Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3163/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (Kəlbəcər rayonu, Nadirxanlı kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2006-cı il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2018-ci il tarixdən (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialı üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaı bildirir ki, xx.xx.1961-ci ildə Ağsunun Kalva kəndində anadan olmuşdu. xx.xx.1978-1980-cı illər tarixində 57 saylı peşə məktəbində təhsil almışdır, xx.xx.1980-xx.xx.1982-ci illərdə ordu sıralarında xidmət etmişdir. xx.xx.1982-ci il tarixdə Bakı metropolitenində hərəkət edən tərkibin eletrik avadanlıqlarının elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir, xx.xx.1982-ci ildən metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdən zərərli iş şəraitində elektrik qatarının maşinist vəzifəsinə keçirilmişəm. xx.xx.1999-cu ildə elektrik qatarının maşinisti kimi mənə 10-cu dərəcə verilmişdir. Bu günə kimi o Bakı metropolitenində elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifəsində çalışır. xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuş və xx.xx.2006-cı il tarixədək (Vətəndaşların pensiya təminatı haqqında Qanunu qüvvədə olduğu son müddət) mənim ümumi iş stajım 27 il 4 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”na əsasən həmin stajdan 23 il 17 günü Bakı Metropoliteni QSC-də elektrik qatarının maşinist köməkçisi və maşinisti kimi işlədiyim vəzifə xüsusilə zərərli və ağır iş şəraitində iş hesab olnduğundan, o xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2018-ci il tarixdən (57 yaşının tamam olduğu gündən) güzəştli şəartlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə Dost xidmətinə müraciət etmişdir. Lakin cavab verilmədiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialılına xx.xx.2021-ci il tarixdə sorğu verilmişdir. xx.xx.2021-ci il tarixdə mənə yazılmış **********9 №-li cavab məktubu ilə onun ərizəsinə imtina cavabı verilmişdir. İmtina məktubunda qeyd olunur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmamayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən 1 yanvar 2008-ci il tarixinədək Qanunun 9-cu maddəsində göstəriolən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-lllQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “ Vətəndaşların pensiya təminatı haqqında ” Qanununun 13-cü maddəsinin “b ’’ bəndinə uyğun olaraq 25 i/ ümumi is stajı olan və bu stajın azı 12 U 6 avını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə 57 yaşı tamam olmuş kişilərin güzəştli yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikkası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gpstəridlərin siyahısı "nın nəqliyyat (21) metropolitençilər bəndində hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompresorlarin maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 13 iyun 1982- ci il tarixli HT-1 ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "Bakı Metropoliteni” ASC-nin Depolar üzrə iş departamentinin İstismar sahəsində qatar maşinisti vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz qatar maşinisti vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də sizin qiizəştli iş stajınız 1 yanvar 2006-cı il tarixindək yoxdur” İddiaçı Cavabdeh tərəfindən verilmiş bu imtina məktubundan narazıdır. Vətəndaşların pensiya təminatı haqqında 23 sentyabr 1992-ci il tarixli 305№-li Qanunun 13-cü maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir; Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 1 və 2 №-li siyahıları təsdiq edilmişdir. Qeyd edilən 2№-li siyahıda iddiaçının işlədiyii peşə (iş) nəqliyyat -XXVİİİ bölməyə aid edilməklə (kod 23001000-Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadaları) aşağıda qeyd olunan kodlarla göstərilmişdir; 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri, xx.xx.1986-ci il tarixdən bu günə kimi metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinisti vəzifəsində işləyir. 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri-xx.xx.1982-ci -ildən xx.xx.1986-ci il tarixinədək metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinist köməkçisi vəzifəsində işləmişəm.Vətəndaşların pensiya təminatı haqqında Qanun 01 yanvar 2006-cı il tarixdə qüvvəyə minmiş Əmək pensiyaları haqqında qanuna qədər qüvvədə olmuşdur. Vətəndaşların pensiya təminatı haqqında Qanun 13-cü maddəsinin “b” bəndinə əsasən peşə məktəbində aldığım təhsil və hərbi xidmət illəri də daxil olmaqla mənim xx.xx.2006-cı il tarixədək ümumi əmək stajının 27 il 4 ay təşkil etməklə, zərərli işdə işlədiyi müddət 23 il 17 gün olmuşdur. Sorğuya cavab olaraq "xxxx" QSC-nin verdiyi 40N-10/3-1209 №-li, xx.xx.2012-ci il tarixli arayışdan məlum olur ki, "metropolitendə güzəştli şərtlərlə çalışan əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 saylı qərarına qədər qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi. Həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodları təqdim edir. 23000000 Nəqliyyat -23001000-14241 teplovoz, elektrovoz maşinist iri və maşinist köməkçiləri; 23001000-14409-elektrik qatarlarının (seksiyalrının maşinistlrəi); - 23001000-16887- elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. İddiaçı əlavə olaraq bildirirk ki, xüsusi zəzrəli əmək şəraitində Etibar Əliyevin əmək stajı 38 il 09 ay 21 gün xx.xx.2021-ci il tarixinədək təşkil edir, əmək məzuniyyətinə 6 təqvim günü əlavə edilir və əmək haqqına tarif maşının 16% məbləğində eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir.” Azərbaycan Respublikası konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə sam il edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqına” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.1-ci maddəsinə əsasən ”Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149- cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. ” Bu o deməkdir ki, Azərbaycan Respublikası konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə və “Normativ hüquqi aktlar haqqına” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.1-ci maddəsinə əsasən mən 01 sentyabr 2006-cı il tarixədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Qanununa əsasən 57 (əlli yeddi) yaşdan iddiaçının pensiya hüququ yaranmışdır. Onun 57 yaşı isə xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Bununla belə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 31.1-ci və 37.7-ci maddələrinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövr üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşma çıxmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1978-1980-ci illər tarixində 57 saylı peşə məktəbində təhsil aldığını, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ordu sıralarında xidmət etdiyini, xx.xx.1982-ci il tarixdə Bakı metropoliteninində hərəkət edən sostavların elektrik avadanlıqlarının elektrik çilingəri vəzifəsinə qəbul edildiyini, xx.xx.1982-ci il tarixdən metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirildiyini, xx.xx.1999-cu il tarixdən elektrik qatarının maşinisti kimi ona 10-cu dərəcə verildiyini, bu günə kimi Bakı metropolitenində elektrik qatarlarının maşinisti vəzifəsində çalışdığını, bu səbəbdən də ona xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğunu iddia edir. İddiaçı daha əvvəl xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 13 iyun 1982-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Depolar üzrə iş Departamentinin İstismar sahəsində qatar maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi qatar maşinisti vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixədək yoxdur. Bundan narazı qalan iddiaçı. E.Şükürov iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında" AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı is verindən asılı olmayaraq yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalısan sıqortaolunanların: kişilər - 60 yasına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 avını həmin islərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin islərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən isdə çalışmasına dair iş verinin arayışının əlavə edilməli olması göstərilmişdir. İş üzrə icraat materiallarına əlavə edlmiş iddiaçı E. Əliyevə məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş iddaçı E. Əliyevə məxsus ******* nömrəli hərbi biletdən məlum olur ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş 13 iyun 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixədək dövr ərzində “Bakı Metropoliteni" ASC-nin Depolar üzrə is Departamentinin İstismar sahəsində qatar maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 03 avqust 2021-ci il tarixli A/206 nömrəli arayışında İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti peşələrində çalışdığı, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" QSC-nın Depolar üzrə is Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində işlədiyi. xx.xx.2017-ci il tarixdən X2 üzrə İs Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, islərin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan islərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, islərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının nəqliyyat bölməsinin (28) metropolitenlər bəndində (28.2) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr; metropoliten müəssisələrinin briqadirləri; drezinaların sürücüləri; drenajçılar; hidroqaldırıcıların maşinistləri; zumpf aqreqatlarının maşinistləri; daxili yanma mühərriki olan səyyar kompressorların maşinistləri; geodeziyamarkşeyder işləri ilə məşğul olan mühəndislər; dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarət ilə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarittədqiqat stansiyalarında məşğul olan texniklər; elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının əmək kitabçasında, o cümlədən "xxxx" QSC tərəfindən təqdim edilmiş arayışda iddiaçının qatar maşinistinin köməkçisi, qatar maşinisti vəzifələrində işlədiyi qeyd olunmuş, lakin həmin vəzifə Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçı iddia ərizəsində işlədiyi vəzifənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2 №-li siyahısının təsdiq edildiyini, 2 №-li siyahıda onun işlədiyi peşə(iş) nəqliyyat - XXVİİİ bölməyə aid edilməklə (kod - 23001000 - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadaları) qeyd olunan kodlarla göstərildiyini qeyd etmişdir. Bununla bağlı cavabdeh qeyd edir ki, həmin kodun aid olduğu bölmədən də görünür ki, həmin kod Metropoliten işçilərinə deyil, dəmiryol nəqliyyatı işçilərinə aid edilir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, -İddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Ağsu rayonunun Kalva kəndində doğulmuşdur. -Nərimanov rayon Hərbi komissarlığı tərəfindən xx.xx.1980-cı il tarixdə verilmiş HЗ ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. -Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 414 №li attestatından görünür ki, İddiaçı 01 sentyabr 1978-ci ildə Azərbaycan SSR Bakı şəhəri 87 nömrəli texniki məktəbin gündüz şöbəsinə daxil olmuş və 04 mart 1980-ci ildə elektrik qatarlarının maşinist köməkçisi peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. -Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 165-B №li attestatından görünür ki, İddiaçı 01 mart 1985-ci ildə Azərbaycan SSR Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 29 yanvar 1986-cı ildə metronun hərəkət qatarları maşinisti peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. -İddiaçıya məxsus ИT-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətidən görünür ki, iddiaçı xx.xx.1978ci ildən xx.xx.1980-cı ilədək Azərbaycan SSR Bakı şəhəri 87 nömrəli texniki məktəbində təhsil almışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə Bakı Metropolitenində hərəkət qatarı tərkibində elektrik avadanlıqları təmiri üzrə çilingər-elektrik vəzifəsinə təyin edilmişdir. xx.xx.1982-ci ildə baxış və avadanlıq üzrə sahəyə elektrik avadanlıqlarına baxışcı çilingər vəzifəsinə 2-ci dərəcə üzrə keçirilmişdir. xx.xx.1982-ci ildə istismar sexinə maşinist köməkçisi keçirilmişdir (zərərli iş şəraiti-həftədə 36 saatlıq iş). xx.xx.1986-cı il tarixdə istismar sexinə elektrik qatarına maşinist keçirilmiş (ağır əmək şəraiti, 36 saatlıq iş həftəsi), xx.xx.1999-cu ildə əməyin ödənişinin vahid tarif cədvəlinin tətbiqi ilə əlaqədar olaraq 10 dərəcə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli tarixli 289 saylı sərəncamına əsasən BMP-nin və “Azərelektrotikinti” SC-nin yenidən təşkili dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.xx.xx.2014-cü il tarixdə Depolar üzrə İş Departamentinin istismar sahəsinə 10-cu dərəcə ilə qatar maşinisti (tək işləyəm 3-cü dərəcəli sürücülük) vəzifəsinə keçirilmişdir.(yeraltı ağır şəraiti ilə). xx.xx.2017-ci il tarixdəHərəkət qatarının istismarı üzrə iş Departamentinin istismarı sahəsinə 10-cu dərəcə ilə qatar maşinisti (13-cü dərəcəli sürücülük vəzifəsinə keçirilmişdir, yeraltı ağır iş şəraiti ilə) - Cavabdeh tərəfindən iddiaçıya verilmiş 06 oktyabr 2021-ci il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) hidroqaldırıcıların maşinistləri; zumif aqreqatlarının maşinistləri; daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 13 iyun 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Bakı Metropoliteni" ASC-nin Depolar üzrə iş Departamentinin İstismar sahəsində X4 qatar maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, X4 işlədiyi qatar maşinisti vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də X4 güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Göründüyü kimi iddiaçıya onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının Qanunla nəzərdə tutulan müddətdən az olması, o cümlədən iddiaçının çalışdığı peşələrin NK-nın məlum qərarı ilə təsdiqlənmiş siyahılardakı mövcud olan onun vəzifəsinə uyğun peşəyə uyğun gəlmədiyi əsası ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazı aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İş materiallarından görünür ki, Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən iddiaçının hüquqlarını müdafiə edən Vəkil ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda xx.xx.1961-ci il təvəllüdlü X6 ilə bağlı daxil olmuş sorğuya baxılaraq bildirilir ki, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.2014-cü il tarixnədək “N.Nərimanov" adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti peşələrində çalışmış (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə), xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək “Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə), xx.xx.2017-ci il tarixindən X2 üzrə iş Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyir (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). Bildirilmişdir ki, metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm təsdiq edilməsi haqqında" xx.xx.2007-ci il tarixli 12 saylı qərarına qədər qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi. Həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodları aşağıdakılardır: 23000000 XXVİİİ. Nəqliyyat, 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. Əlavə olaraq bildirilmişdir ki, xüsusilə zərərli əmək şəraitində İddiaçı əmək stajı 38 il 09 ay 21 gün (otuz səkkiz il doqquz ay iyirmi bir gün) (xx.xx.2021-ci il tarixinə) təşkil edir, əmək məzuniyyətinə 6 təqvim günü əlavə edilir və əmək haqqına tarif maaşının 16% məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir. -Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilən xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, arayış X5 ondan ötrü verilmişdir ki, o, həqiqətən xx.xx.1982-ci il tarixindən xx.xx.2014-cü il tarixnədək “N.Nərimanov" adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti, peşələrində çalışmışdır (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%). xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində işləmişdir (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%). xx.xx.2017-ci il tarixindən X2 üzrə iş Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyir (həftədə 36 saat, xüsusi zərərli iş şəraiti ilə 16%). Yeraltı, həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraitində əmək stajı 38 il 07ay 16 gün (otuz səkkiz il yeddi ay on altı gün) təşkil edir və işçinin zərərli işinə görə əmək məzuniyyətinə 6 təqvim günü əlavə olunur. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən iş stajı (23 il 05 ay 19 gün), həmçinin hərbi xidmət dövrü (2 il 1 ay 9 gün) və təhsil dövrü (01 il 06 ay 3 gün) də nəzərə alınmaqla, 25 ildən artıq (26 il 06 ay 12 gün) ümumi iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “vaqonların baxıcı — təmirçiləri” (kod 23001000—16275) və “vaqonların baxıcıları” (kod 23001000— 16279) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21. Nəqliyyat” bölməsində “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri” nəzərdə tutulmuşdur. Sözügedən siyahıda metropoliten qatarlarının maşinistləri vəzifəsinin zərərli iş kimi göstərilməməsi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmamasına əsas verə bilməz. Bununla əlaqədar məhkəmə qeyd edir ki, yaşa görə pensiya təminatında əməyin xüsusi şəraiti ilə əlaqədar müəyyən olunan güzəştlərdən istifadə edənlərin dairəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda açıqlanmışdır. Belə güzəştlərdən daha geniş formada yeraltı işlərdə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilər istifadə edirlər. Qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapmışdır. (xx.xx.2019-cu il tarixli, 2-1(102)- 2899/2019 saylı Qərar) Metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstü dəmiryol nəqliyyatından daha ağır olduğu, eləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda iddiaçının Bakı Metroplitenində elektrik qatar maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 06 ay xüsusi iş stajını topladığı təsdiq olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qaydaların 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, həmçinin 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olduğundan, cavabdeh tərəfindən iddiaçıya yuxarıda qeyd olunan şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyası təyin olunsun, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3163/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3163/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver