasiyanın tanınması barədə inzibati aktın qəbulundan cavabdehin imtinası ilə bağlıdır ki, imtinanın əsası kimi İspaniya Krallığı ESEİ Beynəlxalq Biznes Məktəbi akkreditasiyadan keçsə də, iddiaçının aldığı təhsil proqramının akkreditasiyadan keçməməsi ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi İspaniya Krallığının Milli X7 Mərkəzinin təqdim etdiyi akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer alsa da, həmin prorqram akkreditasiyadan keçməmişdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtina məktubunda istinad etdiyi hal əsaslı olmuş və diplomun tanınmasından, başqa sözlə desək kvalifikasiyanın tanınmasından imtina edilməsi üçün əsasdır. Ümumməlum olan arqumentdir ki, təhsil fəalliyəti ilə məşğul olunması üçün təhsil müəssisəsi dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedurdan keçməli, dövlət akkreditasiyası haqqında sənədə malik olmalıdır. Ali təhsil müəssisəsinin akkreditasiya şəhadətnaməsinə malik olması təhsil müəssisəsinin təhsil fəaliyyəti ilə qanuni əsaslar ilə məşğul olduğunun göstəricisi hesab olunur. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları»nda kvalifikasiyanın tanınmasından imtina edilməsinin, o cümlədən də tanınma üzrə ümumi tələblərin əhatə dairəsi müəyyən olunmuşdur ki, müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması ən əsas şərtlərdən biridir. Lakin hazırki iş üzrə həmin proqramın akkreditasiyadan keçməsi müəyyən olunmur. İddiaçının diplomuna “apostille” şəhadətnaməsinin əlavə olunması ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu, xx.xx.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın: - 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; - 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; - 5-ci maddəsinə görə, şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Göründüyü kimi, iddiaçının diplomuna İspaniya “apostille” şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçının diplom aldığı təhsil müəssisəsi akkreditasiyadan keçsə də, İspaniya Krallığının Milli X7 Mərkəzinin təqdim etdiyi məlumata görə iddiaçının təhsil aldığı proqram akkreditasiyadan keçməmiş və nəticə etibarı ilə həmin proqram üzrə alınan diplomda öz növbəliyində dövlət nümunəli sayılmır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaçının ixtisası üzrə təhsili ilə bağlı ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 14.3, 23.1, 52, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar