Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3161/2023 19.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olmuş Heydər Əliyev prospekti, Müzəffər Nərimanov döngəsi 4 ünvanında yerləşən torpaq sahəsinin və üzərində yerləşən tikilinin məhv edilməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 23.122.650 (iyirmi üç milyon yüz iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyat İdarəsi tərəfindən verilən 24 avqust 1998-ci il tarixli, 000277 saylı Qeydiyyat vəsiqəsinə əsasən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov döngəsi, 4 ünvanında yerləşən ictimai iaşə obyekti (X3) mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2007-ci il tarixli, 332s saylı, 29 oktyabr 2007-ci il tarixli, 336s saylı, 19 mart 2012-ci il tarixli, 72s saylı və 22 yanvar 2013-cü il tarixli, 9s saylı sərəncamlarına əsasən mülkiyyətində olan torpaq sahəsi qanunsuz və əsassız olaraq əlindən alınmış və yerində hal-hazırda Vergilər Nazirliyinin inzibati binası tikilmişdir. Artıq uzun müddət ərzində mülkiyyət hüquqlarının kobud surətdə pozulması aradan qaldırılmamışdır. Belə ki, həmin sahədə əmlak yerləşdiyi halda boş torpaq kimi göstərilmişdir. "xxxx" MMC tərəfindən alınmış xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirməsinin nəticələri haqqında hesabatda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin dəyəri 2.998.650 (iki milyon doqquz yüz doxsan səkkiz min altı yüz əlli) manat, torpaq sahəsinin dəyəri isə 20.124.000 (iyirmi milyon yüz iyirmi dörd min) manat təşkil edir. Yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya cəmi olaraq 23.122.650 (iyirmi üç milyon yüz iyirmi iki min altı yüz əlli) manat ziyan dəymişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiaçıya yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktub təqdim edilərək iddia tələbinin dəqiqləşdirilməsi bildirilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona məxsus olmuş Heydər Əliyev prospekti, Müzəffər Nərimanov döngəsi 4 ünvanında yerləşən torpaq sahəsinin alınması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 23.122.650 (iyirmi üç milyon yüz iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, habelə onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 18 mart 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Müzəffər ünvan 2 ünvanda yerləşən əmlaka vurulmuş zərərin əvəzi olaraq 1400970,00 manat məbləğində kompensasiyanın Azərbaycan Respublikası Vergilər Nazirliyindən (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) iddiaçının xeyrinə tutulması qət edilmiş və adı çəkilən məhkəmə qərarı tərəflərindən tam olaraq icra olunmuşdur. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmənin sorğusu ilə tələb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********919900 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3000/2014 saylı, 04 sentyabr 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ünvan 3 ünvanda yerləşən, İddiaçı məxsus əmlaka vurulmuş zərərin əvəzi olaraq 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-226/2015 nömrəli, 18 mart 2015ci il tarixli qərarı ilə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3000/2014 saylı, 04 sentyabr 2014-cü il tarixli qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilmiş, iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus əmlaka vurulmuş zərərin əvəzi olaraq 1.400.970 (bir milyon doqquz yüz yetmiş) manat kompensasiyanın Azərbaycan Respublikası Vergilər Nazirliyindən iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Qərar hüquqi qüvvəsini almış və icra olunmuşdur. İşə əlavə edilmiş qəbzə əsasən xx.xx.2015-ci il tarixdə AR Vergilər Nazirliyinin hesabından İddiaçı hesabına 1400970,00 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manat məbləğində vəsait keçirilmişdir. Göründüyü kimi, hazırki iddiada tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin - əmlakın alınması ilə baglı kompensasiyanın verilməsinə yönəldilmiş ki, bununla baglı isə mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə baxılaraq iddia tələbi təmin edilmiş və bununla bağlı hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-226/2015 nömrəli, 18 mart 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı yekun məhkəmə aktı hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 Hakim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3161/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3161/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver