Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3180/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2 direktorunun 21 oktyabr 1989-cu il tarixli 92 nömrəli əmri ilə ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Azərbaycan SSRİ Nazirlər Sovetinin 2 mart 1989-cu il tarixli, 111 №-li Qərarına əsasən Türkan qəsəbəsində, Türkan üzümçülük savxozunda işləyən fərdi evi və həyətyanı torpaq sahəsi olmayan fəhlə və qulluqçuların hər birinə 10 ha (sot) həyətyanı torpaq sahəsi ayrılması qeyd edilmişdir. Qərara əsasən, Türkan üzümçülük savxozunun direktorunun 21 oktyabr 1989-cu il tarixli, 92 №-li əmri ilə ona da, 10 ha (sot) həyətyanı torpaq sahəsi ayrılmışdır. Türkan üzümçülük savxozunun direktorunun 21 oktyabr 1989-cu il tarixli, 92 № -li Əmri ilə ona ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinin cizgi və ölcü sxemi çəkilmiş və savxoz direktorunun möhürü və imzası ilə təsdiq edilmişdir. Türkan üzümçülük savxozunun direktorunun 21 oktyabr 1989-cu il tarixli, 92 №-li Əmri ilə mən İddiaçı ayrılmış 10 ha həyətyanı torpaq sahəsi həmin tarixdən istifadəsinə verilmiş və bu günədək də, daimi istifadəsindədir. Nəzərə çatdırmağı zəruri hesab edir ki, Türkan üzümçülük savxozunun direktorunun 21 oktyabr 1989-cu il tarixli, 92 № -li əmri ilə İddiaçı ayrılmış 10 ha həyatyanı torpaq sahəsi arxiv çıxarışı ilə təsdiq olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Türkan üzümçülük savxozunun direktorunun 21 oktyabr 1989-cu il tarixli, 92 №-li Əmri ilə ona ayrılmış 10 ha həyatyanı torpaq sahəsinin üzərində mülküyyət hüququnun dövlət qeydiyyatına alınması üçün xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin, 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində müraciətinə cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən tərəfindən göstərilən torpaq sahəsi X2 hüdudlarından kənarda, bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Nəzərə çatdırır ki, ona ayrılmış torpaq sahəsi Xəzər dənizinin sahil boyundan 100 metrdən artıq aralı məsafədə yerləşir. Sağ və sol həyətyanı torpaq sahələri olan qonşuları isə çıxarış ilə təmin olunmuşlar.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********53 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X2 hüdudlarından 1200 metr kənarda yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Göstərilən torpaq sahəsinin yarı hissəsi isə Xəzər dənizinin mühafizə zonasında yerləşir. Həmçinin iddia olunan əraziyə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti mövcuddur. xx.xx.2023- cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, göstərilən torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Əlavə olaraq, sənəd üzrə torpaq sahəsinin ölçüsü 1000 kv.m qeyd olunsa da, faktiki olaraq 1450 kv.m təşkil edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 3-21-3-30/2-H-433-8/2024 **********32 nömrəli məktuba əsasən bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsaən tərəfindən göstərilən torpaq sahəsi X2 hüdudlarından kənarda, bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşməklə, dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda, İdarənin mütəxəsissləri tərəfindən texniki inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur.
8. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F559, xx.xx.2023-cü il tarixli arxiv çıxarışına əsasən Abşeron rayon X2 92 nömrəli 21 oktyabr 1989-cu il tarixli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 2 mart 1989-cu il tarixli 111 nömrəli qərarına əsasən Türkan qəsəbəsində və Bakı şəhərinin müxtəlif rayonlarında yaşayan, özlərinə məxsus fərdi evi və həyətyanı sahəsi olmayan, Abşeron rayon Türkan üzümçülük sovxozunda işləyən fəhlə və qulluqçuların hər birinə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Sovxozun maldarlıq və bitkiçilik sahəsində işləyən fəhlə və qulluqçuların mənzil şəraitini yaxşılaşdırmaq üçün sovxoz müdriyyətinə ərizə ilə müraciət etmiş, həmin ərizələri həmkarlar komitəsi, komitə üzvləri ilə birlikdə nəzərdən keçirmişdir. Sovxoz həmkarlar komitəsi aşağıdakı vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında 20.X.89cu il tarixli 2 №-li protokolundan çıxarış təqdim etmişdir. Yuxarıdakıları nəzərə alaraq, əmr edilmişdir. 1. Adları aşağıda qeyd olunan fəhlə və qulluqçulara fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılsın: … İddiaçı… 2. Torpaq (həyətyanı) sahəsinin baş plana uyğun ölçülüb verilməsi sovxoz həmkarlar təşkilatının sədri R.Vəliyev yoldaşa həvalə olunsun.
9. X2 92 nömrəli 21 oktyabr 1989-cu il tarixli əmri və həmin əmrə əsasən ayrılmış torpaq sahəsinin təsdiq edilmiş yerləşmə cizgisi iş materiallarına əlavə edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən T-133/2024 nömrəli xx.xx.2024-cü il tarixli arxiv çıxarışı ilə Abşeron rayon X2 92 nömrəli 21 oktyabr 1989-cu il tarixli əmrindən çıxarışın surəti məhkəməyə təqdim edilmişdir.
11. İddiaçı tərəfindən ona məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən fiziki şəxslərə məxsus torpaq sahələrinə dair çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-11089/2024 **********89 nömrəli məktubla iddiaçının təqdim etdiyi digər fiziki şəxslərə məxsus çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
13. “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən təqdim edilmiş 80 nömrəli 15 aprel 2024-cü il tarixli mütəxəssis rəyi təqdim edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən ərizəçi İddiaçı iştirakı ilə yerində araşdırılmışdır. Naturada təqdim olunan 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, təqdim olunan torpaq sahəsi naturada həmin torpaq sahəsinin cizgi və ölçü sxeminə uyğundur və digər şəxslərə ayrılmış torpaq sahələri ilə üst-üstə düşmür. Həmçinin həmin torpaq sahəsi ixrac neft-qaz boru kəmərlərinin və elektrik xəttinin mühafizə zonasında yerləşmir, başqa şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onlraın sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin təyin edilməsi” Qaydalarının 7-ci bəndində göstərilmişdir ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri suyun maksimum səviyyəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələbinə görə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri 20 – 50 metr təşkil edir. Sözügedən torpaq sahəsi ilə Xəzər dənizi arasındakı məsafə 80 metr təşkil etdiyindən həmin torpaq sahəsi Xəzər dənizinin mühafizə zolağına düşmür. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən olunmuşdur: 1. X2 21 oktyabr 1989-cu il tarixli 92 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi naturada həmin torpaq sahəsinin cizgi və ölçü sxeminə uyğundur. 2. X2 21 oktyabr 1989-cu il tarixli 92 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi Xəzər dənizinin mühafizə zonasında yerləşmir (ortofoto görüntüsü rəyə əlavə olunur). Ayrılmış torpaq sahəsi qonşu torpaq sahələri ilə üst-üstə düşmür. 3. Ayrılmış torpaq sahəsi qonşu torpaq sahələri ilə üst-üstə düşmür. 4. Ayrılmış torpaq sahəsi ixrac neft-qaz boru kəmərlərinin və elektrik xəttinin mühafizə zonasında yerləşmir. 5. X2 21 oktyabr 1989-cu il tarixli 92 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində digər şəxslərin hüququ tanınmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, işin hallarından görünür ki, Abşeron rayon X2 92 nömrəli 21 oktyabr 1989-cu il tarixli əmri ilə İddiaçı fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması barədə əmr və torpaq sahəsinin təsdiq edilmiş yerləşmə cizgisi iddiaçıya təhvil verilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsasları torpaq sahəsinin X2 hüdudlarından kənarda yerləşməsi və bir hissəsinin Xəzər dənizinin mühafizə zonasında yerləşməsi olmuşdur.
21. Məhkəmə cavabdehin ilkin dəlilinə münasibətdə qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
22. Qeyd olunanlara əsasən hazırkı işin halları üzrə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 mart 1989-cu il tarixli 111 nömrəli “Türkan qəsəbəsində və Bakı şəhərinin müxtəlif rayonlarında yaşayan, özlərinə məxsus fərdi evi və həyətyanı sahəsi olmayan, Abşeron rayon Türkan üzümçülük sovxozunda işləyən fəhlə və qulluqçuların hər birinə 0.10 hektar hesabı ilə həyatyanı torpaq sahəsi ayrılması barədə” qərarı və həmin qərar əsasında qəbul edilmiş Abşeron rayon X2 21 oktyabr 1989-cu il tarixli 92 nömrəli əmrinə münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən Azərbaycan SSR Nazirlər Sovetinin 2 mart 1989-cu il tarixli 111 nömrəli qərarı və həmin qərar əsasında qəbul edilmiş əmr geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Belə ki, iş materiallarından göründüyü kimi, həmin əmrin arxiv nüsxəsi mövcuddur və İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin əmr Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”nın 2.5-ci bəndinə uyğun olaraq iddiaçının əmrlə ona ayrılmış 1.000 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respubliksaının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: … 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktoru və s.) əmri; …
23. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əlməl gəlməsiin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı ilə əhatə olunur.
24. Məhkəmə cavabdehin imtinasında göstərilən hallarla bağlı qeyd edir ki, iş materiallarında olan “X3 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, X2 21 oktyabr 1989-cu il tarixli 92 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi naturada həmin torpaq sahəsinin cizgi və ölçü sxeminə uyğundur. X2 21 oktyabr 1989cu il tarixli 92 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi Xəzər dənizinin mühafizə zonasında yerləşmir (ortofoto görüntüsü rəyə əlavə olunur). Ayrılmış torpaq sahəsi qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Ayrılmış torpaq sahəsi qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Ayrılmış torpaq sahəsi ixrac neft-qaz boru kəmərlərinin və elektrik xəttinin mühafizə zonasında yerləşmir. X2 21 oktyabr 1989-cu il tarixli 92 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində digər şəxslərin hüququ tanınmamışdır.
25. Göründüyü kimi, iş üzrə təqdim edilmiş mütəxəssis rəyinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin Türkan üzümçülük sovxozu tərəfindən verilmiş cizgi və ölçü sxeminə uyğun olması, torpaq sahəsinin Xəzər dənizinin mühafizə zonasında yerləşməməsi öz təsdiqini tapmışdır.
26. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
29. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Abşeron rayon X2 21 oktyabr 1989-cu il tarixli 92 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva