Məhkəmə qərarları › İş №2-1(112)-3160/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3160/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3160/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi, Vəkil (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, mənzil 35 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid adının verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyul 2021-ci il tarixdə vəfat etmiş mərhum X6 şəhid statusunun verilməsinə dair öhdəliyin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, mərhum həyat yoldaşı X9 ehtiyatda olan zabit kimi, 25 oktyabr 2020-ci il tarixdə ordu sıralarına çağrılmış və Vətən Müharibəsində iştirak etmişdir. Füzuli, Xocavənd uğrunda gedən döyüşlərin iştirakçısı olmuş, son döyüş yeri Şuşa şəhəri uğunda gedən döyüşlər olmuşdur. Müharibədə iştirakı ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən medallarla təltif edilmişdir. xx.xx.2020-ci il tarixdə yenidən ordu sıralarından ehtiyata buraxılmışdır. xx.xx.1980-ci il təvəllüdlü məhrum həyat yoldaşı buna qədər tam sağlam bir şəxs olmuş, heç vaxt səhhətindən şikayəti olmamışdır. Lakin, ehtiyata buraxıldıqdan sonra səhhətindən şikayətlər etməyə başlamışdır. Bununla əlaqədar tibb müəssisələrinə müraciətlər edilmiş və məlum olmuşdur ki, mərhumun yoğun bağırsağında onkoloji problemlər var və artıq bu problemlər kritik vəziyyətə çatmışdır. Əlaqədar təşkilatlara, yerli icra hakiiyyəti orqanlarına, Müdafiə Nazirliyi strukturlarına məlumat verilsə də heç bir köməklik göstərilməmişdir. Belə olduqda, öz vəsaitləri hesabına mərhumu Türkiyə Respublikasının Ankara şəhərinə müalicəyə aparmış, təəssüf ki, nə əməliyyatın, nə də müalicələrin müsbət nəticəsi olmamış və 29 iyul 2021-ci il tarixdə həyat yoldaşı vəfat etmişdir. Hal-hazırda iki övladı xx.xx.2011-ci il təvəllüdlü oğlu X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 atasızdırlar. İddiaçı hesab edir ki, mərhum həyat yoldaşının xəstələnməsinin səbəbi döyüş əməliyyatlarında iştirak etmiş olmasıdır. Belə ki, 25 oktyabr 2020-ci il tarixdə mərhum ehtiyatdan ordu sıralarına çağrılarkən tibbi müayinədən keçmiş və tam sağlam bir şəxs olaraq hərbi xidmətə yararlı hesab edilmişdir. Məlumat üçün bildirir ki, buna qədər də mərhumun sağlamlığından hər hansı bir şikayəti olmamışdır. Nəzərə alınmalıdır ki, 2020-ci ilin sentyabr ayına qədər tam sağlam olan iddiaçının həyat yoldaşının cəmi üç ay hərbi xidmətdən sonra, artıq fəsadlar vermiş onkoloji xəstəliyə tutulması mümkün deyil. Bu xəstəlik, hərbi xidməti zamanı baş vermiş stress, qidalanma problemləri, soyuq, şəraitsizlik və s. ilə əlaqədar yaranmışdır...İddiaçı güman edir ki, məhrum həyat yoldaşının vəfat etmə səbəbi birbaşa döyüşlərlə bağlı olmuşdur. Mərhum 29 dekabr 2020-ci il tarixdə ordu sıralarından tərxis olunduqdan cəmi 10-15 gün sonra ağrıları olduğunu bildirmiş, tibb müəssisələrinə müraciət etdikdə yoğun bağırsağında keçməməzlik olduğu aşkar olmuş, sonra isə həmin bağırsaq keçməməzliyinin məhz onkoloji səbəblərdən baş veridiyi məlum olmuşdur. Qeyd olunanlarla bağlı iddiaçı cavabdehə müraciət etmiş, sonuncu tərəfindəniddiaçının ərizənin icrasından imtina edilmişdir. İmtina səbəbi kimi, məktubda aşağıdakılar göstərilmişdir: “Məlumat üçün bildirirəm ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştin tətbiqi qaydaları "nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respubliaksının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və ya məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.Xahiş edirik nəzərə alasınız." İddiaçı qeyd edir ki, cavabdehin imtinası qanunaziddir. Belə ki, ərizədə, mərhumun vəfat etməsi ilə bağlı xüsusatlar göstərilmiş olduğundan, cavabdeh təşkilat ən azı tibbi sənədləri alaraq, mərhumun vəfatı ilə iştirak etdiyi hərbi əməliyyatların səbəbli əlaqəsinin olub-olmadığını araşdırmalı idi. Cavabdeh təşkilat bunu etməmiş, ərizəyə səthi yanaşaraq, formal cavab vermişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsində mərhum həyat yoldaşı X5 ehtiyatda olan zabit kimi, 25 oktyabr 2020-ci il tarixdə ordu sıralarına çağrıldığını, Vətən müharibəsində iştirak etdiyini, Füzuli, Xocavənd və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etdiyini, xx.xx.2020-ci il tarixdə ordu sıralarından ehtiyata buraxıldığın, 29 iyul 2021-ci il tarixdə həyat yoldaşının vəfat etdiyini göstərərək, məhkəmədən 29 iyul 2021-ci il tarixdə vəfat etmiş məhrum X6 şəhid statusunun verilməsinə dair öhdəliyin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. İddia ərizəsi üzrə Müdafiə Nazirliyinin münasibəti aşağıdakı kimidir: Azərbaycan Respublikasında “qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən göndərilmiş leytenant X9 Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə xx.xx.2020-ci il tarixdən 706-cı motoatıcı birqadanın (N nömrəli hərbi hissə) 7065-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri vəzivəsinə təyin edilmiş və “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020ci il tarixli 2361 Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olarar Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrilə 7065-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri leytenant X1 tərxis edilərək qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə göndərilmişdir. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyininkadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-cı bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991 -ci il tarixli qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 37.2-ci maddəsinə əsasən Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə müvafiq olaraq hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi hərbi-həkim komissiyalarına həvalə olunur. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1/C-17015 saylı məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılmış və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalan”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərin şəhid hesab edildiyi bildirilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. İşdə olan AZ-İ № 668062 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X12 arasında 01 may 2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 may 2011-ci il tarixdə 314 saylı nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cahangirli soyadı verilmişdir. İşdə olan AZ-İİ № 200892 saylı, 03 avqust 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 avqust 2021-ci il tarixdə çənbə bağırsağın bədxassəli yenitörəməsi səbəbi ilə Ankara şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 avqust 2021-cı il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 dekabr 2020-ci il tarixli, 0898 saylı Əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə, bölmələrindən çağırılaraq 2-ci Tamamlama Mərkəzinə (282 №li hərbi hissə) göndərilmiş leytenant X11 xx.xx.2020-ci il tarixdən 706 motoatıcı briqadanın 7065-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 dekabr 2020-ci il tarixli, 01147 saylı Əmrindən çıxaeışdan görünür ki, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2361 №li Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, 706-cı Motoatıcı briqadanın N nömrəli hərbi hissənin 7065-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri səfərbərlikdən tərxis edilmişdir. Məhkəmə hazırki mübahisəyə münasibətdə şəhid adının verilməsinin mümkünsüzlüyü ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərbi xidmət zamanı həlak olmaq heç də hər bir halda şəhid adı verilməsi ilə nəticələnə bilməz. Bunun üçün qanunvericiliklə nəzərdə tutulmuş hallardan ən azından biri mövcud olmalıdır. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir ki, hazırki iş üzrə şəhid adı verilməsi tələb edilən mərhum X5 vəfat etməsində adları çəkilən səbəbli əlaqələrdən hər hansı biri mövcud deyildir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd edilir ki, bu qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə əsasən şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı ilə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsinin tətbiq edilməli olduğu qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, o cümlədən məhkəmə sorğusuna əsasən əldə olunan müfaiq əmrlər üzrə çıxarışlardan müəyyən edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X11 “Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə, bölmələrindən çağırılaraq 2-ci Tamamlama Mərkəzinə (282 №li hərbi hissə) göndərilmiş və xx.xx.2020-ci il tarixdən 706 motoatıcı briqadanın 7065-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri vəzifəsinə təyin edilmişdir. 29 dekabr 2020-ci il tarixdə 01147 saylı Əmrə əsasən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2361 №li Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, 706-cı Motoatıcı briqadanın N nömrəli hərbi hissənin 7065-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri olaraq səfərbərlikdən tərxis edilmişdir. Mərhum 03 avqust 2021-ci il tarixdə çənbə bağırsağın bədxassəli yenitörəməsi səbəbi ilə Ankara şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Göründüyü kimi işdə olan sənədlər əsasında X5 hərbi xidməti vəzifələrini yerinə yetirərkən həlak olduğu müəyyən edilməmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında X5 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə bağlı döyüş əməliyyatlarında iştirak etdiyi müəyyən edilsə də, lakin qeyd olunan xəstəliyin hərbi xidməti vəzifəsinin icrası zamanı, o cümlədən döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olması öz təsdiqini tapmamışdır. Ölümün səbəbi isə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə bağlı olmamışdır. Sadalanan qanunvericilik normalarından bir daha müəyyən edilir ki, X6 şəhid adının verilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh haqlı olaraq şəhid adının verilməsinin mümkün olmaması qənaətinə gəlmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81.1 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar