Məhkəmə qərarları › İş №2-1(112)-3184/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3184/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3184/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********990300 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli **********990300 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə Qərara əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Vergi ödəyicisi kimi qeydiyyatda olduğu ünvan 1 ünvanda atasına məxsus şəxsi evdə fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi təsərrüfat subyektinin (obyektinin) icarə müqaviləsini təqdim edir və təqdim etdiyi elektron qaimə-fakturalarda heç bir kənarlaşma olmadığını bəyan edir. Onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmağı barədə dəfələrlə müraciət və müvafiq sənədləri təqdim etməyisinə baxmayaraq cavabında onu Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi odəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi göstərərək riskli vergi ödəyiciləri siyahısından çıxarmırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Təqdim etdiyi elektron qaimə-fakturalarda göstərdiyi xidmətlər zamanı yalnız tərəfindən kompyuterdə çap edərək hazırlanmış iş və xidmətlərdir. Kənardan mal almamışdır və ya idxal etməmişdir, ona görə də aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərini göstərməmişdir. Həmçinin “Meyarların 2.1.3-cu müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Heç bir ticarət fəaliyyəti (nə topdansatış və ya nə də pərakəndə) olmayıb, o, xidmət göstərmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 29.2 min manat dəyərində təqdim edilmiş qaimə- fakturalar üzrə "vinil 3növ, kəsimli flayer, buklet, stiker 16x16 sm, bayraq masa üstü 2 dirəkli, roll up 1.2x2 metr" satışda qeyd olunmuşdur. Həmin flayer, buklet, masaüstü bayraqlar və digər işlər tərəfimdən nəqd alınmış kağız, boya və sair materiallardan hazırlandığı üçün elektron qaimə-faktura üzrə alışında qeyd edilən mallar (iş, xidmətlər) yoxdur və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 109.8-ci maddəsin nəzərə alaraq - Nəzarət-kassa aparatının çeki və ya qəbz malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur- gəlirdən çıxılmayan xərc kimi gəlir vergisi bəyannaməsinə daxil edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Mevarlarının 2.1.1,-ci, 3.1.1 və 2.1.3-cü bəndlərinə əsas verən heç bir əməliyyat tərəfindən aparılmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları vergi orqanına təqdim edilməsi mikro və kiçik sahibkarlıq subyektlərindən tələb olunmur. 16.1.7-ci maddəsinə əsasən vergi odəyiciləri tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etməlidi. Alınan gəliri, vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan bütün sənədlər, elektron qaimə-fakturalar, müqavilələr,təhvil-qəbul aktları təqdim edilir və fiziki şəxslər üçün çəkilən xərcləri təsdiq edən sənədlər tələb olunur. 3.11-ci maddəsini nəzərə alaraq Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin yuxarıda qeyd olunan qərarı ilə yuxarıda qeyd etdiyi xüsusatlara əsasən razılaşmır və hesab edir ki, qərar Azərbaycan Respublikasının "İnzibati İcraat haqqında" Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır.

3. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən fiziki şəxs İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 40,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Odur ki, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********041400 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,-ci, 3.1.1,-ci və 2.1.3-cü bəndlərinə əsasən fiziki şəxs İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********990300 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olması, həmçinin vergi orqanında təsərrüfat subyektini (obyektini) qeydiyyata qoyması müəyyən edilmişdir. Lakin obyektin vəziyyətinin bağlı olması səbəbindən vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə müvafiq struktur tərəfindən yerində baxış keçirilməklə həmin təsərrüfat subyektində (obyektində) hansı fəaliyyət növü ilə məşğul olduğunun, mal qalığının, işçi sayının, o cümlədən əmək müqaviləsi olmadan işçilərin işlərə cəlb edilməsi hallarının olubolmamasının, nağd pul hesablaşmaları qaydalarına düzgün riayət edilməsi vəziyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Araşdırma zamanı xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş 11 min manat dəyərində olan 1 ədəd riskli elektron qaimə-fakturaların ləğv edildiyi, digər 8 ədəd 29,3 min manat dəyərində olan riskli elektron qaimə-fakturanın isə ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Həmçinin bank hesabı məlumatlarına əsasən ləğv edilmiş elektron qaiməfakturalara görə qarşı tərəfə hər hansı geri qaytarma məbləği müəyyən edilməmişdir. Göründüyü kimi, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Odur ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********990300 nömrəli qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Eyni zamanda prosessual qanunvericiliyin tələblərinə əməl edilməsinin yoxlanılması baxımından məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********990300 nömrəli qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 18:16:51-də vergi ödəyicisi tərəfindən oxunmuşdur.

4. Cavabdeh quruma şikayətində iddiaçı bildirmişdir ki, “mən, İddiaçı Abbasəiı oğlu xx/xx/2023-cü il tarixli **********990300 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə Qərara əsasən riskli vergi ödəyicisi hesab olunmuşam. Yuxarıda göstərilənlə əlaqadar olaraq bildirirəm ki, mən, vergi ödəyicisi kimi qeydiyyatda olduğum ünvan 2 ünvanda atama məxsus şəxsi evdə fəaliyyət göstərirəm. Fəaliyyət göstərdiyim təsərrüfat subyektinin (obyektinin) icarə müqaviləsini Sizə təqdim edir və təqdim etdiyim elektron qaimə-fakturalarda heç bir kənarlaşma olmadığını bəyan edirəm. Mənim riskli vergi ödəyiciləri siyahısından çıxarılmağım barədə dəfələrlə müraciət və müvafiq sənədləri təqdim etməyimə baxmayaraq cavabında məm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi göstərərək riskli vergi ödəyiciləri siyahısından çıxarmırlar. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 29.2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "vinil 3 növ, kəsimli flayer, buklet, stiker 16x16 sm, bayraq masa üstü 2 dirəkli, roll up 1.2x2 metr" satışda qeyd olunmuşdur. Həmin flayer, buklet, masaüstü bayraqlar və digər işlər tərəfimdən nəqd alınmış kağız, boya və sair materiallardan hazırlandığı üçün elektron qaimə-faktura üzrə alışımda qeyd edilən mallar (iş, xidmətlər) yoxdur və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 109.8.-ci maddəsin nəzərə alaraq - Nəzarət-kassa aparatının çeki və ya qəbz malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmurgəlirdən çıxılmayan xərc kimi gəlir vergisi bəyannaməsinə daxil edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,-ci, 3.1.1 və 2.1.3-cü bəndlərinə əsas verən heç bir əməliyyat tərəfimdən aparılmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.4-2. maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları vergi orqanına təqdim edilməsi mikro və kiçik sahibkarlıq subyektlərindən tələb olunmur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.7. maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etməlidi. Alman gəliri, vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan bütün sənədlər, elektron qaimə-fakturalar, müqavilələr, təvil- qəbul aktları təqdim edilir və fiziki şəxslər üçün çəkilən xərcləri təsdiq edən sənədlər tələb olunmur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.11. maddəsini nəzərə alaraq Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Xahiş edirəm ki, xx/xx/2023-cü il tarixli **********990300 saylı vergi ödəyicisinin riskli vergi ödəyıcısı hesab olunması barədə Qərarı ləğv edəsiniz.”

5. İddiaçının qeyd edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə xx.xx.2023-cü il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********256400 nömrəli) cavabdeh tərəfindən bildirilmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmçinin “Meyarlar”ın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən fəaliyyətiniz təhlil olunmuşdur. Təhlil zamanı əsas fəaliyyət növünüzün təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmasını tələb etməsinə baxmayaraq, tərəfinizdən təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 29.2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "vinil 3növ, kəsimli flayer, buklet, stiker 16x16 sm, bayraq masa üstü 2 dirəkli, roll up 1.2x2 metr” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə alışınızda və ya idxalınızda qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,-ci, 3.1.1 və 2.1.3-cü bəndlərinə əsasən hesab edilmisiniz və xx.xx.2023-cü il tarixli **********990300 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq elektron qutunuza göndərilmişdir.”

6. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********990300 nömrəli qərara əsasən "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022ci il tarixdə cəmi 40.2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci,3.1.1-ci və 2.1.3-cü yanmbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur”.

7. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər;

11. Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

12. İddia tələbi xx.xx.2023-cü il tarixli **********990300 saylı qərarın ləğv edilməsidir, mübahisələndirmə növündə iddiadır.

13. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

14. Mübahisənin yaranmasının səbəbi xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 29.2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "vinil 3 növ, kəsimli flayer, buklet, stiker 16x16 sm, bayraq masa üstü 2 dirəkli, roll up 1.2x2 metr" satışda qeyd olunması, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməməsi, eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilməsidir.

15. Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

17. Məhkəmə qeyd edir ki, meyarların 3.1.1-ci bəndi iddiaçının fəaliyyətinə tətbiq edilərək riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir.

18. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarında normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaiməfakturalarda satışında “Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar “Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." deyil, başqa mal olsun.

19. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının məhsul aldığı vergi ödəyicilərinin elektron qaimə təqdim etməmələri olmuşdur.

20. Meyarlarda istinad edilən digər hal, ticarət fəaliyyəti həyata keçirən şəxsin, yəni iddiaçının vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmaması ilə bağlı məhkəmə qeyd edir ki, meyarların 2.1.3-cü bəndində aşağıdakı iki halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olmaması, onun riskli vergi ödəyicisi hesab edilməsini istisna edilmişdir: 1) malların digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verildiyi halda; 2) hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda.

21. İş materiallarından müəyyən edilir ki, iddiaçının heç bir ticarət fəaliyyəti (nə topdansatış və ya nə də pərakəndə) olmayıb, o, xidmət göstərmişdir. Göstərdiyi xidmət isə iş materiallarında olan müqavilələr ilə təsdiq edilir. Onun göstərdiyi xidmət nə riskli vergi ödəyicisinin meyarlarına, nə də riskli əməliyyatlarına aiddir.

22. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir.

23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********990300 saylı qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar