Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3179/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılmasına maneçlik törətməmək öhdəliyi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılmasına maneçlik törətməmək öhdəliyi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, 51 saylı evdə yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılmasına maneçlik törətməmək öhdəliyini cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, 51 saylı ev AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən iddiaçının mülkiyytindədir. Uzun müddətdir ki. həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi evdə təmir-tikinti işlərinin aparılması üçün ilkin olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə lisenziyası olan "xxxx" MMC-yə müraciət etmiş, qanun çərçivəsində mülkiyyətində olan evə dair eskiz layihəsi tərtib olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2023-cii il tarixdə eksiz layihə onun tərəfindən Bakı Şəhər Cavabdehnə təqdim edilərək evdə təmir-tikinti işlərinin aparılması ilə bağlı müraciət edilmişdir. Lakin müraciətinə heç bir reaksiya bildirilməmiş, ərizədə qeyd olunmuş poçt ünvanına rəsmi şəkildə cavab göndərilməmişdir. İddiaçı qeyd edir ki, heç bir qanun pozmadan, qanun çərçivəsində müraciət ərizəsindən10 gün sonra tikintiyə başlamışdır. 6-7 kv.m hasar hörüldüyündə cavabdeh orqanın əməkdaşları tərəfindən ona heç bir məlumat verilmədən tikilmiş hasarı qanunsuz olaraq sökərək iddiaçıya maddi ziyan vurulmuşdur. Həmin söküntü işlərindən sonra O, Cavabdehnə müraciət etmişdir. Oradan iddiaçıya xx.xx.2023-cü il tarixli ərizə ilə 22 gündən sonra verilmiş xx.xx.2023-cü il tarixli, 5-21/2-S-89- 151/23 №-li cavab məktubunu ona xx.xx.2023-cii il tarixdə, yəni 64 gün sonra təqdim etmişlər. Həmin cavab məktubunda müraciətindən imtina olunmuş, imtinanı layihədə nəzərdə tutulan tikinti və tikinti sıxlığı əmsallarının gözlənilmədiyini ”ara məsafələri ilə bağlı müfəssəl qaydalar'ın tələblərinin pozulduğunu bildirmişlər.İddiaçı qeyd edir ki, "xxxx" MMC tərəfindən layihə tərtib olunarkən ona məxsus bir mərtəbəli evin ikinci mərtəbəsinin və digər tikili ilə bağlı plan çertyoj tərtib olunmuş, lazım olan ən incə məqamlar da həmin layihədə əks etdirilmişdir. Həmin plan -çertyoj lisenziya əsasında fəaliyyət göstərən tikinti-layihə işləri ilə məşğul olan, yuxarıda qeyd edilən, müəsisə tərəfindən ödənişli əsaslarla hazırlanmışdır. Hazırlanarkən də qanunun bütün normativləri qorunmuş, heç bir qanunsuzluğa yol verilməmişdir. Həmçinin qanuna əsasən, 10 gün ərzində həmin plan-çertyoja(layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanılması nəzərəd tutulmuşdur. Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər. Cavabdeh təşkiatın istinat etdiyi iradlar qanun çərçivəsində deyildir. İddiaçı qeyd etmişdir ki, o mülkiyyətində olan evin üzərində tikinti aparır. Həmin tikintilərlə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmçinin belə mübahisələr Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Həmin qanunun 80-ci maddəsində qeyd olunan normativlər iddiaçı tərəfindən gözlənilmişdir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli Qanununun tətbiqi barədə" ‘’Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar" yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir. Göründüyü kimi, ara məsafəsi, tikintisinə icazə tələb olunan tikililərə aiddir, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində “ara məsafəsi" ilə bağlı ümumiyyətlə heç bir müddəa yoxdur, iddiaçının tikinti ilə bağlı isə heç bir qanun pozuntusu yoxdur. Bundan başqa ona məxsus torpaq sahəsində sol qonşuluqda yaşayan qonşusu X5 və X3 hasarına yaxın ərazidə ara məsafəsi saxlanılmadan iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına etiraz etməməsi ilə notarial qaydada öz razılığını bildirmişdir. Nazirlər Kabineti “Ərazilərin zonalaşdırılması tikintininn növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 27 fevral tarixli 51 saylı Qərarında ərazi zonzalarında tikinti sıxlığı göstəricilərinin yeni yol verilən həddləri müəyyən edilib. Qərara əsasən, tikinti sıxlığının əsas göstəriciləri aşağıdakılardır: -ərazinin tikinti əmsalı-bina və qurğular altında olan sahənin plannlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti; - ərazinin tikinti sıxlığı əmsalı-bina və qurğuların yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti; Yaşayış və ictimai işgüzar zonalar üçün ərazinin tikinti və tikinti sıxlığı əmsalları məhəllənin bütün ərazisi üçün zəruri olan xidməti idarə və müəssisələr, qarajlar, avtomobil duracaqları, yaşıllıqlar, meydançalar və digər abadlıq obyektləri nəzərə alınmaqla verilib. Qeyd: (məhəllə dedikdə bir şəhər və ya qəsəbənin bölündüyü hissələr nəzərdə tutulur). Beləliklə iddiaçı qeyd edir ki, tikiliyə olan iradların heç biri onun tikilisinə şamil edilə bilməz. Bütün bunlara baxmayaraq, icra hakimiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan söküntü aparılmış, vəzifə səlahiyyətlərindən istifadə emişlər. Halbuki qanun buna yol vermir. Bundan başqa Azərbaycan Respublikasının qanunlarına görə ölkədə fərdi yaşayış evi tikmək üçün nə icazə, nə də hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunmur. Sadəcə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yerli icra hakimiyyət orqanına müvafiq sənədlər əlavə edilməklə “məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev tikmək məqsədi barədə məlumat verilir. İddiaçı hesab edir ki, qanunun tələblərinə riayət etməklə icra hakimiyyətinə müraciət etmiş, qanunda nəzərdə tutulan müddəti gözlədikdən sonra tikintiyə başlamışdır. Əsassız və qanunsuz əsaslarla cavabdeh təşkilat tərəfindən hüquqların məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü 0 səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəlləsinin 80.4-cü maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1, 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15292 saylı xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən yerində müayinə təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3179 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2024cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, tələbin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmiş və iştirak etməməsinin səbələri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilsə də, məhkəmə iclasında 3-cü şəxs iştirak etməmiş və iştirak etməməsinin səbələri barədə məhkəməyə məlumat verilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İş materiallarında olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,02098 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının müraciətinə cavab olaraq, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanaraq qeyd edilmişdir ki, Sizin yaşadığınız ünvanda fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılması ilə bağlı təqdim etdiyiniz eskiz layihəsinə Cavabdehndə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, layihədə fərdi evlər üçün nəzərdə tutulan tikinti və tikinti sıxlığı əmsalları gözlənilməmiş, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”tn tələbləri pozulmuşdur. Belə ki, Qaydaların 5-ci bəndinə əsasən “Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır”. Qeyd olunanları nəzərə alaraq təqdim etdiyiniz eskiz layihəsinə müsbər rəy bildirilməsi mümkün deyil. - İş materiallarına əlavə edilmiş, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş X4 məxsus ərizədə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindəki sol qonşuluğundakı qonşum - İddiaçı mənim hasarıma yaxın ərazidə ara məsafəsi saxlanılmadan, özünə məxsus olan torpaq sahəsində tikinti işləri aparmasına (fərdi yaşayış evi tikməsinə) razıyam, etiraz etmirəm. - İş materiallarına əlavə edilmiş, 42 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş X2 məxsus ərizədə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.02098 ha torpaq sahəsi üzərində əsaslı tikinti və təmir işlərinin aparılmasına, tikintiyə əlavələr edilməsinə, tikintinin yenidən qurulmasına və onun adına sənədləşdirilməsinə, habelə həmin ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına, bağışlanmasına, kirayə verilməsinə, dəyişdirilməsinə, digər şəkildə özgəninkiləşdirilməsinə, ipoteka qoyulmasına və qanunla qadağan olunmayan digər əməliyyatlar aparılmasına etiraz etmirəm, razıyam.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) Belə ki, İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı halda cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul olunmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsasslı iddiadır və aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərəmünasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddən 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətiorqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 1.4-cü bənd. Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 4. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri. 4.3. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri 5.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: 5.1.1. ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; 5.1.2. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; 5.1.3. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; 5.1.4. tikintiyə icazə verilməsi; 5.1.5. şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; 5.1.6. tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqların, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili; 5.1.7. tikintiyə nəzarətin həyata keçirilməsi; 5.1.8. tikinti layihələrinin ekspertizadan keçirilməsi; 5.1.9. şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; 5.1.10. tikinti obyektlərinin istismarına icazə verilməsi; 5.1.11. şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; 5.1.12. tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. 5.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 4.3-cü, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti tərəfindən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Həmin Fərmanın 4.11.10-cu bəndinə əsasən tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: ... 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi. Maddə 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. ... 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Maddə 92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması. 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə; 92.4.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 gün müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. 92.6. Tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. 92.7. Tikinti işləri bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. ... 92.10. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən Məcəllənin 92.1-ci maddəsinə əsasən tikinti işlərinin həyata keçirilməsi zamanı aşağıdakı pozuntu halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş (bundan sonra - Göstəriş) təqdim edilir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən tikinti işləri həyata keçirilərkən aşağıdakı pozuntular aşkar olunduqda, texniki baxış aktı tərtib edilir və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydaları:
4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti... 4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. 4.3. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində təmir və tikinti işlərini həyata keçirmək istədiyini bildirmiş və evin eskiz lahiyəsini cavabdehə təqdim etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanaraq bildirmişdir ki, layihədə fərdi evlər üçün nəzərdə tutulan tikinti və tikinti sıxlığı əmsalları gözlənilməmiş, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələbləri pozulmuşdur. Belə ki, Qaydaların 5-ci bəndinə əsasən “Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır”. Qeyd olunanları nəzərə alaraq, təqdim etdiyiniz eskiz layihəsinə müsbər rəy bildirilməsi mümkün deyil. Cavabdehlə razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi 51 saylı evdə yerləşən fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılması üçün maneçlik törətməmək öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqanın imtina dəlili olaraq qeyd etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə əməl olunmaması ilə bağlı olaraq qeyd edilməlidir ki, Şəhərsalma və Tikinti Məcəlləsində göstərilmiş ara məsafəsi hazırkı evə münasibətdə heç bir halda tətbiq edilə bilməz. Belə ki, ********** qeydiyyat nömrəli xx.xx.2019-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,02098 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ yaranmışdır. İddiaçı, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin tələblərinə uyğun məlumatlandırma icraatı həyata keçirdiyi üçün mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində təmir və tikinti işləri aparmaq üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iş materiallarından da görünür ki, üçüncü şəxs və iddiaçının inşa etdiyi yaşayış evinin qonşuluğunda yerləşən qonşular mübahisəli ünvanda iddiaçı tərəfindən aparılan inşa və tikinti işləri onların maraqlarına toxunmadığını bildirmişlər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparmamış və əsaslandırılmamış imtina vermişdir. Belə ki, məhkəmə tərəfindən cavabdehə xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli sorğu məktubları ünvanlayaraq hazırkı tələblə bağlı iddiaçının Cavabdehnə müraciətinin və həmin müraciəti ilə əlaqədar inzibati icraatın aparılıb-aparılmaması barədə məlumatın, əgər aparılmışdırsa, inzibati icraat materiallarının müvafiq qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması Cavabdehndən tələb olunsa da, lakin rayon İcra Hakimiyyəti həmin məlumat və sənədləri məhkəməyə təqdim etməmişdir. Məlum olduğu kimi “İnzibati icraat haqqında” Qanunun preambulasında göstərilir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı ümumiyyətlə, inzibati icraat aparmamışdır, halbuki, cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun aparmalı, ziddiyətli məqamları aydınlaşdırmalı, inzibati icraat zamanı iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, zərurət olarsa müvafiq sorğular verməli, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Həmçinin... tarixli yerində müayinə protokulundan və layihədən də görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi yolun kənarında digər yaşayış evləri ilə yanaşı yerləşmişdir və həmin daşınmaz əmlkada əlavə təmir-tikinti işləri aparmaq istədiyi müəyyən olunmuşdur. Qeyd edilən normaların tələblərindən görünür ki, tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlər görülə bilər. Qeyd etmək lazımdır ki, tikintiyə nəzarətin məqsədi tikinti obyektinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş layihəyə uyğun olaraq tikilməsini təmin etməkdən ibarətdir. Başqa sözlə, tikintiyə nəzarəti həyata keçirən Tikintidə Təhüləksizliyə Nəzarət Dövlət Agentliyi yalnız tikinti obyektinin icazə verilmiş layihəyə uyğun inşa edilməsini yoxlayır və yalnız layihədən kənara çıxma hallarının müəyyən edildiyi təqdirdə tikintiyə müdaxilə etməyə və müvafiq tədbirlər görməyə səlahiyyətlidir. Məhkəmə qeyd edir ki, tikilinin yol qırağında yerləşməsi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakda hər hansı təmir işlərinin aparılmasına mane olmağa əsas vermir. Həmçinin yuxarıda istinad olunan normaların və tikintiyə nəzarətin məqsədləri baxımından, tikinti işləri qanunvericiliyin tələblərinə uyğun aparıldığı hallarda nəzarət orqanı tikintiyə dövlət nəzarəti çərçivəsində həmin tikinti obyektinə müdaxilə etməyə, həmin obyektə münasibətdə müxtəlif nəzarət tədbirlərini, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirləri tətbiq etməkdə haqlı sayıla bilməz. Eyni zamanda, qeyd edilən məsələlərlə bağlı (mülkiyyətdə olan tikilidə təmir-tikinti işlərinin aparılması) yerli icra hakimiyyəti orqanın bilavasitə fiziki olaraq müdaxilə etməsi və ya maneçilik törətməsi kimi səlahiyyətlər qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz sayılmalı və ididaçının mülkyyətində olan fərdi yaşayış evində təmir-tikinti işlərinin aparılmasına maneçilik törətməmək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, 51 saylı evdə yerləşən İddiaçı məxsus fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılmasına maneçilik törətməmək öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, 51 saylı evdə yerləşən İddiaçı məxsus fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılmasına maneçlik törətməmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev