Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3166/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Yusifov Vaqif Camal oğlunun (Zaqatala şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi Xaspoladov Orxan Raiq oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir), üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Bədirxanov Nemət Firudin oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Mərkəzi Bankına qаrşı “iddiaçının kompensasiya ödənilməli olan şəxslərin siyahısına daxil edilməsi” tələbi bаrədə ərizəsi üzrə işə üçüncü şəxs qismində "xxxx" ASC və “Xalq Bank” ASC-nin cəlb etməklə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək iddiaçının kompensasiya verilməli olan şəxslərin siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiаçı İddiaçı iddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Zaqatala rayon filialı ilə kredit müqaviləsi bağlayaraq ABŞ dolları ilə kredit götürmüşdür.Kredit borcunu ödədiyi vaxt dolların manata nisbətdə məzənnəsi yüksəlmişdir.Manatın devalvasiyası zamanı 1738,0 ABŞ dolları məbləğində kredit borcu qalmışdır.Bundan sonra 4494,5 manat kredit borcundan ödəniş etmişdir.Həmin məbləği "xxxx" ASC-nin Zaqatala rayon filialı iddiaçıdan manatın dollara olan kursuna (1.705 dollar) müvafiq 2636,7 ABŞ dolları dəyişdirməklə qəbul etmişdir və borcundan çıxmışdır.Həmin vaxt iddiaçının qalıq kredit borcu var idi. İddiaçı cavabdehə və "xxxx" ASC-yə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı əsasında iddiaçıya ödənilməli olan 800 manat kopensasiyanın ödənilməsi barədə müaciət etsə də müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir.Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Yusifov Vaqif Camal oğlu barəsində sistemləşdirilmiş məlumatlar sırasına "xxxx" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı bir qeyd daxil edilməmişdir.Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yusifov Vaqif Camal oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Xaspoladov Orxan Raiq oğlu iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Bədirxanov Nemət Firudin oğlu bildirmişdir ki, onun təmsil etdiyi Bankla Yusifov Vaqif Camal oğlu arasında kredit müqaviləsi olmuşdur və Maliyyə Bazarlarına Nəzarət Palatasına bununla bağlı məlumat göndərilmişdir.Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi çıxışının sonunda iddianın təmin edilməsinə etiraz edilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Yusifov Vaqif Camal oğlu Azərbaycan Respublikasının vətəndaşıdır. 22 aprel 2009-cu il tarixli, **********09 №li kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 35000 ABŞ dolları məbləğində 24 ay müddətinə illik 25% ödənilməklə kredit vermişdir. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış 448 nömrəli, 17.03.2021-ci il tarixli məktubuna əsasən Yusifov Vaqif Camal oğlu ilə həmin Bank arasında bağlanmış 22.04.2009-cu il tarixli, **********09 nömrəli kredit müqaviləsi üzrə borcu aşağıda göstərilən kimi olmuşdur: 21.02.2015-ci il tarixində əsas borc qalığı 1738 ABŞ dolları, 21.12.2015-ci ildə əsas borc qalığı 1738 ABŞ dolları, 01.03.2019-cu ildə 0 ABŞ dolları. Elektron qaydada müraciətə cavabda iddiaçının valyuta kreditinin olması, lakin sistemdə əks olunmaması qeyd edilmişdir. ASC "xxxx" tərəfindən tərtib olunmuş və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanmış siyahıda 1494 sıra nömrəsi ilə iddiaçı haqqında məlumat göstərilmişdir. Beləliklə, iş materiallarına əsasən iddiaçı "xxxx" ASC-dən 22 aprel 2009-cu il tarixli, **********09 №li kredit müqaviləsinə əsasən 35000 ABŞ dolları məbləğində kredit götürmüşdür, həmin kredit borcunun 21.02.2015-ci il tarixinə ödənilməmiş əsas borc qalığı 1738 ABŞ dolları, 21.12.2015-ci il tarixinə ödənilməmiş əsas borc qalığı 1738 ABŞ dolları, 01.03.2019-cu ildə isə 0 ABŞ dolları təşkil etmişdir.İddiaçının kredit götürdüyü "xxxx" ASC iddiaçı haqqında məlumatın əks olunduğu siyahını Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərsə də iddiaçının adı qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş kredit borcu ilə bağlı kompensasiyanın ödənilməsinə hüququ olan şəxslərin siyahısına daxil edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənlri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Həmin Fərmanın 8-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın məqsədləri üçün müəyyən edilir: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ;8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; İşin faktiki hallarına əsasən iddiaçının 2015-ci ilin həm 21 fevral, həm də 21 dekabr tarixlərinə valyuta ilə kredit borcunun məbləği 1738 ABŞ dolları təşkil etmişdir, yəni iddiaçının banka valyutada kredit borcu Azərbaycan Respublikasının yuxarıda qeyd edilən Fərmanının təsir dairəsinə aid olan problemli kredit borcudur. Belə olan halda Azərbaycan Respublikasının yuxarıda qeyd edilən Fərmanının 1-ci bəndində göstərilən ödənişin verilməli olduğu fiziki şəxslərin siyahısına iddiaçının da adının daxil edilməsini tələb etmək hüququ iddiaçıda mövcuddur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri, istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsinin qərara alınması göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı kompensasiya verilməli olan şəxslərin siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2,34, 68, 85,72,73, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiаçı İddiaçı kompensasiya verilməli olan şəxslərin siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3166/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3166/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver