Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3182/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 12 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayon X1 92 №-li, 21 oktyabr 1989-cu il tarixli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 2 mart 1989-cu il tarixli 111 №-li qərarına əsasən, Türkan qəsəbəsində və Bakı şəhərinin müxtəlif rayonlarında yaşayan, özlərinə məxsus fərdi evi və həyətyanı sahəsi olmayan, Abşeron rayon Türkan üzümçülük sovxozunda işləyən fəhlə və qulluqçuların hər birinə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır: Sovxozun maldarlıq və bitçilik sahəsində işləyən fəhlə və qulluqçuların mənzil şəraitini yaxşılaşdırmaq üçün sovxoz müdriyyətinə ərizə ilə müraciət etmiş, həmin ərizələri həmkarlar komitəsi, komitə üzvləri ilə birlikdə nəzərdə keçirmişdir. Sovxoz həmkarlar komitəsi aşağıdakı vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında 20.X.89-cu il tarixli 2 protokolundan çıxarış təqdim etmişdir. Yuxarıdakıları nəzərə alaraq İddiaçı fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə dair cizgi sxemi hazırlanmşdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi X1 hüdudlarından kənarda, bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşməklə, dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 direktorunun xx.xx.1989-cu il tarixli, 92 №-li əmri ilə ona ayrılmış 10 sot həyətyanı torpaq sahəsi üzərinə 355 kv.m sahə çıxılmaqla mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Türkan üzümçülük savxozunun direktorunun 21 oktyabr 1989- cu il tarixli, 92 №-li əmri ilə ona ayrılmış 10 ha (sot) həyətyanı torpaq sahəsi həmin tarixdən istifadəmə verilmiş və bu günədək də daimi istifadəmdədir. Türkan üzümçülük savxozunun direktorunun 21 oktyabr 1989- cu il tarixli, 92 № -li Əmri ilə mən İddiaçı ayrılmış 10 ha (sot) həyətyanı torpaq sahəsi Arxiv Çıxarışı ilə təsdiq olunur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X1 hüdudlarından 1200 m kənarda, 355 kv.m hissəsi isə Xəzər dənizinin mühafizə zonasında yerləşir. Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. xx.xx.2023-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 1000 kv.m göstərilsə də, faktiki olaraq 1310 kv.m təşkil edir. Əlavə olaraq, göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Abşeron rayon X1 92 №-li, 21 oktyabr 1989-cu il tarixli əmri ilə iddiaçıya Türkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair cizgi sxemi hazırlanmşdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X1 hüdudlarından 1200 m kənarda, 355 kv.m hissəsinin isə Xəzər dənizinin mühafizə zonasında yerləşdiyini, həmçinin sahənin dövlət mülkiyyəti torpağı olduğunu və torpaq sahəsinin faktiki sahəsinin 1310 kv.m təşkil etdiyini bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, eyni zamanda göstərilən əsaslara istinad edərək iddiaya etiraz etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.8-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı təşkil edir. Həmin normalara görə, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Abşeron rayon X1 92 №-li, 21 oktyabr 1989cu il tarixli əmrinə istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə etirazın dəlili kimi göstərilmiş hallarla bağlı qeyd edir ki, cavabdeh məhkəməyə yazılı etirazını göndərmiş və elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X1 hüdudlarından 1200 m kənarda, yarı hissəsi isə Xəzər dənizinin mühafizə zonasında yerləşdiyini, həmçinin sahənin dövlət mülkiyyəti torpağı olduğunu göstərmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərkən etirazının yalnız mülahizələrlə deyil, etirazını təsdiq edən sənədləri də məhkəməyə təqdim etməlidir. Məhkəmə tərəfindən cavabndehə sorğu ünvanlanaraq X1 hüdudlarını müəyyən edən ayrıc aktının məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin cavabdeh məhkəməyə təqdim etdiyi məktubda Sovxozun ayrıc aktının olmadığını bildirmişdir. Belə olan halda, cavabdehin nəyə əsasən iddia edilən torpaq sahəsinin X1 ayrıc aktından kənarda yerləşməsinə istinad etməsi müəyyən edilmir. Cavabdehin digər imtina dəlili ilə bağlı, yəni torpaq sahəsinin 355 kv.m hissəsinin Xəzər dənizinin mühafizə zonasında yerləşməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən müayinə aktından görünür ki, cavabdeh İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinöə baxış keçirilmiş və torpağln Xəzər dənizindən 60-70 məsafədə yerləşdiyi bildirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi buna aydınlıq gətirərək bildirmişdir ki, mütəxəssislər baxış keçirərkən Xəzər dənizində çəkilmə baş vermiş və torpaq sahəsi ilə məsafəsi 60-70 metr olmuşdur. Lakin imtina məktubu hazırlanarkən və sonradan dəniz torpaq sahəsinə yaxın olmuş və torpaq sahəsinin 355 kv.metr hissəsi dənizin mühafizə zolağına düşmüşdür. Cavabdehin nümayəndəsi hər iki halla bağlı ortofoto görüntüsünü təqdim etmişdir. Bu barədə iddiaçının nümayəndəsi və vəkili dəqiqləşmə ərizəsi verərək mühafizə zolağına düşən 355 kv.metr hissə çıxılmaqla qalan hissədə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdehin ikinci imtina əsası da aradan qalxmışdır. Torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hal iddiaçının müraciətinin təmin edilməsinə və iddianın təmin olunmasına mane olan hal deyildir. Çünki cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktına torpaq sahəsinin yerləşməsini əks etdirən koordinatlar əlavə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada və etirazda qeyd edilən hallar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. X1 direktorunun xx.xx.1989-cu il tarixli, 92 №-li əmri ilə ayrılmış 10 sot həyətyanı torpaq sahəsi üzərinə 355 kv.m sahə çıxılmaqla İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-3182/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3182/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver