Məhkəmə qərarları › İş №2-1(112)-3166/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3166/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3166/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra mətndə Nizami RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu 3 (arvadı, iki övladı) ailə üzvü ilə birlikdə hərbi qulluqçı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və uçota götürüldükdən sonra mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədi ilə mənzil sahəsi alanadək hər ay ona və onun ailə üzvlərinə konpensasiya ödənilməsi vəzifəsinin Nizami RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci ildə doğulmuşdur. Ailəlidir və iki övlad vardır və hazırda da Xətai rayonu Əhmədli qəsəbəsi, Namiq Əfyarov küçəsi, ev 21a-da kirayədə yaşayır. O xx.xx.1994-cü il tarixdən 2000-ci ilin dekabr ayına kimi Daxili Qoşunlarda xidmət etmişdir. xx.xx.2007-cü il tarixdən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə işləmiş və xx.xx.2024-cü X4 rəisi vəzifəsindən yaşa görə istefaya çıxmışdır. Onun 17 il 13 gün Fövqəladə Hallar Nazirliyində xidməti vardır. 6 il isə Daxili Qoşunlarda xidmətdə olmuşdur. Onun hərbi xidmət üzrə 23 il stajı vardır. Lakin ona kirayə pulu nə də mənzil verilməmişdir. O, ipoteka ilə 2017-ci il tarixdə mənzil götürmüş, belə ki, xx.xx.2017-ci il tarixdə X8 ilə müqavilə bağlayaraq Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev-18 mənzil-2-də yerləşən ümumi sahəsi 51.75 kv.m yaşayış sahəsini ümumi qiymət 63863.00 manata sataraq bunun müqabilində alıcı 26000.00 manat məbləğində vəsaiti notariusun bankdakı depozit hesabı vasitəsi ilə müqavilə üzrə satıcıya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Əkbər ona 26000 manat pul vermiş və 2017-ci il tarixdən sonra ipoteka ödənişlərini o, ödəməyə başlamışdır. Üstündən 6 il keçdikdən sonra ona bildirilmişdir ki, ya pulu tam ödəsin adından çıxarılsın, ya da o, özü məcbur olub satacaq. Bundan sonra o, evi satmış və xx.xx.2023-cü il tarixdə X2. Həmin öhdəlik iddiaçının üstündən artıq 2017-ci il tarixdə çıxmışdır. Lakin ipoteka onun adında qaldığı üçün alqı-satqı onunla olmuşdur. "xxxx" ASC ilə İddiaçı arasında 07 may 2014- cü il tarixli İK-090-İ saylı kredit müqaviləsi bağlanmışdır. 03 iyun 2014-cü il tarixli AFB-İP № 000246 saylı ipoteka kağızında edilmiş 18 iyun 2014-cü il tarixli 06/3-15083 saylı indossament qeydinə əsasən kredit üzrə tələb hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ötürülmüşdür. Hal-hazırda kredit müqaviləsi üzrə xidmət "xxxx" ASC tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq onun ilə "xxxx" ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli İK-090-İ saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsi şərtilə borcalan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özgəninkiləşdirilməsinə etiraz etmirlər. 01 mart 2023-cü il tarixinə ümumi kredit üzrə borcu 26973.46 (iyirmi altı min doqquz yüz yetmiş üç manat, 46 qəpik) AZN təşkil edir. O, hazırda Mustafayeva Tərminə ilə müqavilə bağlamış və orada ailəsilə yaşayır. Onun ev almağa maddi cəhətdən pulu yoxdur. O, həm hərbiçi həm də veteran kimi mənzil növbəsinə götürülməsi və ona mənzil verilməsi ilə bağlı Nizami RİH-yə müraciət etsə də, müraciəti icra hakimiyyəti orqanın tərəfindən təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Nizami RİH-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh inzibati orqanın nümayəndəsi X9 iddianı qəbul etməyərək, iddiaçı tərəfindən “ehtiyata buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulan imtiyazlar”dan bir dəfə istifadə olunduğu üçün, hazırki tələbinin təmin olunmasının mümkün olmadığının nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçların əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçılar həmin tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR ZE seriyalı ******* №li hərbi biletdə (surəti) olan məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.1994-cü il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin DQna xidmətə daxil olmuş və xx.xx.2000-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “E” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata tərxis olunmuşdur. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətə daxil olmuş və xx.xx.2024-cü il tarixdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli, 12-3/2-R-11xx-xx-1167/2024 №-li məktubunda göstərilmişdir ki, İddiaçı "xxxx" ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli İK-090-İ saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün ona Fondun vəsaiti hesabına 46000 (qırx altı min) manat məbləğində güzəştli ipoteka krediti verilmişdir. Həmin kredit ürə öhdəliklər 06 mart 2023-cü il tarixində tam olaraq yerində yetirilmişdir. Hal-hazırda Fondun mövcud informasiya sistemlərində onun adına aktiv ipoteka krediti mövcud deyildir. xx.xx.2023-cü il tarixdə bağlanmış AN-İ № ******* “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən müəyyən olunur ki, satıcı İddiaçı ƏMDK-nin yanında DƏDRX-ni Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş № ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən **********61-05101-093006 reyestr nömrəli daşınmaz əmlakı (mənzili) alıcı X1. İddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Nizami RİHnin xx.xx.2024-cü il tarixli, № 5-16/1-R-42-068/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, “... “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçularına aiddir. Təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Sizinlə "xxxx" ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli İK-090-İ saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün Sizə Fondun vəsaiti hesabına güzəştli ipoteka krediti verilmiş və həmin kredit üzrə öhdəliklər 06 mart 2023-cü il tarixində tam olaraq yerinə yetirilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.4 maddəsinə müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulan imtiyazlar Sizə şamil edilə bilməz.” Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-48065/2024 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı və X10 adlarına hazırda Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mənzil Məcəlləsi: .... Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 51.1 bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2 yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. ... Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. ... 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. ... Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: ... Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ. 2-ci bənd. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsiləbu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. ... 7-ci bənd. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: ... Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X5”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: ... Maddə 147. 8-ci hissə. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

MƏHKƏMƏNİN MÖVQEYİ

İlkin olaraq iddia tələbinin hüquqi əsası bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, istinad olunan qanunvericiliyə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün müəyyən güzəştlər, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı güzəştlər, habelə onlar mənzillə təmin edilənədək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı güzəştlər nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, qanunla müəyyən olunmuş qaydada həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə münasibətdə belə güzəştləri müəyyən etməkdə qanunvericinin məqsədi hərbi xidmətin və konstitusion hərbi vəzifə borcunun əhəmiyyətini və xarakterini, onun cəmiyyətdə xüsusi rolunu nəzərə alaraq, hərbi xidmətdən sonrakı dövrdə həmin şəxslərin sosial müdafiəsini gücləndirmək, onların layiqli həyat və yaşayış səviyyəsini təmin etməkdən ibarətdir. Hazır ki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sabiq hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmamasında “"xxxx" ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli İK-090-İ saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün ona Fondun vəsaiti hesabına güzəştli ipoteka krediti verildiyi”nə istinad etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı "xxxx" ASC arasında bağlanmış 07 may 2014-cü il tarixli İK-090-İ saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün ona Fondun vəsaiti hesabına 46000 (qırx altı min) manat məbləğində güzəştli ipoteka krediti verilmişdir. Daha sonra isə İddiaçı güzəştli ipoteka krediti əsasında əldə etdiyi ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə xüsüsi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2023-cü il tarixdə isə X1. Bu isə onu sübut edir ki, İddiaçı xx.xx.2023-cü il tarixə kimi xüsusi mülkiyyətdə mənzil olmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilin alınması üçün ona Fondun vəsaiti hesabına 46000 (qırx altı min) manat məbləğində güzəştli ipoteka krediti verilmiş və həmin kredit üzrə öhdəliklər 06 mart 2023-cü il tarixində tam olaraq yerinə yetirilmişdir. Məhkəmə qeyd ki, iddiaçının hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi hüququnu mövcudluğu işin təkzib olunmaz hallarına aiddir. Lakin iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin alınması üçün Azərbaycan Respublikasını İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti əldə etdiyidən güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi ilə bağlı hüququnu itirmiş olur. Başqa sözlə desək, vaxtı ilə iddiaçının güzəştli ipoteka krediti əsasında yaşayış sahəsinin əldə etməsi və daha sonra özgəninkiləşdirilməsi, iddiaçının bilərəkdən öz vəziyyətini süni pisləşdirilməsi kimi qəbul edilməlidir. Bu konteksdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55ci maddəsində “yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması”na əsas olmuş hallar sadalanmışdır. Başqa sözlə desək, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması əsaslarının mövcudluğunun aradan qalxması halları təsbit edilmişdir. 55.1.4-ci maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verilməsi uçotdan çıxarılma halı kimi müəyyən edilmişdir. Belə olduqda məhkəmə hesab edir ki, güzəştli ipoteka krediti əsasında yaşayış sahəsi əldə etdiyindən hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi hüququnu itirmiş olur, eləcə də, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən “yaşayış sahəsinə ehtiyacı olan vətəndaş” qismində qəbul olunmur. Eyni zamanda o da qeyd edilməlidir ki, iddiaçı güzəştli ipoteka krediti əsasında əldə etdiyi - ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2023-cü il tarixdə X3 onun xeyrinə şərh oluna bilməz. Belə ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış sahəsini əldə etməsi ilə bağlı Azərbaycan Respublikasını İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka krediti əldə etməklə güzəşt hüququnu istifadə etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar