Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3166/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X4, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “tutulmaların dayandırılması və tutulmuş vəsaitin geri ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “cavabdeh tərəfindən qəbul edilmiş qərar ləğv edilərək tutulmuş vəsaitin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
3. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının tutulmalara dair hərəkətləri qanunsuz hesab edilsin və tutulmuş vəsait geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində əlilliyin təyin olunması barədə xx.xx.2021-ci il tarixində verdiyi imtina cavabının qanunsuz hesab olunması, onun yenidən komissiyadan keçirilməyinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi İş № 2- 1(112)-9928/2021 xx.xx.2021-ci il tarixli Qərardadı ilə işin hallarına obyektiv qiymət verilməsi məqsədi ilə iş üzrə tibbi ekspertiza təyin edilməsi baradə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, T38/2022 nömrəli sağlamlıq vəziyyətinin təyininə dair ekspert rəyinədə Bakı 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərşlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda göstərilmiş diaqnozların aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edildiyini, həmin diaqnozlar nəzərə alınmaqla vətəndaşın əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklərin əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmaması barədə rəy vermişdir. Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2- 1(112)-2216/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir, (hakim: N.Abıyev). Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinə dair ədalətli məhkəmə araşdırılmalarının aparılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasının təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-2474/2022 xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-2216/2022 nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlanılması baradə Qərar qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-2474/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarından Ali Məhkəməyə kasassiya şikayəti verilmişdir. Ali Məhkəmənin 2-1 (103)-3006/23 tarixli Qərarı ilə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmiş və məhkəmə iclası xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 031194 №-li müharibə veteranı vəsiqəsi verilmişdir ki, buna görədə 80 manat Prezident təqaüdü alırdı. Hansı ki cavabdeh tərəfindən yenidən araşdırma aparılmış və nəticədə aşağıdakı kimi qənaətə gəlmişdir “sizə 2 dərəcə müharibə əliliyinə görə təyin olunmuş Prezident təqaüdü üzrə xx.xx.2021- xx.xx.2023-cü il tarixədək 896 manat manat tutularaq Filialın hesabına bərpa edilmişdir. Artıq ödənilmiş 8.220,03 manat məbləğin aylıq təqaüddən hər ay 16 manat tutularaq Filialın hesabına bərpa edilməsi həyata keçirilir” (əsas xx.xx.2023-cü il tarixli imtina məktubu). Həmçinin hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Bununla bağlı isə cavabdehin gəldiyi nəticə aşağıdakı olmuşdur. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 1 sentyabr 2023-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizə Mərkəzi Filial tərəfindən 14 mart 2016-cı il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.1 -ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib. Sizə ödənilən əmək pensiyası əlilliyinizin etibarlılıq müddətinin 14 mart 2021-ci ıl tarixində bitməsi ilə əlaqədar 1 aprel 2021 -ci il tarixindən dayandırılıb. 15 fevral 2023-cü il tarixində Mərkəzi Filiala hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştlli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmisiniz. Araşdırma zamanı “Əlillik” alt sistemində xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə sizə “hərbi xidmət dövrü ilə əlaqədar” İİİ dərəcə əlillik təyin edildiyi aşkar edilib. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar sizə artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq sizə 4710,76 manat artıq ödənilmiş pul vəsaiti müəyyən edilib. Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq, sizə cari ilin mart ayında Mərkəzi Filial tərəfindən 23 il 7 gün xidmət müddətinə görə 616,01 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib, həmçinin 1 aprel 2021-ci il tarixindən yenidən hesablanaraq sizə ödənilməli olan 11986,72 manat pensiya məbləği müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün sizə ödənilməli olan 11986,72 manat pensiya məbləğindən sizə artıq ödənilmiş 4710,76 manat çıxılmış (11986,72- 4710,76-7275,96 manat), qalan 7275,96 manat vəsait cari ilin iyun ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək pensiyanızın üzərinə əlavə olunmaqla hissə-hissə müvafiq kart hesabınıza köçürülür. Xahiş edirik, nəzərə alasınız” qeyd etməklə münasibət bildirmişdir, (əsas İmtina məktubu). Beləliklə cavabdehin gəldiyi bu nəticə ilə iddiaçı heç cür razılaşmır və onun qanunla qorunan hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, cavabdehin iddiasına görə ona 3 qrup əlillik təyin edilmiş, 2 qrup əlilliyə görə prezident təqaüdü almışdır. Əvvəla ona cavabdeh tərəfindən 2 qrup əlillik qrupu təyin edilmişdir ki, bu da elə cavabdehin özü tərəfindən rəsmi möhürlə təsdiq olunmuş sənəd verilmişdir. Məhz buna görə də qanuni olaraq 2 qrup müharibə əlilliyinə görə Prezident təqaüdü almışdır (əsas 006295 nömrəli əlilik vəsiqəsi və xx.xx.2016-cı il tarixli ƏƏSMN-in DTSERX-in sənədi). Eləcədə guya onun əlilliyi barəsində cavabdeh İİ və İİİ qrup olmaqla 2 qərar verilmişdir. Yəni əlillik 5 il müddətinə verildiyi üçün xx.xx.2021-ci il tarixində yenidən komissiyadan keçməyi tövsiyə olunmuşdur. Ona görə də 2021-ci ilin mart ayının əvvəllərində 3 saylı Xəstəxanaya müraciət etmişdir. 10 gün orada qalıb müvafiq müalicə və müayinələri aldıqdan sonra sənədlər yenidən həkim komissiyasına göndərilmişdir. İddiaçı cavabdehin mövqeyi ilə razı deyil, cavabdeh bu imtinası ilə onun Azərbaycan Respublikası konstitusiyası və qanunvericiliyi ilə qorunan hüquqlarını kobud şəkildə pozur. Odur ki, cavabdehin gəldiyi bu nəticə ədalətsiz və qeyri qanuni olduğundan onunla heç cür razılaşmır. Belə ki, mövcud dəlilləri iş materialları ilə birlikdə araşdıraraq bu nəticəyə gəlmək olar ki, cavabdeh iş üzrə qərar qəbul edərkən kifayət qədər araşdırma aparmamış və nəticədə qanunvericiliyin tələbləri pozularaq əsassız qərar qəbul edilmişdir. Bir sözlə sənədlərin düzgün tərtib olunmamasının səbəbi bu işlə məşğul olan müvafiq şəxsin və ya şəxslərin işə məsuliyyətsiz yanaşması (günahı) üzündən baş vermişdir. Belə ki, sənədlərinin düzgün tərtib edilməməsi vətəndaşın təqsiri hesab edilə bilməz. Halbuki, nəticədə faktiki olaraq vətəndaş əziyyət çəkir. Odur ki, başqasının səhlənkarlığı səbəbindən (sənədlərin düzgün tərtib edilməməsi və ya aidiyyəti qurumlara təhvil verilməməsi və s.) işinin düzgün tərtib edilməməsi hüquqlarınmn pozulmasına səbəb ola bilməz. Belə ki, vətəndaş həmin sənədləri nə tərtib edən, nə də ki, həmin sənədləri aidiyyəti qaydada müvafiq qurumlara təqdim etməli olan şəxs deyil və qanunvericiliklə onun üzərinə heç belə bir vəzifə də qoyulmamışdır. Halbuki, bu vəzifə müvafiq quruma aiddir və sənədlərin düzgün tərtib edilməməsi və ya müvafiq qeydlərin vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə adiyyatı orqanların vəzifəsidir. İşin hallarına əsasən bildirilir ki, o, xx xxxxxx 1969-cu il tarixində Zəngilan rayonunda anadan olmuş, 1987- 1989-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmətdə olmuş, 1991-ci ildən 1993-cü ilə qədər Zəngilanda Hərbiləşdirilmiş Yanğından Mühafizə Dəstəsində işləyəndə Zəngilan Polisinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etmiş, Zəngilanın müdafiəsi uğrunda aparılan döyüşlərin birində, həmin vaxtı onlarla bir yerdə xidmət aparan Rusiya hərbiçilərin təxribatları nəticəsində ermənilərə əsir düşmüş, 3- 4 gün əsirlikdə olduğu vaxtlarda ona qeyri-insani rəftarlarla dolu ölümünə olmazın işgəncələr veriblər. Əvvəlcə məqsədləri onu öldürmək olsa da, sonralar ermənilərlə dəyişdirdilər. Məlumat üçün onu da bildirir ki, ona verilən işgəncələr öldürmək məqsədilə verildiyi üçün, əsirlikdən azad olunduqdan sonra aparılan müalicədən sonra təsadüf ucbatından salamat qalmışdır. Əsirlikdə ona verilən işgəncələrlə bağlı səhhətində yaranan problemlərlə bağlı 10 ilə yaxın işləyə bilməmişdir. Səhhəti bir balaca düzələndən sonra, yəni 2000-ci ildə həmin vaxtı DİN-nin tabeliyində olan X3 Xidmətinin N nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsində işləməyə başlamışdır. xx.xx.2012-ci il tarixində xidməti vəzifəsini yerinə yetirərkən pilləkəndən yıxılaraq sol dirsək nahiyəsində mil sümüyü sınmışdır. Uzun müddətli müalicələrdən sonra özünə gəlsə də 2015-ci ildə əmək qabiliyyətini itirərək ehtiyata buraxıldı. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən 10 dekabr 2015-ci il tarixində verilən 2050 nömrəli X1 əsasən "sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı" hesab olunmuşdur. 1991-1993-cü illərdə Zəngilanın müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak və ermənilərə əsir düşərək işgəncələrə məruz qalmağı nəzərə alınaraq xx.xx.2016-cı il tarixində ona səbəbli əlaqə kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yekun rəyində əsasən əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 illik İ qrup Müharibə əlili dərəcəsi verilmişdir. xx.xx.2021-ci ildə 5 il qurtarandan sonra yenidən komissiyadan keçirdərək sağlam diaqnozu qoyaraq təqaüdünü kəsdilər. 30 il qabaq əsirlikdə olduğu vaxtı verilən işgəncələrdən tapdığı xəstəliklər də daxil olmaqla müalicə üçün zəruri olan dərmanları ala bilmədiyi üçün həyatı təhlükədədir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş təqaüddən tutulma haqqında xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Əlillik altsistemində olan məlumatlara əsasən Sizə xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup müharibə əlilliyinə görə təyin edilmiş Prezident təqaüdü etibarsız edilmiş və xx.xx.2019-cu il tarixindən müddətsiz olaraq müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Nəticədə, Sizə İİ dərəcə müharibə əlilliyinə görə təyin olunmuş Prezident təqaüdü üzrə xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixədək 9116,03 (doqquz min yüz on altı manat 03 qəpik) manat məbləğ artıq vəsaitin ödənilməsi müəyyən olunmuşdur. Həmin məbləğdən Sizə təyin edilmiş müharibə veteranlarına Prezident təqaüdü üzrə xx.xx.2021xx.xx.2023-cü il tarixədək 896,00 (səkkiz yüz doxsan altı) manat tutularaq Filialın hesabına bərpa edilmişdir. Artıq alınmış 8220,03 (səkkiz min iki yüz iyirmi manat 03 qəpik) manat məbləğin aylıq təqaüddən hər ay 16,00 manat tutularaq Filialın hesabına bərpa edilməsi həyata keçirilir.”
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş pensiya məbləğinin hesablanması haqqında xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “sizə Mərkəzi Filial tərəfindən 14 mart 2016-cı il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun; 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib. Sizə ödənilən əmək pensiyası əlilliyinizin etibarlılıq müddətinin 14 mart 2021-ci il tarixində bitməsi ilə əlaqədar 1 aprel 2021-ci il tarixindən dayandırılıb. 15 fevral 2023-cü il tarixində Mərkəzi Filiala hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştlli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmisiniz. Araşdırma zamanı “Əlillik” alt sistemində xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə sizə “hərbi xidmət dövrü ilə əlaqədar” İİİ dərəcə əlillik təyin edildiyi aşkar edilib. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar sizə artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq sizə 4710,76 manat artıq ödənilmiş pul vəsaiti müəyyən edilib. Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq, sizə cari ilin mart ayında Mərkəzi Filial tərəfindən 23 il 7 gün xidmət müddətinə görə 616,01 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib, həmçinin 1 aprel 2021-ci il tarixindən yenidən hesablanaraq sizə ödənilməli olan 11986,72 manat pensiya məbləği müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün sizə ödənilməli olan 11986,72 manat pensiya məbləğindən sizə artıq ödənilmiş 4710,76 manat çıxılmış (11986,72- 4710,76=7275,96 manat), qalan 7275,96 manat vəsait cari ilin iyun ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək pensiyanızın üzərinə əlavə olunmaqla hissə-hissə müvafiq kart hesabınıza köçürülür.”
7. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, materiallarına əsasən İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbdən xx.xx.2016-ci il tarixdə beş il müddətinə (xx.xx.2021ci il tarixədək) üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra əlillik vəziyyəti tibb müəssisəsinin 2788003AAB55 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sözügedən qiymətləndirmənin yekun nəticəsindən narazı qalan İddiaçı müraciəti əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qəbulda olmuş və əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza Komissiyası tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixli 2050 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə göstərilən diaqnozda xəstəliyinin səbəb-əlaqəsi “Xidmət dövrü alınmışdır” kimi müəyyənləşdirilmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən İddiaçı adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnaməyə müvafiq olaraq əlillik təyinatına əsas vermədiyindən, barəsində “Diaqnozun əlillik əlaməti təyin etmir “ Qərarı qəbul edilmişdir. Daha sonra, iddiaçıya xx.xx.2016-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmiş əlillik etibarsız hesab edildiyindən Mərkəzi filialın xx.xx.2023-cü il tarixli 3-17- 1/1-M-14482/2023 nömrəli “Təqaüdün təyinatı" Qərarı əsasında 9116.03 manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Sözügedən məbləğ idddiaçının müharibə veteranınlığına görə Prezident təqaüdü üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 880,00 manat məbləğində vəsaitlə əvəzləşdirilmiş, qalıq 8236.03 manat məbləğində vəsait isə 2023-cü ilin avqust ayından hər ay 16.00 manat olmaqla tutularaq bərpa edilməkdədir. İddiaçıya təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyindən, cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə qərarın ləğv edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməlidir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
8. Məhkəmənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli Prezident təqaüdündən aparılan tutulma haqqında məktubunda bildirmişdir ki, sorğu əsasında araşdırma aparılmış və “Sosial ödənişlər” Alt Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmiş əlillik etibarsız hesab edildiyindən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailının xx.xx.2023-cü il tarixli 3-17-1/1-M- 14482/2023 nömrəli “Təqaüd təyinatı” Qərarı əsasında 9116,03 (doqquz min yüz on altı manat üç qəpik) manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilmişdir. xx.xx.2023cü il tarixli 3-17-1/1-M-14482/2023 nömrəli “Təqaüd təyinatı” Qərarına əsasən artıq ödənilmiş 9116,03 (doqquz min yüz on altı manat üç qəpik) manat məbləğində vəsait İddiaçı müharibə veteranlığına görə Prezident təqaüdü üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək alınmayan 880,00 (səkkiz yüz səksən manat 00 qəpik) manat məbləğində vəsaitlə əvəzləşdirilmiş, qalıq 8236,03 (səkkiz min iki yüz otuz altı manat üç qəpik) manat məbləğində vəsait isə 2023-cü ilin avqust ayından hər ay 16,00 (on altı manat 00 qəpik) manat olmaqla tutularaq bərpa edilir. Hazırda tutulma davam etdirilməkdədir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-M-14482/2023 nömrəli təqaüdün təyinatı barədə Qərarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş məbləğ -9116,03, əksik vermə məbləği 0,00 manat müəyyən edilmişdir. Tutulmanın aparılmasının səbəbi əlilliyin etibarsız hesab edilməsidir.
9. Məhkəmənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, X2 Mərkəzi Filial tərəfindən 14 mart 2016-cı il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib. Eyni zamanda, adıçəkilən şəxsin əmək pensiyasından hər hansı tutulma həyata keçirilmir.
10. Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məktubunda bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Belə ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 2788003AAB55 və 2788003AAB7V nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində elektron qiymətləndirilmiş və əsas diaqnozun ağırlaşmasına görə dopleroqrafiya müayinəsi olunmadığından, həmçinin mütəxəssis rəyləri, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr ətraflı qeyd edilmədiyindən natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AAB55 nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2021-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əlilliyin qiymətləndirilməsindən narazı olan vətəndaş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-3006/2023 nömrəli qərardadına əsasən xx.xx.2023-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015- ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: - xx.xx.2016-cı il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam dpldurulması - səbəb: xəstənin əsas diaqnozunun ağırlaşmasına görə dopleroqrafiya müayinəsi olunmasına qərar verilir. - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam dpldurulması - səbəb: mütəxəssis rəyləri, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun. - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: diaqnozun əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: diaqnozun əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
12. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
17. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
18. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
19. Hazırkı iş üzrə iddiaçının tələbi tutulmalara dair hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş vəsaitin geri ödənilməsidir.
20. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2019-cü il tarixdən müddətsiz olaraq 80 manat məbləğində müharibə veteranlığına görə Prezident təqaüdü təyin edilmiş, əlilliyinin etibarsız hesab edilməsi səbəbilə xx.xx.2023-cü il tarixli “Təqaüd təyinatı” Qərarı əsasında 9116,03 (doqquz min yüz on altı manat üç qəpik) manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilərək xx.xx.2016-xx.xx.2021-ci il tarixləri əhatə edən tutulmalar aparılmışdır. Hazırda həmin məbləğ iddiaçının müharibə veteranlığına görə Prezident təqaüdü üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək alınmayan 880,00 (səkkiz yüz səksən manat 00 qəpik) manat məbləğində vəsaitlə əvəzləşdirilmiş, qalıq 8236,03 (səkkiz min iki yüz otuz altı manat üç qəpik) manat məbləğində vəsait isə 2023-cü ilin avqust ayından hər ay 16,00 (on altı manat 00 qəpik) manat olmaqla tutularaq bərpa edilir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
22. “Sosial müavinətlər haqqında” Qanunun: 1.0.1. sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.3. əlilliyə görə müavinət;
23. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir.
24. Məhkəmə hesab edir ki, cavabdeh qurumun vətəndaşın “Təqaüd təyinatı” Qərarı əsasında artıq ödənilmiş vəsait müəyyən edərək tutmaya dair hərəkətləri qanunsuzdur.
25. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
26. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
27. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
28. Məhkəmə qeyd edir ki, faktiki olaraq sosial müavinətin ödənilməsinin dayandırılması haqqında qərar mövcud deyil. İddiaçı barəsində xx.xx.2023-cü il tarixli “Təqaüd təyinatı” barədə qərarı var.
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və bu zaman inzibati icraatın lazımı qaydada aparılması tələbinə riayət edilməlidir.
30. Məhkəmə hesab edir ki, qeyd edilən yanaşma təqaüddən ödənilməsinə münasibətdə də tətbiq edilməlidir. Yəni vətəndaşın razılığı olmadan təqaüddən tutmanın aparılması qanuni hesab edilə bilməz. Cavabdehin hərəkətini əsaslandıran hər hansı norma mövcud deyil.
31. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının fərdi vəziyyətinə uyğun olaraq təqaüddən tutmaların aparılması iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.
32. Beləliklə, iddia təmin edilməli, cavabdehin tutulmalara dair hərəkətlərin qanunsuz hesab edilməli və tutulmuş vəsait geri ödənilməlidir.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının tutulmalara dair hərəkətləri qanunsuz hesab edilsin və tutulmuş vəsait İddiaçı geri ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva