Məhkəmə qərarları › İş №2-1(112)-3177/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3177/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3177/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı «göndərişə yenidən baxılması» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 NazirliyiTibbi X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 Komissiyasının 1 nömrəli Şəhər Poliklinikasının TQS 088 saylı, xx.xx.20xx xxxxxxx 2782003AABVQ saylı göndərişinə TSEK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilərək etibarsız hesab edilməsi və göndərişə təkrar baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1 nömrəli Şəhər Poliklinikasının TQS 088 saylı, xx.xx.20xx xxxxxxx 2782003AABVQ saylı göndərişinə cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və göndərişə yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi X12 Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 2012-ci ildə ürəkdən əməliyyat olunmuşdur. Bundan sonra onun ürəyində xəstəliklər daha da şiddətlə davam etməyə başlamışdır. Ürəyindəki problemlərlə əlaqədar tez-tez xəstəxanada müayinə və müalicə olunur. Dəfələrlə müayinə olunmuş və nəticədə ürəkdən ağır vəziyyətdə xəstə olduğu müayinələrin nəticəsində aşkar olunur. Belə ki, Səhiyyə NazirliyiC.Abdullayev adına ET X2 Doppler exokardioqrafıya-Vivid-3 analiz nəticələrinə əsasən sol mədəciyin sistola-diastolik ölçüləri normal, sistolik funksiyası azalmışdır. Diastolik funksiyası redtriktiv tipdə pozulmuşdur. Mədəciklərarası çəpər mülayim hipertropikdir. Seqamentar divar hərəkət qüsuru (septum, inferiorb hipokinetik) qeyd edilmişdir. Sol qulaqcıq genişlənmişdir. Mitral qapaqlar fıbrotik, mitral dəliyin sahəsi daralmışdır, qapaqlar üzərində qanın axın sürəti artmışdır. Digər tərəfdən iddiaçı insulindən asılı şəkərli diabet xəstəsidir. Bundan sonra iddiaçı 1 nömrəli Şəhər Poliklinikasının TQS 088 saylı, xx.xx.2020 tarixli göndərişi ilə Tibbi X6 göndərilmişdir. TSEK tərəfindən xx.xx.2020-ci il tarixli imtina məktubu ilə 1 nömrəli Şəhər Poliklinikasının TQS 088 saylı, xx.xx.2020 tarixli göndərişinin natamam doldurulduğunu, müayinə ilə xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun olduğunu və ağırlaşmanın dəqiqləşdirilməli olduğunu əsas gətirərək iddiaçının xəstəliyi ilə əlaqədar əlilliyin müəyyənləşdirilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 izahatında bildirdi ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2782003AABVQ saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2012-ci ildə başlamışdır. Əsas xəstəlik kimi “Stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası İİ f.s”, ağırlaşma kimi isə Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İ f.s. Ürək ritminin digər pozğunluqları, Ritm pozğunluğu qulaqçıqların fibrilyasiyası taxisistolik variant, Tor qişanın damarlarının okklyüziyası, Torlu qişanın angiopatiyası” xəstəlikləri qeyd edilmişdir. Yanaşı xəstəlik kimi “Başlanğıc qocalıq kataraktası, Billurun bulanması. Mitral, aortal və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, Ürəyin xroniki revmatik xəstəliyi, Mitral çatmamazlığ İİİ, TÇ İİ, AÇ İ, Miopiya, OU-Miopiya-3,OD-4,OD, (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi İİİ dərəcə, Serebral ateroskleroz, Serebral ateroskleroz, İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet tip İİ (insulin tələbli)” xəstəlikləri qeyd edilmişdir. Bildiririk ki, göndərişdə qeyd edilmiş əsas xəstəlik və ağırlaşmaları Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1-ci bəndinə görə “ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı" hallarında ikinci dərəcə əlilliyin təyini nəzərdə tutulur. Göndərişdə müayinə olunan şəxsdə İ funksional sinif ürək çatmamazlığının olması qeyd edilmişdir ki, bu da əlilliyin təyininə əsas vermir. Yanaşı xəstəliklərdə göstərilən diaqnozların ağırlaşmaları müəyyənləşdirilmədiyindən həmin xəstəliklərə görə də əlillik təyin edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən 2782003AABVQ saylı göndəriş əsasında əlillik təyinatı aparmaq mümkün olmamış və xəstənin vəziyyətinin ətraflı müayinə ilə dəqiqləşdirilməsi üçün əsaslı olaraq göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 2.9-cu bəndinə uyğun olaraq Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı əlilliyin təyini istiqamətində onlar tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi X1 sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, 2782003AABVQ göndəriş üzrə imtina edilmşidir, imtinanın səbəbləri: Dövlət səhiyyə müəssiəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur, həkimin rəyi EXO KQ müayinəsi ilə xəstəliyin ağırlaşması arasından uyğunsuzluq var, ağırlaşma dəqiqləşdirilməlidir. İş materiallarında olan 1 nömrəli X7 Hüseynov Şahab oğlunun adına olan 2782003AABVQ nömrəli (TQS№088) Tibbi X6 göndərişindən görünür ki, xəstəlik xx.xx.2012-ci ildə başlamışdır. Nəticə: terapevt - 120.8. Stenokardiyanın digər formaları Ü1X Gərginlik stenokardiyası İİ f.s.İ49-Ritm pozğunluğu qulaqçıqların fibrilyasiyası taxisistolik variant. İ05.2-Ürəyin xroniki revmatik xəstəliyi. Mitral stenoz (orta dərəcə) mitral çatmamazlığ (İVdərəcə). E 10-Şəkərli diabet tip İİ (insulin tələbli). İl1.0-Hipertoniya xəstəliyi İİİ dərəcə. Kardioloq - 120.8. Stenokardiyanın digər formaları ÜİX Gərginlik stenokardiyası İİ f.s.İ50.0-Ürək çatmamazlığı 1 f.s.İ49-Ritm pozğunluğu qulaqçıqların fibrilyasiyası taxisistolik variant. İ05.2-Ürəyin xroniki revmatik xəstəliyi. Mitral stenoz (orta dərəcə) mitral çatmamazlığ (İVdərəcə). İ11.0- Hipertoniya xəstəliyi İİİ dərəcə. Endokrinoloq - E10 insulindən asılı şəkərli diabet Şəkərli diabet tip İİ (insulin tələbli). Ümumi cərrah – Sağlam. Oftalmoloq - H52.1 Miopiya OU-Miopiya-3,OD-4,OD. H34-Torlu qişanın angiopatiyası. H25.0-Billurıın bulanması. Nevropotoloq - 167.2 Serebral ateroskleroz Serebral ateroskleroz. İl1.0- Hipertoniya xəstəliyi İİİ dərəcə. Məhkəmə tərəfindən müəyyən edildi ki, 1 nömrəli Şəhər Poliklnikası tərəfindən iddiaçının adına 2782003AABVQ nömrəli (TQS№088) Tibbi X6 göndəriş verilmişdir. Lakin cavabdeh tərəfindən əlilliyin müəyyənləşdirilməsindən imtina edilmişdir. İmtinada dövlət səhiyyə müəssiəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu, həkimin rəyi EXO KQ müayinəsi ilə xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun olduğu, ağırlaşmanın dəqiqləşdirilməli olması qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən göndərişin natamamlığının, rəylə xəstəliyin ağırlaşması arasında uyğunsuzluğun və ağırlaşmanın qeyri-dəqiqliyinin nədən ibarət olması imtinada açıqlanmamışdır. İmtina formal xarakter daşıyır. Ona görə də iddiaçı barəsində səhiyyə müəssisəsinin göndərişinə cavabdeh tərəfindən yenidən baxılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilətəsdiqedilmiş «Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbisosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- X6 göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinin imtinası qanunsuz hesab edilsin və İddiaçı barəsində 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABVQ saylı göndərişinə (TQS №088) yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar