Məhkəmə qərarları › İş №2-1(112)-3181/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3181/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3181/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımova Bəsdi İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və "xxxx" MTK) “kompensasiya olaraq mənzil verilməsi“ tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasının yerində inşa edilən yeni binada kompensasiya olaraq ona bir otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 09.09.1985-ci ildən ‘‘Bakqazmaş Zavod" İstehsalat Birliyində (hal-hazırda “BAKQAZMAŞ" ASC) “qablayıcı" vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə həmin zavodun yataqxanasında mənzillə təmin olunmuşdur və həmin yataqxananın 45 saylı otağında ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla 1993-cü il tarixə kimi yaşamışdır. 1993-cü ildə işdə olduğu vaxt faktiki istifadəsində olan 45 saylı otaq əşyaları mənzildə olduğu halda Cəbrayıl rayonundan olan məcburi köçkünlər X4 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılmasının qarşısının alınması məqsədilə bir sıra qanunvericilik aktları qəbul edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Azərbaycan Respublikası Prezidentinin 17.09.1998ci il tarixli, 895 saylı Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını alımaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmış, bir sözlə məcburi köçkünlərin müvəqqəti yaşamaq məqsədi ilə zəbt etdikləri təyinatından asılı olmayaraq yaşayış, inzibati, yardımçı və digər binalardan, bütün tikililərdən çıxarılması qanunsuz elan edilmişdir. Yuxarıda qeyd edilənlərə və qanunvericiliyin müddəalarına əsasən o, “Bakqazmaş Zavod"un yataqxanasının 45 saylı mənzilinin faktiki yaşayan sakini olaraq tanınmalı, həmin binanın digər sakinlərinə verilmiş kompensasiya ona da şamil olunmalıdır. O, Xəzər rayonu, Buzovna qəsəbəsi, 21/43 saylı məhəllə "xxxx" Zavodunun yataqxanasında qeydiyyatdadır. O, 6 nəfər ailə üzvü ilə birlikdə 10.07.1985-ci ildən Xəzər rayonu, Buzovna qəsəbəsi "xxxx" Zavodunun yataqxanasında qeydiyyatda olmaqla yaşamış, kommunal və kirayə xərcləri ödəmişdir. İşlədiyi müəssisə "xxxx" Zavodu, yaşadığı yer isə həmin zavodun Buzovna qəsəbəsində yerləşən yataqxanası olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş Arayışın surətindən göründüyü kimi, o, 1985-ci ildən 1992-ci ilədək "xxxx" Zavodunda işləmiş və həmin zavodun yataqxanasında hal-hazıradək 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə qeydiyyatdadır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01.05.2019cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Ona görə də qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Qeyd edilən qəzalı binada iddiaçı faktiki olaraq yaşamadığından və adına yaşayış sahəsinin olması müəyyən edilmədiyindən yataqxana binasının sökülməsi ilə əlaqədar onun mənzillə təmin olunması ilə bağlı müraciəti təmin edilməmişdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 25.12.2019-cu il tarixli məktubda qeyd olunur: Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən qəzalı yataqxana binasının sökülməsi ilə əlaqədar mənzillə təmin olunmağınıza köməklik göstərilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Ona görə də, qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Aparılan araşdırma zamanı qeyd edilən qəzalı binada faktiki olaraq yaşamadığınızdan və adınıza yaşayış sahəsinin olması müəyyən edilmədiyindən adıçəkilən qurum tərəfindən qaldırdığınız məsələnin müsbət həlli mümkün olmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin 19.02.2020-ci il tarixli 11 saylı arayışından görünür ki, 28.11.1965-ci ildə anadan olan İddiaçı həqiqətən “BAKQAZMAŞZAVOD” İstehsalat Birliyində sonradan "xxxx" ASC-ti cevrilmişdir (16 avqust 2004-ci il tarixli 136k nömrəli əmrin əsasında) 09.09.1985-ci ildən (əmr № 182k, 12.09.1985) 02.01.1989-ci ilə qədər qablayıcısı vəzifəsində işləmişdir (əmr №1k, 02.01.1989 "xxxx" Kiçik Müəssisəsinə köçürmə yolu ilə işdən azad olunmuşdur). 02.01.1989-ci ildən (Əmək sazışi ilə №32, 02.01.1989) "xxxx" zavodunun nəzdində olan "xxxx" Kiçik Müəssisəsində 12.06.1992 (əmr №2, 12.06.1992) işləmişdir. Kommunal ödənişlər əmək haqqından tutulmuşdur. 1985-ci ildən hal-hazırki günə qədər "xxxx" zavodun yataqxanasında pasport qeydiyatındadır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısı tərəfindən məhkəməyə ünvanlanmış 06.12.2021-ci il tarixli məktubdan göünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən yataqxana binası (keçmiş Bakqazmaş zavodunun yataqxanası) Bakı Şəhər Mənzil-Kommunal Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına aid olduğu üçün həmin yataqxananın sökülməsi ilə əlaqədar İddiaçı və digər şəxslərə kompensasiya verilibverilməməsi barədə Rayon İcra Hakimiyyətində hər hansı məlumat olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 27.01.2022 və 09.03.2022-ci il tarixli məktublarda qeyd olunur: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxananın sökülməsi ilə əlaqədar İddiaçı kompensasiya verilibverilməməsi, kompensasiya verilməmişdirsə verilməmənin səbəbləri, həmçinin, yataqxananın sökülməsi ilə əlaqədar digər şəxslərə kompensasiya verilib-verilməməsi barədə məlumat məhkəmə sorğusuna baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən keçmiş "xxxx" zavodunun yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Lakin qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi və binanın sökülməsi işləri Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həyata keçirilmədiyindən sorğuda tələb olunan məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 50 saylı 05.02.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.09.2008-ci il tarixli 200 saylı qərarının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin 06.11.2008-ci il tarixli, 584 saylı sərəncamına əsasən əvvəllər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Zavoduna məxsus olmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01.05.2019cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Xəzər rayonu ərazisində əhalinin sosial rifahının inkişafına dair həyata keçirilən layihə çərçivəsində Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasının yenidən qurulması ilə əlaqədar sakinlərin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2008-ci il tarixli, 200 nömrəli Qərarının icrası barədə” 584 saylı 06.02.2008-ci il tarixli sərəncamından görünür ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2008-ci il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin (yaşayış binaları və yataqxanalarda yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla), bu sərəncamın 1 saylı əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin 584 saylı 06.02.2008-ci il tarixli sərəncamına əlavədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 2 sentyabr tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin Mənziİ-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməsi nəzərdə tutulmuş, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin siyahısından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxana binası 29 sıra nömrəsi ilə balansa verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyətinin «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2008-ci il tarixli, 200 nömrəli Qərarının icrası barədə” 584 saylı 06.02.2008-ci il tarixli sərəncamına və həmin sərəncama əlavəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2008-ci il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosialmədəni və kommunal-məişət təyinatlı obyektlərin (yaşayış binaları və yataqxanalarda yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla), o cümlədən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxana binası qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmiş, qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin köçürülməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. İddiaçı həmin yataqxana binasının sökülməsi ilə əlaqədar mənzillə təmin olunması üçün cavabdehə müraciət etmiş, lakin qeyd edilən qəzalı binada faktiki olaraq yaşamadığı və adına yaşayış sahəsinin olması müəyyən edilmədiyi üçün müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırkı iş üzrə mübahisənin əsasını iddiaçıya məxsus əmlakın sökülməsinə görə iddiaçıya dəymiş ziyanla bağlı kompensasiya kimi mənzil verilməsi təşkil edir. İddiaçı sökülmüş yataqxana otağına görə kompensasiya olaraq mənzil tələb etsə də, həmin yataqxana otağının ona məxsus olmasını, yataqxananın otağı üzərində hər hansı hüququnun qeydiyyata alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı və ailə üzvləri həmin otaqda yaşamamışlar. İddiaçı həmin otaq məcburi köçkünlər tərəfindən zəbt edildiyi üçün orada yaşamadığını bildirsə də, iddiaçı ilə məcburi köçkünlər arasında hər hansı məhkəmə mübahisəsinin olduğu da müəyyən olunmur. Həmçinin iddiaçıya vaxtilə yaşadığı yataqxana otağının həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin müəyyən etdiyi qaydada müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə və həmin qərara əsasən mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona müvafiq order verildiyi müəyyən olunmur. Göründüyü kimi iddiaçı iddia etdiyi otaqdan ibarət ayrıca yaşayış sahəsini təyinatı üzrə istifadə etməklə kirayə müqaviləsindən irəli gələn bütün vəzifələri yerinə yetirməsini, yaşayış sahəsi ilə hər hansı baglılıgını (onu saxlama, vəsait qoyma və s.) və bu anlamda “mənzil” əldə etməsini sübut edə bilməmişdir. Belə olan halda “mənzil”i kimi qiymətləndirilərək iddiaçının yalnız yataqxanada qeydiyyatda olması əsası ilə ona kompensasiya kimi mənzil verilməsi barədə tələbi qanuni hesab edilə bilməz. Beləliklə, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən yataqxana binasının mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən mötəbər sübut təqdim etməmiş və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar onun tələbinin təmin olunmasına əsas vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır; 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar