Məhkəmə qərarları › İş №2-1(112)-3161/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3161/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3161/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı Müzəffər qızının iştirakı ilə, İddiaçı Müzəffər qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 X5rşı “cavabdehin xx.xx.2020ci il tarixli, 108 saylı imtinasının əsassız və qanunsuz hesab edilərək 1968-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 X8 verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Məlikov adına xəstəxanada doğulan ata qrafasında ata adının xx.xx.1928-ci il təvəllüdlü X2, ana qrafasında ana adının xx.xx.1948-ci il təvəllüdlü qızlıq soyadı İsmayılova olan X4 olan iddiaçının bacısı xx.xx.1967-ci il təvəllüdlü X1 həmin müəssisəyə nə vaxt daxil olduğu və sonradan hansı ünvana göndərildiyi barədə məlumat verilməsinə dair qərar çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Müzəffər qızı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 X5rşı “cavabdehin xx.xx.2020-ci il tarixli, 108 saylı imtinasının əsassız və qanunsuz hesab edilərək 1968-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 X8 verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Məlikov adına xəstəxanada doğulan ata qrafasında ata adının xx.xx.1928-ci il təvəllüdlü X2, ana qrafasında ana adının xx.xx.1948-ci il təvəllüdlü qızlıq soyadı İsmayılova olan X4 olan iddiaçının bacısı xx.xx.1967-ci il təvəllüdlü X1 həmin müəssisəyə nə vaxt daxil olduğu və sonradan hansı ünvana göndərildiyi barədə məlumat verilməsinə dair qərar çıxarılması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 X8 ərizə ilə müraciət edərək xx.xx.1967-ci ildə Bakı şəhəri, Binəqədi Rayonu, Məlikov adına xəstəxanada doğulmuş bacısı X1 1968-ci ildə körpələr evinə verilmə ehtimalı olduğu üçün onun yəni X1 həmin Körpələr Evinə nə vaxt daxil olduğu və sonralar hansı ünvana göndərildiyi barədə imkan daxilində iddiaçıya məlumat verilməsini xahiş etmişdir. Bu ərizə ilə həmin körpələr evinə müraciət etməyinə onu vadar edən səbəb; xx.xx.1948-ci ildə Quba rayonu Qonaqkənd kəndində anadan olmuş, qızlıq soyadı İsmayılova olan anası, X4 ölməmişdən əvvəl iddiaçıya və bacısına vəsiyyət edərək onlara atadan ayrı; anaları isə Qasımova (keçmiş soy adı İsmayılova) Tamilla Yaqub qızından doğulan bir qız uşağının olmasını, onun adının X3 və doğum tarixinin xx.xx.1967-ci il olmasını; həmin qız uşağının atasının xx.xx.1928-ci il təvəllüdlü X2 olmasını; birinci əri xx.xx.1928-ci il təvəllüdlü X2 ilə ailədaxili münaqişələri yarandığı üçün X2 1969-cu ildə məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün həmin uşaq dayıları tərəfindən 1 X8 verildiyi bildirmişdir. Həmin bacısını tapmağı barədə vəsiyyət edərək dünyasını dəyişmişdir. İddiaçı da 1 saylı Körpələr evinə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin 1 nömrəli Körpələr Evi iddiaçının ona ünvanladığı

13. Avqust 2020-ci il tarxli məktubuna 26 avqust 2020-ci il tarixli 108 saylı cavab məktubu yazaraq bildirmişdir ki, Körpələr uşaq evi qapalı müəssisə olduğu üçün məlumat verə bilmirlər.Həmin məlumatın məhkəmə qaydasında əldə edilməsi zərurəti yarandığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2. –ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Körpələr Evinin 12 yanvar 2021-ci tarixli, 06 nömrəli məktubunda göstərilmişdir ki, məhkəmənin 2-1(112)-8265/2020 nömrəli 18 dekabr 2020-ci il tarixli məktubuna cavab olaraq bildirilir ki, arxiv materiallarına əsasən xx.xx.1967-ci il təvəllüdlü X3 xx.xx.1968-ci il tarixdə 1 saylı Körpələr Evinə daxil olub və 1972-ci il tarixdə 11 nömrəli uşaq evinə köçürülmüşdür. İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80, 85 ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Müzəffər qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 X5rşı “X4 olan iddiaçının bacısı xx.xx.1967-ci il təvəllüdlü X1 həmin müəssisəyə nə vaxt daxil olduğu və sonradan hansı ünvana göndərildiyi barədə məlumat verilməsi barədə ” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar