Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3180/2021 08.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ayrı-seçkiliyə yol verilməsinin təsdiq edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ayrı-seçkiliyə yol verilməsinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr - xx xxxxxx 2020-ci il Azərbaycan Vətən Müharibəsi dövründə səfərbərlik zamanı, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ayrı-seçkiliyə yol verildiyinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iddia ərizəsinin mümkünlük məsələsinin araşdırılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq xx xxxxxx 2020-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq, iddiaçının mövcud iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmadığı bildirilsə də, lakin iddiaçı tərəfindən hər hansı müvafiq hərəkət edilməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə başlanmış Azərbaycan Vətən Müharibəsində Azərbaycan Respublikasinin Prezidenti yüksək inamla, xalqa, orduya və digər dövlət qrumlarına arxalanaraq dürüst hərbi əməliyyatlar apararaq düşmənin - işğalçı Ermənistanın hücumlarına qarşı əks hücum həyata keçirərək Azərbaycanın, Ermənistan işğalında olan torpaq sahəsinin böyük hissəsi işğaldan azad edilmişdir. Lakin Azərbaycan Vətən Müharibəsi dövründə cavabdeh səfərbərlik zamanı ayrı- eçkiliyə yol verilmişdir. Bununla bağlı müvafiq dövlət təşkilatlarına, o cümlədən cavabdeh təşkilata ərizə ilə müraciətlər etmişdir. Belə ki, Quba rayonunun Qımıl-qazma kənd sakinləri qardaşlar - X12 oğlu X14 və Qarabağ müharibəsi əlili X13 oğlu X18 Azərbaycan Vətən Müharibəsində iştirakları təmin olunduğu halda, X12 ailəsi ilə ailəvi münaqişədə olan həmin kəndin sakinləri, qardaşlar - X5 oğlanları, ehtiyatda olan əsgər X9, ehtiyatda olan əsgər X19 və X2 oğlu Ramiz, o cümlədən ünvan 1 saylı ünvanda yaşayan, Quba rayon prokurorluğunun sürücüsü ehtiyatda olan əsgər, idmançı, fiziki və hərbi hazırliq imkanlarına görə cəbhədə döyüşlərdə vacib olan X16 vətənin müdafiəsinə cəlb olunmamışlar. Bundan başqa, X10 bacısının oğlu, Bakı şəhər sakini, ehtiyatda olan əsgər Elxan, müharibə başlandığı gündən müharibədən yayınaraq dayısı Fəridin yanına gələrək onunla birgə ünvan 1 saylı ünvanda gizlənmişdir. Cəbhədən niyə yayınaraq evdə gizləndiyini Fəriddən soruşduqda o, cəbhə ilə bağlı səfərbərlik xidmətində qeydiyyatda olduğunu və lazım gələrsə cəbhəyə aparılacağını demişdir. Fəridin bu cavabı ilə bağlı ona, hazırda Vətən müharibəsi və cəbhədə ağır döyüşlərin getdiyini, itkilərin çox olduğunu, məhz indi onun cəbhəyə lazım olduğunu bildirdikdə o, onu aparmadıqlarını bildirmişdir. İki əmisi Qarabağ şəhidi olan, hazırda özü Azərbaycan Vətən Müharibəsində könüllü döyüşən yaralanıb hospitala gətirilən, lakin müalicəsini yarımçıq qoyub döyüşlərə qayıdan X24 üçün, Qarabağ əlilinin oğlu X26 və onun əmisi oğlu X23 üçün, həyat və hərbi təcrübəyə malik olmayan, yetkinlik yaş həddinə yenicə qədəm qoymuş, Azərbaycan Vətən Müharibəsində döyüş zamanı ağır kəllə-beyin xəsarəti almış Cəfərov Səyyad üçün Cəbhəyə döyüşə getməyin lazım olduğu, lakin, ehtiyatda olan əsgər X9 üçün, onun qardaşı ehtiyatda olan əsgər X19 üçün, onların əmisi oğlu X1 üçün, həmçinin, X16 və onun bacısı oğlu Elxan üçün cəbhəyə döyüşə getməyin lazım olmadığı, qanlı döyüşlərlə müşahidə olunan Azərbaycan Vətən Müharibəsinə səfərbərlik zamanı ödənişli əsaslarla cəbhədən yayınmanın həyata keçirilmədiyinə əsaslı şübhələr doğurur. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, № ******* saylı cavabında göstərilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvanına göndərdiyiniz müraciətə baxılmışdır. “Bildiririk ki, adı çəkilən X15, X7, və X10 həqiqi hərbi xidmətə münasibətinə və qismən səfərbərlik üzrə hərbi xidmətə göndərilməməsinə dair araşdırma aparılmış, barələrində çıxarılan qərarların qanunvericiliyin tələbləri çərçivəsində qəbul olunduğu müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb olunma müvafiq hərbi uçot ixtisasına görə aparılır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin (Şəxşi toxunulmazlıq hüququ) 3-cü bəndinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu səbəbdən şikayət etdiyiniz şəxs barədə Sizə əlavə məlumat verilməsi qeyd olunan qanunvericiliyin tələblərinə uyğun deyil. Həmin məktubda X6 X3 və X10 hərbi xidmətə (cəbhəyə) göndərilməməsinə dair qərarların qanunvericiliyə uyğunluğu nədə ifadə olunduğu bəlli deyildi. Digər tərəfdən, Azərbaycan Vətən Müharibəsi başlandığı andan X10 bacısı oğlu, Bakı şəhər sakini Elxanın barəsində cavbdeh ümumiyyətlə susmuşdur. Ehtiyatda olan hərbiçilərin Vətən Müharibəsi zamanı cəbhəyə göndərilməsi zamanı ayrı-seçkiliyə yol verən qərarlar qanuni ola bilməz.” Digər tərəfdən, məktub müəllifi Azərbaycan Respublikasının Konstitusiya Qanununun 32-ci maddəsinin 3-cü bəndi əsasında mənim müraciətimi “öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanması” kimi qiymətləndirərək qanunsuz hesab etmiş və müraciətlə bağlı əlavə məlumatların verilməsindən imtina etmişdir. Göründüyü kimi məktub müəllifi Azərbaycan Respublikasının Konstitusiya Qanununun 32-ci maddəsinin mənasını anlamadan, sadəcə həmin qanun barəsində qiyabi əldə etdiyi ötəri məlumatdan istifadə etmişdir. Cavabdehə göndərdiyi ərizələrdən göründüyü kimi müraciətdə hər hansı şəxsin şəxsi toxunulmamazlıq hüququ pozulmamış, şəxsin həyatına müdaxilə edilməmiş və şəxsin həyatı haqqında məlumatlar toplanmamış, saxlanmamış, istifadə edilməmişdir. Onun ərizəsi, cavabdehin Azərbaycan Vətən Mühairbəsi zamanı ayrı-ayrı şəxslərin Cəbhədən yayınma hallarına yol verməsi barəsindədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında iddia ərizəsinin mümkünlük şərtlərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı ilə işin hallarını və mübahisənin mahiyyətini müzakirə edib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İddia ərizəsinin mahiyyətindən aydın olur ki, hazırkı iş üzrə İddiaçı məhkəmədə öz adından iddia qaldıraraq, X15, X7, və X10 həqiqi hərbi xidmətə münasibətinə, həmçinin onların qismən səfərbərlik üzrə hərbi xidmətə göndərilməməsinə dair cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarları qəbul etməklə ayrı-seçkiliyə yol verilməsinin təsdiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, qeyd olunan iddia, tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bu isə inzibati prosessual qanunvericiliyə uyğun deyil və məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ bəndində əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Həmin maddənin Vİ bəndində əsasən Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. Həmin maddənin Vİİİ bəndinə əsasən fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Həmin Qanunun 34.4-cü maddəsinə görə isə fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Qanunun 10.4.7-ci maddəsində göstərilir ki, əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumaq informasiya sahibinin vəzifəsidir. Eyni zamanda Qanunun 21.1.1-ci maddəsinə uyğun olaraq sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda informasiya sahibi həmin sorğunu icra etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan şəxslər barəsində ayrı-seçkiliyə yol verilməsinin təsdiq olunmasını tələb etməklə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud deyil, bu səbəbdən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ayrı-seçkiliyə yol verilməsinin təsdiq edilməsi tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3180/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3180/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver