Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3175/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X11 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 15 saylı Vəkil Bürosunda işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli **********91 saylı cavab məktubu qanunsuz sayılmaqla iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və həmin əmlakın özgəninkiləşdirilməsi üçün müvafiq sənədlərin (yüklülüyün olmaması arayış və s.) verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia qaldıraraq cavabdeh tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli **********91 saylı cavab məktubu qanunsuz sayılmaqla iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və həmin əmlakın özgəninkiləşdirilməsi üçün müvafiq sənədlərin (yüklülüyün olmaması haqqında arayış və s.) verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı torpaq sahəsini 16 aprel 2005-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən əldə edərək bu barədə iddiaçıya Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən JN-21212D KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair 06.07.2005-ci il tarixli şəhadətnamə verilmişdir. 16.11.2017-ci tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs. 3-cü yaşayış massivi 1702 saylı sahə ilə bağlı cavabdeh tərəfindən iddiaçının adına AN № 191315 saylı “torpaq sahəsinin planı və ölçüsü” adlanan sənəd verilmişdir. Daha sonra, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs. 3cü yaşayış massivi, 0,06 ha ölçüsü olan 1702 saylı torpaq sahəsinin 16.11.2017-ci ildə qiymətləndirilməsi aparılmış və bununla bağlı daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayış verilmiş və göstərilmişdir ki, həmin sahənin bazar dəyəri 120.000 manat təşkil edir. 17.11.2017-ci il tarixdə isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs. 3-cü yaşayış massivi 1702 saylı sahə xüsusi mülkiyyət kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 768 nömrəli 72730 nömrəli vərəqində qeydiyyata alınmış, buna dair seriya RX № ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs. 3-cü yaşayış massivi 1702 saylı torpaq sahəsinin özgəninkiləşdirilməsi hüququndan istifadə etmək üçün cavabdehə müraciət edərkən iddiaçıya torpaq sahəsinin üzərində müvəqqəti nəzarət olması bildirilmiş və buna dair verilən arayışda torpaq sahəsinin ilkin sənədlərinin Səbail rayon məhkəməsinin 2(009)-34/2010 saylı 19.02.2010-cu il tarixli qətnaməsi ilə ləğv edilməsi göstərilmişdir. Bununla bağlı iddiaçı cavabdehə 07.09.2021-ci il və 01.10.2021-ci il tarixlərdə müraciət etmişdir və cavabdeh 08.10.2021-ci il tarixlə cavab məktubunda bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı Səbail rayon məhkəməsinin 2(009)-34/2010 saylı 19.02.2010-cu il tarixli qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Sözügedən məhkəmə qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh X3 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı müvafiq iddia tələbinin təmin edilməsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.01.1995-ci il tarixli 180 saylı sərəncamı əsasında Bakı şəhəri Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı sahədə yerləşən 0.06 hektar torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» 04 aprel 2005-ci il tarixli şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsi qət edilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, müvafiq torpaq sahəsinin X1 adına ilkin hüquqi qeydiyyata alınmasına və müvafiq çıxarışın verilməsinə əsas olmuş sənədlər Səbail rayon Məhkəməsinin həmin qətnaməsinə əsasən ləğv olunduğundan ərizənin icrası 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. İddiaçı rəsmi ərizə ilə Səbail rayon məhkəməsinə müraciət edərək sözügedən qətnamənin surətini əldə etmiş və qətnamə ilə, sonradan isə iş materialları ilə tanış olarkən ona aydın olmuşdur ki, X2 cavabdeh X3 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı müvafiq iddia tələbində X7 ilə onun bağladığı alqı-satqı müqaviləsi mübahisələndirilməmişdir. Həmçinin cavabdeh tərəfindən ona 17.11.2017-ci il tarixdə verilmiş seriya RX № 1 188475 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da heç vaxt mübahisə predmeti olmamışdır. İddiaçı qeyd edir ki, 17.11.2017-ci il tarixdən sonra onun mülkiyyətində olan sözügedən torpaq sahəsi bir dəfə ipoteka predmeti olmuş və bununla bağlı cavabdeh tərəfindən əmlakın yüklülüyünə dair arayış verilmişdir. Həmçinin qeyd edir ki, 16.10.2020-ci il tarixə kimi cavabdehdə Səbail rayon məhkəməsinin 2(009)-34/2010 saylı 19.02.2010-cu il tarixli qətnaməsi barədə məlumat olmamışdır. Bu hal cavabdehin Səbail rayon məhkəməsinə ünvanladığı 16.10.2020-ci il tarixli **********11 saylı cavab məktubunun məzmunu ilə də təsdiq edilir. İddiaçı hesab edir ki, Səbail rayon məhkəməsinin 2(009)-34/2010 saylı qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmasına baxmayaraq onunla bağlanmış alqı-satqı müqaviləsi və adına verilmiş Çıxarış hazırki vaxta kimi qüvvədə olmaqla cavabdeh tərəfindən mülkiyyəti üzərində məhdudiyyətlər qoyulmaqla onun özgəninkiləşdirilməsi üçün müvafiq sənədlərin (arayış və s.) verilməməsi qanunsuz olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1702 saylı torpaq sahəsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 2(009)- 34/2010 nömrəli 19.02.2010-cu il tarixli qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Səbail rayon Məhkəməsinin sözügedən qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh X3 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı müvafiq iddia tələbinin təmin edilməsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.01.1995-ci il tarixli 180 saylı sərəncamı əsasında Bakı şəhəri Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı sahədə yerləşən 0.06 hektar torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN-19996 KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair 04 aprel 2005-ci il tarixli şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsi qət edilmişdir. Bununla əlaqədar bildirilir ki, müvafiq torpaq sahəsinin X1 adına ilkin hüquqi qeydiyyata alınmasına və müvafiq çıxarışın verilməsinə əsas olmuş sənədlər Səbail rayon Məhkəməsinin 2(009)-34/2010 saylı qətnaməsinə əsasən ləğv olunmuşdur. Bununla bağlı İddiaçı **********91 nömrəli 12.04.2021-ci tarixli məktub ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə, iddiaçını nümayəndəsini və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 08.10.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1702 saylı torpaq sahəsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 2(009)-34/2010 nömrəli 19.02.2010-cu il tarixli qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Müvafiq torpaq sahəsinin X1 adına ilkin hüquqi qeydiyyata alınmasına və müvafiq çıxarışın verilməsinə əsas olmuş sənədlər Səbail rayon Məhkəməsinin 2(009)-34/2010 saylı qətnaməsinə əsasən ləğv olunduğundan iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin JN-19996D KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair 04.04.2005-ci il tarixli şəhadətnaməsinə əsasən, X1 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1702 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi verilmişdir. AN-İ ******* saylı 16 aprel 2005-ci il tarixli daşınmaz alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində X1 etibarnamə üzrə nümayəndəsi X12, alıcı qismində İddiaçı iştirak etməklə satıcı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 14.04.2005-ci il tarixdə verilmiş 8400 nömrəli arayış əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1702 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsini alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 11-ci bəndinə əsasən satıcı torpağı alıcının bəyənib qiymətində razılaşdığı vəziyyətdə müqavilə qaydasında təsdiq olunduğu vaxtdan bir gün müddətində onun faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin JN-21212D KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair 13.05.2005-ci il tarixli şəhadətnaməsinə əsasən, İddiaçı mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1702 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 17.11.2017-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışa əsasən, 16.11.2017-ci il tarixli qiymətləndirmə zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən bazar dəyəri 120.000 (yüz iyirmi min) manat təşkil edir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən sözügedən torpaq üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 768 nömrəli reyestr kitabının 72730 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yüklülük haqqında məlumatda qeyd olunmuşdur ki, torpaq sahəsinin ilkin sənədləri Səbail Rayon Məhkəməsinin 2(009)-34/2010 nömrəli 19.02.2010-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-34/2010 nömrəli 19.02.2010-cu il tarixli qətnaməsinə əsasən, X4 X3 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı müvafiq iddia tələbi təmin edilmiş və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.01.1995-ci il tarixli 180 saylı sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı sahədə yerləşən 0.06 hektar torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN-19996D КОД 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair» 04 aprel 2005-ci il tarixli şəhadətnamə etibarsız hesab olunaraq ləğv edilmişdir. Qətnamənin 29 mart 2010-cu il tarixdə qanuni qüvvəsini alması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə 25.08.2021-ci il tarixli məktub göndərilmişdir. AN 191315 nömrəli 16.11.2017-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən plan və ölçünün tərtib edilməsinə əsas kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin JN-21212D 13.05.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi göstərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 17.03.2011-ci il tarixli qərarına əsasən, Səbail Rayon Məhkəməsinin 2(009)-34/2010 nömrəli 19.02.2010-cu il tarixli icra sənədinin icra olunduqdan sonra Səbail Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi 01.11.2021-ci il tarixli məktubunda Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin JN-21212D 13.05.2005-ci il tarixli şəhadətnaməsinə əsasən İddiaçı adına 17.11.2017-ci il tarixdə qeydiyyatdan keçməsini bildirmiş, tələb olunan sənədlərin təsdiq olunmuş surətlərini təqdim etmişdir, o cümlədən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 17.11.2017-ci il tarixli çıxarış, JN-21212D KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair 13.05.2005-ci il tarixli şəhadətnamənin təsdiq olunmuş surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisi 15 aprel 2022-ci il tarixli 414 nömrəli məktubu ilə bildirmişdir ki, 06.06.2015-ci il tarixdə ölmüş X4 adına 08.05.2021-ci il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisində 8V-26 reyestrli vərəsəlik işi açılmış və 18.05.2021-ci il tarixdə 2V-28 reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik işi üzrə aparılmış notariat işinə dair sənədlərin surəti təqdim olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil 22.01.2022-ci il tarixli vəsatəti ilə birlikdə bir sıra sənədlərin surətlərini, o cümlədən Səbail rayon İcra Hakimiyyəti başçısının 29.12.2000-ci il tarixli sərəncamının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin X5 ünvanladığı 13.03.2009-cu il tarixli məktubunun, Səbail rayon İcra Hakimiyyəti başçısının X.A.Məmmədovaya şəxsi qeydiyyat vəsiqəsinin verilməsi barədə 27.04.2006-cı il tarixli sərəncamının, sözügedən torpaq sahəsində inşa edilmiş fərdi evə keçirilmiş baxışa dair 02.03.2006-cı il tarixli aktın, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsində Nümayəndəsinin Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci döngə küçəsində tikilmiş 281 nömrəli evin X.A.Məmmədovanın şəxsi mülkiyyətində olmasına dair 38 nömrəli 02.03.2006-cı il tarixli arayışının, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin X.A.Məmmədovaya ünvanladığı 13.03.2006-cı il tarixli məktubunun, Bakı şəhər İcra Hakimiyyəti Ekspertiza Mərkəzinin X.A.Məmmədovaya ünvanladığı 12.04.2006-cı il tarixli məktubunun, Bakı şəhər Ekspertiza Mərkəzinin 314-E/6 nömrəli rəyinin, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci döngə küçəsində tikilmiş 281 nömrəli evin eskiz layihəsinin, 18.03.2003-cü il tarixli 000920 nömrəli lisenziyanın, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsində Nümayəndəsi tərəfindən verilən 31 oktyabr 2008-ci il və 19.05.2005-ci il tarixli sözügedən torpaq sahəsinin cizgisinin, Səbail rayon İcra Hakimiyyəti Başçısının Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı sahədə yerləşən 0.06 hektar torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair 11.01.1995-ci il tarixli 180 saylı sərəncamının, X1 21.01.2010-cu il tarixl ərizəsinin, iddiaçının Səbail Rayon Məhkəməsinə ünvanladığı ərizəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin Səbail Rayon Məhkəməsinə ünvanladığı məktubunun, Ədliyyə Nazirliyi Əmlak Xidmətləri məkanında yerləşən 12 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı məktubunun, X9 etibarnamə üzrə nümayəndəsi X8 Səbail Rayon Məhkəməsinə müraciətinin surətlərini təqdim etmişdir. 18.05.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 06.06.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsələri - X15, X14 və X13r. Onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 05.05.2021-ci il tarixdə X6 verilmiş **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 18.05.2021-ci il tarixli **********HH35011 saylı arayışa əsasən şəhadətnamə verilənədək miras əmlak üzərində yüklülük və məhdudiyyət qeydə alınmamışdır. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən daşınmaz əmlakın təsviri, bu əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış qanunla müəyyən edilmiş hallarda və qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən ümumilikdə 0,06 ha ölçüdə olan, 1702 nömrəli torpaq sahəsinin Dövlət reyestrində qeydə alınması İddiaçı ilə X7 arasında bağlanmış 16 aprel 2005-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında həyata keçirilmişdir. Qeyd edilən müqavilə, habelə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququ haqqında qeyd heç bir şəxs tərəfindən, o cümlədən hazırda cavabdehin etirazında istinad etdiyi Səbail Rayon Məhkəməsinin 2(009)-34/2010 nömrəli 19.02.2010-cu il tarixli qətnaməsi üzrə iddiaçı X10 və ya onun vərəsələri tərəfindən məhkəmə qaydasında mübahisələndirməmişdir, həmin qeyd hazırda qüvvədədir. Ona görə də məhkəmə hesab edir ki, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi üçün daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı reyestrin məzmununun həqiqiliyi prezumpsiyası qüvvədədir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 34/2010 nömrəli 19.02.2010-cu il tarixli qətnaməsi üzrə iddiaçı X10 2015-ci ildə vəfat etmişdir və ondan qalan miras əmlak toplusuna iddiaçının iddia ərizəsində göstərilən əmlak daxil olmamışdır, miras əmlak toplusuna daxil olan əmlakla iddia ərizəsində göstərilən əmlakın ünvanı isə eyni deyildir, belə ki, miras əmlak toplusuna daxil olan əmlak Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən ümumilikdə 0,06 ha ölçüdə olan, 268 nömrəli torpaq sahəsidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.12-ci bəndinə əsasən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli **********91 saylı cavab məktubu qanunsuz sayılmaqla iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və həmin əmlakın özgəninkiləşdirilməsi üçün müvafiq sənədlərin (yüklülüyün olmaması haqqında arayışın və s.) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli **********91 saylı cavab məktubu qanunsuz sayılmaqla İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1702 saylı torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və həmin əmlakın özgəninkiləşdirilməsi üçün müvafiq sənədlərin (yüklülüyün olmaması arayış və s.) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3175/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3175/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver