Məhkəmə qərarları › İş №2-1(112)-3165/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3165/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3165/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlilliyin yeni təyinat tarixinin dəyişdirilməsi, əlilliyinin bitdiyi tarix ilə yeni təyinat tarixi arasında dövr üzrə pensiya ödənişinin hesablanaraq verilməsi vəzifələrinin cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdirdir ki, ağır formalı, insulin tələbli şəkərli diabet, hipertoniya xəstəliyindən, aşağı ətrafların diabetik polineyropatiyasından əziyyət çəkir. Ona dəfələrlə təkrar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyinin müddəti bitmiş və iddiaçı müvafiq olaraq qeydiyyatda olduğu Bakı 19 nömrəli şəhər poliklinkasına müraciət etmişdir. Həmin tibb müəssisəsi tərəfindən verilmiş göndərişə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli cavabda əlavə müalicəyə ehtiyacın olması, ixtisaslaşmış müayinə və müalicənin məsləhət görülməsi qeyd olunmuşdur. İkinci göndəriş əsasında da TSEK tərəfindən xx.xx.2022-ci il tarixdə yenə də əlillik təyin edilməmiş, imtina verilmiş və həmin imtinada dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu, keyfiyyətsiz doldurulma diaqnozu təsdiq edəcək müayinələrin tam aparılmadığı qeyd olunmuşdur. Göründüyü kimi TSEK qəsdən imtinada konkret hansı müayinələrin aparılmalı olduğunu qeyd etməmişdir. Hər dəfə o, TSEK-ə gedərək maraqlanmışdır ki, hansı müayinə lazımdır ki, onun əlilliyi təsdiq edilsin, ona elektroneyroqrafiya müayinəsindən keçməli olduğu bildirilmişdir. İddiaçı TƏBİB X2 İnstitutu Kliniki-Neyrofıziologiya laboratoriyası tərəfindən xx.xx.2022-ci il tarixdə elektroneyromioqrafıya müayinəsindən də keçmişdir. Tibb müəssisəsi tərəfindən yenidən göndəriş verilmiş və TSEK tərəfindən yenidən natamam göndəriş adı ilə imtina verilmişdir. xx.xx.2022-ci il tarixində iddiaçıya sms bildiriş də göndərilərək imtina verildiyi qeyd olunmuşdur. Bu dəfə yenə onlara müraciət etdikdə canlı müayinədən keçməli olduğu bildirilmişdir. Mayın 19-də doppler müayinəsindən keçirilmiş, yalnız bundan sonra köhnə tarixə, yəni xx.xx.2022-ci il qiymətləndirmə və təyinat tarixli ikinci dərəcəli əlillik verilmiş, diaqnozu insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2-ci orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla, pastik hemiplegiya, sağ tərəfli hemipariz, hərəkətin və yerişin pozulmaları, diabetik polinevropatiya (E10-14) Diabetik ensfola və polineyropatiya, stenokardiya (döş inağı) ürəyin işemik xəstəliyi diaqnozu qoyulmuşdur. Əlillik müddətinin qurtarması ilə bağlı yenidən əlilliyin təyinatı süni surətdə uzadılmış, burada müraciət edən şəxs kimi iddiaçının heç bir təqsiri və qanunsuz hərəkət və hərəkətsizliyi olmamışdır. Tibb müəssisəsinin göndərişləri hər dəfəsində natamam adı ilə geri göndərilsə də, hansı müayinələrin aparılmalı olduğu bildirilməmiş, sanki gizlədilmişdir. İddiaçı müharibə veteranıdır, müalicəsinə vəsait çatdıra bilmir, kasıbdır, aldığı pensiya yeganə dolanışıq mənbəyidir. Əlilliyinin təkrar qiymətləndirilməsi süni surətdə uzadılmış, bu müddətdə o pensiya ödənişindən məhrum olunmuşdur. Bununla əlaqədar ayrı-ayrı vaxtlarda cavabdehlərə müraciət edərək əlilliyinin bitdiyi vaxtdan yeni təyinat tarixinə kimi olan dövr ərzində ona əlilliyə görə pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 3.3.1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir, iddiaçının təyinat tarixi ilə əlilliyin bitdiyi tarix (xx.xx.2021) arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyildir. DSMF də təxminən oxşar cavab vermiş, xx.xx.2022-ci il tarixli imtina məktubunda isə qeyd olunmuşdur ki, “Araşdırma məlumatına əsasən bildirilir ki, iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemi vasitəsilə həyata keçirilir. Əlillik vəziyyəti yenidən qiymətləndirilərkən iddiaçıya xx.xx.2022-ci il tarixindən əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona pensiya ödənişi xx.xx.2022-ci il tarixindən bərpa edilmişdir. İddiaçının müraciətdə qeyd etdiyi dövrdə əlillik dərəcəsi müəyyən olmadığından təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2021) sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı hesab edir ki, imtinalar qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. İddiaçı sonradan məhkəməyə vəsatət təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlərin sırasından çıxarılmasını xahiş etmişdir. Ərizə təmin edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 19 saylı Şəhər Poliklinikasının xx.xx.2014cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. ÜlX-yi.geyri stabil stenokardiyası.Hipertoniya xəstəliyi İİ mər. Diabetik retinopatiya. a/ətrafların diabetik angiopatiyası. diabetik ensefalopatiya. diabetik nefropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 19 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip,ağır forma, insulin tələbli. ÜlX-yi.geyri stabil stenokardiyası.Hipertoniya xəstəliyi İİ mər.Aşağı ərtafların diabetik polineyropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip,ağır forma,insulin tələbli. ÜİX-yi.qeyri stabil stenokardiyası. Hipertoniya xəstəliyi İİ mər. Aşağı ətrafların diabetik polineyropatiya; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergi- xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəs verilmişdir. Bakı 19 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi-xəstəlikləri => İ60-İ69-Serebrovaskulyar xəstəliklər => İ69–Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri, Diaqnozun mətni: Beyin infarktının nəticələri, hər iki beyin yarımkürəsində keçirilmiş işemik insultunun davam qalıq əlamətləri. Essensial [birincili] hipertenziya, İİİ dərəcəli. Stenokardiya [döş inağı] Stenokardiyanın digər formaları, Stabil gərginlik stenokardiyası. Serebral ateroskleroz Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2019-2021-ci illər üçün stasionar müayinə və müalicə müddəti yetərli deyil. İxtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistem xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri, Hər iki beyin yarımkürəsində keçirilmiş beyin infarktının nəticələri Süst hemiplegiya, Sağ tərəfli spastik hemiparez Paralitik yeriş, Yerişin pozulması. İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə. Diabetik angiopatiya. Hər iki baldırların çoxsaylı trofiki yaraları İnsulindən asılı olmayan şəkər diabet, Nevroloyi ağırlaşmalarla., Diabetik polineyropatiya. Diabetik ensefalopatiya Ürəyin xroniki işemik xəstəliyi, ÜİX Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-Diabetik retinopatiya İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip2 orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-Hipertonik angiopatiya. Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Hepatosteatoz Serebral ateroskleroz, Serebra ateroskleroz Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi, Boyun və digər şöbələrin fəqərəarası disklərinin zədələnməsi. ağrı kökcük sindromu ilə. Stenokardiyanın digər formaları, Stabil gərginlikli stenokardiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:-Göndərişin natamam doldurulması>Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edəcək müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarix göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarkt => İ63.5 - Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində ...; Diaqnozun mətni: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, BQDTKP sol beyin yarımkürəsində beyin infaktı. Sac tərəfli hemipariz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Baş beynin instrumental müayinə nəticəsi hazırkı dövrü əhatə etməyərək əsas diaqnozla uyğunsuzluq təşkil edir. Əlavə ixtisaslaşmış müayinə-müalicə tövsiyə olunur” səbəbi ilə imtina verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixi göndərişi əsasında təkrar baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - <şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: "İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla. pastik hemiplegiya, Sağ tərəfli hemipariz. Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik ensofalo və neyropatiya. Stenokardiya [döş inağı], Ürəyin işemik xəstəliyi; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15- E16.1, E22.0-E22.1, E23.0-E23.2,...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan əlavə, İddiaçı əyani müayinədə olmuş və -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 25 iyul 2022-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 1Z20-Cİ il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalarının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin Qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm normalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbu edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektror imza ilə imzalanır. Göründüyü kimi İddiaçı Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı ona “Göndərişin natamam doldurulması - Səbəb: Baş beyin instrumental müayinə nəticəsi hazırki dövrü əhatə etməyərək əsas diaqnozla uyğunsuzluq təşkil edir. “Əlavə ixtisaslaşmış müayinə-müalicə tövsiyyə olunur” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparma mümkün olmamışdır. Göstərilən səbəblər aradan qalxdıqdan sonra isə ona Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə nəticəsində 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bu səbəblərdən də də, iddiaçının əlilliyin təyinat tarixinin xx.xx.2022-ci il tarixdən qeyd olunması tələbi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli müraciətində tələbinin əlilliyin təyinat tarixinin dəyişdirilərək xx.xx.2022-ci il tarixindən müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -3 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə verilən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair məlumatdan görünür İddiaçı əlilliyinin xx.xx.2016-cı il tarixdə qiymətləndirilməsi nəticəsində insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2-ci orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla, pastik hemiplegiya, sağ tərəfli hemipariz, hərəkətin və yerişin pozulmaları, diabetik polinevropatiya (E 10-14) Diabetik ensfola və polineyropatiya, stenokardiya (döş inağı) ürəyin işemik xəstəliyi diaqnozu əsasında ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2027-ci il müəyyən edilmişdir. -iddiaçının əlillik vəziyyətinə 19 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. ÜlX-yi.geyri stabil stenokardiyası.Hipertoniya xəstəliyi İİ mər. Diabetik retinopatiya.a/ərtafların diabetik angiopatiyası.diabetik ensefalopatiya.dibaetik nefropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. -Bakı 19 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip,ağır forma,insulin tələbli.ÜlX- yi.geyri stabil stenokardiyası.Hipertoniya xəstəliyi İİ mər.Aşağı ərtafların diabetik polineyropatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İİnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip,ağır forma,insulin tələbli.ÜİX-yi.geyri stabil stenokardiyası.Hipertoniya xəstəliyi İİ mər.Aşağı ərtafların diabetik polineyropatiya; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergi- xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. -Bakı 19 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sisten-xəstəlikləri => İ60-İ69-Serebrovaskulyar xəstəliklər => İ69–Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri, Diaqnozun mətni. Beyin infarktının nəticələri, hər iki beyin yarımkürəsində keçirilmiş işemik insultunun davam qalıq əlamətləri. Essensial [birincili] hipertenziya, İİİ dərəcəli. Stenokardiya [döş inağı] Stenokardiyanın digər formaları, Stabil gərginlik stenokardiyası. Serebral ateroskleroz Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2019-2021- ci illər üçün stasionar müayinə və müalicə müddəti yetərli deyi İxtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. -Bakı 19 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistem xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri, Hər iki beyin yarımkürəsində keçirilmiş beyin infarktının nəticələri Süst hemiplegiya, Sağ tərəfli spastik hemiparez Paralitik yeriş, Yerişin pozulmas İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Diabeti angiopatiya. Hər iki baldırların çoxsaylı trofiki yaraları İnsulindən asılı olmayan şəkər diabet, Nevroloyi ağırlaşmalarla., Diabetik polineyropatiya. Diabetik ensefalopatiya Ürəyin xroniki işemik xəstəliyi, ÜİX Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-Diabetik retinopatiya İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip2 orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-Hipertonik angiopatiya. Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Hepatosteatoz Serebral ateroskleroz, Serebra ateroskleroz Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi, Boyun və digər şöbələrin fəqərəarası disklərinin zədələnməsi. ağrı kökcük sindromu ilə. Stenokardiyanın digər formaları, Stabil gərginlikli stenokardiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:-Göndərişin natamam doldurulması>Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edəcək müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. -Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarkt => İ63.5 - Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində ...; Diaqnozun mətni: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, BQDTKP sol beyin yarımkürəsində beyin infaktı.Sac tərəfli hemipariz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Baş beynin instrumental müayinə nəticəsi hazırki dövrü əhatə etməyərək əsas diaqnozla uyğunsuzluq təşkil edir. Əlavə ixtisaslaşmış müayinə-müalicə tövsiyyə olunur” səbəbi ilə imtina verilmişdir. -Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixi göndərişi əsasında təkrar baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - <şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: "İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla. pastik hemiplegiya, Sağ tərəfli hemipariz. Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik ensofalo və neyropatiya. Stenokardiya [döş inağı], Ürəyin işemik xəstəliyi; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07- E07.9,E10,E12,E15- E16.1, E22.0-E22.1, E23.0-E23.2,...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan əlavə, İddiaçı əyani müayinədə olmuş və -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 25 iyul 2022-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. -İddiaçının müraciətinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”'na uyğun olaraq onun əlillik vəziyyətinin dövlət tibb müəssisəsinin 2750003AAF9Y nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlilliyin təyin edildiyi, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əllillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edildiyi, iddiaçının təyinat tarixi ilə əlilliyin bitdiyi tarix (xx.xx.2021-ci il) arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. -19 №li şəhər Poliklinikası tərəfindən məhkəmənin sorğusu əsasında verilən cavab məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 1965-ci il təvəllüdlü İddiaçı 2014-cü ildən "Hər iki beyin yarımkürəsində keçirilmiş beyin infarktının nəticələri. Sağ tərəlli spastik hemiparez. yerişin pozulması. Hipertoniya xəstəliyi İİİ mərhələ. Serebral ateroskleroz. ÜİX. Gərginlik stenokardiası, şəkərli diabet İİ tip orta ağır forma, insulin tələbli çox saylı ağırlaşmalarla, aşağı ətrafların diabetik angiopatiyası. OU diabetik retinopatiya. “diabetik ensefalopatiya və poleneyropatiya" diaqnozu ilə həkimnevroloqun dispanser qeydiyyatındadır. xx.xx.2021-ci il tarixdə növbəti müayinə vaxtı olduğu üçün İddiaçı tibbi sənədləri İİMK tərəfindən xx.xx.2021-ci il tarixdə hazırlanaraq TSEK-ə göndərilmişdir. TSEK tərəfindən imtina səbəbi olaraq "dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Keyfıyyətsız doldurulmadiaqnozu təsdiq edəcək müayinələr tam aparılmayıb göstərilmişdir. İmtina səbəbi aradan qaldırıldıqdan sonra yeni müayinələr əsasında xx.xx.2021-ci il tarixdə forma 088 hazırlanaraq təkrar 1 TSEK-ə göndərilmişdir. TSEK tərəfindən növbəti dəfə imtina səbəbi olaraq ‘'Baş beyinin instrumental müayinə nəticəsi hazırki dövrü əhatə etməyərək əsas diaqnozla uyğunsuzluq təşkil edir.Əlavə ixtisaslaşmış müayinə-müalicə tövsiyə olunur" göstərilmişdir. xx.xx.2022-ci il tarixdə tələb olunmuş müayinə və müalicə təmin olunduqdan sonra yeni tibbi sənədlərin əsasında Forma 88 TSEK-ə göndərilmiş və xx.xx.2022-ci il tarixdə İddiaçı İİ qrup əlillik təyin edilmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə ilk dəfə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən ikinci dəfə bir il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. Sonuncu dəfə iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə bitmiş, 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixi göndərişi əsasında təkrar baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - <şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: "İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ orta ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalarla. pastik hemiplegiya, Sağ tərəfli hemipariz. Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik ensofalo və neyropatiya. Stenokardiya [döş inağı], Ürəyin işemik xəstəliyi; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07- E07.9,E10,E12,E15- E16.1, E22.0-E22.1, E23.0-E23.2,...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişlər əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş, lakin ona əlavə müalicəyə ehtiyacının olması və göndərişin natamam doldurulması əsasları ilə əlillik dərəcəsinin təyin edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan inzibati icraatı tam aparmamış, iddiaçının xeyrinə olan halların qiymətləndirilməsi ilə bağlı əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Göründüyü kimi, göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasında nəzərdə tutulmayan əsaslarla iddiaçının əlillik dərəcəsinin müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmişdir. Hazərkə iddiada cavabdeh tərəfindən əlillik dərəcəsinin müəyyən edilməsindən imtina edilməsi barədə xx.xx.2022-ci il qərarın verilməsinə səbəb göndərişin natamam doldurulması olmuşdur. Həmçinin iddiaçının əlillik müddəti bitdikdən sonra onun sağlamlığının təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi əvvəlki əlillik dərəcəsinin verilməsi üçün səbəb olmuş xəstəliyin sağalmaması nəticəsində yenidən müəyyən edildiyindən ötürülmüş müddət də daxil olmaqla, əlil şəxs hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin xx.xx.2022-ci il tarixli, xxxxxxx0010 nömrəli qərarının təyinatın tarixi “xx.xx.2022” hissəsinin “xx.xx.2022” kimi dəyişdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əlilliyinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli, xxxxxxx0010 nömrəli qərarının təyinatın tarixi “xx.xx.2022” hissəsinin “xx.xx.2022” kimi dəyişdirilmə öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar